30 Ekim 2011 Pazar
25 Ekim 2011 Salı
24 Ekim 2011 Pazartesi
shah abbas dövri
Azərbaycan monqol qəsbkarlarının istilaları və hökmranlığı
dövründə əaslı zərbəyə məruz qalmış ölkələr sırasında idi. Monqol
istilası dövrünün iqtisadi fəlakəti, Azərbaycanda feodal
cəmiyyətinin sonrakı inkişafına da mənfi təsir göstərmiş, onda
mürtəce ənənələri gücləndirmiş və təsbit etmişdi
1
.
Əgər XV əstin birinci yarısında ölkənin kənd təsərüffatı nisbi
yüksəliş dövrü keçirmişdisə, artıq XV əsrin son onilliklərində
cənub vilayətlərində, Ağqoyunlu dövlətində mərkəzi hakimiyyətin
zəifləməsi və viranedici feodal ara müharibələri nəticəsində
yenidən dağıntı və tənəzzül mərhələsinə qədəm qomuşdu. XV əsrin
sonunda burada, müntəzəm surətdə on minlərlə insan həyatını özü
ilə aparan dağıntı və aclıq baş verirdi. Bu, məhsulsuzluğun, kənd
təsərüffatı istehsalının kəskin surətdə azalmasının, geniş kəndli
külələrinin müflisləşməsi və dilənçiləşməsinin nəticəsi idi
2
.
Feodalların yalançı vədlərinə aldanaraq ara müharibələrinə cəlb
edilən kəndli kütləsinin məhv olması əkinçiliyin, bütövlükdə
ölkənin kənd təsərüffatının vəziyyətinə fəlakətli təsir göstərirdi.
Deyilənləri, Azərbaycanın şimal-şərq hissəsinə, Şirvana aid etmək
olmaz. Burada hakimiyyətdə olan Şirvançahlar sülaləsi diyarın
nisbətən sabit inkişafını təmin edirdi
3
.
Azərbaycanda Səfəvilərin hakimiyyəti bərqərar olarkən, yəni
XVI əsrin əvvəlində ölkə dərin iqtisadi tənəzzül vəziyyətində idi.
İqtisadi həyatı normal hala salmaq və dövlət xəzinəsinə vəsait
axınını artırmaq məqsədilə, Səfəvilər ilk vaxtlar, hətta kəndlilərin
vəziyyətini müəyyən qədər yüngülləşdirməyə məcbur oldular
4
. I
Şah İsmayılın dövründə, XVI əsrin birinci onilliklərində daxili
feodal müharibələrinin azalması da kənd təsərüffatının
dirçəlməsinə təkan verdi.
XVI əsrdə Azərbaycan əhalisinin əsas məşğuliyyəti,
əvvəllərdə olduğu kimi, əkinçilik idi. Kəndlilərin əsas kütləsi
dövlətdən, feodallardan və digər torpaq mülkiyyətçilərindən ağır237
şərtlərlə icarəyə götürdükləri torpaqlarda yaşayır və zəhmət
çəkirdilər. Yalnız torpaq deyil, si ehtiyatları da feodalların
mülkiyyəti sayılırdı. Düzənliklərdə əla qış otlaqlarının (Mil və
Muğan düzləri), yüksək dağ çəmənlərində yay otlaqlarının
(Qarabağ, Azərbaycanın cənub hissəsi) olması sayəsində,
Azərbaycan qədimdən köçərilərin də diqqətini cəlb edirdi.
XVI əsrə qədər Azərbaycanda məskən salmış köçəri türk
tayfaları tədricən yarımoturaq və oturaq həyat tərzinə keçirdilər. Bu
proses olduqca ləng gedir, köçərilərin yuxarı əyanlar təbəqəsindən
başlayır, sonra isə yoxsul aşağı təbəqələri əhatə edirdi. Düzdür,
Çingiz xan Qanununa görə, köçərilərə şəhər həyatından uzaqda
durmaqla köçəri təsərüffatla məşğul olmaq əmr edilirdi. Lakin
mədəni cəhətdən inkişaf etmiş ölkələr istila edildikdən sonra Çingiz
xan Qanunu özünün ilkin mənasını itirdi. Siyasi hakimiyyətə sahib
olan köçəri əyanlar sarayda və əyalətlərdə yüksək və gəlirli
vəzifələri ələ keçirir, nəhəng torpaq fondunun mülkiyyətçisinə
çevrilir, ticarət (xüsusən xarici) aləmi və şəhər həyatı ilə sıx
əlaqələr yaradırdılar. Onlar hakim sinfin nümayəndələri kimi yerli
feodallarla, qədim oturaq əyanlarla qohumluq əlaqələrinə girir,
tədricən yarımoturaq və oturaq həyat tərzinə keçirdilər. Sıravi
köçərilərə gəldikdə, onların bir hissəsi xırda torpaq
mülkiyyətçilərinə çevrilir, tədricən oturaqlığa keçirdilər. Digər
hissəsi (əsas kütlə) isə feodalların və hökmdarların qoşunlarında
hərbi xidmətini davam etdirərəkkəndlilərin məhrum edildikləri
imtiyazlardan istifadə edirdilər
5
.
Bir çox başqa Şərq ölkələrində olduğu kimi Azərbaycanda da
yağıntının azlığı əkinçilik təsərüffatında torpağın süni suvarılmasını
zəruri edirdi. Tarlaların və bağların məhsuldarlığı müstəsna
dərəcədə suvarma şəbəkəsinin saz halda saxlanmasından, onun
müntəzəm surətdə təmizlənməsindən asılı olurdu. Buna görə də
yalnız bənd və kanalların birbaşa uçurulması deyil, həm də
ümumən ölkənin boş qalması, əhalinin tələf olması və işçi238
qüvvəsinin çatışmaması suvarmanın vəziyyətinə və deməli,
bütövlükdə ölkənin kənd təsərüffatının məhsuldarlığına mənfi təsir
göstərirdi.
İranda olduğu kimi, orta əsr Azərbaycanında da suvarmanın
dörd növünü fərqləndirirdilər: 1)arəs (kiçik çay), 2)çay (kanalların
və ehtiyat su anbarlarının köməyi ilə), 3)kəhriz (torpaq altında olan
suyun xüsusi lağımlar vasitəsilə yerin üstünə çıxarılması) və
4)quyu. Birinci iki növ yerüstü, axırıncı ikisi isə yeraltı suvarma
qurğuları ilə bağlı idi
6
.
Həmdullah Qəzvini suları suvarma üçün istifadə edilən daha iri
çaylar arasında, sahillərində sahələrin intensiv becərildiyi Kür və
Araz çaylarının adını çəkir
7
. İlk Səfəvilər dövründə Azərbaycanda
suvarma şəbəkəsini genişləndirmək üzrə həyata keçirilmiş tədbirlər
haqqında əlimizdə məlumatlar yoxdur. Çoz güman ki, XVI əsrdə
də XIV-XV əsrlərdə mövcud olmuş eyni, süni suvarma sistemi
fəaliyyət göstərmişdi.
Həmdullah Qəzviniyə görə, Təbriz mahalında 900 kəhriz,
çoxlu quyu və Mehranrud çayının sularından yaranmış kanallar var
idi
8
. Bu, XVI əsrin sonunun müəllifi – Əmin Əhməd Razinin
məlumatı ilə təsdiq edilir: “Öz başlanğıcını Səhənd dağından alan
Mehranrud çayı və varlı adamların qazdırdığı doqquz yüzdən artıq
kəhrizin hamısı Təbrizin bağ və bostanlarının (suvarılmasına) sərf
edilir, lakin indi bu da kifayət etmir”
9
. Bu sayda kəhrizlərin olması
Təbriz ərazisində iri bağçılıq təsərüffatının mövcud olduğunu
göstərir.
XVI əsrin əvvəlində Təbrizdə olmuş Venetsiya taciri yazırdı ki,
“şəhəri bəzəyən çoxsaylı bostanlarda adi kələm, kahı, tərəvəz
bitkiləri və Venetsiyada olduğu kimi tərəvəz bitkiləri: şalğam,
yerkökü (kiçik), turp, mərzə , cəfəri və rozmarin becərirdilər”
10
.
Yenə də həmin tacirin verdiyi məlumata görə, “Təbriz ərazisində
ç o x l u d ü y ü və b o l b uğd a və a r p a v a r dır ”
11
. Əm i n Əh məd R a z i
Ərdəbil və Xalxal mahallarında buğdanın bol olduğunu göstərir
12
.239
Taxıl məhsulları, buğda və arpa (mənbələrdə “ğəllə” istilahı ilə
göstərilmişdir) demək olar ki, Azərbaycanın bütün digər
ərazilərində: Muğanda, Arranda, Şirvanda becərilirdi. Venetsiyalı
Alessandri Səfəvilər dövlətində taxılın çox bol olduğunu qeyd
edir
13
.
Azərbaycanda XVI əsrdə pambıq becərilməsi haqqında
bilavasitə mənbələrin məlumatı əlimizdə olmasa da, buna şübhə
etməmək olar. Hələ Həmdullah Qəzvini Naxçıvan, Azad, Beyləqan,
Guştəsfi, habelə Kəhran, Gilan, Fəslun, Miyanə, Qərrud,
Dehxarkan, Marağa, Mərənd, Dizmar və s. ərazilərində pambıq
yetişdirildiyini göstərirdi
14
. XVII əsr səyyahı Övliya Çələbinin
Naxçıvan ərazisində olduğu zaman, orada yeddi pambıq növünün
becərildiyi barədə verdiyi məlumatlar da vardır. Bu səyyahın
yazdığına görə, Gəncə, Xoy, Şamaxı, Təbriz, Bkı ərazilərindəki
sahələrdə pambıq əkilirdi
15
.
Kənd sakinlərinin əsas və ən qədim məşğuliyyətlərindən biri,
ölkə iqtisadiyyatında mühüm yer tutan bağçılıq və bostançılıq idi.
Orta əsrlərə aid mənbələr Azərbaycanda alma, armud, əncir, üzüm,
ərik, şaftalı, hulu, heyva, gavalı, nar və başqa meyvələrin, habelə
qovun və qarpızın müxtəlif növlərinin yetişdirilməsi barədə
məlumatlar verirlər.
Əmin Əhməd Razi Təbriz ərazisində yetişdirilən alma, armud,
ərik, gavalı, gilas və üzümün əla dad keyfiyyətlərinə malik
olduğunu göstərir
16
. O habelə Ərdəbil, Xalxal, Ordubad, Marağa
ərazisində gözəl meyvə bağlarının olduğu barədə məlumat verir
17
.
X V I əs r i n əv vəl lər i n də S u f i y a n , Mə r ən d , X o y ər a z i s i n də də
meyvə bağlarının olması barədə venetsiyalı tacir də məlumat verir
18
.
Alessandri göstərir ki, “meyvələr öz keyfiyyətinə və dadına görə
dünyanın hər hansı başqa hissəsinin meyvələrindən üstündür”
19
.
Azərbaycanda tut ağacının becərilməsi, qədim zamanlardan
burada barama qurdlarının yütişdirilməsi və ipəkçiliyin inkişafı ilə
bağlı olmuşdur. Tut baramaçılığının xüsusilə geniş yayıldığı240
Şirvanda yerli xammal hesabına ipək parça istehsalı çox inkişaf
etmişdi. 1562-1563-cü illərdə Azərbaycanı səyahət etmiş
A.Cenkinson yazırdı: “Bu dövlətdə (Azərbaycanda – O.Ə.)
müxtəlif, yaxşı keyfiyyətli və zəruri mallar –qoz və fındıq, çiyidlik
pambıq (cotton – wooll),zəy, təbii yolla istehsal edilən xamna (xam
ipək), demək olar ki, ədviyyat və boyaçılıq mallarının bütün
növlərini əldə etmək olar. A.Cenkinson davam edir: “Lakin buranın
əsas malı, olduqca bol olan xam ipəyin hər cür növləridir”
20
. XVI
əsrdə barama yetişdirilən əsas yerlərdən biri Ərəş şəhəri idi. İngilis
tacirləri öz qeydlərində əcnəbi tacirlərin xam ipək almaq üçün
gəldikləri bu şəhərin adını tez-tez çəkirlər. Azərbaycanda istehsal
edilən xam ipək, orta əsrlər Qəzrbi Avropasında geniş yayılmışdı.
Venetsiyadan, Florensiyadan və digər şəhərlərdən olan italyan
tacirləri özləri üçün böyük mənfəət götürməklə, Azərbaycan ipəyini
əla xammal kimi Avropanın iri manufaktura mərkəzlərinə
gətirirdilər.
Avropalılar Azərbaycandan gətirilən xam ipəyin aşağıdakı
adlarını bilirdilər: “Seta Mamutawa” – “Mahmudabad ipəyi”, “seta
canare”, yaxud “seta channaruia” – “Kanar ipəyi” (?) Qarabağda;
“seta Siechi”, yaxud “seta Sacchi” – “Şəki ipəyi”; “seta Gangia” –
“Gəncə ipəyi”, “seta Cavallini” – “Qəbələ ipəyi”
21
.
Təəssüf ki, nəzərdən keçirilən dövrün mənbələrində xam
ipək yığımının həcmini əks etdirən rəqəm məlumatlarına rast
gəlməmişik. İxrac olunan ipəyin miqdarı haqqında, ingilis Artur
Edvarın 1566-cı ildə Şamaxıdan yazmış olduğu məktub əsasında
fikir yürütmək olar. O, ingilis ticarət şirkətinin rəhbərlərinə yazırdı:
“Sizi əmin edirəm ki, burada 50-60 batmanlıq at yükü ilə gürcü
ipəyini hesaba almadan, 3000-4000 atı yükləmək olar”
22
.
Bizim hesablamalarımıza görə, bu, orta hesabla 200 min
batman,yaxud hər tayda 25 batman sayılarsa,8000 taya bərabərdir.
Əmin Əhməd Razinin verdiyi məlumata görə, Azərbaycanın ən iri
ipəkçilik mərkəzlərindən biri olan Şamaxıda, hər il 20 min xalvara241
yaxın ipək satılırdı
23
.
XVI əsrdə Azərbaycanın kənd əhalisinin sayı, ölkənin müxtəlif
vilayətlərindən dövlət xəzinəsinə vergilərdən daxil olan pulların
məbləği haqqında əlimizdə heç bir məlumat yoxdur. Bütövlükdə
Azərbaycan kəndlərində natural təsərüfatın hökm sürdüyü
şübhəsizdir. Lakin qeyd etmək lazımdır ki, Təbriz, Şamaxı, Bakı,
Gəncə, Ərdəbil, Naxçıvan, Marağa və s. kimi şəhərlərin ətraf
kəndləri əmtəə təsərüfatı obyektləri idilər. Ölkənin xarici bazara
xam ipək göndərən kənd mahallarına bu xüsusilə aid edilə bilər.
Böyük ticarət – sənətkarlıq şəhərlərinin tərəqqi etməsi, bu
şəhərlərin bazarlarını öz məhsulu ilə təchiz edən şəhər ətrafı
kəndlərdə taxıl, bağçılıq və bostançılıq təsərüfatının inkişafına
müsbət təsir göstərir. Həmin kəndlərdəki torpaqlar, şəhər bazarı ilə
bağlı olduqlarına görə kənd təsərüfatı məhsulunun artmasında
maraqlı olan iri feodal torpaq sahiblərinin mülklərinə daxil idi.
Azərbaycan əhalisinin əsas kütləsi əsasən oturaq həyat tərzi
keçirirdi. Onun bir hissəsi isə maldarlıqla məşğul olan köçəri və
yarımköçəri həyat tərzi sürən qızılbaş tayfalarından ibarət idi.
1561-ci ildə Cavaddan Ərdəbilə qədər yol boyu müşahidələör
aparmış A.Cenkinsonun köçəri tayfaların həyat tərzini təsvir etməsi
səciyyəvidir. “Buradan (Cavaddan – O.Ə.) çıxdıqdan sonra biz
maldarların məskunlaşdığı barlı-bağatlı ölkədən keçdik. Onlar çox
vaxt dağlarda yaşayır. Qışda isə nə şəhərlərə, nə də başqa yerlərə
daxil olmadan düzənliklərə enirlər. Öz yerlərini dəyişdirəndə, onlar
insanlardan və mal-qaradan ibarət olan karvanlarla səyahət edir,
arvad, uşaq və əmlaklarını öküzlərlə aparırlar”
24
.
Əlbəttə, Azərbaycanda köçəri və yarımköçəri tayfaların
olması, burada feodal cəmiyyətinin inkişafını ləngidirdi. Onlar
feodal münasibətlərinin daha geridə qalmış, mürtəce formalarını
möhkəmləndirir və müdafiə edirdilər. Köçəri maldarlıq, tayfaların
möntəzəm olaraq yay otlaqlarından (yaylaqlar) qış otlaqlarına
(qışlaqlara) köçməsi və geri qayıtması ilə müşayiət olunur.242
Təsəvvür etmək çətin deyildir ki, belə yerdəyişmələr zamanı
kəndlilərin əkinləri hərəkətdə olan böyük mal-qara sürülərinin
tapdağı altında qalırdı. Silahlanmış və hərbi işdən yaxşı baş çıxaran
köçərilərin özləri də müdafiəsiz əkinçiləri soymağa aludə idilər.
Həmin yarımköçəri tayfalardan ibarət olan, öz ailələri və əmlakları
ilə müharibəyə gələn Səfəvi qoşunlarının hərəkəti kəndlilər üçün
əsl fəlakətə çevrilirdi. Həm də qoşun müəyyən yerdə o vaxta qədər
qalırdı ki, həmin müddət ərzində o yerdə qoşunla birlikdə sürülüb
aparılan atların, qoyunların və başqa mal-qaranın otlaması üçün
yaşıl ot tapılmış olsun
25
.
Feodal torpaq mülkiyyəti
Orta əsrlər Şərqinin bir çox ölkələrində olduğu kimi,
Azərbaycanda da feodalların kəndlilər üzərində hökmranlığının
iqtisadi əsasını, torpaq üzərində feodal mülkiyyəti təşkil edirdi. Bu
iqtisadiyyatın aparıcı növünü əkinçilik deyil, maldarlıq təşkil edirdi.
“Asiya istehsal üsulu” konsepsiyasında irəli sürüldüyü kimi
mücərrəd deyil, gerçək surətdə mövcud olan feodal mülkiyyəti
daha çox dövlət mülkiyyəti formasında çıxış edirdi. Dövlət
mülkiyyətinin üstünlük təşkil etməsi başlıca olaraq onunla izah
edilirdi ki, dövlət əkinçiliyin və deməli, minlərlə insan həyatının
asılı olduğu süni suvarma qurğularının mülkiyyətçisi idi. Torpaq
üzərində dövlət mülkiyyəti torpaq vergisi şəklində (xərac, malcəhət) xəzinəyə daxil olan məhsul payının (renta-vergi)
mənimsənilməsində ifadə olunurdu. Feodalların istifadı etdiyi vergi
toxunulmazlığı imtiyazına (yəni vergi ödəməkdən azad olunmaq)
dövlətin həmin ərazidə özünün müstəsna səlahiyyətinə güzəşti kimi243
baxılırdı.
Müsəlman hüququ torpaq sahibliyinin beş əsas növünü qəbul
edirdi:
1. Dövlət torpaqları (xəzinə torpaqları) - əraziyi-divani;
2. Hakim sülalənin şəxsi mülkləri - əraziyi-xassə;
3. Müsəlman ruhani idarələrinə vəsiyyət edilmiş torpaqlar -
əraziyi-mövquf (vəqflər);
4. Xüsusi mülkiyyətdə olan torpaqlar – mülklər;
5. Kənd icmalarının mülkiyyəti olan torpaqlar - camaati-deh.
Biz feodalizm dövründə torpaq sahibliyinin adları çəkilən bütün
növlərinin Azərbaycanda mövcudluğunu müşahidə edirik, həm də
müxtəlif dövrlərdə nəinki bu formalar arasındakı nisbət dəyişirdi,
eyni zamanda rəsmi hüquqla nəzərdə tutulmayan yeni torpaq
təsisatları da meydana gəlirdi.
Qızılbaşların istilaları nəticəsində dövlətin banisi I Şah İsmayılın
(1501-1524) əlinə külli miqdarda torpaq fondu keçdi. Onun oğlu
və varisi I Təhmasib Şirvan və Şəkini dövlətin tərkibinə qatdı.
Azərbaycanın və onunla həmsərhəd olan ölkələrin torpaqlarının
əhəmiyyətli hissəsi əvvəlki sahiblərinin torpaqlarının
dünyəviləşdirilməsi və müsadirə olunması, torpaq sahiblərinin
qismən məhv edilməsi nəticəsində Azərbycan qızılbaş hərbi feodal
əyanlarının və şiə ruhanilərin əlinə keçdi (əsasən şərti torpaq
sahibliyi olan soyurğal və tiyul hüququ ilə).
Səfəvilər dövlətinin yaranması ilə dövlət torpaqlarının (divani)
və şah ailəsinin şəxsi mülklərinin (xassə) durmadan artması
müşahidə edilir. Əgər Ə.Ə.Əlizadənin
26
müəyyən etdiyi kimi,
Qazan xandan başlayaraqmonqolların dövründə dövlət torpaqları
hesabına xüsusi torpaq sahibliyinin (mülklərin) artması baş verdisə,
Səfəvilər dövründə bunun əksi olan bir proses gedirdi
27
.
Torpaqların dövlət və saray torpaqlarına ayrılması yeni hadisə
deyildir və və yalnız XVI əsrə aid edilə bilməz. V.Bartold qeyd
edirdi: “Bütün idarə orqanlarının iki böyük kateqoriyaya – dərgah244
(saray) və divana (dəftərxana) bölünməsi müsəlman Şərqinin siyasi
təşkilatının bütün sisteminin əsas xəttini təşkil edir”
28
. Lakin
Səfəvilər dövründə bu bölgü daha dəqiq və dərin idi. Bu, öz
ifadəsini onda tapırdı ki, həmin iki torpaq sahibliyi
kateqoriyalarının idarələri “divanı-məmalik” və “divani-xassə”
adlanan, hər birinin çoxlu məmurlar ştatı olan iki müxtəlif idarədə
mərkəzləşdirilmişdi
29
. Həm də bu torpaqlarda kəndlilərin istifadə
etdiyi mülk öz torpaqlarına nisbətən qat-qat artıq idi. Çünki çox da
böyük olmayan müddət üçün vəzifəyə təyin edilən məmurlar
kəndlilərin müflisləşməsi və dilənçiləşməsi ilə az hesablaşır, həmin
vatda daha çox gəlir götürməyə çalışırdılar
30
.
Şaha məxsus iri torpaq mülkünün yaranması, əslində Səfəvilərin
siyasi hakimiyyət uğrunda siyasi mübarizəsinin başlıca məqsədi,
onların hökmranlığının iqtisadi təməli idi. Ə.Rəhmani qeyd edir ki,
Səfəvi şahları dövlət torpaqlarından daha məhsuldar vilayətləri
özlərinin şəxsi mülklərinə (xassə) daxil edirdilər
31
. I Şah İsmayılın
dövründə Ərdəbil mahalından başqa, Azərbaycanın digər
vilayətlərinin xassə torpaqları kateqoriyasına daxil olması barədə
əlimizdə məlumatlar yoxdur
32
. L a k i n məl u m d u r k i , I Şa h
Təhmasibin və onun oğlu Məhəmməd Xudabəndənin İsfahan, Fars,
Herat vilayətlərində böyük torpaq mülkləri var idi
33
. Bu ondan irəli
gəlirdi ki, sərhəd vilayəti olan Azərbaycan, Osmanlı-Səfəvi
müharibələri gedişində talanlara və dağıntılara məruz qaldığı halda,
hərbi əməliyyat meydanından uzaqda yerləşən mərkəzi İran
vilayətləri üçüçn belə təhlükə gözlənilmirdi.
Azərbaycanda öz hakimiyyətini qurmazdan xeyli əvvəl
Səfəvilərin burada iri vəqf mülkləri var idi. Sülalənin banisi Şeyx
Səfiəddinə, hələ XIV əsrin birinci yarısında Ərdəbil, Marağa,
Muğan və Talış ərazilərində vəqf və mülk hüququ ilə onlarla kənd
məxsus idi
34
. Sonralar, Səfiəddinin xələfləri – Sədrəddin və Xacə
Əlinin vaxtında nüfuzlu təriqətin yardımını əldə etməyə çalışan
müxtəlif feodal hakimlərinin hədiyyə verdikləri torpaqlar sayəsində245
Səfəvilərin vəqfləri daha da genişləndi
35
.
Misal üçün, A.Lembtona görə, “Sülük və sicillət-i Teymuri”
əsərinin əlyazmasında göstərilir ki, hicri 1010 (1602-1603)-cu ildə
I Şah Abbasın Bəlxə göndərdiyi Bahadır xan orada vəqf fərmanı
aşkar etmişdi. Teymurun vəqfnaməsi olan bu sənədə görə, istilaçı
(Teymur) Səfəvilər nəslinə vəqf olaraq müəyyən əmlak və torpaq
vəsiyyət edir. Burada İsfahan, Həmədan, Talış və Taromda olan
mülklər də daxil olmaqla “xalis qızıla alınmış, Sultan Xacə Əlinin
kişi nəslinə övqaf olaraq vəsiyyət edilmiş” əmlaklar sadalanır.
Sənədə həmin mülkiyyətin əvvəlki sahibləri olmuş müxtəlif tayfa
başçılarının, əmirlərin, kəndxudaların adlarının siyahısı əlavə
olunmuş və təsdiq edilmişdir ki, bütün bunlar kənardan heç bir
təzyiq və zorakılıq olmadan, tam razılıq və sağlam düşüncə ilə
satılmışdır. Sövdələşmənin tarixi hicri 806 (1403-1404)-cı ildir.
Vəqfnamədə deyilir ki, “böyük xaqan” bu mülklərin idarə
olunmasını Seyid Əli Mənsur ibn Seyid Cəmaləddin ibn Seyid Əli
Mənsur ibn Seyid Cəbrayıl əl-Hüseyninin kişi nəsillərinə verir.
Onlar hər il vergi toplamalı (söhbət xəracdan gedir – O.Ə.), onu
Şeyx Xacə Əliyə və onun nəslindən olanlara verməlidirlər
36
.
Beləliklə, İskəndər bəy Münşinin Teymurun Xacə Əlinin adına
vəqf fərmanının mövcudluğu barədə verdiyi
37
məlumatlar bu
faktlarla təsdiq olunur. Vəqf təsisatı, Səfəvilər hakimiyyətə
gəldikdən sonra xüsusilə geniş yayıldı. Şiəliyi dövlət dini elan
etmiş Səfəvilər sülaləsindən olan şahlar onun hər yerdə
genişləndirilməsində maraqlı idilər.Bu işdə şiə ruhaniliyi - onların
sinfi hökmranlığının ideoloji dayağı, sadiq köməkçi rolunu
oynayırdı. Buna görə də, Səfəvilər ruhaniləri öz tərəflərinə çəkməyi
zəruri sayır, şiə müəssisələrinin rifahına yardım göstərir, onlara
əməli olaraq ruhanilərin sərəncam verdikləri vəqflər bağışlayırdılar.
XVI əsrdə Ərdəbildə Şeyx Səfiəddin türbəsinin vəqfi,
Təbrizdə Elxan Qazan xanın məqbərəsinin vəqfi, Həsən padşah
məscidinin vəqfləri və “Cahanşahiyyə” (Cahanşah) vəqfi246
Azərbaycanda daha böyük vəqflər idilər
38
.
Bu dövrdə İranda şiə müqəddəsləri olan İmam Rzanın
Məşhəddəki və onun bacısı Fatimənin Qumdakı məqbərələrinin
vəqfləri daha iri vəqflər sayılırdı
39
.
Vəqf torpaq mülkiyyəti sahəsinin artım mənbələri, yalnız
hökmdarların bəxşişlərindən ibarət deyildi. Bu dövrdə torpaq
sahibləri arasında gözə çarpan faydadan çıxış edərək öz mülklərini
vəqfə çevirmək ənənəsi özünü göstərirdi. Məlumdur ki, vəqflər
adətən vergi və inzibati toxunulmazlıq hüququndan istifadə edir,
çox nadir hallarda müsadirəyə məruz qalırdılar. Həmin feodallar bu
yolla öz mülkiyyətlərini şiə ruhanilərinin etibarlı mühafizəsi altına
keçirir və öz soyadının ardınca mütəvəlli (vəqf işləri müdiri)
vəzifəsini yazdırmaqla xəzinəıyə ödəyəcəyi vergilərdən canlarını
qurtarırdılar
40
.
I Şah Təhmasibin müasirləri olan adlı-sanlı seyidlərin “Tarix-i
aləm aray-i Abbasi”də verilmiş siyahısında Məşhəddə İmam
Rzanın məzarının təsərrüfat müdiri olmuş Əbülvəlinin adı çəkilir.
O, həmin vəzifədən azad edildikdən sonra Təbrizə gəlmiş, yeni
təyinat almış və Qazan xan vəqfinin (Övqaf-i Qazani) himayəçisi
vəzifəsini tutmuşdu
41
. Y e nə də həm i n s i y a hıy a g ö rə, mə n ş ə
etibarilə Ağqoyunlu padşahları nəslindən olan, Təbrizdəki
Əbdülvahabiyyə ailəsi, Həsən padşah məscidinin vəqflərinin
işlərini idarə edirdi. Həmin nəslin bir nümayəndəsi olan Mirzə
Əbdülhüseyn, Müzəffəriyyə adı ilə tanınan Cahanşah vəqfini idarə
edirdi
42
.
İskəndər bəy Münşinin yazdığına görə, XVI əsrdə vəqfin iki
növü var idi: sünnəti və vacibi. “Sünnəti” vəqflərinin himayəçisi
şahın özü idi və vəqfin gəlirləri onun göstərişi ilə xərclənirdi. Bu
zaman o, hamı tərəfindən qəbul olunmuş normaları rəhbər tuturdu,
çünki bu vəqfləri vəsiyyət edənlər “bir qayda olaraq daxil olan
gəlirlərin konkret olaraq hara xərclənməsini” göstərmirdilər. Əldə
olunan gəlirlərin ciddi müəyyən edilmiş maddələrlə onlara vəsiyyət247
edənlərin tələbinə uyğun olaraq xərcləndiyi vəqflər isə “vacibi”
adlanırdı
43
.
Göstərildiyi kimi, Azərbaycanda ilk Səfəvilər dövründə xüsusi
sahibkar mülk torpaqları xeyli azalmışdı. Lakin hər halda əyanların,
o cümlədən şiə ruhanilərinin ayrı-ayrı nümayəndələri bəzən əməllibaşlı gəlir verən iri malikanələrin – mülklərin sahibləri də
olurdular
44
. I
Təhmasibin şahlığı dövründə “böyük seyidlər” adlanan bu
adamların sırasında, İskəndər bəy Münşi, iri mülklərin sahibləri
olan bəzi ruhani nümayəndələrinin də adlarını çəkir. Sədr vəzifəsini
tutan Mir Qiyasəddin Məhəmməd, I Təhmasibin hakimiyyətinin
sonunda “İsfahanda mülk və malikanələrə sahib olmuş” və öz
“mülkünün (sərkərin) hesabına ömür sürmüşdür”
45
.
Seyidlər təbəqəsindən 5 min tümənə yaxın gəliri olan çoxlu
soyurqal və mülk (əmlak) sahibi olan Şah Neymətullanın oğlu
Mirmirani Yəzdinin adı çəkilir
46
. Xorasan əmirlərindən, İskəndər
bəy Münşi “çoxlu daşınar və daşınmaz əmlak, mülk və tarlalar”
sahibi olan Mirzə Əbutalib Rezavinin adını çəkir
47
. Astrabadda Mir
Ziyaəddin Fendereski “çox gəlir gətirən mülklər və malikanələr
sahibi idi”
48
. Qumda çoxlu mülk və malikanələr varlı seyid
Mirhaşım Qumiyə məxsus idi
49
.
İlk Səfəvilər dövründə şərti torpaq mülkiyyətinin daha bir
formasının – tiyulun meydana gəlməsi və XVI-XVII əsrlərdə geniş
yayılması, feodal münasibətlərində yeni hadisə oldu.
İqta təsisatı hələ XVI əsrə qədər qəti olaraq səhnədən çıxsa da,
bu istilaha XVI-XVII əsrlərin narrativ mənbələrində təsadüf
edilməkdədir. Nəzərdən keçirilən dövrdə iqta istilahı öz-özlüyündə
iqtanı əvəz etmiş təsisatları – soyurqalı və daha çox tiyulu
bildirirdi
50
. Maraqlıdır ki, əgər biz iqta istilahına salnamələrdə teztez rast gəliriksə, rəsmi sənədlərdə (fərmanlarda) bu istilah
tamamilə işlənmir
51
.
Soyurqal Azərbaycanda XV əsrdə mövcud olduğu şəkildə irsi248
mülk sayılırdı və vergi, inzibati-məhkəmə toxunulmazlığını
nəzərdə tuturdu
52
. Başqa sözlə, soyurqal sahibi xüsusi mülkiyyət
hüququndan istifadə edirdi.
Səfəvilər soyurqalı elə təsisatla əvəz etməyə səy göstərirdilər ki,
xidmətlərinə görə vassalların mükafatlandırılması onlara torpaqda
möhkəmlənməyə, torpaq mülkiyyətçisinə çevrilməsinə imkan
verməsin. Tiyul təsisatı mərkəzləşdirmə siyasətinin mənafeyi
naminə yaradılmışdı. İ.P.Petruşevskiyə görə, Səfəvi tiyulu
(nəzəriyyə üzrə) onları idarı etmək hüququ olmadan, müəyyən
torpaqlardan toplanılan vergi məbləğinin (bütövlükdə və yaxud
qismən) qulluq adamlarına irsən deyil, müvəqqəti və yaxud
ömürlük peşkəş edilməsini bildirirdi
53
.
V.F.Minorski göstərir ki, tiyul ilkin iqtaya müvafiqdir
54
.
İ.P.Petruşevski həmin tezisi dəqiqləşdirərək qeyd edir ki, “Səfəvilər
dövründə tiyulun inkişafı onların dövlət torpaq sahiblərinə və bu
torpaqlarda işləyən kəndlilərin dövlət aparatının köməyilə istismar
olunması sisteminə yardım etmək siyasəti ilə bağlı idi. Bu sistem
yeni əsaslar üzərində qurulsa da qismən VII-X əsrlərdə, xilafət
ölkələrində kəndlilərin dövlət istismarı sistemini və iqta formasının
XI əsrə qədərki inkişafının ilkin pilləsini xatırladırdı
55
.
Əgər nəzəri baxımdan tiyul sahibi (tiyuldar) idarəetmə
işlərinə qarışmadan torpaqdan alınan vergilərlə kifayətlənməli idisə
də, əməli işdə bu, heç də belə deyildi. Məsələ bunda idi ki, ilk
Səfəvilər öz siyasətlərində ardıcıl deyildilər. Onlar mərkəzləşdirmə
xətti ilə qüdrətli qızılbaş əyanlarına güzəştlər arasında tərəddüd
edirdilər
56
. Tiyul yalnız dövlət fondu torpaqlarından deyil, bəzən
şahın şəxsi torpaqlarından da peşkəş edilirdi. XVI əsrin ilkin
mənbələrində tiyul istilahı tez-tez işlədilirdi.
Məsələn, hicri 931 (1524-1525)-ci ildə gənc I Şah
Təhmasibin vəkili, rumlu tayfasının başçısı Div Sultan Gürcüstana
yürüş etmiş Köpək Sultan Ustaclının orada olmasından istifadə
edərək ustaclı tayfasına məxsus olan tiyulları öz həmtayfaları249
arasında bölüşdürmüşdü ki, bu da sonrakı ildə ustaclı tayfasının
böyük qiyamına səbəb olmuşdu
57
. Bu tiyullar Naxçıvanda və
Çuxursəəd vilayətində idi.
Buna bənzər digər bir tiyul Şirvanda idi. Hicri 938 (1531-
1532)-ci ildə təkəli tayfasının başçısı, Azərbaycanın cənub
hissəsinin əmir əl-ümərasıÜləma bəy şaha xəyanət edərək tayfanın
mühüm bir hissəsi ilə türk sultanına xidmət etməyə başladı. Hicri
947 (1540)-ci ildə onlar xondkarı tərk edib Qazi xan Təkəli başda
olmaqla yenidən şahın yanına qayıtdılar və onun tərəfindən
xeyirxahlıqla qarşılandılar. I Şah Təhmasib Salyan və
Mahmudabadı tiyul kimi Qazi xana bağışladı
58
.
İskəndər bəy Münşi qeyd edir ki, I Şah Təhmasibin
dövründə qızılbaş tayfaları arasında yüksək vəzifələr tutan və əla
tiyullara sahib olan şamlı tayfası xüsusilə fərqlənirdi. Burada
həmçinin göstərilirdi ki, ustaclı tayfasından olan bir çoxları əmir
adı almış, təbil, bayraq, qoşun (təbl-o-ceyş-o-ləşkər) və fəxri tiyul
sahibləri olmuşdu
59
.
Bir qayda olaraq, tiyulların bölüşdürülməsi çox vaxt yeni şah
taxta çıxdıqdan sonra, dövlət vəzifələrinə yeni təyinatlarla eyni
zamanda baş verirdi. Biz yuxarıda gördük ki, buna bənzər bölgülər
II Şah İsmayıl taxta əyləşdikdən sonra, həmçinin Şah Məhəmməd
Xudabəndə taxta çıxdığı zaman keçirilmişdi.
Yuxarıda göstərilən nümunələrdən görmək olar ki, qızılbaş
əyanlarına tiyullar paylanmaqla mərkəzi hökumət eyni zamanda
tiyuldarlar üzərinə həmin vilayətləri düşmən basqınından qorumaq
vəzifəsini də qoyurdu. Bir çox hallarda canişin, tayfa hakimi, yaxud
başçısı kimi tiyul ərazilərini idarə edən tiyuldarlar öz növbələrində
tabeliklərində olanlara daha kiçik bəxşişlər ayırırdılar. Məsələn,
Muğanda köç üçün əlverişli yerlər almış Qazi xan və təkəli tayfası
tezliklə bu vilayətləri mühafizə etməkdə şahın ümidlərini
doğrultmuşdular. Şirvan 1538-ci ildə bəylərbəyilik hüququnda
Səfəvilər dövlətinin tərkibinə daxil olsa da, ayrı-ayrı yerlər250
müqavimət göstərməkdə davam edirdilər. 1540-cı ildə Qazi xan öz
qoşununu müdafiəçilərinin inadla müqavimət göstərdikləri Bakı
qalasının üzərinə apardı. Son nəticədə şəhər alındı, əhalinin bir
hissəsi qılıncdan keçirildi
60
.
Belə misalları çox göstərmək olar
61
. Məsələn, İskəndər bəy
Münşinin məlumatına görə, hicri 988 (1580-1581)-ci ildə Salman
x a n U s t a c lı Şi r v a nın bəy lər bəy i təy i n e d l m işd i . B u , Şi r v a nın
Osmanlı Türkiyəsi və Krım tatarları tərəfindən dəfələrlə hücumlara
məruz qaldığı bir vaxt, onun həyəcanlı günləri idi. Buna görə də
Şirvanın müdafiəsi Səfəvilər dövləti üçün mütləq bir zərurət idi.
Həmin təyinatla birlikdə Şirvan torpaqları burada öz ailələri ilə
yerləşəön ustaclı tyfasının əyanları və Salman xanın mülazimləri
arasında bölüşdürüldü. İskəndər bəy Münşi ustaclı əmirləri arasında
bunların adını çəkir: Salman xan; Nəzər Sultanın oğlu Hüseynqulu
Sultan; Eşik Avaz Çavuşlunun oğlu Əliqulu Sultan; Mustafa Sultan
Şərəfli; Ənat bəy oğlu Mehdiqulu Sultan Çavuşlu. Onlardan başqa
əmirlər içərisində, habelə cagirli, qaramanlı və başqa tayfalardan da
2-3 nəfər var idi. Onların hamısına “Şirvan ölkəsində tiyullar
bağışlanmışdı”
62
. İskəndər bəy Münşi tiyulların bu qaydada
bölünməsini Salman xan və ustaclı əmirləri arasında “Şirvanın
bölüşdürülməsi” adlandırmışdı
63
.
XVI əsrdə tiyul hələ ciddi surətdə müəyyənləşdirilmiş bir məna
kəsb etmir və müxtəlif bəxşişləri bildirirdi. Nəzərdən keçirilən
dövrün mənbələrinin müqayisəsi göstərir ki, eyni bağışlamalar tiyul
hüququnda idi, yəni kiçik kənddən tutmuş, bütöv bir mahal, yaxud
vilayətə qədər ölçüdə məhdud ərazidən yığılan vergi məbləğinin
müvəqqəti mənimsənilməsini bildirirdi
64
.
Səfəvilər dövründə soyurqal yox olmadı, şəkilcə bir qədər
dəyişildi. Soyurqallar artıq daha çox kənd və yaşayış
məntəqələrindən ibarət kiçik sahələr olub, şiə ruhanilərinə məxsus
idilər. Sonuncu müddəa Səfəvi şahlarından – I Şah İsmayılın 1509-
cu ildə Kəmaləddin Hüseyn Ərdəbiliyə, I Şah Təhmasibin 1552-ci251
ildə Xəlifə Dərviş Məhəmmədə, Şah Məhəmməd Xudabəndənin
1584-cü ildə Mir Şərif Xədimbaşıya, I Şah Abbasın 1601-ci ildə
yenə də Kəmaləddin Hüseyn Ərdəbilinin nəslindən olanlara
Ərdəbil və Xalxal ərazilərində soyurqal bağışlanmasına dair son
dövrdə dərc olunmuş fərmanları ilə təsdiq edilir
65
. Bütün qeyd
olunan soyurqallar hərbi zümrəyə deyil, ruhanilərə və mülki
şəxslərə məxsus idi. Narrativ mənbələrdə də buna bənzər çoxlu
faktlar vardır. Məsələn, “Hüseyny seyidlərindən” olan Sədrəddin
Məhəmməd öz qardaşları Nizaməddin Əhməd, Qərəməddin
Məhəmməd və Əbülməhəmməd Lütfullah ilə birlikdə I Şah
Təhmasibin dööründə bir vaxt çox mühüm mövqe tutmuşdular.
Həsən bəy Rumlu bildirir ki, onlar Təbrizin yaxınlığında, Əskuyə
kəndində yaşayırdılar.Onların babası Əbülqasim əvvəlki
hökmdarların ehtiram göstərdiyi yüksək nüfuzlu seyid olmuşdu. I
Şah Təhmasib onlarla çox yaxın idi və tez-tez Əskuyə mülkündə
onlara baş çəkirdi. Lakin salnaməçinin göstərdiyi kimi, onların
yüksək vəkil, sədr və vəzir vəzifələrinə təkidlə iddia etmələri
üzündən şahla münasibətləri pozulmuşdu. I Şah Təhmasib sarayda
görünməyi onlara qadağan etmiş, lakin onların həmin vaxtadək
adlarında olan soyurqalları təsdiq edilmişdi
66
.
Məlumatı 1578-1579-cu illərə aid olan, Səfəvilər dövlətində
olmuş Venetsiya səfirlərindən biri təminatın özünəməxsus forması
kimi tiyullar haqqında yazırdı: “Sonsuz sayda kəndlər və mülklər
vardır ki, bunların hamısı, illik məvacibləri ən azından 100 dukat
olan süvarilərin haqqını ödəmək üçüçn nəzərdə tutulmuşlar. Lakin
əslində, onlar həmin ərazilərdən daha çox..., 3 qat artıq məbləğdə
gəlir əldə edirlər”
67
.
X V I əs r də m e y d a n a gəl m iş t i y u l təs i s a tı X V I I əs r də, I Şa h
Abbasın islahatlarından sonra qətiolaraq qanuni şəkil aldı
68
.
Hakim feodal sinfi252
Tədqiq edilən dövrdə Azərbaycanda feodal sinfi beş qrupdan
ibarətdi: 1)şah və hakim sülalənin üzvləri; 2) yarımköçəri qızılbaş
tayfalarının hərbi əyanları; 3) ali şiə ruhaniləri; 4) mülki
bürokratiyanın yuxarı təbəqəsi; 5) oturaq əyanlar.
Biz yuxarıda göstərdik ki, Səfəvilər dövlətində şah ən iri torpaq
sahibi idi. O,feodal “nərdivanının” başında dururdu.
Şah və onun xanədanının üzvləri ən məhsuldar və gəlirli
torpaqların sahibləri idilər. Səfəvilərin əcdadları əski zamanlardan
Ərdəbildə və onun ətrafında yaşayır, əkinçilik və ticarətlə məşğul
olurdular. Onlar Azərbaycanın əski oturaq feodal əyanlarına
mənsub idilər. Səfəvilərin doğma dili Azərbaycan türkcəsi idi. Bu
dil yalnız XVI əsrdə deyil, bu sülalənin hakimiyyətinin sonuna
qədər Səfəvilər sarayının və ordusunun dili olmuşdur.
Feodal sinfinin digər qrupları arasında birinci yer müstəsna
olaraq dövlətdə siyasi və hərbi hakimiyyətin tam sahibi olan
Azərbaycan qızılbaş tayfaları əyanlarına mənsub idi. Yalnız
mərkəzdə deyil, ucqarlarda, Səfəvilər dövlətinin tərkibinə daxil
olan bütün əyalətlərdə qızılbaş əyanları imtiyazlı, hakim mövqeyə
malik idilər. Feodalların bütün qalan qrupları Azərbaycan
əyanlarına tabe olub onlardan asılı idilər.
İ.P.Petruşevskinin düzgün olaraq göstərdiyi kimi, qızılbaş
əyanlarının aparıcı siyasi qüvvəsi belə bir faktla müəyyən edilirdi
ki, onlar ilk Səfəvilərin dövlətində ordunun, (feodal qoşununun)
əsas kütləsini təşkil edirdilər. Ordunun yüksək rütbələrinə qızılbaş
tayfalarının əyanları təyin edilirdilər. Onlar özlərindən asılı olan
həmtayfaları ilə birlikdə irsi olaraq hərbi xidmət göstərirdilər.
Bundan əlavə, əyanların yuxarı təbəqələri hakim xanədanın üzvləri
və şahın özü ilə qohumluq münasibətlərində olurdular.
Qızılbaş tayfaları və onların əyanları öz xidmətlərinə görə
şahdan oturaq kəndlilərin sakin olduğu geniş torpaq sahələri
alırdılar. Bu torpaqlara nəzəri cəhətdən şah hökuməti dövlət253
mülkiyyəti kimi yanaşırdı. Lakin onları əməli olaraq iri torpaq
sahibləri olan qızılbaş tayfalarının əyanları idarə edirdilər
69
.
XV əsrdə Səfəvilərin dayağına çevrilmiş qızılbaş tayfaları da
həmçinin türkdilli idilər və doğma dil kimi Azərbaycan
türkcəsindən istifadə edirdilər
70
. XV-XVI əsrlərin qovuşuğunda
qızılbaş tayfları şamlı, rumlu, ustaclı, təkəli, əfşar, qacar və
zülqədər tayfalarına bölünmüşdülər. Səfəvi istilaları gedişində bu
tayfalara xeyli türkdilli tayfa və nəsillər qoşuldular.
Oruc bəy Bayat öz əsərində qızılbaş tayfalarının və onların
şaxələrinin daha tam siyahısını verir. Bu siyahını tam şəkildə
verməyi faydalı hesab edirik:
71
1 ) u s t a c lı, 2 ) şa m lı, 3 ) ə f şa r , 4 )
t ü r k m a n , 5 ) b a y a t , 6 ) tə k əl i , 7 ) x a r m a n d a lı (harmandali), 8)
zülqədər, 9) qacar, 10) qaramanlı, 11) bayburtlu, 12) ispirli, 13)
oryad, 14) çavuşlu, 15) asayişoğlu, 16) çəmiş kəzəkli (Chamish
qazaqqlu), 17) sarızolaqlı, 18) qarabacaqlı, 19) baharlı, 20) qırxlı,
yaxud qoruqlu (griclu), 21) bozcalı (Boschalu), 22) Mahi Fəqihli
(Mahi-Fagihlu), 23) həmzəli, 24) zolaqlı, 25) mahmudlu, 26) qara
çomaqlı, 27) qara qoyunlu, 28) gözü bayızlı (cossi Boyezlu), 29
inanlı (inazlu), 30 Kuh giluyelu
72
.
I Şah Təhmasibin hakimiyyətinin sonunda Səfəvilər dövlətinin
yüksək vəzifəli şəxslərinin İskəndər bəy Münşinin verdiyi və
bizim dəfələrlə müraciət etdiyimiz siyahısımüstəsna dərəcədə
qiymətlidir
73
.
Aşağıda bu siyahının qızılbaş əmirlərinə aid olan hissəsini
veririk
74
.
Şamlı tayfası
I Şah İsmayılın dövründə bunlar olmuşlar: 1) Hüseyn bəy Lələ;
2) Əbdi bəy; 3) onun oğlu Durmuş xan; 4) onun qardaşı Hüseyn
xan (I Şah Təhmasibin bacısı oğlu); 5) Zeynal xan; 6) Ağzıvar xan.254
I Şah Təhmasibin dövründə yalnız 5 əmirin təbili və bayraqları
v a r i d i : 1 ) Vəl i Xəl i fə O v ç u – Mə ş h əd h a k i m i ; 2 ) F u l a d xəl i fə -
Həmədan vilayətinin hakimi; 3) Süleyman xəlifə - Astrabad
vilayətinin hakimi olmuş, sonra isə sarayda qalmışdı.
Ustaclı tayfası
I Şah İsmayılın dövründə onlar şamlılardan sonra ən qüdrətli
t a y f a o l m uşd u r . 1 ) X a n Mə h əm məd – D i y a r bək i r h a k i m i ; 2 ) Q a r a
xan onun qardaşı; 3) Qılınc xan; 4) Çayan sultan; 5) Köpək Sultan;
6) Məntəşə sultan; 7) Sədrəddin xan; 8) Fəruq Sultan; 9) Abdulla
xan; 10) Çuxursəəd hakimi olmuş Şahqulu Sultan.
I Şah Təhmasibin dövründə aşağıdakı əmirlər təbil və bayraq
sahibi olmuşlar: 1) Hüseyn bəy – Həsən bəy yüzbaşının oğlu, əmisi
Nəzər Sultanın yerində əmir və şahzadə Mustafa Mirzənin
qəyyumu (lələsi) olmuşdu; 2) Murad xan Süfrəçi – böyük saray
əmirlərindən olmuş Teymur xanın oğlu; 3) Allahqulu Sultan –
saray əmiri; 4) Piri bəy – saray əmiri, Rey Vəraminin iqtidarı; 5)
Pirə Məhəmməd xan Çavuşlu – Biyepiş əmir - əl-ümərası və və
İmamqulu mirzənin lələsi; 6) Məhəmməd xan Toxmaq –
Çuxursəədin əmir əl-ümərası; 7) Şahqulu Sultan Yegan – Herat
hakimi və Xorasan əmir əl-ümərası, Abbas Mirzənin lələsi; 8)
N ə z ər s u l t a n A s a y iş oğl u ; 9 ) İb r a h i m S u l t a n – Şa h q u l u S u l t a n
Yeganın oğlu, Sərəxs hakimi; 10) ustaclıların şərəfli qəbiləsindən
Vəlixan – Xorasanın çərxçibaşısı; 11) Xorasan əmirlərindən olan
Mahmud xan Sufi oğlu – Turşiz hakimi; 12) Teymur xan – Murad
xanın atası, Sistan hakimi bə Badi əz-zaman Mirzənin lələsi; 13)
Alqus Sultan Çavuşlu – Şüştər və Dizful hakimi; 14) Şahqulu
Sultan Qarınca oğlu – Mahi Fəqihli oymağından; 15) Mustafa
Sultan Keçəl Şahverdi oğlu.255
Türkman tayfası
1) Əmir xan Mosullu – Gülabi xanın nəvəsi, Xorasan əmir əl-
ümərası və I Şah Təhmasibin lələsi olmuş, Mərv yaxınlığındakı
döyüşdə böyük hünər göstərmişdi. Məhəmməd Xudabəndənin
dövründə onun nəslindən olan adaşı Azərbaycan əmir əl-ümərası
və şahla qohum olmuşdu; 2) Məhəmməd xan Mosullu - Əmir
xanın qohumu; 3) Şahqulu xan Pornak – tayfanın ən böyük
əmirlərindən biri, II İsmayılın dövründə Məşhəd hakimivə
Xorasanın yarısının əmir əl-ümərası olmuşdur; 4) Süleyman
Xəlifə - Söhrab Xəlifənin oğlu, Xorasanda Tus və Təbəsin
hakimi; 5) Heydər Sultan Çabuq Tərxan – Qum hakimi və
sarayın böyük əmiri olmuşdur; 6) Əbülməsum Sultan Yadigar
Məhəmməd Tərxan oğlu, sarayın böyük əmirlərindən olmuşdur.
Rumlu tayfası
1) Onların ən adlı-sanlı Şirvan əmir əl-ümərası Araz xan olmuşdur.
2) Hüseynqulu Xəlifə - sarayda xəlifət əl-xüləfa vəzifəsini
t u t u r d u ; 3 ) Dəl i B u d a q – X o y h a k i m i o l m uş, s o n r a i sə s a r a y d a
qalmışdır; 4) Qurban Sultan sarayda olmuşdur.
Zülqədər tayfası
1) Onlardan ən çox “yüksələni “ yaxşı qoşun təşkil etmiş
Məhəmmədqulu Xəlifə Qorxulu olmuşdur; 2) Məhəmməd Xəlifə -
İbrahim xan Hacıların əmisi oğlu, Astrabad hakimi; 3) Vəli Sultan
Qalxançıoğlu – Şiraz hakimi, Məhəmməd Mirzənin lələsi; 4) Təbət
ağa – Xorasanda Cam hakimi; 5) Şahqulu Xəlifə, Lar hakimi; 6)
Mənsur bəy – İbrahim xan Hacıların Xoydakı oğlu.256
Əfşar tayfası
1) Ən məşhur Əmiraslan sultan Ərəşli idi, böyük qoşunu vardı,
Əhməd Mirzənin lələsi olmuşdur; 2) Xəlil xan – Kuh Giluyə
hakimi, əfşarların 10 minlik evinin (ailəsini) başçısı; 3) Mahmud
Sultan- Savə hakimi; 4) Yusifqulu Sultan – Yaqub Sultanın qardaşı,
onun yerində Kirman hakimi olmuş, lakin sarayda qalmışdır, II
İsmayılın dövründə qorçibaşı və”dövlətin ali şəxslərindən”
olmuşdur; 5) İskəndər xan – Xəlil xanın qohumu idi, Həzarcəribdə
olmuşdur, Xudabəndənin vaxtında Kuh Giluyə hakimi idi; 6)
Yegan Sultan – Xorasanın Fərəh və İsfizar əyalətlərinin hakimi; 7)
Xosrov Sultan Kur oğlu Xorasanda olmuşdur.
Qacar tayfası
1) Yusif Xəlifə - Şahverdi Sultan Ziyad oğlunun oğlu idi,
İbrahim Sultanın yerində Qarabağ bəylərbəyisi olmuş, sonra
sarayda qalmışdı; 2) Mirzə Əli Sultan – sarayın mötəbər
əmirlərindən biri, divanbəyi olmuşdur; 3) Əli Xəlifə Ağçalı –
Damğan və Bistam hakimi; 4) Süleyman bəy Ziyadoğlu – Yusif
Xəlifənin və Süleyman Sultan Şəkəm oğlunun qardaşı; 5) Solaq
Hüseyn – Gilanda “ölkə”si var idi.
Təkəli tayfası
1) Ərdoğlu Xəlifə; 2) Vəli Sultan Şərafəddin oğlu – Məhəmməd
xanın qohumu, Xorasanda “ölkə”si var idi.
Talış tayfası257
1) Odövrün böyük əmiri Bayandur xan Astrada idi; 2) Həmzə
S u l t a n – s a r a y əm i r i ; 3 ) H a cı Ü v e y s s u l t a n ; 4 ) Q a r a x a n –
Çuxursəəddə Şuragöl və Ələşkərt hakimi; 5) Alpaut İbrahim
Xəlifə - Çuxursəəddə “ölkə”si var idi.
Xunuslu tayfası
1) Hüseyncan Sultan.
Kürd tayfaları
1) Şərəfxan Ruzəki – Bidlis əmirlərindən idi, Gilanda
Tonkabon hakimi; 2) Xəlil Sultan Siyah Mənsur; 3) Oğlan Budaqi
Şəkəni – Xorasanda Xabuşan hakimi, Fars əmirlərindən idi; 4)
Qılınc Xəlifə Pazuki – Çuxursəəd əmirlərindən idi; 5) Teymur xan
Ərdəlan – Həsənabad və Pələıngan (?) hakimi; 6) Şah Rüstəm
Abbası; 7) Onun qardaşı Məhəmməd – kiçik Lur hakimləri idilər.
Çəkəni tayfası
1) Mahmud Xəlifə və 2) Məhəmməd Sultan Calal oğlu – hər ikisi
Qarabağda Ziyad oğlunun yanında qulluq edirdilər; 3) Dönməz
Sultan da həmçinin Qarabağda idi.
Cağatay tayfası258
1) M i r zə Əl i Xəl i fə M i r gər a y lı – X o r a s a n d a i d i ; 2 ) İb n H ü s e y n -
Mir Hüseyn Sultan Firuzcəngin oğlu, Məşhəddə (?) idi; 3) Hacı
Məhəmməd Sultan – Savə hakimi, böyük seyidlərdən idi.
Şeyxavənd tayfası
1) Sədrəddin xan -saray əmirlərindən Məsum bəy Səfəvinin
oğlu, Sultan Hüseyn Mirzənin lələsi idi; 2) Seyid bəy – onun
qardaşı, astrabad hakimi idi; 3) Seyid Süleyman – Nəcəf
seyidlərindən olan Seyid bəy Kəmunə kimi tanınırdı. Məhəmməd
Kəmunənin oğlanlarından idi.
Bu siyahıda qızılbaş əmirlərinin adları müvafiq tayfalara
mənsubiyyətinə görə sadalanırdı. Öncə Azərbaycan tayfaları olan
şamlı, ustaclı, türkman, rumlu, zülqədər, əfşar, qacar, təkəli
tayfalarının adları çəkilirdi. Bu tayfalar digər tayfalara nisbətən
imtiyazlı mövqe tuturdular. Çünki Səfəvilər xanədanının qədim
“sufiləri”, “qaziləri”, “müridləri” və Səfəvilər dövlətinin baniləri
sayılırdılar. Həmin tayfaların əyanları özlərinin tam hökmran
m ö v q e lər i n i X V I əs r b o y u , I Şa h A b b a sın i s l a h a t l a rın a qə d ər
saxlamışdılar.
Bu tayfalardan sonra siyahıda digər tayfaların da adları çəkilir.
Bunların arasında türk mənşəli şeyxavənd və xunuslu, türk-monqol
mənşəli çağatay tayfaları da var idi. Sonra İran mənşəli: talışlar
tayfası; kürd mənşəli ruzəki, siyah mənsur, pazuki, ərdalan, çəkəni
tayfaları; lur tayfası abbasi;sadalananlardan əlavə mənşəyi məlum
olmayan kamunə tayfasının da adı
75
çəkilir.
Qızılbaş tayfalarına əmirlər başçılıq edirdilər. I Şah
Təhmasibin vəfatı ərəfəsində divan kitablarında (dəftərlərində) 114
əmirin adı çəkilir
76
. İs kən dər bəy M ü nşi g ö s tər i r k i , əm i r lər
arasında böyük əmirlər (ümərayi-əzəm), yaksək vəzifəli xanlar
(xəvanini-vəlaməkan), kiçik (xurud) və böyük (kəlan) sultanlar
77
fərqlənirdilər. Böyük əmirlər “təbil, bayraq, qoşun və məiyyət (təbl-259
o-ələm-o-xeyl-o-həşəm”) sahibləri idilər.
Yuxarıda göstərilmiş 1576-cı ilə aid olan 114 adlı-sanlı əmirdən
15-i ustaclı tayfasından çıxmışdı, həm də onların 10-u böyük əmir idi.
Rumlu tayfasından yalnız “təbil və bayraq sahiblərinin” sayı 4 nəfər
idi. İskəndər bəy Münşi şamlı əmirlərindən bəhs edərkən yazır ki,
“indi cənnətməkan olan əlahəzrət şahın (yəni I Təhmasibin)taxta
çıxmasının əvvəlində şamlı tayfası içərisində böyük əmirlər və adlı-
sanlı xanlar var idi... və onlar başqa tayfalardan yüksək vəzifələri və
layiqli titulları ilə ayrılırdılarsa da, şah vəfat edən vaxtda şamlılardan
“təbil və bayraq sahibləri” olan 5-dən artıq əmir qalmamışdı; qacar
tayfasından böyük əmirlər 5 nəfər; təkəli tayfasından – 2; türkmən
tayfasından – 6; əfşar tayfasından – 7; zülqədər tayfasından – 6 nəfər
olmuşdur”. İskəndər Münşinin 1576-cı ilə aid əmirlər siyahısı tam
deyildir. Orada 114 əmirdən yalnız 72 nəfərinin adları qeyd olunmuş,
42 nəfərin isə adları göstərilməmişdir. Adları çəkilmiş 72 əmirdən
56-sı qızılbaş, 3-ü çağatay, 10-u kürd və lur, 2-si şeyxavənd, 1-i isə
ərəb əmiridir. Beləliklə, bu siyahıdakı əmirlərin 61 nəfəri türk, 11
nəfəri isə qeyri-türklərdirlər
78
.
Əmirlərin vassalları və xidmətçiləri onlarla bilavasitə əlaqədar
idilər. İskəndər bəy Münşi onlar barədə aşağıdakıları deyirdi: “Şah
Təhmasibin vəfatı vaxtı sarayda 6000 böyük yüzbaşı (yüzbaşıyan-i
əzəm), vəzifəli şəxs, qorçi və sair xidmətçilər (mülaziman) vardı. Bu
hesabdan 4500 nəfəri qorçilər, 1500 nəfəri isə (qorçiyan – daş) (?),
yasavullar, bukavullar və sair kimi müxtəlif vəzifəli şəxslər idilər.
Onların arasında seçmə yasavullar və qorçilər, eşikağaları,
cəbbəxana və divan yasavulbaşıları(yasavulbaşiyan-i qur və divan),
mirşikarlar və topçubaşılar (topçibaşiyan) var idi. Bundan başqa hər
bir tayfa və zümrənin içərisində əmirlik dərəcəsinə yaxınlaşan
şəxslər vardı. Onlar əmir dərəcəsinə layiq görülməsələr də, heç də
onlardan az nüfuza malik deyildilər. Onlardan hər birinin 5 nəfərdən
50 nəfərədək bacarıqlı nökərləri var idi. Beləliklə, onlardan 6000
nəfər şah xanədanına (xassə) xidmət edirdi. Onların mülazim və260
nökərlərinin sayı isə təxminən 20000 nəfər, bəlkə də çox idi.
Qorçilərin cəsurluğu və qorxmazlığı barədə geniş yayılmış
söhbətlərə görə, hər hansı döyüşdə onlardan yüzü məiyyətin digər
üzvlərinin mininə bərabər idi”
79
.
Yuxarıda verilmiş məlumatlar ilk Səfəvilər dövründə inkişaf
etmiş feodalizm üçün səciyyəvi olan mürəkkəb feodal
“nərdivanının” mövcudluğunu təsdiq edir
80
.
Feodallar sinfinin üçüncü qrupunu Səfəvilərin sinfi dayağı olan və
onların hərtərəfli köməyindən istifadə edən ali müsəlman şiə
r u h a n i lər i tə şk i l e d i r d i . B u r a y a şe y x ü l i s l a m l a r , q a z i lər , C ü mə
məscidlərinin imamları, vaizlər və s.daxil idi. Əsas ilahiyyatçılar
(üləmalar) içərisindən çıxan çoxsaylı vəqf işləri müdirləri də bu
qrupa aid edilməlidir. Onların bəziləri bürokratik dövlət aparatında
aparıcı vəzifələrə irəli çəkilirdilər. Səfəvilər dövlətində ruhanilər
azərbaycanlılarla, farslarla, qismən isə ərəblərlə təmsil olunmuşdu.
Xristian ruhaniləri müsəlmanlardan aşağı pillədə dursalar da,
bir sıra imtiyazlardan istifadə edirdilər. Erməni ruhanilərinin yuxarı
təbəqələri, bir qayda olaraq vergilərdən azad edilən geniş monastr
torpaqlarına sahiblik edirdilər
81
.
Feodalların dördüncü qrupuna azərbaycanlı oturaq əyanların
nümayəndələri daxil idilər. İ.P.Petruşevskiyə görə, belə əyanlar
Qarabağda və xüsusilə Şirvanda salamat qalmış, Azərbaycanın
cənub vilayətlərində isə yarımköçəri azərbaycanlı və kürd əyanları
ilə əvəz edilmişdi
82
.
Sonuncu – beşinci qrup dövlət bürokratiyasının yuxarı
təbəqəsindən, habelə, vilayətlərdə olan əyalət inzibati aparatının
daha iri nümayəndələrindən ibarətdi.
Farslar (yaxud mənbələrdə adlandırıldıqları kimi “taciklər”)
Azərbaycan Səfəvilər dövlətinin feodal sinfinə qismən daxil idilər.
Lakin burada onlar asılı, tabe mövqe tuturdular. İlk Səfəvilər
dövründə onların vəziyyətini tarixçi İskəndər bəy Münşi aşağıdakı
şəkildə səciyyələndirir:261
“ Sarayda taciklər sinfinə (təbəqe-yi tacikiyyə) mənsub olan başqa
əyanlar qrupu (əkbər və əyan) var idi. Onlardan bəziləri qulluq
etməyə çalışırdılar (rah-i xidmət daştənd). Onlar bir o qədər mühüm
vəzifələr tutmasalar da,dövlət şurasında (cənnət məclisində)
müşavirlər kimi çıxış edir və (müzakirələrdə) iştirak etmələri ilə
diqqəti cəlb edirdilər”
83
. Buradaca iki farsın – Haşım Quminin və
Xacə Əbdülqədir Kirmaninin (iri torpaq sahiblərinin) adları çəkilir.
İskəndər bəy Münşi göstərir ki, “hər ikisi yüksək divanın vəziri
vəzifəsinə namizəd sayılsalar da, onlardan heç biri bu vəzifəni tuta
bilmədi”
84
.
Bu fikir venetsiyalı Alessandrinin verdiyi məlumatla da təsdiq
olunur. O, saraydakı farslar barədə yazırdı: “Baş müşavirlər (dövlət
şurasında) səs verə bilməzlər və şah onları dəvət etməyincə öz
fikirlərini söyləməyə ixtiyarları yoxdur; onlar yüksək ləyaqət sahibi
olsalar da, sultanın dərəcəsin qalxa bilmirlər. Hətta əyan mənşəli
olsalar belə, hərbi xidmətə dair təyinatlar ala bilmirlər”
85
.
Qızılbaş əyanları farslara (taciklərə) xor baxır, onlara yuxarı
dövlət vəzifələri tutmağa, müstəsna dərəcədə azərbaycanlı feodallara
aid olan hərbi işlərə qarışmağa layiq olmayan, aşağı təbəqə
nümayəndələri kimi yanaşırdılar.
1583-cü ildə qızılbaş əmirləri tərəfindən edam edilmiş, şah
Məhəmməd Xudabəndənin vəziri Mirzə Salman İsfahaninin həlak
olması haqqında İskəndər bəy Münşinin hekayəsində belə
münasibətin səciyyəvi faktını görmək olar. Vəzir Mirzə Salmanın
günahı barədə şahın sualına qızılbaş əmirləri aşağıdakı kimi cavab
vermişdilər: “ Mirzə Salman tacikdir və haqq-hesab
əməliyyatlarından (omur-i hesab) və divan işlərini idarə etməkdən
əlavə, heç kəs ondan xahiş etməmişdir ki, o, qoşun rəisi (sahib-i
ceyş-o ləşkər) olsun və sultanlığın (yəni ali hakimiyyətin – O.Ə.)
işlərinə qarışsın, təfriqə və qiyama səbəb olsun. İndi qızılbaşıar onu
ifşa etmişlər,onunla toqquşmuşlar. İlkin (tələb) budur ki, o, öz
ətəyini vəzir vəzifəsindən çəkməli, (dövlət) işlərini tərk etməlidir”
86
.262
Sonra Mirzə Salmanı ağıllı bir adam kimi səciyyələndirən
İskəndər bəy Münşi onun günahını bunda görür ki, o, vəzir
vəzifəsinin səlahiyyət çərçivəsini aşmış və “qələm sahibliyinin
həddini keçmişdir”
87
.
Kəndlilərin vəziyyəti.
Vergilər və mükəlləfiyyətlər
XVI əsrdə kəndlilərin vəziyyəti dəyişilmişdimi? Şübhə yoxdur ki,
XVI əstin əvvəlində Səfəvilər dövlətinin yaranması kimi nəhəng bir
siyasi hadisə, böyük sosial-iqtisadi irəliləyişlərin nəticəsi və
göstəricisi idi. Məsələ bunda idi ki, Səfəvilər ilk vaxtlardan yalnız
qızılbaş tayfalarının hərbi qüvvələrinə arxalanmamış, həm də xalqın
geniş təbəqələrini öz tərəfinə çəkməklə, onların yardım və
rəğbətindən ölkə mənafeyi naminə istifadə etməyə səy göstərmişlər.
Bunsuz onların siyasi düşmənlər üzərində qələbəsi qeyri-mümkün
olardı. Azğın və yırtıcı istismar nəticəsində Azərbaycan və Qərbi
İran kəndlilərini tam dilənçi və tələf olmaq həddinə çatdıran
Ağqoyunlu tayfa feodalları Səfəvilərin işini asanlaşdırmışdılar.
Şübhə yoxdur ki, Səfəvilər və qızılbaş feodallarının yuxarı təbəqəsi
ilk dövrdə əsas istehsalçı sinif olan kəndlilərin vəziyyətinin
yüngülləşdirilməsində bilavasitə maraqlı idilər. Nəinki yeni dövlətin
yaradılmasına nail olmaq, həm də onun bütövlüyünü çoxsaylı
düşmənlərin, xüsusilə də Osmanlı Türkiyəsinin təcavüzkar
siyasətinin qəsdlərindən qorumaq lazım idi. Ölkəni ağır iqtisadi
pozğunluq və dağıntı vəziyyətindən çıxarmaq, əkinçiliyin və kənd
təsərrüfatının, şəhər həyatının və ticarətin inkişafına təkan vermək
olduqca vacib idi.
Xalqın vəziyyəti ilə maraqlanmayan Səfəvi feodal tarixçiləri I Şah
İsmayılın kəndlilərə menasibətdə siyasətindən konkret olaraq
məlumat vermirlər. Bu sahədə dövlətin banisinin tədbirləri haqqında263
yalnız ümumi formada qızılbaş hökmdarının “fəzilətlərini”
təriflərkən, onun “sadəliyindən”, “rəiyyət haqqında qayğısından”
bəhs edərkən danışılır
88
.
Səfəvi-Osmanlı müharibələri dövründə kəndlilər kütləvi şəkildə
Azərbaycanın sərhəd ərazilərində məskunlaşmış olduqları yerləri
tərk edir və onların vəziyyəti təsvirəgəlməz dərəcədə ağırlaşırdı.
Düşmən orduları və düşməni ölkənin içərilərinə buraxmamaq üçün
tez-tez süni surətdə geniş əraziləri viran qoymaq tədbirlərinə əl atan
Səfəvi komandanlığı da kəndliləri buna məcbur edirdi
89
.
Alessandriyə görə, I Təhmasibin hakimiyyətinin son illərində
(70-ci illərin əvvəli) torpaq vergisi məhsulun altıda bir hissəsinə
bərabərdi
90
. Şah hökuməti tez-tez xəracı və digər vergiləri ləğv
etməyə, yaxud azltmağa məcbur olurdu. Əvəzində belə “iltifatdan”
bir neçə il keçdikdən sonra şah adətən əvvəlki illərdə alınmamış
vergi borclarını da dərhal ödəməyi tələb edirdi ki, bu da kütləvi
dilənçiliyə gətirib çıxarırdı
91
.
İlk Səfəvilərin vergi siyasətini öyrənmək baxımından Bakı
şəhərinin qala hissəsindəki epiqrafik abidə böyük əhəmiyyət kəsb
edir. Bu, Şah Təhmasibin mətni farsca olan, daş üzərində həkk
edilmiş və Cümə məscidi minarəsinin özülünə qoyulmuş fərmanıdır.
Hicri 964 (1556-1557)-cü il tarixli fərmanda dövlətin bütün
vilayətlərində (məmalik) vergilərin (malcəhət və vücuhat) azaldıldığı
bildirilir
92
.
Fərmanın tarixi göstərir ki, o, Səfəvi dövlətinin Osmanlı
Türkiyəsinə qarşı 1555-ci il sülhü ilə başa çatmış viranedici
müharibələrinin bütöv bir dövründəb dərhal sonra elan edilmişdir Bu
fərmanın verilməsi sübut edir ki, mərkəzi hökumət kəndlilərin ağır
vəziyyətini nəzərə almağa məcbur olur və öz təbəələrinin ödəmə
qabiliyyətini bərpa etmək üçünbəzi tədbirlər görürdü.
XVI əsrin 70-ci illərinin sonu və 80-ci illərində Səfəvilərin
Osmanlı Türkiyəsi ilə apardığı müharibə şəraitində feodal
özbaşınalığı və mərkəzi hakimiyyətin zəifləməsi nəticəsində xalqın264
(kəndlilərin və sənətkarların) vəziyyətinin kəskin surətdə pisləşməsi
müşahidə olunurdu
93
.
İlk Səfəvilərin öz sələflərindən fərqli olan hər hansı yeni vergi idarə
üsulu müəyyən etmələri barədə əlimizdə məlumatlar yoxdur. Əksinə,
bu sahədə ciddi dəyişikliklərin baş vermədiyini bildirən məlumatlar
daha çoxdur. Məsələn, Mir Yəhya Qəzvininin məlumatına görə,
Uzun Həsənin tətbiq etdiyi qanunlar onun ölümündən sonralar da öz
qüvvəsində qalmışdı
94
. Şərəf xan Bidlisinin daha konkret və dəqiq
məlumatından məlum olur ki, hətta XVI əsrin sonunda da İraq, Fars
və Azərbaycan hakimləri Uzun Həsənin vergi nizamnaməsini
(qanunnamə) rəhbər tuturdular
95
.
Maraqlıdır ki, Uzun Həsənin qanunları Kiçik Asiyanın şərq
vilayətərində (onlar XVI əsrin əvvəlində Osmanlı imperiyasının
tərkibinə daxil olduqdan xeyli sonralar da) də feodal
münasibətlərinin normaları olaraq qalırdı
96
.
Vergi sistemini və onun terminologiyasını öyrənən nisbətən
çoxsaylı əsərlərin olmasına baxmayaraq, indiyə kimi bu sahədə bir
çox məsələlər aydın deyil və həll olunmamışdır. Bu, hər şeylərdən
əvvəl, vergi və mükəlləfiyyətlərin ayrı-ayrı istilahlarının mənasının
və onların xarakterinin aydınlaşdırılmasına aiddir. İ.P.Petruşevski
göstərir: “Bu mürəkkəblik sənəd mənbələrinin azlığı, narrativ
mənbələrdəki məlumatların dolaşıqlığı, xüsusilə vergi və
mükəlləfiyyətlərə dair eyni istilahların müxtəlif vaxtlarda və
müxtəlif vilayətlərdə eyni mənada işlədilməməsi ilə izah olunur”
97
.
Səfəvilər dövləti yaranana qədər və ondan sonra rəiyyətin vergi və
mükəlləfiyyətlərinin müqayisəsi bəzi əhəmiyyətli nəticələr
çıxarmağa imkan verir. Bizə əvvəlki dövrlərdən məlum olan
istilahlarla yanaşı, XVI əsrdə təcrübədə bir sıra yeni vergi və
mükəlləfiyyətlər meydana gəlmiş, bəziləri isə istifadədən çıxmışdır.
Biz, aşağıda, ilk Səfəvi şahlarının fərmanlarından əxz etdiyimiz
müxtəlif vergi və mükəlləfiyyətlərin adlarını ümumi siyahıya
salmışıq.265
1.Malcəhət 22. Müməyyəzane
Bəhrəçə 23.Həqq-i səyi ümmal,
Dəhyek Əvamil
2.İxracat 24.Rüsum-idaruğəgi və kələntəri
Xariciyyət 25.Rəsm əl-vizarə
3.Şiltakat 26.Düşüllük-i ərkan-i dövlət
Şanakisat 27.Mirabi
4.Avarizat 28.Dəhyek-i mustoufiyan
5.Ələfə 29.Dəhyek-o-nim-i soyurqal
6.Ülufə 30.Dəhyek-i rəiyyəti
7.Qonalqa 31.Xırman bəhrə
Xanə nüzul 32.Azdar
Sərvəriy-i nüzul-i hal 33.Çuvallıq
8. Ulaq Xərc-i xurcun
Diraz quş 34.Çərik
9. Ülam Zər-i çərik
10.Biyar 35.Cizyə
11.İxracati-qələ Təvafüt-i cizyə
12.Şikar 36.Qəlle-yi ibtiyai
13.Dəstəndaz 37.Tərh
14.Savəri 38.Çıraqlıq
15.Peşkəş 39.Məvaşi
Peşkəş-i sahib-i 40.Mərai
Ölkə Çoban bəyi
16.Salami 41.Sər şümar
Salamane Səranə
17.Eydi Xane şümar
18.Novruzi 42.Bəhay-i morq
19.Rəsm-i mühdis 43.Sorğu və yorğu
İhdas 44.Ximə
20. Şilan bəha 45.Qah
21. Rəsm əl-möhr 46.Kəndəlik266
Tərtib etdiyimiz siyahı heç də tam deyildir, çünki yalnız nəzərdən
keçirdiyimiz fərmanlarda adı çəkilən istilahları əhatə edir. Şübhə yoxdur
ki, hələ bizə məlum olmayan sənəd və narrativ mənbələrin aşkara
çıxarılması, elmi dövriyyəyə daxil edilməsi ilə həmin siyahı xeyli
genişlənə bilər
98
.
Səfəvilər dövrünün vergi siyasəti ilk dəfə İ.P.Petruşevskinin
əsərlərində ciddi təhlil edilmişdir. Bir sıra, az məlum olan istilahlar
haqqında V.F.Minorskinin, A.Lembtonun və H.Horstun tədqiqatlarında
qiymətli müşahidələr, nəticələr vardır.
Bizim vergi və mükəlləfiyyətlər siyahımızdan bəziləri hələ Sasanilər və
Ərəb xilafəti (xərac, cizyə, biyar), əsas hissəsi isə Səlcuqlar, monqollar
və Səfəvilərin sələfləri – Qaraqoyunlu və Ağqoyunlu padşahları
dövrlərindən miras keçmişdir (malcəhətə, bəhrəçə, dəhyek, ixracat,
xariciyyət, şiltəkət, şanakisət, avarizat, ələfə, ülufə, konalqa, ulaq, üləm,
bikar, şikar, dəstəndaz, savəri, peşkəş, salami, salamanə, eydi, novruzi,
ixdas, həqq-i səyi, ümmal, çerik, tərx, məvaşi, mərayi, sorğu, yorğu və
bəzi başqaları).
Biz oxucunu göstərilən istilahların bu və ya digər səviyyədə
işıqlandırılmış olduğu müvafiq ədəbiyyata müraciət etməyə yönəldərək,
aşağıda onlardan tədqiq olunan dövrdə ilk dəfə qeyd edilənlərinin
üzərində dayanacağıq
99
.
“Rəsm-i mühdisə” (ihdas) – I Şah İsmayılın 1503-cü ilə aid olan
fərmanında təsadüf edilir
100
. Bu istilaha ihdas formasında Şah
Məhəmməd Xudabəndənin 1581-ci il tarixli toxunulmazlıq fərmanında
da rast gəlinir
101
. O, Səfəvilərə qədərki dövrdə Əlvənd Ağqoyunlunun
hicri 904 (1498-1499)-cü il tarixli fərmanında ihdas formasında verilir
102
.
A.Lembton bu istilahın aydın mənasını vermir. H.Horst onu “polis
zabiti” kimi mənalandırır
103
.
İhdas mənşəcə ərəb kökündən olub “baş vermək”, “olmaq”
mənasını bildirir. “Təzkirət əl-mülük” əsərinə görə, ihdas, yaxud başqa
cür adlandırıldığı kimi, “mirşəb”, növbətçi xidmət zabiti idi və gecələr
ictimai asayişin mühafizəsi onun öhdəsinə düşürdü. O, keşikçilər dəstəsi267
ilə gecələr şəhər məhəllələrini gəzir və gecə hadisələri barədə səhər
darğaya (polis xidməti başçısına) məlumat verirdi
104
.
Biz belə hesab edirik ki, “rəsm-i mühdis” istilahı ilə “ihdas”
dedikdə - polis zabitinin xeyrinə yığılan vergi nəzərdə tutulur. Lakin
rəiyyətdən, onların arasında baş verən mübahisələri, cinayətləri ayırd
etmək üçün alınan vergilər “cari ildə mübahisə və ixtilafların olub –
olmayacağından” asılı olmadan əvvəlcədən yığılırdı
105
. Ə.Rəhmani ihdas
istilahını “gecələr bazarın mühafizəsi üçün” toplanılan vergi kimi
müəyyən edir
106
.
“Rəsm əl-möhür” - (hərfən “möhür haqqı”) I Şah Təhmasibin
tarixi göstərilməyən fərmanında
107
verilmişdir. Zənn etmək olar ki, bu
adla rəiyyətdən möhür vurulması ilə bağlı olan sənədlərin
rəsmiləşdirilməsi üçün toplanan vergilər nəzərdə tutulurdu. Ehtimal edilə
bilər ki, bu məbləğ möhrdarın (“möhr mühafizəçisi”) xeyrinə olaraq
toplanırdı.
“Rüsum-i daruğəgi və kələntəri” - darğanın (polis rəisinin) və
kələntərin (şəhər mülki idarəsinin başçısı) xeyrinə toplanan vergi
108
.
“Mirabi” – vergim istilahı kimi I Təhmasibin tarixi göstərilməyən
fərmanında verilir. Bu istilah (əmirrabi formasında) Yaqub bəy
Ağqoyunlunun 1479-cu il
109
tarixli fərmanında da vardır. “Mirab” - ərəbfars birləşməsi “əmiri-i ab”ın qısaldılmış forması olub hərfən “əmir, su
rəisi”, yəni suvarma kanalları rəisini bildirir. Suvarma üçün suyun
düzgün bölüşdürülməsinə nəzarət edən məmur belə adlanırdı. Qeyd
edildiyi kimi, süni suvarma Azərbaycanda, İranda və qonşu ölkələrdə
kənd təsərüfatının idarə olunmasının əsas şərtlərindən biri idi. Buradan
da hər vilayətdə, yaxud mahalda olan mirabın əhəmiyyəti aydınlaşır.
Şardenin (XVII əsr) məlumatına görə, İsfahanın mirabı onun
köməkçilərinin aldığı məbləğdən əlavə öz xidmət işinə görə ildə 4 min
tümən də alırdı
110
.
“Təzkirət əl-mülük”də göstərilir ki, suvarma kanallarına
nəzarətçilər təyin etmək, kanalları və kiçik çayları təmizləmək,
Zəyəndərudun suyunun həmin çaydan suvarılan İsfahan mahalının bütün268
hissələrinə çatması üzərində müşahidə aparmaq İsfahan mirabının
vəzifəsinə daxil idi. Mirab həmçinin ayrı-ayrı şəxslərin və ərazilərin su
üzərində hüquqları ilə bağlı mübahisə və iddialarını da həll etməyə
borclu idi
111
.
“Dəhyek” – farsca hərfən anlamı “ondan biri” - ərəbcə “üşr” (“on”)
istilahının sinonimi. İstilahın texniki anlamı – məhsulun
1/
10 payı
ölçüsündə torpaq vergisidir
112
. Ehtimal etmək olar ki, I Şah Təhmasibin
1525-ci il tarixli fərmanında “mustoufilərin xeyrinə onda bir” mənasında
“dəhyek-i mustoufiyan” istilahı işlədilir
113
. I Təhmasibin tarixi
göstərilməyən fərmanından aydın olduğu kimi, dəhyek soyurqallardan da
alınırdı. Fərmanda “dəhyek-o-nim-i soyurqal” və “dəhyek-i rəiyyəti”
istilahları işlənir. “Dəho-nim” onda birin yarısını (5%), “dəhyek-o-nim”
(10% + 5%)isə məhsulun 15%-ni təşkil edirdi. Bu istilahların texniki
anlamı o qədər də aydın deyildir. “Xırman bəhrə” – I Şah Təhmasibin
İsfahana aid olan, tarixi göstərilməyən fərmanında təsadüf edilir.
“Xırman bəhrə” hərfən “biçin, taxıldöymə bəhrəsi” deməkdir. Məlum
olduğu kimi taxılın döyülməsi dairə boyu sürülən və taxılı tapdalayan
öküzlərin köməyi ilə edilirdi. Əlimizdə dəqiq məlumatlar olmasa da,
ehtimal etmək olar ki, rəiyyət öz taxılını döymək üçün torpaq sahibinin iş
heyvanlarından istifadə edirdi və bundan ötrü də “xırman bəhrə”
115
verməli idi.
“Xərc-i xurcun” və “çuvallıq” – səciyyə etibarilə kəndli
mükəlləfiyyətləri. Birinci, hərfən “xurcunun dəyəri” anlamında Əhməd
Ağqoyunlunun 1497-ci il tarixli fərmanında göstərilir
116
. İk i n c i s i I Şa h
İsmayılın 1505-ci il fərmanında verilir
117
. Papazyanın fikrincə, “çuvallıq”
azərbaycanca “çuval”sözündən yaranmış mücərrəd isimdir, yun parçadan
tikilmiş heybə deməkdir. Onun güman etdiyinə görə, istər qoşunlarda,
istərsə də divan vergi idarələrində mühüm əşya olan çuvalların tədarükü
üzrə xüsusi mükəlləfiyyət var idi
118
. Güman etmək olardı ki, aşırma
heybələrinin (xurcunların) və çuvalların tədarükü mükəlləfiyyəti “xərcxurcun” və “çuvallıq” istilahında öz ifadısini tapmış, pul vergisi ilə əvəz
olunmuşdu.269
“Qəlle-yi ibtiyai” – iki ərəb mənşəli sözdən, yəni “taxıl” və
ərəbcə
119
“almaq”, “alqı” sözlərindən ibarətdir. Söz birləşməsi “taxılın
satın alınması, alqısı” kimi tərcümə edilməlidir. İstilaha Yaqub (1479-cu
il) və Əlvənd (1499-cu il) Ağqoyunluların fərmanlarında, habelə I Şah
İsmayılın (1512-ci il)
120
və I Şah Təhmasibin tarixi göstərilməyən
fərmanlarındatəsadüf edilir. Əlvənd Ağqoyunlunun A.Lembton
tərəfindən aşkar edilmiş hicri 904 (1498-1499)-cü il tarixli başqa bir
fərmanında buna bənzər “qəllə-tərx”birləşməsi vardır. A.Lembton
göstərir ki, Qacarlar dövründə İranda kəndliləri bazar qiymətlərindən
yuxarı qiymətlərlə taxıl almağa məcbur edən adət var idi. Buna qəllə-tərx
deyirdilər
121
. Sonuncu fərmanda “qəllə-tərx”istilahından sonra bilavasitə
“ibtiyai” adı çəkilir. Rəiyyət vergi və mükəlləfiyyətləri arasında “qəlleiibtiyai”yə rast gəldiyimiz yuxarıda göstərilən dörd fərmandan ikisində
bu mükəlləfiyyət tərx istilahı ilə yanaşı işlədilir; birində həmin istilahdan
irəlidə, digərində isə sonra qeyd edilir. Bun hal bizi belə bir qənaətə
gətirir ki, “qəəle-yi ibtiyai” və “tərx” istilahları mənaca yaxındırlar. Həm
də tərx istilahının texniki məzmunu Ə.Ə.Əlizadənin əsərlərindən bizə
yaxşı məlumdur
122
. O, müəyyən etmişdir ki, “tərx”deyəndə: 1)
şəhərlilərin və kəndlilərin bazar qiymətlərindən bir neçə dəfə artıq
qiymətə taxıl və digər ərzaq məhsullarını icbari qaydada (hakimiyyət
orqanlarının əmri ilə) dövlət anbarlarından alması; 2) dövlətin və yerli
feodalların buna ehtiyacı olanda rəiyyətin ərzaq məhsullarını bazar
qiymətlərindən xeyli aşağı qiymətə onlara satması nəzərdə tutulur.
Görünür ki, texniki cəhətdən bu uzlaşma, “tərx” istilahı ilə onun birinci
mənasına müvafiq gəlir.
Beləliklə, “qəlle-yi ibtiyai” – bir qədər əvvəl vergi şəklində
kəndlilərdən toplanmış taxılın bazar qiymətlərindən bir neçə qat artıq
qiymətlərlə dövlətdən və feodallardan satın alınmasını bildirən rəiyyət
mükəlləfiyyətidir
123
.
“Bəhay-i morq” (hərfən “quşun qiyməti, dəyəri”) Şah Məhəmməd
Xudabəndənin 1581-ci il tarixli fərmanında işlədilir
124
. Texniki anlamda
feodalların tələbi ilə rəiyyətin quş tədarük etməsini bildirən270
“morq”istilahına, biz artıq Əlvənd Ağqoyunlunun hicri 904 (1498-
1499)cü il tarixli və I Şah Təhmasibin tarixi göstərilməyən fərmanlarında
rast gəlmişik
125
. Ehtimal etmək olar ki, feodallar öz mülahizələrinə
əsasən həmin mükəlləfiyyəti pul alınması ilə əvəz etmişdilər.
“Ximə”, “kah” (hərfən “odun, “ot”) I Şah Təhmasibin və Məhəmməd
Xudabəndənin fərmanlarında rəiyyət mükəlləfiyyətləri sırasında işlədilir.
Ehtimal etmək olar ki, rəiyyətin ağac doğraması və feodalları odunla
(yanacaqla) və otla təmin etmək mükəlləfiyyətinə müvafiqdir.
“Kəndəlik” – Radlovun lüğətində olan türk sözüdür və “divarda
bürc ucaltmaq” kimi şərh edilir
126
. Güman etmək olar ki, bu istilah qala
bürclərinin tikintisi üzrə rəiyyətin mükəlləfiyyətini bildirir.
Göstərdiyimiz vergi və mükəlləfiyyətlərin Səfəvilər dövlətinin
bütün vilayətlərində eyni məzmuna malik olduğunu düşünmək düzgün
olmaz. Müxtəlif ərazilərdə yerli ənənələrlə bağlı onların
adlandırılmasında müəyyən müxtəliflik müşahidə olunur. Məsələn, I Şah
Təhmasibin İsfahana aid olan 1525-ci il tarixli fərmanında vergi və
mükəlləfiyyətlərə aid olan 20 istilahın, Şah Məhəmməd Xudabəndənin
isə 1581-ci il tarixli fərmanında 19 istilahın adı çəkilir. Şah Təhmasibin
tarixi göstərilməyən, İsfahana aid olan fərmanında (fərmanın mətninə
əsasən 1533-cü ildən sonra dərc edildiyini qeyd etmək olar) daha çox
sayda (30) vergi və mükəlləfiyyət istilahları vardır. Bəzi hallarda
müxtəlif istilahlar texniki anlamlarda sinonimdirlər.
XVI əsrdə Azərbaycan şəhərləri
Tədqiq edilən dövrdə Azərbaycan şəhərləri sənətkarlıq və ticarətin
iqtisadi mərkəzləri idilər. Onlardan bəziləri (Təbriz, Gəncə, Ərəş, Ərdəbil,
Culfa) bütün Səfəvilər dövləti, digərləri (Bərdə, Naxçıvan, Marağa,
Dərbənd və s.) yerli vilayət miqyasında əhəmiyyət kəsb edirdilər.
Mənbələrdə “şəhr”istilahı yalnız təsərüfat həyatının mərkəzlərim
olan iri yaşayış məntəqələrini bildirmirdi. Onlar həm də tez-tez inzibatisiyasi mərkəzlər, bəzən isə qalalar idilər. Şəhərləri bildirmək üçün271
“şəhr” istilahı ilə yanaşı, digər istilahlar da, məsələn, “bələdə” (ərəbcə
cəm halında “bəlad”) işlədilirdi. Müasir fars dilində bu istilah kiçik
şəhərlərə şamil edilir. Lakin XV-XVI əsrlərdə bu ad altında yalnız kiçik
şəhərlər deyil, eyni zamanda siyai və inzibati mərkəzlər də nəzərdə
tutulurdu
127
.
Bununla belə, əvvəlki dövrdə olduğu kimi, Azərbaycanda ölkənin
iqtisadi həyatında çox vaxt yuxarıda göstərilən şəhərlərdən heç də az rol
oynamayan, lakin inzibati-siyasi mərkəz olmayan çoxlu ticarətsənətkarlıq məskənləri var idi. Adətən onlar kənd yaşayış məskənlərindən,
onların ticarət və sənətkarlıq mərkəzləri kimi təkamülü nəticəsində
inkişaf edirdi. Azərbaycanın bir çox şəhərləri belə yaşayış
məntəqələrindən meydana gəlmişdir. Bu tip şəhərlər mənbələrdə “yer”,
“kənd” anlamını verən “qəsəbə” (ərəbcə, cəm halında “qəsəbat”) istilahı
ilə göstərilir.
Biz aşağıda XVI əsrdə ölkənin sosial-iqtisadi həyatında mühüm rol
oynamış daha iri Azərbaycan şəhərlərini nəzərdən keçirəcəyik.
Təbriz – Azərbaycan xalqının sosial-iqtisadi, siyasi və mədəöni
həyatında müstəsna rol oynamış ən qədim şəhərlərdən biridir. Təbrizin iri
ticarət-sənətkarlıq və siyasi mərkəz kimi yüksəlişi Hülakülər (Elxanilər)
dövlətinin paytaxtı elan edildiyi dövrə aiddir
128
. Təbriz Azərbaycanda və
qonşu ölkələrdə XIV əsrin ikinci yarısı – XV əsrlərdə yaranan Cəlairilər,
Qaraqoyunlu və Ağqoyunlu dövləötlərinin “paytaxt şəhəri” olmuşdur. Bu
vəziyyət onun əhalisinin artmasına və ərazisinin xeyli böyüməsinə səbəb
olmuşdur.
Səfəvilər dövlətinin banisi İsmayıl 1501-ci ildə Təbrizi ələ
keçirərək onu öz dövlətinin paytaxtı etdi. 1555-ci ildə şahın iqamətgahı
Qəzvinə köçürüldükdən sonra da Təbriz çox böyük şəhər olaraq
qalmışdır. Bu mənada səciyyəvidir ki, ingilis taciri Artur Edvards 13 il
keçdikdən sonra (1568-1569-cu illər) Səfəvilər dövlətinin bir sıra
şəhərlərini gəzərkən Təbrizi “İranın paytaxtı” adlandırır
129
.
Şəhər əhalisinin sayı haqqınad yalnız təqribən mühakimə yürütmək
olar. I Şah İsmayılın naməlum tarixçisi, Səfəvilər şəhəri ələ keçirdikləri272
zaman (1501-ci il) onun əhalisinin 300 min nəfər olduğunu göstərir
130
.
Tarixçi Xondəmir Təbrizi “dünyanın insan yaşayan dörddə bir hissəsinin
ən abad şəhərlərindən” biri sayırdı
131
. Oruc bəy Bayat Təbrizi “Şərqin
paytaxtı” adlandırır
132
. Onun hesabına görə isə şəhərin əhalisi türk
istilasına (1585-ci il) qədər 80 min ailədən çox idi (Q.Le-Strencin
hesablamalarına görə 360 min nəfər)
133
.
Osmanlıların 1585-ci ildə şəhərə hücumu zamanı Təbrizin hərbi
qüdrətindən bəhs edən İskəndər bəy Münşi göstərir ki, “Təbriz şəhərində
olan yüz min sakindən, ən azı yarısı döyüş qabiliyyəti olan (işə yarayan)
gənclərdir... ”
134
. Həm də şəhər əhalisinin əksər hissəsi “tacirlər, sənət və
sənaye adamları” zümrəsinə mənsub idi
135
.
XV-XVI əsrlərdə Təbrizdə sənətkarlıq sahələri – ipəktoxuma,
həllaclıq (yun çırpma), pambıq parça istehsalı, boyaqçılıq yüksək
dərəcədə inkişaf etmişdi. Sənətkarlıq məhsullarının xeyli hissəsi xaricə -
beynəlxalq bazara çıxarılırdı. Naməlum tacirin məlumatına görə,
Siruyanın və Osmanlı Türkiyəsinin, sonra isə Avropanın şəhərlərinə
burada istehsal olunan qırmızı və tünd qırmızı qumaş və parçalar, hər cür
ipək parçalar göndərilirdi
136
. Digər bir venetsiyalının – Alessandrinin
məlumatına görə, Təbriz malları Avropanın İsveç, Polşa, danimarka kimi
ölkələrinə də ixrac edilirdi
137
. Bu dövrdə Səfəvilər dövlətində olmuş
ingilis səyyahı L.Çempen qeyd edirdi ki, “Təbriz Avropa şəhərlərindən
idxal olunan mahud və qarazəy satışı üzrə ölkədə çox mühüm şəhərdir”.
İpək parçaları buraya, həm onları Venetsiyadan alıb gətirən azərbaycanlı
(təbrizli) tacirlər, həm də məhsulu Hələbdən (Aleppodan) Təbrizə
çatdıran, şəhərdə yaşayan türklər və ermənilər gətirirdilər
138
. Təbriz
əhalisinin çoxluğu ərzaq məhsulları ilə şəhərin müvafiq qaydada təchiz
olunmasını tələb edirdi. Buraya ətraf yerlərdən qoyun əti, buğda unu,
Urmiya gölündən balıq, Xəzər sahilindəki Mahmudabaddan isə balıq və
yüksək keyfiyyətli kürü gətirirdilər. Çoxlu bağ və bostanları olan Təbriz
özünü meyvə və tərəvəzlə təchiz edirdi
139
.
XV əsrdə də Təbriz Azərbaycan mədəniyyəinin iri mərkəzi idi.
XVI əsrin əvvəlində Səfəvilər dövlətinin yaranması ilə əlaqədar Təbrizin273
mədəni rolu daha da artdı. I şah İsmayılın bir çox cəhətdən əzəmətli
Lorentsonun sarayını xatırladan iqamətgahına çoxlu ölkələrdən o dövrün
istedadlı və təhsilli adamları, elm və mədəniyyət xadimləri can atırdılar.
Həbibi başda olmaqla Süruri, Şahi, Matəmi, Tüfeyli kimi Azərbaycan
şairləri onun sarayındakı ədəbi məclisin üzvləri idilər. Əsərləri türkdilli
xalqların ədəbiyyatına faydalı təsir göstərmiş I Şah İsmayılın özü də
böyük Azərbaycan şairi kimi şöhrət qazanmışdır. Özünəməxsus
“incəsənət akademiyası” olan şah kitabxanasında misilsiz rəssamlar
Sultan Məhəmməd və Kəmaləddin Behzad yaradıcılıqla məşğul olurdular.
İncəsənətin miniatür rəssamlığı növünün bütün Yaxın və Orta Şərqdə
inkişafında aparıcı rol, Təbriz miniatür məktəbinin nümayəndələrinə
məxsus idi
140
.
XVI əsrin birinci yarısında Azərbaycana türk basqınları şəhərin
inkişafına fəlakətli təsir göstərən mənfi amil olmuşdu. Türk sultanının
qoşunları dörd dəfə (1514, 1534, 1535, 1548-ci illər) Təbrizi ələ
keçirmişdilər. 1514-cü ildə I Sultan Səlim ən yaxşı Təbriz sənətkarlarını
və ustalarını ailələri ilə birlikdə İstanbula aparmışdı (bir neçə yüz
nəfərdən bir neçə min nəfərədək). Türk işğalına qarşı mübarizədə
Səfəvilərin tətbiq etdiyi “viran edilmiş torpaq” taktikası, eləcə də işğalın
özü, Təbrizin və onun ətrafındakı kəndlərin vəziyyətinə olduqca mənfi
təsir göstərirdi. Şəhərdə olmuş A.Cenkinsonun (1562) və
V.Alessandrinin qeyd etdikləri fakt, türk basqınlarının XVI əsrin ikinci
yarısına doğru Təbrizin ticarət-sənətkarlıq əhəmiyyətini nəzərəçarpacaq
dərəcədə tənəzzülə gətirib çıxardığını göstərir. A.Cenkinson Təbriz
haqqında yazırdı: “İranın ən böyük şəhəridir, lakin ticarət və tacirlər üçün
əvvəlki əhəmiyyətini itirib; səbəb, Təbriz şəhərinə qədərki bütün
torpaqları istila etmiş, onu çapıb-talamış, bununla Sofini şəhəri tərk
etməyə və sarayı ondan on günlük məsafə aralıda yerləşmiş Qəzvin
şəhərinə köçürməyə məcbur etmiş türkün genişlənən basqınıdır”
141
.
V.Alessandri yazmışdı: “...Bu ticarət şəhəridir, çünki buraya krallığın
bütün hissələrindən mallar və karvanlar gətirilir. Lakin müharibə, onun
işlərinə çox ziyan vurmuşdur”
142
. Şəhərin iqtisadi əhəmiyyətinin süquta274
uğramasında Səfəvilər dövləti paytaxtının Təbrizdən Qəzvinə
köçürülməsi də az rol oynamadı. İndiyə qədər elmi ədəbiyyatda Səfəvilər
paytaxtının köçürülməsi tarixi kifayət qədər əsaslandırılmadan” 1548,
yaxud 1549-cu il göstərilmişdir
143
. Bizə məlum olan tarix
salnamələrindən yalnız Qazi Əhmədin “Xülasət ət-təvarix” I Şah
Təhmasib tərəfindən paytaxtın köçürülməsinin dəqiq tarixini verir. Bu
hadisənin hicri 962-ci il zülhiccə ayının sonunda (yəni 1555-ci ilin
dekabrında) baş verdiyi göstərilir
144
. Qazi Əhməd bu köçürməni SəfəviOsmanləı müharibəsinin başa çatması və 1555-ci ilin mayında Amasyada
bağlanmış sülh müqaviləsi ilə əlaqələndirir. Bu tarixin doğruluğunu
müəyyən dərəcədə İskəndər bəy Münşi də təsdiq edir və məlumat verir ki,
I Şah təhmasib ömrünün son 20 ilini (1576-cı ildə vəfat etmişdir) yeni
paytaxtda – Qəzvində keçirmişdir
145
. Tarixçi paytaxtın dəyişdirilməsi
səbəbini Təbrizin “Rum” sərhədlərinin yaxınlığında yerləşməsində görür.
Qəzvin isə düşmən basqınlarından kənarda idi.
XVI əsrin 70-ci illərinin əvvəllərindən Təbriz bütün dövlətin
keçirdiyi siyasi-iqtisadi böhrana məruz qalmışdır. Feodal istismarının
güclənməsi, vergilərin artması sinfi antaqonizmin kəskinləşməsinə səbəb
oldu. Bu isə kəndlilərin və sənətkarların bir sıra üsyanlarına gətirib
çıxardı. Bunlardan ən böyüyü Təbrizdə sənətkarların və şəhər
yozsullarının 2 il (1571-1573) davam etmiş üsyanı oldu. Üsyan göstərdi
ki, şəhərdə sinfi ziddiyyətlər son dərəcə kəskinləşmişdir. Sənətkarlar və
yoxsullar, sənətkarlıq və peşə cəmiyyətləri şəhərdə ciddi qüvvə təşkil
edirdilər. Üsyan yatırıldı. Lakin o, nəticəsiz qalmadı. Xalq hərəkatının
geniş vüsət almasından qorxuya düşmüş feodallar güzəştlərə getdi.
Dövlətin ümumi ağır maliyyə vəziyyətinə baxmayaraq, Təbrizə vergi
toxunulmazlığı (məafi) hüququ verildi
146
.
Bir qədər əvvəl, 1565-ci ildə I Şah Təhmasib şəhərlərin iqtisadi
yüksəlişinə təkan vermək üçün cəhd göstərərək 30 min tümən təşkil edən
mənfur tamğanı lığv etdi
147
. Lakin tamğa vergisinin ləğvi, görünür,
məcburi tədbir idi. Çünki bu tədbir nəzərəçarpan nəticələrə gətirib
çıxarmadı.275
E h t i m a l e t mək o l a r k i , X V I əs r i n b i r i n c i r ü b ü n də O s m a n lı
Türkiyəsinin Suriyanı və Aralıq dənizinin şərqində yerləşən limanları
işğal etməsi ilə əlaqədar olaraq ticarət dövriyyəsinin azalması da Təbrizin
vəziyyətinin pisləşməsinə təsir göstərmişdi. I Şah Təhmasibin sarayına
gələn ingilis tacirləri Asiya və Avropa arasındakı Aralıq dənizinin köhnə
ticarət yolları üzərində tam nəzarət qoymuş Osmanlı sultanının ağır
gömrük siyasətindən şikayət etmişdilər
148
.
Mənfi amillərin (Osmanlı-Səfəvi müharibələri, ticarətdən gələn
gəlirin azalması, paytaxtın köçürülməsi və s.) təsiri nəticəsində, XVI əsri
ikinci yarısında Təbriz əhalisinin sayı xeyli azaldı. Məsələn, İskəndər bəy
Münşinin məlumatına görə, Osmanlı qoşunlarının şəhərə yeni basqını
zamanı (1585) Təbrizdə cəmi 100 min nəfər yaşayırdı
149
.
Təbriz ən ağır zərbəyə 1585-ci ildən 1603-cü ilə qədər davam edən
Osmanlı işğalı ərzində məruz qaldı
150
.
Şamaxı – XV əsrdə Şirvanın iqtisadi və mədəni mərkəzi oldu.
Şəhərin Şirvanın ipəkçilik obyektlərinin mərkəzində yerləşməsi, ipək
emalının və hazır məhsul satışının iri mərkəzi olması da buna xeyli
dərəcədə kömək etmişdi. İ.Barbaronun sözlərinə görə, Şamaxının 4000-
5000 addımlıq ətrafı var idi
151
. Dərbəndilər sülaləsindən olan
Şirvanşahlar öz hakimiyyətləri dövründə Şirvanın iqtisadi yüksəliş
mərhələsinə daxil olmasına xeyli kömək göstərdilər.
Səfəvilər Şirvanı ələ keçirdikdən sonra Şamaxı Şirvan
bəylərbəyiliyinin paytaxtı oldu. XVI əsrin son rübündə türk-tatar
basqınları dövründə şəhər güclü ziyana məruz qaldı. O, dəfələrlə əldən-
ələ keçdi, dağıdıldı və talan edildi
152
.
XVI əsrdə Cənubi Qafqazda ipək istehsalı və ticarəti demək olar ki,
bütünlüklə Şamaxıda və Ərəş ərazisində cəmləşmişdi
153
. Əmin Əhməd
Razinin məlumatına görə, Şamaxıda hər il təqribən 20 min xalvar xamna
(xam ipək) satılırdı ki, bu da təqribən 100 min pud edirdi
154
.
A.Cenkinson Şamaxını “gözəl şah şəhəri” adlandırır. Şamaxı burada ipək
alıb, sonra isə başqa ölkələrdə sataraq böyük qazanc götürən bir çox
ölkələrin tacirlərinin axışıb gəldiyi mərkəzi bazar idi. Şirvan ipəyi yüksək276
keyfiyyəti və davamlılığı ilə fərqlənirdi. Şamaxıda rus, hind, türk, İran və
erməni tacirlərinin qaldıqları karvansaralar var idi. XVI əsrin ikinci
yarısında burada ingilis ticarət məntəqəsi olan “Moskva şirkətinin”daimi
nümayəndəliyinin əsası da qoyuldu. Bu işdə “Moskva şirkətinin” agenti
olmuş A.Cenkinsona Şirvan ipəyi ilə ticarətdə böyük imtiyazlar vermiş
Şirvanın Səfəvi bəylərbəyisi Abdulla xan Ustaclı kömək etmişdi.
İngilis E.Edvards xəbər verir ki, o, Şamaxı bazarında hər batmanı
6,5 funta (yaxud 66-70 şahı) satılan və hər birində 25-26 batman olan 11
tay xam ipək almışdır
155
. İpək nazik və yüksək keyfiyyətli idi. Onu
Şamaxıya bilavasitə ipək istehsalçıları olan kəndlilər ətraf kəndlərdən
gətirirdilər. Şamaxı ipəyi ilə ticarətdə İngiltərə üçüç faydalı imkanlar
görən Artur Edvards şirkət rəhbərlərinə yazmışdı: “Yayda bizim burada
(Şamaxıda – O.Ə.) qalan nümayəndələrimiz olacaq, biz xamnanı satmaq
üçün hə buraya və həm də başqa yerlərə aparan kənd camaatından almaq
imkanına malik olacağıq”. Ağıllı və uzaqgörən ticarət kəşfiyyatçısı
hesablamışdı ki, bu halda “Moskva şirkəti” hər il 30-40 min funt
dəyərində ipək ala bilər
156
.
İngilislərin Şirvan ipəyini inhisara almaq üçün belə təkidli səyləri
buradan aydın olur. Onların fikrincə, ruslar bu işdə təhlükəli rəqib idilər.
Buna görə də Edvards öz məktubunda şirkət idarəsinə məsləhət görürdü
ki, özlərinin bütün ticarət məqsədlərini ruslardan gizli saxlasınlar. Lovğa
A.Edvards özünün Londondakı sahibkarlarına yazırdı: “Ruslar bizim
buradakı ölkələrdə ticarət etməyimizdən pərt olmuşlar, çünki bizi onlara
nisbətən daha çox sevirlər”
157
.
Ərdəbil –monqolların hücumu dövründə bir çox başqa şəhərlər
kimi dağıdılmış, əhalisi isə demək olar ki, başdan-başa məhv edilmişdi
158
.
Ərdəbilin yeni yüksəlişi XIV-XV əsrlərə, Səfəvilərin feodal
mülkünün mərkəzi olduğu dövrə aiddir. Sülalənin banisi Şeyx Səfiəddin
və onun xələfləri şəhər hakimləri olduqdan sonra onun
abadlaşdırılmasına böyük diqqət yetirməyə başladılar. Burada tikilən
Şeyx Səfi türbəsinə ölkənin hər tərəfindən şiə zəvvarları kütləsi axışıb277
gəlirdi. Əhəmiyyətinə görə bu türbə yalnız Məşhəddəki İmam Rza
türbəsindən geri qala bilərdi. Ziyarətə gələnlər yalnız ibadətlə məşğul
olmurdular. Onları bura hər cür mallarla dolu olan Ərdəbil bazatrları da
çəkib gətirirdi. XVI-XVII əsrlərdə, Səfəvilər hakimiyyətinin bütün
dövrü ərzindəşəhər özünün xüsusi, imtiyazlı mövqeyini saxladı
159
.
Ərdəbil və onun ərazisi xassə, şah mülkü dərəcəsinə daxil idi. Onun
hakimləri (vəzirləri) şaha tabe olub şəxsən onun qarşısında hesabat
verirdilər. Şəhərin bu xüsusi mövqeyi onu XVI əsrin sonu-XVII əsrin
əvvəllərindəki müharibələr dövründə talan olunmaqdan xilas etdi. Buna
görə də, şəhər 1604-cü ildə əhalisinin çoxluğu və abadlığı baxımından
karmelit nümayəndəliyini heyran qoymuşdu
160
.
Ərdəbil XVI əsrdə ölkənin ticarət həyatında da böyük rol
oynamışdı. Gilandan və Şirvandan Təbrizə, sonra isə İrana aparılan
ipəyin tranzit (keçid) yolu üzərində yerləşən Ərdəbil xeyli gəlir əldə
edirdi. Ərdəbil tacirləri ölkənin hüdudlarından xeyli uzaqlarda
tanınırdılar. Şəhərdə əcnəbi tacirlər üçün çoxlu karvansaralar var idi.
A.Cenkinson onlardan birinin – I Şah İsmayılın tikdirdiyi karvansaranın
təsvirini vermişdir
161
.
Ərəşin adına XV əsrə qədərki mənbələrdə təsadüf olunmur.
Ehtimal etmək olar ki, Ərəş şəhər kimi məhz bu zamandan mövcuddur.
Əmin Əhməd Razinin fikrincə, Ərəşin əsası Ənuşirəvan (Sasani
hökmdarı I Xosrov) tərəfindən qoyulmuşdur
162
. İndiki Xaldan kəndini
xalq arasında Ərəş də adlandırırlar. Haqqında söhbət gedən əsl Ərəşin
mərkəzi, ehtimal edidiyinə görə, Xaldandan üç kilometr şərqdə,
Nemətabad deyilən kənddədir. XVI əsrdə ingilis səyyahları Ərəşin adını
bütün Cənubi Qafqazın iri ipəçilik mərkəzi kimi çəkirlər. Ceffri Deketin
yazdığına görə, Ərəş Şamaxıdan dəvə yolu ilə 4 günlük məsafədə
yerləşirdi
163
. A.Cenkinson yazırdı: “Ölkənin Ərəş adlanan baş və ən varlı
ticarət şəhəri Gürcüstan sərhədində yerləşirdi. Onun ətrafında hər şeydən
çox xamna istehsal olunur. Ticarət etmək üçün bura türklər, suriyalılar və
başqa əcnəbilər gəlirdi”
164
. C.Deket də bunu təsdiq edərək yazırdı ki,278
“bu ölkənin başlıca əmtəəsi... Ərəş adlanan şəhərdə bol olan
xamnadır”
165
.
Yenə də həmin ingilislərin məlumatlarına görə, Ərəş bazarlarında,
hər bağlamada bir funt olan 100 min funtluq müxtəlif növ, o cümlədən
r ən g lən m iş ( a l ) i pək a l m a q o l a r . 1 5 u n s i y a y a bər a bər 1 f u n t çək i s i o l a n
hər bağlama 5 pensə bərabər 23 şahıya satılırdı. Beləliklə, ipəyin funtu 11
şillinq 6 pensə başa gəlirdi
166
. A.Edvards göstərirdi ki, hər ata 50-60
batman yük vurmaqla 3000-4000 atı yükləmək olar
167
.
Bu, təqribən 240 min batmana bərabər idi.
Venetsiyalı Minadoi Ərəşin adını Səfəvilər dövlətinin başlıca
şəhərləri sırasında çəkir. O yazırdı: “Ərəş tacirlərin sadəcə “tatoxes”
adlandırdığı gözəl ağ ipəyi xeyli miqdarda istehsal edirdi”
168
. Minadoi
daha sonra yazırdı ki, Türkiyə ilə müharibə gedişində fəlakət və
dağıntılar nəticəsində həmin ərazidə indi daha ipək istehsal edilmir.
C u l f a – XV əsrədək kənd olmuşdur. Onun iqtisadi yüksəlişi XV
əsrdən başlanır. Şəhər XVI əsrin ikinci yarısında beynəlxalq ipək
ticarətinin iri mərkəzi kimi geniş şöhrət qazanmışdı. Culfa tacirləri
xamnanı, onun istehsal olunduğu yerlərdə - Şamaxıda, Ərəşdə
169
və
Gilanda alır, sonra isə Venetsiya, Amsterdam, Marsel kimi Qərbi Avropa
şəhərlərində, həmçinin Suriya, Osmanlı Türkiyəsi və Hindistan
şəhərlərində satırdılar
170
.
Edvardsın söylədiyinə görə, XVI əsrin 60-cı illəri üçün Culfa
tacirləri Suriya limanı olan Hələbə 500 tay ipək gətirir və əvəzində yalnız
18 min parça Venetsiya maddəsi (qarazəy) aparırdılar
171
. 1590-1613-cü
illərə dair venetsiya arxivinin məlumatlarına görə, Suriyadan yalnız
Venetsiyaya 23724 tay ipək gətirilmişdi
172
. Bu, başlıca olaraq erməni
tacirlərinin ixrac etdiyi və onun hesabına böyük sərvətlər qazandıqları
Şirvan ipəyi idi.
1581-ci ildə Culfaya gəlmiş ingilis taciri Nyüberi xəbər verirdi ki,
şəhərdə evlərin sayı 3000-ə, əhali isə 15-20 min nəfərə çatırdı. 10 il sonra
şəöhərdən keçib gedən digər ingilis taciri və səyyahı Kortvrayt burada
2000 ev və 10 min nəfər əhali olduğunu yazırdı
173
.279
XVI əsrdə Ordubad
174
, Naxçıvan və Əylis kimi şəhərlərin mühüm
ticarət əhəmiyyəti var idi. S.V.Ter-Avetisyanın sözlərinə görə, sonuncu
iki şəhər Səfəvi şahlarının xüsusi himayəsindən istifadə edirdilər. Əylis,
Culfa kimi ipək və digər mallarla ticarətin mərkəzi hesab edilirdi. XVI
əsrdə şahın şəxsi himayəsi altında olan bu kiçik şəhər xassə, toxunulmaz
mahal idi və onun sakinləri vergini bilavasitə şaha ödəyirdilər
175
Gəncə - Səfəvilər dövründə Qarabağ (yaxud Gəncə)
bəylərbəyiliyinin mərkəzi idi
176
. Oruc bəy şəhər əhalisinin sayının 50 min
ailədən ibarət olduğunu (yaxud Q.Le-Strencə görə, 225 min nəfər)
göstərir
177
.
A.Cenkinson (1561-1564) Səfəvilər dövlətinin başlıca şəhərləri
arasında Təbrizin, Qəzvinin, Kaşanın, Yəzdin, Heratın, Ərdəbilin,
Şamaxının və Ərəşin adını çəkir
178
.
D`Alessandri (1571-1573)dövlətin ərazisində 52 şəhərin adını
çəkir, onların arasında Təbrizi baş şəhər hesab edir. O, digər mühüm
şəhərlər içərisində Təbrizdən əlavə Qəzvin, Naxçıvan və Şamaxını da
yada salır
179
.
Minadoi (1586) Səfəvilər dövlətinin başlıca şəhərləri arasında
Şamaxı (Sumachi), Şəki (Sechi), Ərəş, Dərbənd, Ərdəbil, Təbriz, Gəncə,
İsfahan, Herat, Kaşan, Şiraz, Astrabad, Qəndəhar, Yəzd, Sultaniyyə və
bəzi başqalarının adını çəkir. Onun məlumatında Azərbaycan şəhərləri
Xoy (Sou), Mərənd (Merent), Sufiyan (Soffian), N a x çıv a n (Nassiuan),
Culfanın (Chiulfu) adları da vardır
180
.
Mənbələr ölkənin iqtisadi həyatında müəyyən rol oynamış Bakı
181
,
Maku, Xalxal, Şəhrinov, Şabran, Mahmudabad, Niyazabad, Salyan,
C a v a d və s . k i m i b i r sır a ş ə h ər lər i də y a d a s a lır l a r . M i s a l ü ç ü n , C a v a d
haqqında A.Cenki8nson aşağıdakıları bildirir: “Yenə də həmin 1562-ci il
oktyabrın 6-da mən öz yoldaşlarımla Şamaxıdan çıxdım və 60 mil
getdikdən sonra kralın (Şirvan bəylərbəyisi Abdulla xan Ustaclı nəzərdə
tutulur – O.Ə.) hər cür növlü meyvələrlə bol bağları olan gözəl sarayının
yerləşdiyi Cavad (Javate) şəhərinə çatdım”
182
.280
Azərbaycan şəhərlərinin inkişafı xeyli dərəcədə bir sıra həm daxili,
həm də xarici səbəblərlə müəyyən edilirdi. Bu, ilk növbədə həmin
şəhərlərin hüdudlarında əmtəə istehsalının və ictimai əmək bölgüsünün
inkişafından asılı idi. Ayrı-ayrı bazarların təşəkkül tapması göz
qabağında idi. İqtisadi mərkəzlər kimi şəhərlərin yüksəlişi (bu, o
cümlədən Şamaxı və Ərəş kimi ipəkçilik rayonlarına da aiddir) bu əmtəə
təsərrüfatının təkamülünün nəticəsi idi (Natural təsərrüfatın müxtəlif
növlü bir çox xüsusiyyətləri ilə qarışmasına baxmayaraq).
Bəzi hallarda şəhərlərin inkişafına həlledici təsir göstərən digər bir
amil – xarici və tranzit (keçid) ticarətinin inkişafı idi. Bu halda şəhərin
böyüməsi, onun əlverişli coğrafi mövqedə yerləşməsi ilə müəyyən
olunurdu. Lakin nəinki öz vilayətlərində, həm də bütün ölkə miqyasında
iqtisadi mərkəzlər olan Təbriz, Şamaxı, Gəncə, Ərdəbil kimi iri şəhərlər
eyni zamanda xarici ticarətin də mühüm mərkəzləri idilər.
Xarici, qeyri-iqtisadi amillər də şəhərlərin yüksəlişi, yaxud
tənəzzülü, bəzən də sonrakı mövcudluğu üçün az əhəmiyyətə malik
deyildi. Onların sırasında Səfəvi-Osmanlı müharibələrini (1514, 1533-
1555, 1578-1590), feodal çəkişmələrini, aclığı, epidemiyaları və s.
göstərmək olar. Osmanlı işğalı dövründə Təbriz şəhərinə vurulmuş ziyan
(ən yaxşı Təbriz sənətkarlarının zorla aparılması, binaların dağıdılması,
əhalinin qılıncdan keçirilməsi və s.) müharibələrin viranedici təsirinə
parlaq nümunədir (nəticədə XVI əsrin sonlarında şəhər əhalisi xeyli
azlmışdı). Eyni sözləri XVI əsrin ikinci yarısında müharibələrdən ciddi
z ə r ər çək m iş Ə r ə ş, Şa m a xı, N a x çıv a n , C u l f a k i m i ş ə h ər lər h a q qın d a d a
demək olar
183
.
Şəhərlərdə tez-tez minlərlə insan həyatına son qoyan epidemiyalar
baş verirdi. Misal üçün, hicri 981 (1573-1574)-ci ildə Ərdəbildə yayılan
taun xəstəliyi qısa müddətdə şəhərdə və onun ətrafında 30 minə qədər
insanı həyatdan məhrum etmişdi
184
.
Azərbaycan şəhərləri üçün onların yarımaqrar xarakterli olmaı
səciyyəvi idi ki, buna da səbəb sənətkarlığın kənd təsərrüfatından
ayrılması prosesinin xeyli uzanması və başa çatmaması idi. Buna görə də,281
hətta bir çox yüzilliklər boyu mövcud olmuş, sənətkarlıq və ticarət
mərkəzləri sayılan şəhərlərin iqtisadiyyatında da kənd təsərrüfatı, habelə
onun bağçılıq, bostançılıq, taxıl əkinçiliyi sahələri əhəmiyyətli rol
oynayırdı. Məsələn, Avropa səyyahlarının yazdıqlarından görünür ki,
Azərbaycan şəhərlərində meyvə bağları, bostanlar və s. böyük sahələri
tuturdu. Belə bir vəziyyət Şamaxıya da, Bakıya da, Mərəndə də və hətta
sənətkarlığı yüksək inkişaf səviyyəsinə çatmış Təbrizə də aid idi
184a
.
Azərbaycanın Moskva dövləti və Qərbi avropa
ölkələri ilə iqtisadi əlaqələri
XVI əsrdə əsas ticarət obyekti Azərbaycan ipəyi idi. Məhz əsas
etibarilə xaricə göndərilən ipəyə görə, Səfəvilər dövlətinin ərazisində
onun ixracını inhisara almaq uğrunda ingilis, venetsiyalı, türk və rus
tacirləri arasında mübarizə gedirdi. Azərbaycan dünya bazarını xamna ilə
təchiz edən başlıca tədarükçülərdən biri idi.
Səfəvi şahları xarici ticarətə və tacirlərə əzəldən hamilik edirdilər.
Narrativ mənbələrdən aydın olur ki, hakim sülalənin banisi – I Şah
İsmayıl təkəli tayfasından olan qızılbaşların Azərbaycanda böyük tacir
karvanını qarət etmələri xəbərini alanda əsas günahkarları cəzalandırmaq,
qalanları isə öz əyanları arasında bölüşdürmək barədə mr vermişdi.
Həsən bəy Rumlu şahın bu cəzasını onun təbriz tacirləri karvanın qarət
olunmasından qəzəblənməsi ilə izah etmişdir
185
. Buna görə də, təsadüfi
deyildir ki, Səfəvilər XVII əsrin əvvəlində Azərbaycanı geri alarkən, onu
Osmanlı işğalından azad edərkən Azərbaycan şəhərlərinin əyanları və
tacirləri I Şah Abbasın qoşunlarını şadlıqla qarşılamışdılar
186
.
Ümumiyyətlə, Azərbaycanda ticarət üçün şərait o qədər də əlverişli
deyildi. Mərkəzi hökumət tərəfindən görülmüş tədbirlərə baxmayaraq,
ticarət yollarında , əsasən köçərilər tərəfindən karvanlara tez-tez
basqınlar baş verirdi
187
. Ingilis ticarət nümayəndələrinin İngiltərəyə
göndərdikləri məktublarda da bundan çox şikayətlənirdilər. Cenkinson282
yazırdı ki, qarət olunmaqdan qorxduqları üçün tacir karvanları
Ərdəbildən Qəzvinə qədər, əsasən gecələr hərəkət edirdilər
188
.
Məsələn, çempen yazırdı ki, ölkədə səyahət etmək yalnız su
çatışmazlığına görə deyil, həm də ona görə ağırdır ki, gecələmək və
yemək yerləri tapılan şəhərlər və kəndlər azdır. Bu ingilis yazır ki,
“əllərini bizlərdən birimizin qanı ilə yuyacaqları təqdirdə, günahlarının
bağışlanacağını güman edən “kafirlər” tərəfindən də böyük təhlükə
gözlənilirdi”
189
. Feodal didişmələri zamanı ticarət yolları xüsusilə
təhlükəli olurdu. Xüsusilə müharibələr və feodal qiyamları zamanı
mərkəzdən ayrılaraq yerli hakimlərin öz adlarına pul kəsdirmələri tez-tez
pul sisiteminin pozulmasına səbəb olurdu
190
. Bundan başqa, Osmanlı
işğalı zamanı yadellilər öz sikkələrini dövriyyəyə buraxırdılar. XVI əsr
boyu pulun dəyəri dəyişilmişdi
191
.
Osmanlı Türkiyəsində tacirin və onun mülkiyyətinin təmin
olunmaması barədə məlum müddəanı, bütövlükdə XVI əsr Azərbaycanın
şəraitinə də aid etmək olar. Bunu Alessandrinin qeydlərindən
götürdüyümüz bir neçə nümunə ilə aydınlaşdıraq.
Venetsiyalı xəbər verirdi ki, Naxçıvan şəhərində hakimiyyət
orqanları tacirləri öldürən və onların əmlakını mənimsəyən bir neçə
qulduru həbs etmişlər. Onları hakimin (qazının) yanına gətirmişdilər.
Onların soyğunçuluq etdiyinə əmin olduqdan sonra o, alınmış malların
gətirilməsini əmr etmişdi. Sonra zərər çəkmiş şikayətçiləri qovmuş,
cinayətkarları azad etmiş, malların bir hissəsini özü üçün saxlamış,
qalanını paytaxt şəhəri olan Qəzvinə (öz rəislərinə və rəsmi şəxslərə)
hədiyyə olaraq göndərmişdi. Qarət olunmuş tacirlər şikayət etmək üçün
Qəzvinə getmişdilər. Alessandri özü görmüşdü ki, “onlar necə çığırır,
paltarlarını yırtır, saray divarlarına dırmaşır, ucadan şahı (I Təhmasibi –
O.Ə.) səsləyir, soruşurdular ki, o nə etmək niyyətindədir? Və nə üçün bu
cür ədalətsizliyə son qoymur? Bundan ötrü onların dabanlarına
amansızcasına döyürdülər. Onları daşa baısrdılar, divardan tullanmağa
məcbur edirdilər. Onları heç vaxt dinləmirdilər”.283
Venetsiyalı yazırdı ki, başqa bir halda 18 nəfər silahlı quldur
dəstəsi gecə Təbrizin baş bazarı olan “Qeysəriyyə”nin divarlarına, 40
tacirin olduğu yerə dərmaşıb keçmişdi. Quldurlar bilirdilər ki, tacirlərin
arasında, yanında xeyli pulu olan ankaralı tacir vardır. Onlar bu tacirin
otağının qapılarını sındırmış, onu öldürmüş, onun gümüş külçələrindən
əlavə 300 tümənini (6000skudi) götürmüşdülər. Başqa tacirlər öz
yoldaşlarını müdafiə etmək üçün cəhd göstərdilər. Lakin onları öz
binalarına qayıtmağa məcbur etdilər.
Tacir və Osmanlı təbəəsi olan Xacə Şərəfəddini bazarda şahın
qorçiləri qarət etmişdilər. Onun karvansaradakı otağından 12 min
dukatpul aparmışdılar. Rəsmi şəxslərlə onun əlaqələri vardı. Tacir
şikayətlə I Şah Təhmasibin yanınadək gedib çıxmışdı. Şah ona demişdi ki,
əgər qarət əməli təsdiq olunmazsa, tacir edam ediləcəkdir. Lakin tacir
soyğunçuluq əməlini sübuta yetirə bilmişdi. Bu o qədər də asan deyildi,
çünki söhbət şahın öz qvardiyaçılarından gedirdi. Şah təqsirkar qorçiləri
yanına çağırtdırmış və tacirin qalan pullarını... özü mənimsəmişdi.
Bununla əlaqədar olaraq venetsiyalı qeyd edir ki, bir gün şah
dəhlizdə yatan, özünün saray təlxəyi olan qoca qorçiyə dedi ki, keçən
gecə onun mahnısını dinləyərək çox yaxşı yata bilmişdir. Qorçi cavab
vermişdi: əgər o bilsəydi ki, mahnısı şahın yatmağına səbəb olacaq, heç
vaxt ağzını da açmazdı, bu halda şah yatmazdı və təbəələrinin şəhər və
kəndlərin küçələrində daimi qətllər üzündə bütün gecə səslənən çığırtı və
şikayətlərini eşidərdi. Bunu eşidən şah qəzəbləndi və dedi ki, bunların
hamısının günahı qorçilərdədir və buna görə də onlar asılmalıdırlar. Qoca
buna da ağıllı cavab verdi: “Əgər məvaciblər verilmirsə, qorçilər nə
etməlidirlər? Onlar küçələrə çıxmağa və pis işlər görməyə
məcburdurlar!”
192
.
Tacirlərin şəxsiyyətinin və əmlakının müdafiə olunmaması, şahın
vəzifəli adamlarının və hərbçilətin zorakılığı Səfəvilər dövlətində daxili
və xarici ticarətin vəziyyətinə mənfi təsir göstərirdi.
XVI əsrdə Azərbaycan Avropa və Asiyanın bir çox ölkələri ilə
geniş əlaqələr saxlayırdı. Moskva dövləti ilə Səfəvilər dövləti arasında284
q ı z ğ ın t i c a rət X V I əs r i n i k i n c i y a rı s ın d a n ( I V İv a nın d ö v r ü n də Ş ər q
ticarətində Moskva dövlətinə mane olan Kazan və Həştərxan xanlıqları
Moskva dövlətinə birləşdirildikdən sonra) aparılmağa başlandı. Volqa və
Xəzər dənizi yolunun işə salınması ilə eyni vaxtda Azərbaycan Qərbi
Avropa dövlətlərini də (İngiltərəni, İsveçi, alman dövlətlərini)
maraqlandırmağa başladı. Əgər Moskva knyazlığı öz tacirlərinin
mənafeyini müdafiə edərək, sonralar tranzit ticarəti yolunda bir sıra
maneələr qoymasaydı, bu ölkələr üçün Moskva dövləti vasitəsilə Asiya
ilə ticarət böyük mənfəətlər gətirə bilərdi
193
. Buna görə də, Volqa-Xəzər
ticarət yolu əməli olaraq, əsasən, Moskva dövlətinin Azərbaycan və
İranla ticarətinə xidmət edirdi.
XVI əsrdə rusların ölkədən ixrac etdikləri başlıca mal Şamaxıda,
Ərəşdə, Təbrizdə və digər şəhərlərdə istehsal edilən xamna və ipək
məmulatları idi
194
.
Rus-Azərbaycan ticarətinin əsas hissəsi Şamaxı və Bakı vasitəsilə
həyata keçirilirdi. Məsələn, Şamaxıdakı Moskva tacirlərinin
nümayəndəliyi öz sənətkarlıq məmulatı ilə qızğın ticarət edir, buradan isə
ipək alırdı. Şəhər bazarlarında, Orta Asiyadan, Türkiyədən, Hindistandan
və digər ölkələrdən gətirilmiş mallar da var idi. Azərbaycandan Moskva
knyazlığına ipəkdən əlavə Bakı nefti də ixrac edilirdi. İpək və neft
Moskva tərəfindən Qərbi Avropa ölkəıərinə satılırdı. Gilan tacirləri Bakı
neftini Manqışlaq dayanacağına çatdırırdılar. Oradan isə neft karvan
yolu ilə Xivə və Buxaraya, həmçinin də Orta Asiyanın digər şəhərlərinə
göndərilirdi
195
. Moskva ilə ticarətdə rusların Təbrizdə, Şamaxıda, Bakıda
əldə etdikləri bəqqaliyyə malları, o cümlədən ədviyyat az yer tutmurdu.
Moskva dövlətindən Azərbaycana xəz dəri (samur, sincab, qaraqonur tülkü, dələ, şimal tülküsü, safsar), silah əşyaları (dəbilqə, dəmir
geyim, zireh, qismən odlu silah), həmçinin metal məmulatları (baltalar,
bıçaqlar və i.a.) daxil edilirdi. Moskva yolu ilə Azərbaycana habelə
mahud, qarazəy, məxmər, şüşə, kağız və s. kimi Avropa malları da
gətirilirdi
196
.285
XVI əsrdə Azərbaycanın Qərbi Avropa ölkələri ilə ticarət əlaqələri
də xeyli canlandı. Bu münasibətlərin inkişafı başlıca olaraq Avropa
ölkələrində Azərbaycan ipəyinə böyük tələbatla bağlı idi. Avropanın
kapitalist, manufaktura sənayesi Azərbaycanda bol istehsal edilən ipəyə
kəskin ehtiyac duyurdu.
Avropalıların Azərbaycana can atması onların zəngin ehtiyatları
olan Asiya ölkələrinə daxil olmaq məqsədilə, burada istehsal olunan və
Avropada böyük tələbat duyulan qiymətli mallara, xammala olan ümumi
maraqla bağlı idi. Buna görə də, avropalılar həmin ölkələrin iqtisadi
ehtiyatlarını öyrənmək, kəşfiyyat aparmaq və imkan daxilində onlarla
bilavasitə ticarət münasibətlərinə daxil olmaq məqsədilə, uzaq Asiya
ölkələrinə (Hindistana və Çinə) soxulmaq üçün daha təkidli cəhdlər
göstərməyə başladılar.
XV-XVI əsrlərin qovuşuğunda böyük coğrafi kəşflər, Vasko da
Qamanın Afrika ətrafından Hindistana dəniz yolunu kəşf etməsi bu
münasibətlərdə yeni dövrün başıanğıcını qoydu. XVI əsrin əvvəlində
yaranmaqda olan Avropa kapitalist sənayesi özünün manufaktura
mallarını satmaq üçün gəlirli bazarlar əldə etməyə, həmçinin ucuz və
qiymətli xammal mənbələri mənimsəməyə cəhd edərək Asiyaya güclü
maraq göstərməyə başladı.
Vasko de Qamanın kəşf etdiyi yol Asiya bazarlarını ələ keçirmək
işində digər Avropa dövlətlərini qabaqlamış İspaniya və Portuqaliya
tərəfindən ələ keçirildi.
Avropanın Asiya ilə əlaqələrinin köhnə istiqaməti (Hindistan və
İranı Suriya limanları ilə əlaqələndirən Aralıq dənizi yolu) ticarət
vasitələrindən böyük gəlir götürən Osmanlı türklərinin və venetsiyalıların
əlində idi
197
.
Bununla əlaqədar olaraq, Şimali Avropanın bir sıra ölkələrinin
ticarət burjuaziyası dairələrində Moskva dövləti və Xəzər dənizi
vasitəsilə İran və Hindistana gedən dəniz yolunu istifadə etməkideyası
meydana gəldi. Venetsiyanın vasitəçiliyinin bu ölkələrə baha başa
gəlməsi, XVI əsrin birinci rübündə isə türklər Suriya klimanları ilə birgə286
Ərəbistan yarımadasını tutduqdan sonra, Aralıq dənizi yolu üzərində sərt
nəzarət qoymuş Osmanlı sultanlarının gömrük siyasəti bu işi xeyli
dərəcədə sürətləndirdi.
Bu dövrdə Avropa dövlətlərinin iqtisadi mənafeləri onlar üçün heç
də az əhəmiyyəti olmayan siyasi və hərbi mənafelərinə müvafiq gəlirdi.
Yuxarıda göstərildi ki, Osmanlı imperiyası bu dövrdə Cənub Şərqi
Avropada geniş təcavüzlarlıq siyasəti həyata keçirirdi ki, bu da Avropa
dövlətlərini yaxınlaşmaqda olan birbaşa türk basqını təhlükəsinə qarşı
uğurla mübarizə aparmaq üçün özlərinə etibarlı müttəfiqlər axtarmağa
məcbur edirdi.
Məhz Səfəvilər dövləti avropalılar üçün belə təbii müttəfiq oldu.
Səfəvi şahları lap əvvəllərdən bir sıra Avropa dövlətləri ilə onların qatı
düşməni olan, yalnız Avropada deyil, həm də Asiyada təcavüzkarlıq edən
Osmanlı sultanı əleyhinə hərbi ittifaq yaratmağa səy göstərirdilər. Buna
görə də Səfəvilər adətən ticarət münasibətləri yaratmaq cəhdlərində
avropalı tacirlərə yardım edirdilər.
Volqa-Xəzər yolunun işə salınmasının təşəbbüsçüləri ilk vaxtlar
Moskva knyazlığından (IV İvandan) yardım görən ingilis tacirləri oldular.
İngiltərə Asiya ilə ticarət əlaqələri yaratmaq üçün birinci vəzifə kimi
Moskva knyazlığının bazarlarında öz mövqelərini möhkəmləndirməyi
zəruri sayırdı. Buna görə də, 1555-ci ildə Londonda ingilis ticarət
kapitalının iri nümayəndələri tərəfindən “Moskva şirkəti”nin əsası
qoyuldu. Moskva dövləti də, onun əleyhinə iqtisadi blokadaya əl atmış
Baltikyanı ölkələrindən yan keçərək dəniz yolu ilə İngiltərə ilə ticarət
aparmaqda maraqlı idi
198
. Elə bu zaman IV İvan Narvanı tutdu. Bununla
da Moskva dövləti Volqa yolunun bütün sahəsinin sahibi oldu. Bundan
sonra “Moskva şirkəti”nin ingilis ticarət nümayəndələri Azərbaycana,
İrana, həmçinin Orta Asiyaya bir sıra səyahətlər təşkil etmişdilər.
Volqa-Xəzər yolunun çıxış nöqtəsi Moskva idi. Tacirlər buradan
Moskva çayı, Oka və Volqa ilə Həştərxana gəlirdilər. İngilis
nümayəndələri Şərqə adətən Moskvaya gəlmədən, Yaroslavldan
gedirdilər
199
. Tacirlər Həştərxandan Xəzər dənizinin qərb sahili boyunca287
üzür, çox vaxt Dərbəndə gəlmir (XV əsrin sonu üçün ticarət əhəmiyyətini
itirmişdi), Niyazabad (Nizabad, Nizovaya) limanına yan alır və burad
yükü sahilə boşaldırdılar. Buradan tacirkarvanları Şabrandan
(Niyazabaddan 20 km cənubda) keçərək irəliləyir və Şərq ticarətinin
mühüm mərkəzi olan Şamaxı şəhərinə gəlib çatırdılar. Şamaxıdan cənuba
hərəkət edən səyyahlar Muğandakı Cavad şəhərindən (Kür və Arazın
qovuşuğunda) keçərək Ərdəbilə gəlirdilər. Daha sonra, yolun biri Təbrizə,
digəri Qəzvin və Kaşana, sonra isə İran körfəzinin sahilinə - Hörmüzə
gedirdi. Volqa ilə Moskvadan Həştərxana gəlmək üçün Cenkinsonun
səfərinə əsaslansaq, orta hesabla səfər üçün 40 gün tələb olunurdu
200
.
Oradan da Şamaxıya qədər (Niyazabada qədər dənizlə, sonra isə
Şabrandan quru yolu ilə) iki həftəlik yol var idi
201
. Beləliklə, Moskvadan
Şamaxıya qədər olan yol təqribən iki aylıq vaxt tələb edirdi.
Qeyd etmək lazımdır ki, Volqa və Xəzər yolu çox qədim
zamanlardan məlum idi. Hələ öyrəndiyimiz dövrdən xeyli əvvəl IX-V
əsrlərdə ruslar Volqa və Xəzər dənizi ilə Azərbaycana qədər gəlib
çıxırdılar. Onlar o vaxta qədər qarşılıqlı ticarət əlaqələri olan ərəb və rus
tacirləri getdikləri yol ilə gedirdilər
202
. Buna görə də, belə hesab etmək
səhv olar ki, Volqa-Xəzər yolundan ilkin istifadə olunması XV-XVI
əsrlərə aiddir
203
.
XVI əsrin ikinci yarısından və XVII əsrdən etibarən, Volqa-Xəzər
yolu Moskva dövlətinin (və Avropanın) Asiya ilə əlaqələrində çox
m ü h ü m t i c a rət y o l u k i m i ə h əm i y yət kəs b e d i r . B u n ö q t e y i - nə z ər dən
ingilis Artur Edvardsın qeydləri diqqətə layiqdir. O öz səfərinin
məqsədləri barədə, I Şah Təhmasibin suallarına cavab verərək, şaha
ingilis tacirləri ilə bilavasitə əlaqələr saxlanmasının onun üçün necə
faydalı olacağını izah edirdi: ingilislər şaha malları, “onları əvvəlcə
İngiltərədən Venetsiyaya, oradan isə Türkiyə vasitəsilə İrana gətirən
venetsiyalılara nisbətən Moskoviya yolu ilə, həm də daha təhlükəsiz və
daha qısa müddətdə” gətirə biləcəklər. Bu halda mallar (yun parçalar,
mahud) “ikinci və üçüncü vasitələrdənçoxsaylı gömrük rüsumları
şəklində, böyük süni xərclərlə Səfəvilər dövlətinə gəlib çatır”. İngilis şahı288
inandırırdı: “Buna görə də əgər bizim həyatımızın, əmlakımızın və
mallarımızın təhlükəsizliyini təmin edən imtiyazlarla sizin bütün
mülklərinizdən bizə sərbəst keçib getmək imkanı verilməösizati-aliləriniz
üçün sərfəlidirsə, biz sizin ölkənizə bütün bu və başqa malları, türklərin
əllərindən aldığınıza nisbətən, tez və ucuz bilərik”
204
.
“Moskva şirkəti” Səfəvilər dövlətinin sərəncamına birinci olaraq
1562-ci ildə özünün təcrübəli nümayəndəsi, cəsur səyyah və diribaş tacir,
bundan bir qədər əvvəl uzaq Buxara səfərindən qayıtmış Antoni
Cenkinsonu göndərdi. Cenkinson öz vəzifəsini uğurla yerinə yetirdi. O,
Şirvanın qüdrətli canişini Abdulla xan Ustaclıdan Səfəvilər dövləti
ərazisində ticarət mtiyazları, rüsumsuz və maneəsiz ticarət etmək hüququ
almağa nail oldu. Abdulla xan Moskva dövlətinə və İngiltərəyə ipək
izracını Şirvanın və bütün ölkənin iqtisadiyyatı üçün faydalı iş sayırdı və
buna görə də, şahı faydalı iş təklifinə xeyirxahlıqla yanaşmağa
inandırmışdı.
A.Cenkinsona təqdim olunmuş fərmanın mətnini veririk:
“Biz, Abdulla xan, göyün və yerin yaradıcısı Allahın qüdrəti ilə
təyin olunmuş və indi də səltənət sürən Şirvan və Hirkan kralı
205
, bizim
əzizimiz və istəklimiz elçi Antoni Cenkinsonun təkidli ərzihalı və
xahişləri nəticəsində bizim təşəbbüsümüz və böyük mərhəmətimizlə
y a lnız çox möh tə r əm s e r U i ly am G e r r e tə, s e r U i ly am Ç e s to r a , s e r Tom a s
Loca, cənab Riçard Melleriyə və cənab Riçard Çemberlenə, onların
İngiltərənin London şirkətindən olan bütün tacir-sahibkarlar dəstəsinə
bizim ölkəyə ticarət aparmaq üçün mallarla gəlmələrinə və ya bu
məqsədlə öz nümayəndələrini göndərmələrinə, keçməyə, başqa şəxslərlə
nağd pulla, yaxud mübadilə etməklə alqı-satqı aparmağa, arzu etdikləri
qədər bizim ölkədə qalmağa və yaşamağa və istədikləri vaxt, istər onların
özlərinə, istərdə də mallarına münasibətdə yubanmadan, əngəlsiz və
maneəsiz getməyə tam sərbəstlik, təhlükəsiz buraxılış və icazə hüququ
verdik və bağışladıq.
Sonra, hökm vermək istərdik ki, yuxarıda göstərilən ingilis tacirləri
və onların şirkəti bizim mülklərimizdə alacaqları və satacaqları mallar289
üçün heç bir rüsum verməyəcəklər. Əgər hər hansı bir vaxtda bizim vergi
yığanlarımız, bizim digər qulluqçularımız, yaxud onlardan kimsə bizim
bu hökmümüzü pozaraqəngəl və sui-istifadə törədib, bu ingilis
tacirlərindən, yaxud onların nümayəndələrindən, onların bizim mülklərə
gətirdiyi, yaxud buradan apardığı mallardan hər hansı rüsum almağa güc
işlədərlərsə, yuxarıda deyilən yığıcılar və qulluqçularöz vəzifələrindən
kəönar edilsinlər, bundan sonra bizim gözümüzdən düşməyə düçar
edilsinlər, yığıcılarımızın bizim xəzinə üçün onlardan topladığı bütün
pullar və mallar isə ingilis tacirlərinə qaytarılsın. Göstərilən ingilis
tacirləri, yaxud onların nümayəndələri bizim xəzinəmiz üçün yararlı olan
hər hansı mallar gətirərlərsə, xəzinədar belə malları xəzinəyə qəbul
etməli və ingilis tacirlərinə həmin malların dəyəri həcmində ya nağd pul,
yaxud xamna ödəməlidir. Bizim imtiyazlı fərmanımızmülklərimizin hər
yerində təqdim edilərsə, yaxud oxunarsa, biz tələb və hökm edirik ki,
onun qüvvəsi olsun və bütün məntəqələrdə ona əməl edilsin”
206
.
A.Cenkinsonun Azərbaycanda aldığı imtiyazlar Avropa
dövlətlərinin ilkin kapital yığımı zamanı Şərqin sosial-iqtisadi cəhətdən
geridə qalmış ölkələrindəaldıqları kapitulyasiya adlanan qeyri-bərabər
müqavilələri daha çox xatırladır. Abdulla xanın imtiyazlarına görə,
“Moskva şirkəti”nə. Ingilis tacirlərinə imkan verilirdi: 1) ölkəyə gəlmək
və burada qeyri-məhdud müddətdə qalmaq hüququ; 2) ingilis mallarının
ölkəyə sərbəst və xüsusilə rüzumsuz gətirilməsi, burada satılması.
1563-cü ildə əllərində Abdulla xanın fərmanı olan (A.Cenkinsonun
o n l a r a v e r d i y i ) i n g i l i s t a c i r lər i T o m a s O l k o k , C o r c R e n n və R i ç a r d Ç i n i
Azərbaycana gəlmişdilər
207
.
İngilis tacirləri Riçard Consonun, Aleksandr Kitçinin və Artur
Edvardsın 1565-1567-ci illərdə Azərbaycana üçücü səfəri zamanı
“Moskva şirkəti”nin qarşısında İngiltərə-Azərbaycan ticarətini
genişləndirmək, Azərbaycandan ixrac olunan ipək üzərində inhisarı ələ
keçirmək üçün ümidverici imkanlar açılmışdı. Artur Edvards özünün
1566-cı il aprelin 26-da şirkətin idarəsinə məktubunda yazırdı: “Mən hər
halda şübhə etmirəm ki, hərgah imtiyaz əldə edilərsə, biz arxayın290
yaşayacağıq, dincələcəyik. Tezliklə xamna və ipək parçalar, hər cür
ədviyyat və rəngsazlıq malları, eləcə də buranın digər malları ilə ticarətdə
böyük firmaya çevriləcəyik”
208
.
İngiltərədən Səfəvilər dövlətinə gətiriləcək, oradan isə İngiltərəyə
aparılacaq (qiymətləri də göstərilməklə) malların A.Edvards tərəfindən
tərtib edilmiş siyahısı böyük maraq doğurur. Gətiriləcək malların
arasında qarazəy, qalay, mis qab, nazik qırmızı mahud və misin;
aparılacaq mallar arasında isə xamna, bibər, zəncəfil, kükürd, xəz, düyü,
qoz, mixək və s. adları çəkilir
209
. Malların böyük qismini şah xəzinəsi
alırdı. Bu barədə I Şah Təhmasibin ingilislərdən almaq arzusunda olduğu
malların siyahısı əsasında mühakimə yürütmək olar. Şahın tərtib etdiyi
həmin siyahıya qızıl və gümüş, zərxara, müxtəlif rəngli məxmər, naxışlı,
gümüşü ipək parça, bütün növlərdən atlas, sıx toxunmuş yun parça,
qarazəy, yaraq-əsləhə, dəmir geyimlər, tapancalar və s. daxil edilmişdi
210
.
Həmin il iyunun 29-da A.Edvards I Şah Təhmasibdən şirkət üçün
bir sıra yeni imtiyazlar da əldə etməyə nail oldu. Edvards xəbər verir ki,
fərmana möhür vurulmuş və şahın əli ilə imzalanmışdı
211
.
Artur Edvardsın şirkət rəhbərlərinə öz məktublarından birində
məlumat verdiyi I Şah Təhmasib fərmanının bəzi maddələrinin
məzmununu göstərək.
1. Şirkət nümayəndələrinə indi və gələcəkdə, şahın varisləri
dövründəheç bir rüsum, yaxud vergi verməmək hüququ bağışlanırdı.
İngilis tacirləri öz adamlarının müşayiəti ilə ticarət işlərinin ardınca şahın
bütün şəhərlərinə və mülklərinə gedə bilər.Hər cür malları ala və sata
bilərdi.
2. İngilis tacirlərinin olacağı bütün şəhərlərdə valilər, hakimlər
onlara kömək etməli, onları pis adamlardan qorumalı və onlara hər hansı
zərər yetirmiş adamları cəzalandırmalıdırlar..
3. Kmliyindən asılı olmayaraq, hər hansı şəxsin borcunu təşkil
edən bütün pul məbləği üzrə onun ödənilməsi müddəti ötmüşsə, borclu
məhkəməyə gətiriləcək və pullar həmin gün ödəniləcəkdir.291
4. Mövqe və dərəcəsindən asılı olmayaraq, heç kəs şirkət
müvəkkillərinin icazəsi və razılığı olmadan hər hansı malı, yaxud
hədiyyəni almağa cəsarət edə bilməz.
5. Əgər təsadüfən bu tacirlərdən, yaxud qulluqçulardan kimsə şah
təbəələrindən kimi isə öldürərsə, bu zaman onların mallarından heç nəyə
toxunulmamalı və bu işə qarışmamalı, eləcə də zərərverəndən qeyri, heç
bir şəxs həmin işə qarışdırılmamalıdır.
6. Hazırda bizdən borc alınmış, yaxud gələcəkdə borc alınacaq
bütün məbləğlər, bizlərdən biri olmadığı təqdirdə digərinə ödənilir.
7. Əgər hər hansı mal alınmış, yaxud satılmışsa, onu qaytarmağa
heç kəsin hüququ yoxdur
212
.
1568-1569-cu illərdə Artur Edvards (artıq ikinci dəfə), Con Spark,
Lorens Çepmen, Xristofor Dovset və Riçard Pinqlın daxil olduğu ingilis
tacirlər dəstəsi dördüncü dəfə Azərbaycana gəldi. Yenidən Edvardsın
fəallığı sayəsində, Şah Təhmasib şirkətin nümayəndəsi Lorens Çlepmenə
ingilis tacirləri üçün yeni ticarət imtiyazları bağışladı
213
.
A.Edvardsın xəbər verdiyi kimi, L.Çepmenə verilmiş imtiyazlarda
belə bir maraqlı bənd də var imiş ki, əgər şirkətin qulluqçularından
xristian olan kimsə öz etiqadını dəyişmək və islamı qəbul etmək istərsə,
o, şirkət tərəfindən cəzalandırıla bilər və heç kəs bu işə qarışmamalıdır
214
.
Edvardsın sözlərinə görə, Səfəvilər dövlətində ingilislərin vəziyyəti o
vaxtadək narahat və təhlükəli idi. Məsələn, əgər yadelli bir təsadüf
üzündən “yerlini” öldürərdisə, öldürülənin əvəzinə iki nəfərin həyatı
tələb edilirdi. Yadellinin borcu əvəzinə həmin millətdən olan hər bir
adamın əmlakını mənimsəmək və digər sərbəstliklərə yol vermək
olardı
215
.
İngilislərin Tomas Benister və Ceffri Deketin başçılığı ilə 1569-cu
ildən 1574-cü ilə qədər davam etmiş beşinci ekspedisiyası, Səfəvilər
dövlətində “Moskva şirkəti”nin
216
fəaliyyətində ən yüksək nöqtə oldu.
Əgər o vaxta qədər ingilis tacirlərinin fəaliyyəti Azərbaycanın və İranın
qonşu vilayətlərinin ərazisi ilə məhdudlaşırdısa, bu dəfə ingilislərin
qrupu C.Deketlə İran şəhəri Kaşana ticarət səfəri etdi. Davamiyyətinə və292
ticarətin həcminə görə ingilislərin bu ekspedisiyası ən böyüyü idi, lakin
səfərin sonunda ingilislərin rus kazakları tərəfindən Volqanın
mənsəbində qarət edilməsi pərtliyə səbəb oldu
297
.
Ekspedisiya üzvlərindən biri olan Layonel Plemtrinin
məlumatlarına görə, Hindistana səfər etmək barədə ingilislərin bir xahişi
Şah Təhmasib tərəfindən rəd edilmişdi
218
. Bu, onunla izah edilirdi ki,
Səfəvi tacirləri özləri hind malları ilə, o cümlədən ədviyyatla ticarətdə
vasitəçilik edir və bundan böyük qazanc götürürdülər.
XVI əsrdə ingilislərin Azərbaycana (haqqında Xristofor Berrounun
məlumat verdiyi) altıncı və sonuncu səfəri uğursuz oldu. Bu səfər 1580-ci
ildə Osmanlı Türkiyəsinin qoşunlarının Şirvan şəhərlərini tutduğu vaxt
olmuşdu. Şirvan iqtisadiyyatı tənəzzül keçirirdi və buna görə də
X.Berrou ingilislərin gətirdiyi malların pis satılmasından şikayət
etmişdi
219
.
Bununla da ingilis tacirlərinin Səfəvilər dövlətinin bazarlarında
möhkəmlənmək cəhdləri boşa çıxdı.
B.A.Əhmədov Azərbaycana ingilis ticarət ekspedisiyalarının
dayandırılmasından bəhs edərkən şimal və Volqa-Xəzər yolunun
uzunluğu, yollardakı soyğunçuluqlar, Türkiyə ilə müharibəyə cəlb edimiş
Səfəvilər dövlətinin daxili vəziyyətinin əlverişsizliyi, digər ölkələrin
rəqabəti vəs.ilə bağlı bir sıra obyektiv maneələri göstərir
220
. Lakin
“İngiltərənin müstəmləkə ekspansiyasının qarşısının alınmasında
mərkəzləşdirilmiş rus dövlətinin qəti mövqeyi həlledici rol oynadı”
müddəasının təshihlərə ehtiyacı vardır. Bu fikir o mənada doğrudur ki,
ingilislər Azərbaycana Volqa-Xəzər yoluna bütünlüklə nəzarət edən
Moskva dövlətinin ərazisindən keçib gedirdilər. Lakin əgər
B.A.Əhmədov ingilislərin Azərbaycana göndərilən ekspedisiyalarına
İngiltərənin müstəmləkə ekspansiyası kimi baxırsa, onda qeyd
edilməlidir ki, Səfəvilər dövləti o dövrün ən böyük Asiya dövlətlərindən
biri idi. O, Balkanı işğal etmiş və bütün Avropanı dəhşətə gətirmiş
qüdrətli Osmanlı Türkiyəsinə qarşı dururdu. Şübhə yoxdur ki, əgər293
“Moskva şirkəti”nin fəaliyyəti real təhlükə doğurardısa, Səfəvilər dövləti
elə İngiltərənin özünə də lazım olan cavabı verə bilərdi.
B.A.Əhmədov Azərbaycanda ingilislərin ticarətinin əhəmiyyəti və
miqyasını da bir qədər şişirdir. İngilislərin imtiyazlar haqqında fərmanlar
almasına əsaslanaraq, Səfəvilər dövlətində ingilis tacirlərinin
mövqelərinin həqiqətən möhkəmlənməsi barədə mühakimə yürütmək
olmaz. Feodal münasibətlərinin və şah istibdadının tam hökmranlığı
şəraitində bu mövcud dövlət təsisatları təminat verə bilməzdilər və bunlar
istənilən vaxt şah, yaxud yerli hakimlər tərəfindən onların öz
mülahizələrinə əsasən, ləğv edilə bilərdi.
Bütövlükdə, ingilislərin Səfəvilər dövlətinə təsadüfi xarakter
daşıyan, çoxlu məsrəf və zərərlərlə bağlı olan ekspedisiyaları “Moskva
şirkəti” kapitallarının çoxalmasına az-çoz əhəmiyyətli təsir göstərə
bilməzdi.
Sonralar rus tacirləri ingilislərin Volqa-Xəzər yolundan istifadə
olunmasında imtiyazlarının ləğv edilməsində təkid edirdilər. Çünki özləri
Azərbaycanla və qonşu Asiya ölkələri ilə faydalı ticarətə getdikcə daha
çox maraq göstərirdilər.
Azərbaycan Şimali və Mərkəzi Avropa dövlətləri ilə də ticarət
edirdi. Bunu xüsusilə numizmatik materiallar təsdiq edir. Məsələn,
Azərbaycanda aşkara çıxarılmış Mirik pul dəfinəsi 1541-1572-ci illərdə
zərb edilmiş Qərbi Avropa talerlərindən ibarətdir. Dəfinədəki sikkələr
tərkibinə görə olduqca müxtəlifdir: burada Almaniya (Şvabiya,
Bohemiya, Bavariya, Friziya, Saksoniya, Köln, Drezden, Nürnberq,
Hamburq və s.), Avstriya, İsveçrə (Sürix), Belçika (Lyoj) və başqa
ölkələrin knyazlıqlarında zərb edimiş sikkələr var idi
221
.
Bu pulları tədqiq etmiş Y.A.Paxomov yazırdı: “Onlar özünün
müxtəlifliyi ilə ipək sayəsində indiki Qafqaz Azərbaycanı ərazisi ilə
Qərbi Avropanın orta hissəsi arasında XVI əsrdə mövcud olmuş iqtisadi
əlaqələri yaxşı səciyyələndirir”
Kaydol:
Kayıtlar (Atom)