I TƏHMASİBİN DÖVRÜNDƏ SƏFƏVİ
Azərbaycan Səfəvilər dövlətinin banisi I Şah İsmayılın
müxtəlif xalqları birləşdirən geniş vahid dövlətin əsaslarını
möhkəmləndirmək sahəsindəki fəaliyyəti onu ən görkəmli dövlət
xadimi kimi səciyyələndirir. Azərbaycan (qızılbaş) əyanları
mühitində tərbiyə almış, bu mühitlə ayrılmaz tellərlə bağlı olan I
Şah İsmayıl mülki və dini rəhbər kimi şəksiz nüfuzundan istifadə
edirdi. Qızılbaş əmirlərinin itaətsizliyinin ən xırda əlamətlərinin
qarşısını amansızlıqla alan I Şah İsmayılın ağıllı siyasəti sayəsində
əsrin ilk rübündə mərkəzi hökumətinn nüfuzu kifayət qədər yüksək72
idi. Buna görə də hicri 930-cu il rəcəb ayının 19 (1524-cü il mayın
23-də)-u
1
onun 37 yaşında ikən vaxtsız və qəfil ölümü mərkəzi
hakimiyyətin zəifləməsinə və tayfa başçılarının ara müharibələrinə
gətirib çıxardı.
I Şah İsmayılın vəfatından sonrakı birinci onillikdə
dövlətdə feodal özbaşınalığı
İsmayılın oğlu Təhmasib Mirzə formal olaraq şah elen
edildi
. Lakin on yaşlı oğlan yüksək gəlirli dövlət vəzifələri, zəngin
və məhsuldar torpaqlar ələ keçirmək uğrunda bir – birilə mübarizə
aparan qızılbaş tayfa əmirlərinin əlində oyuncağa çevrildi. Dövlət
işləri üzərində əməli nəzarəti rumlu tayfasının rəhbəri, I
T əh m a s i b i n lə l əs i ( a t a bəy i ) D i v S u l t a n ə l ə k e ç i r d i . L a k i n u s t a c lı
tayfasının Köpək Sultan və Abdulla xan kimi qüdrətli əmirləri onun
hakimiyyətinin güclənməsinə yol vermək istəmirdilər. Təbrizdə
ustaclı əyanlarının çıxış edəcəyindən qorxan Div Sultan özbəklərin
Xorasana basqınını dəf etmək bəhanəsi ilə paytaxtdan çıxdı və
guya xarici düşmənə qarşı qoşun toplamaq üçün Təbəristanla
sərhəddə yerləşən Lar yaylağına yola düşdü. İsfahan hakimi Çuxa
Sultan Təkəli, Həmədan hakimi (tiyuldarı) Qaraca Sultan
Təkəli,Məşhəd hakimi Burun Sultan Təkəli, Şiraz hakimi Əli
Sultan Zülqədər və başqaları onun çağırışı ilə öz qoşunları ilə bura
gəldilər
3
. Div Sultan hədiyyələr və vədlər verməklə onları öz
tərəfinə çəkdi və Köpək Sultan Ustaclı əleyhinə ittifaq bağladı.
Şamlı tayfasının iki görkəmli əmiri – Herat hakimi durmuş xan və
Astrabad hakimi Zeynal xan şəxsən Div Sultana qoşulmasalar da,
onun vəkilliyə olan iddialarını müdafiə etdilər
4
. Ustaclı tayfasından
olan əmirlərin bəziləri, məsələn, Məntəşə Sultan, Div Sultanın
tərəfində durdular. Mövqeyinə və sayına görə başqa qızılbaş
tayfalarından üstün olan ustaclı tayfa əmirlərinin əksəriyyəti Div73
Sultanı tanımaqdan imtina etdi
5
Hicri 931 (1525)-ci ilin payızında
özünü kifayət qədər güclü hiss edən Div Sultan Köpək Sultana
məktub göndərərək mərhum şahın iradəsinə tabe olmağa və onun
vəkalət hüquqlarını tanımağa çağırdı. Özü isə əmirlərlə birlikdə
Təbriz istiqamətində hərəkət etdi. Köpək Sultan ustaclı əmirlərinin
müşavirəsində münaqişəni dincliklə həll etmək ruhunda çıxış
edərək Div Sultanı qarşılamağa yollandı. Görüş Türkmənkəndi
adlı yerdə baş verdi. Onlar birlikdə Şah Təhmasibin Təbrizdəki
sarayının yaxınlığında yerləşən Çərəndaba gəldilər. Lakin tayfalar
arasında müharibə yenidən başlandı
6
.
Div Sultan Köpək Sultanla birlikdə paytaxta daxil olan kimi,
ilk növbədə ixtilafa təhrik edənləri cəzalandırmaq bəhanəsi ilə
Qərincə bəy Ustaclını və Narın bəy Qacarı edam etdirdi. Ustaclı
əmirləri dövlət işlərini idarə etməkdən uzaqlaşdırıldılar. Köpək
Sultan sağ – salamat Təbrizdən çıxıb gatməyi “xoşbəxtlik” hesab
etdi və özünün keçmiş vilayəti (ölkəsi) olan Naxçıvan və İrəvan
tərəfə hərəkət etdi
7
. Div Sultan Rumlu və Çuxa Sultan Təkəli bütün
hakimiyyəti ələ keçirdilər. Fərmanlarda Div Sultan “məlik əl –
üməra” (“əmirlərin rəhbəri”), Çuxa Sultan isə “rükn əs – səltənə”
(“səltənətin dayağı”) adlandırılırdı. Köpək Sultan paytaxtdan çıxan
kimi Div Sultan Çuxa Sultanla birlikdə tiyul (iqta) hüququnda
ustaclı tayfasına məxsus olan torpaqların çox hissəsini öz aralarında
bölüşdürdülər
9
.
İsgəndər bəy Münşi Azərbaycan tayfaları arasında
düşmənçilik və müharibə törətmiş Div Sultanın hərəkətlərini
pisləyir
10
. Köpək Sultan ustaclı, rumlu və təkəli tayfaları ilə
mübarizə aparmaq üçün hicri 932-ci il rəcəbin əvvəlində (1526-cı
ilin əvvəli) Xalxaldan Sultaniyyəyə gəldi. Ona qoşulmuş ustaclı
əmirləri, o cümlədən Qılıc xan, Məntəşə bəy Şeyxlər qorçibaçının
qardaşı Sarı Pirə, Bədr bəy Qorçibaşı və Kürd bəylə birgə Köpək
Sultan şah qərargahına hərəkət etdi. Div Sultan barışmağa cəhd
göstərdi və vasitəçilik etmək üçün Qasım – xəlifə Varsağı Köpək74
Sultanın yanına göndərdi. Lakin onlar Div Sultanın sözlərinə və
vədlərinə inanmadılar.
Mayın 26 (şaban ayının 14-də)-da Səksəncik adlanan yerdə
düşmən tərəflər arasında döyüş baş verdi. Əvvəlcə ustaclı əmirləri
öz rəqiblərinə üstün gəldilər. Belə olanda Div Sultan və Çuxa
Sultan “əlacsızlıqdan” gənc şahı ata oturdaraq onunla birlikdə
döyüş meydanına çapdılar
11
. Ustaclı əmirlərinə qarşı döyüşə şahın
xüsusi hərbi dəstəsi (qorçilər) daxil olduqda üstünlük rumlu və
təkəli əmirlərinin tərəfinə keçdi. Ustaclı qoçunu qaçmağa üz qoydu
və Əbhərdən keçərək Taroma – Rəşt hakimi Müzəffər Sultanın
mülklərinə gəldi
12
. Həmin vaxtda mərhum Qara xanın oğlu Abdulla
xan Ustaclı Kirman hakimi Əhməd Sufi oğlu Ustaclı ilə birlikdə
rumlu və təkəli tayfalarına qarşı çıxdı və Xərzavil adlı yerdə
onların arasınad döyüş baş verdi
13
. Gilanlıların köməyinə
baxmayaraq, ustaclı dəstələri yenidən ağır məğlubiyyətə uğradılar
və Qəzvində onların başlarından “minarə ucaldıldı”
14
.
Sonrakı hicri 933 (1526-1527)-cü ildə Köpək Sultan öz
qoşunlarını Xalxaldan keçərək, Rəştdən Ərdəbilə gətirərək yerli
hakim Badəncan bəy Rumlunu məğlub etdi və öldürdü. Sonra o
Çuxursəədə, rumlu tayfasının köçdüyü yeni yerə hərəkət etdi.
Bundan xəbər tuitan Div Sultan, Çuxa Sultan və Məhəmməd xan
Zülqədər oğlu səkkiz min nəfərlik qorçilər dəstəsi ilə Qərbi
Azərbaycana yollandılar. Tərəflərin qz – üzəgəldiyi Naxçıvanda
Araz çayı yaxınlığında, hicri 933-cü il ramazanın 29-da (1527-ci il
iyunun 30-da) onların arasında həlledici döyüş baş verdi. Ustaclı
qoşunu darmadağın edildi, Köpək Sultan isə öldürüldü
15
.
Qızılbaş tayfaları arasında gedən ara müharibələri
nəticəsində mərkəzi hakimiyyət əslində fəaliyyətdən qalaraq iflic
vəziyyətinə düşdü. Ölkədə özbaşınalıq hökm sürürdü. Məsələn,
Xorasanın bir çox qızılbaş tayfaları vətəndaş müharibəsinə cəlb
olundu. Hürşah məlumat verir ki, Xorasanda və Astrabadda
torpaqlara (iqta) sahib olan əmirlərin çoxu öz tayfaları ilə (il-u-75
ulus) İraqa yola düşdülər. Məsələn, Nişapur hakimi Çərəkə Sultan,
İsfərain hakimi Pirqulu Sultan, Astrabad hakimi Zeynal xan,
D a mğa n və B i s t a m t i y u l d a rı Ə l ə ş S u l t a n ö z v i l a yət lər i n i tər k
edərək Rey və Xarda məskunlaşdılar. Özbək əmirləri budan dərhal
istifadə etdilər. Hicri 933-cü ilin əvvəlində (1526-cı ilin sonu) onlar
Xorasana soxuldular, maneəsiz olaraq onu ələ keçirərək qarət
etdilər və viran qoydular
16
.
Ü ç ü n c ü rəq i b dən y a x a l a rı n ı q u r t a r a n D i v S u l t a n R u m l u və
Çuxa Sultan Təkəli özləri bir – birilə vəkillik (vəkalət-i əmir əl-
ümərai) vəzifəsi uğrunda toqquşmağa başladılar. Hicri 933 (1527-ci
il iyul)-cü ilin əvvəlində Div Sultan Çuxa Sultanın təhriki ilə
öldürüldü. Şərəfxan Bidlisinin məlumatlarına görə, Çuxa Sultan
gənc şahı inandıra bilmişdi ki, Div Sultan tayfalararası ədavətin və
toqquşmaların səbəbkarıdır və o, divan daxil olanda şah Div Sultanı
oxla vurmu, sonra isə şahın xidmətçiləri onu qətlə yetirmişdilər
17
.
Bununla da rumlu əyanlarının hakimiyyət dövrü sona çatdı.
Dövlət işlərinə rəhbərlik təkbaşına vəkil olmuş Çuxa
Sultanın şəxsində təkəli əyanlarının əlinə keçdi. O, elə hakimiyyət
sahibi olmuşdu ki, I Təhmasibə “yalnız şahın adı qalmışdı”.
O,”vilayətlərin çoxunu təkəli tayfasından olan qohumlarının
arasında bölüşdürmüş və (onlardan) hər birini xan rütbəsinə, sultan
dərəcəsinə yüksəltmişdi” Lakin tezliklə Çuxa Sultanın və təkəli
tayfasının nüfuzu son dərəcə azaldı. Bu hicri 935 (1529)-ci ildə,
Zirabad yaxınlığında özbəklərlə vuruşmadan sonra baş verdi.
Burada təkəli əmirləri döyüş meydanından qaçdıqlarına görə Səfəvi
qoşunu az qala məğlubiyyətə uğrayacaqdı
19
.
Bu zaman özbəklərlə döyüşdə böyük şücaət və cəsurluq
nümayiş etdirmiş şamlı tayfasının başçısı Hüseyn xan əvvəlki
mühasirə zamanı ağır vəziyyətə salınmış, ərzaq cəhətdən korluq
çəkən Heratın
20
hakimi vəzifəsini tutmuşdu. Qızılbaş qoşunu
Xorasanı tərk edən kimi, Übeydulla xan yenidən bura hücum etdi
və Hüseyn xanın azsaylı qızılbaş dəstəsi ilə qoruduğu Heratı76
mühasirəyə aldı. Çuxa Sultan qızılbaş qoşununu Heratda
mühasirəyə düşənlərə köməyə göndərməyi yubandırdı. Çuxa
Sultanın, onun özbəklərin əlinə düşməsini istədiyini yaxşı başa
düşən Hüseyn xan Übeydulla xanla danışıqlara başladı. Ona
maneəsiz olaraq öz dəstəsi ilə şəhəri tərk etməyə və Sistandan
keçərək Şiraza geri çəkilməyə icazə verildi
21
. Hicr 937-ci il
zülqədənin 2-də (1531-ci il iyunun 17-də) Hüseyn xan Sam Mirzə
ilə şahın İsfahan yaxınlığındakı qərargahına gəldi
. Ç u x a S u l t a n
özünün təhlükəli rəqibindən xilas olmaq üçün onu şənliklərin
birində öldürmək qərarına gəldi. Onun bu planından Hüseyn xan
xəbər tutdu.O, gecə düşəndə silahlı adamlardan ibarət dəstə ilə
Çuxa Sultanın alaçığına yollandı. Çuxa Sultan sığınacaq tapmaq
ü m i d i i lə d i v a n x a n a y a q a ç dı. İ ş o y e rə ç a t dı k i , v u r uşm a şa h
otağnda davam etdirildi və Hüseyn xanın adamlarının atdıqları iki
ox şahın tacına dəydi. Həmin gecə şahı mühafizə edən, zülqədər
tayfasından olan şah qorçiləri Hüseyn xanın tərəfinə keçdilər və
onlardan biri Çuxa Sultanı ölümcül yaraladı.
Çuxa Sultanın ölümündən sonra təkəli əmirləri vəkil
vəzifəsinə onun böyük oğlu Şah Qubadın namizədliyini irəli
sürdülər. Təkəli əmirlərinin öz hökmranlığını qoruyub saxlamaq
üşün etdikləri bu cəhd təkəli feodallarının zülmünə çox dözmüş
digər qızılbqş tayfaları – ustaclı, rumlu, zülqədər və əfşar əmirləri
tərəfindən narazılıqla qarşılandı. Həmədandan bir qədər aralıda
tərəflər arasında toqquşma baş verdi. I Şah Təhmasibin əmri ilə
təkəli tayfası tamamilə məhv edilmək təhlükəsi qarşısında qaldı.
Tayfadan bir çoxları qırıldı, sağ qalanlar isə onların öz
tayfalarından olan Məhəmməd xan Şərəfəddin oğlunun idarə etdiyi
Bağdada qaçdılar. Sonuncu, özünün şaha olan xeyirxah
münasibətini bildirmək əlaməti kimi onlardan bəzilərini edam
etdirdi və başlarını saraya göndərdi
23
.
Hicri 937 (1530-1531)-ci ildə təkəlilər Azərbaycanın cənub
hissəsinin hakimi (əmir əl-üməra) Üləma bəy Təkəlinin şəxsində77
vəkil vəzifəsini tutmaq üçün daha bir uğursuz cəhd etdilər
24
.
M ü q a v i mə t ə r a s t gə l ən Ü ləm a şa h a q a rş ı ü s y a n h e t d i , Təb r i z i
çapıb taladı və tayfasının bir hissəsi ilə Türkiyəyə getdi. Sonralar,
Üləma bəy Sultan Süleymanın Azərbaycana yürüşlərində iştirak
etmişdir.
Təkəli əyanlarınıın hökmranlıq müddəti (1527-1531) şamlı
feodallarının hakimiyyəti ilə əvəz edildi. Çuxa Sultanın ölümündən
s o n r a H ü s e y n x a n Şa m lı ən q ü d rət l i f e o d a l o l d u , vək i l və əm i r əl -
üməra vəzifələrini tutdu. Hüseyn xan da sələfi kimi ilk növbədə öz
tayfasının yaxşı yerləşdirilməsi qayğısına qalaraq “ən yaxşı
vilayətləri (iqta əsasında) şamlı əmirləri arasında bölüşdürüb” şaha
dövlət işlərinə qarışmaq imkanı vermədi
25
.
Hüseyn xan hicri 940 (1533-1534)-cı ilədək dövlət işlərini
idarə etmiş, elə həmin ildə qəflətən hakimiyyətdən kənar edilərək
edam olunmuşdu. Mənbələrdə göstərilir ki, Hüseyn xan Şamlı I
Şah Təhmasibi zəhərləmək məqsədilə sui – qəsd hazırlanmaqda
təqsirləndirilmişdi. I Şah Təhmasib Heratda ikən Hüseyn xanın
həmtayfası olan Başdan Qara adlı bir nəfər şahın piyaləsinə zəhər
tökmək üçün cəhd göstərmişdi. Hüseyn xanın tərbiyəçisi (lələsi)
olduğu qardaşı Sam Mirzənin xeyrinə I Şah Təhmasibi devirməyə
yönəldilmiş fəaliyyətdə ittiham etmişdilər. Həmçinin Sam Mirzənin
xəyanəti barədə xəbər verən “Şərəfnamə”yə görə, Sam Mirzə
özünü I Sultan Süleymanın vassalı kimi tanımışdı
26
. Hüsen xandan
məmləkətə soxulmuş türklərlə əməkdaşlıq etməkdə,düşmənin
tərəfinə keçmək niyyətində olmaqda şübhələnirdilər. Həsən bəy
Rumlunun göstərdiyi kimi, Hüseyn xanın hazırlanmaqda olan
xəyanəti barədə şaha xəbər veriləndə Hüseyn xan onun əmrilə
saraya çağırılmış və “parça – parça doğranmışdı”
27
.
Hüseyn xan Şamlının ölümü ilə qızılbaş feodallarının on il
müddətində - 1524-cü ildən 1534-cü ilədək davam etmiş ağalığı
başa çatdı. Şübhə yoxdur ki, şamlı əyanlarının hakimiyyəti tezliklə
dövlət işlərindən sıxışdırılıb uzaqlaşdırılmş digər tayfa əyanlarının78
narazılığına səbəb olacaqdı. Həm də I Şah Təhmasibib özü artıq
böyümüşdü, qızılbaş əmirlərinin sıxıntılı himayəsindən qurtulmaq
və nəhayət, dövlət işlərini öz əlinə almaq qərarına gəlmişdi.
Hüseyn xanın edam olunması və vəkil vəzifəsinə Qazi Cahan
Qəzvininin təyin edilməsi I Şah Təhmasibin mərkəzi hakimiyyəti
gücləndirmək və möhkəmləndirmək qətiyyətini göstərirdi.
Osmanlı Türkiyəsi ilə Səfəvilər dövləti arasında
müharibənin başlanması
I Səlim dövründə Osmanlı Türkiyəsinin Azərbaycanı zəbt
etmək cəhdləri, gördüyümüz ki, müvəffəqiyyətli olmadı.
Osmanlılar Səfəvilər dövlətinin içərilərinə irəliləyib onun öaytaxtı
Təbrizi tita bilsələr də burada qala bilmədilər.
I Sultan Süleyman Qanuni (1520-1566) dövründə də
Osmanlı hakim dairələri şərq istiqamətində ərazilərini
genişləndirmək cəhdlərindən əl çəkmədilər. Avropa qitəsində,
xüsusilə də Macarıstanda və Avstriyada Türkiyənin istilalarına
müqavimət artdiqca Osmanlı imperiyasının Şərqdə ilhaqçılığı
güclənirdi.
Müharibə bu dəfə Ərəb İraqına sahib olmaq uğrunda
alovlandı
28
. Hicri 934 (1528-ci ilin axırında)-cü il Luristanda
Kəlxur hakimi, Noxud Sultan Mosullu adı ilə tanınan Zülfüqar xan
Əli bəy oğlu Səfəvilər əleyhinə qiyam qaldırdı, dayısı İbrahim
xanın hakim olduğu Bağdada hücum etdi, onu ğldürüb bütün
nəslini qırdı və Ərəb İraqını tamamilə özünə tabe etdi. Sonra
Zülfüqar şəhərin açarlarını türk sultanına göndərərək onun
tabeliyinə keçdi
29
.
Hicri 935 (1529)-ci ildə I Şah Təhmasib böyük ordu ilə
Bağdada yeridi. Möhkəm Bağdad qalasını tutmaq o qədər də asan
iş deyildi və mühasirə uzun çəkdi. Nəhayət, şəvvalın 3 (10 iyun)-də79
Zülfüqar xan şahın adamları tərəfindən qalada öldürüldü, onlar
qapıları açıb şahı şəhərə buraxdılar. Bağdadın idarə olunması xan
rütbəsi ilə birgə Məhəmməd Sultan Şərəfəddin oğlu Təkəliyə
tapşırıldı
30
.
Hicri 938 (1531-1532)-ci ildə Üləma bəy Diyarbəkirin
Osmanlı hakimi Fil Yaqub paşanın 50 min nəfərlik qoşununun
köməyilə yerli hakim Şərəf xanı Bidlisdən sıxışdırıb çıxartdı və o
da yardım üçün qızılbaş sarayına müraciət etdi. “Təzkirə”də deyilir
ki, Şah Təhmasib öz müvəkkili İstanbula göndərib Üləma bəyin
t əs l i m o l u n m a sı n ı tə l əb e t d i . L a k i n s u l t a n rəd d c a v a bı v e r d i və ö z
növbəsində Şərəf xanın ona təslim olunması tələbini irəli sürdü
31
.
Şah sultanı barışdırmağa daha bir dəfə cəhd göstərərək vəkil
Hüseyn xan Şamlının başçılığı ilə yeni elçi heyətini onunla
danışığa göndırdi. Lakin Üləma bəyi Şərəf xanla dəyişmək təklifi
qəbul olunmadı. Sultan barışmaz mövqe tutdu. Belə olduqda şah
Üləmaya qarşı qoşun göndərib Bidlisi geri aldı. Bundan az sonra
qızılbaşların Übeydulla xana qarşı Xorasana yürüşündən istifadə
edən Üləma bəy hicri 940 (1533)-cı ildə təkrarən Bidlisə hücum
etdi. Şərəf xan öldürüldü, şəhər Üləmanın əlinə keçdi
32
.
I Sultan Süleymanın Azərbaycana ilk yürüşü
Mənbələrdə deyilir ki, Üləma bəy Osmanlı sultanın
Azərbaycana və İraqa yürüş etməyə sövq edirdi. O, şahı əmin
edirdi ki, indi şahın başlıca qüvvələri özbəklərin Xorasana
basqınını dəf edirlər və xondkarın (yəni sultanın) qızılbaş
qoşunlarının olmadığı ölkəni ələ keçirməsi çətin olmayacaqdır.
1534-cü ilin yayında Sultan Süleyman çox böyük ordu ilə
Azərbaycana hərəkət etdi. Ordunun ön dəstəsini böyük vəzir
İbrahim paşanın 90 min nəfərlik qoşunu təşkil edirdi. Üləma bəy 10
min nəfərlə irəli çıxarılmışdı.80
Üləma ilə əlaqəsi olan bəzi qızılbaş əyanları Səfəvilərə
xəyanət edərək düşmənin tərəfinə keçdilər. Məsələn, Musa sultan
Mosullunun
33
vəziri Xacə Şahqulu öz adamlarını sultanın yanına
göndərərək onu Təbrizə dəvət etmişdi. Qəfildən yaxalanmış Musa
Sultan qoşunların arasında yayılmış taun xəstəliyi üzündən paytaxtı
tərk etməyə məcbur oldu
34
. Üləma bəy, Osmanlı qoşunları ilə
Təbrizə daxil oldu. Bir neçə gündən sonra İbrahim paşa şəhərin
yaxınlığında öz düşərgəsini saldı. Üləma Ərdəbilə, Osmanlı
sərkərdəsi Xosrov paşa isə Əlincə qalasını ələ keçirməyə göndərildi.
Cənubi Azərbaycanın bir çox yerləri türklər tərəfindən tutuldu
35
.
Türk mənbələrinə görə,Sultan Süleymanın ilk yürüşü
zamanı İbrahim paşanın hərbi hissələri hicri 940-cı il zilhiccənin 1-
i (1534-cü il iyunun 13-də) Təbrizə daxil olmuşdular
36
. Süleymanın
da olduğu Osmanlıların əsas qüvvələri iə şəhərə sentyabrın 27-də
çatdılar
37
.
Osmanlı qoşunları Təbrizdə olduqları zaman işğalçıların
zülm və zorakılığı nəticəsində şəhərdə çoxlu iğtişaşlar baş verdi.
Türk əsgərl\ri şəhərliləri qarət edir və öldürürdülər. Sünni üləmaları
isə bu cinayətləri şiələrə qarşı yol verilən hərəkətlər kimi
qanuniləşdirirdilər
38
.
Düşmənin basqını barədə məlumat alan şah Xorasandan
hərəkət etdi və Reyə çatdı. Qızılbaşların atları və təvələri məsafəni
sürətlə qət edərək gücdən düşmüşdülər. Bu üzüntülü yol onların bir
çoxunu sıradan çıxarmışdı. Üstəlik dəşah qoşununun sayı 7 min
nəfərdən çox deyildi. Halbuki sultanın ordusu, Həsən bəy
Rumlunun obrazlı ifadəsinə görə, “səhranın qum zərrələrindən və
payız yarpaqlarından daha çox” idi. Şah Qəzvinə, oradan isə
Əbhərə hərəkət etdi və burada əmirlərin müşavirəsini çağırdı.
Onlardan hər biri öz fikrini söylədi. Hüseyn xan Şamlı dedi:
“Bizim atlarımız əldən düşmüşlər, biz Rum qoşununun qarşısına
çıxa bilmərik”. I Şah Təhmasib ona belə cavab verdi: “Məgər mən
dedim ki, biz rumlularla üz-üzə vuruşmaq istəyirik? Mən atamın81
qaydası ilə gedə bilmərəm. Bu düşmən çox güclüdür”
39
.
Sultan Süleyman I Şah Təhmasibə göndərdiyi məktubda
onu qorxaqlıqda təqsirləndirdi və döyüşə başlamağı təkid etdi. Şah
cavabında yazdı ki, o, ağlını itirməyib, bir qızılbaşa qarşı on türkün
dayandığı qeyri – bərabər şəraitdə düşmənlə vuruşa bilməz
40
.
Bəhram Mirzənin başçılığı ilə qızılbaşların irəlidə gedən
hissələri Qızılüzən çayının sahilindəki Qaraağac yaxınlığında
İbrahim paşanın qoşunları ilə üz-üzə gəldilər. Qızılbaşlar döyüşə-
döyüşə dağa doğru geri çəkilməyə məcbur oldular. Ardı-arası
kəsilməyən axınla gələn Osmanlı qoşunları qızılbaşların sıralarını
sarsıdırdı və onlar şah düşərgəsinə doğru çəkilirdilər. Bu vaxt
KuhKiluyə (Fars) hakimi Əvənd xan Əfşar yeni qüvvələrlə şah
qərargahına gəldi. Sultan Süleymanın çox böyük qoşunla Miyanəni
keçərək Sultaniyyəyə çatması barədə xəbər alındı. Bu təhlükəli
anda qızılbaş əmirlərim arasında ixtilaflar baş verdi. Məhəmməd
xan Zülqədər oğlu, Hüseyn xan Təkəli və başqaları düşmənin
tərəfinə keçdilər. Şah, Hüseyn xan Şamlıya, Qazi xan Təkəliyə və
Məlik bəy Xoyluya da inanmırdı və bu onu düşmən qoşunları ilə
vureşa girməkdən çəkinməyə məcbur edirdi.
Payızın sonunda Sultaniyyə ərazisində bərk qar yağdı və
güclü şaxtalar düşdü. Osmanlı ordusu şiddəətli soyuqlar və azuqə
çatışmazlığı üzündən böyük itkilər verdi. Osmanlılar qızılbaşların
artilleriyanı ələ keçirmələrinin qarşısını almaq üçün yüzə qədər
topu tollrda yandırdılar
41
. Sultan qışlamaq üçün Bağdada tərəf
döndü, Üləmanı isə Təbrizə göndərdi. Sultanın Bağdada getmək
cəhdini əsirlərdən öyrənən Şah Təhmasib Təbrizə hərəkət etdi. Bu
vaxt Qazi xan Təkəli şaha xəyanət etdi və ondan əvvəl Təbrizə
gələrək şah ordusunun yaxınlaşdığını xəbər verdi. Onlar qaçaraq
hündür qüllələri və divarları olan, hər tərəfdən dərin xəndəklərlə
əhatə olunmuş Van qalasında gizləndilər. Qızılbaş qoşunları qalanı
mühasirəyə aldılar. Mühasirə qış qurtaranadək uzandı
42
.
Qızılbaşların qalanı tutması ərəfəsində şaha, xondkarın “öz82
oğlu” adlandırdığı və “Əcəm” hakimi kimi tanıdığı qardaşı Sam
Mirzənin xəyanəti haqqında xəbər verdilər. Buna görə də şah
mühasirədən əl çəkdi, tələsik Azərbaycana yola düşdü.
Bu zaman Süleyman böyük çətinliklərlə Şəhrizurdan
keçərək Bağdada yaxınlaşdı. Şəhərdəki iğtişaşlar onun hakimi
Məhəmməd xan Şərəfəddin oğlu Təkəlini şəhəri heç bir müqavimət
göstərmədən türklərə verməyə məcbur etdi. Həmin hadisələrin
iştirakçısı olmuş Budaq Qəzvininin dediyinə görə, Süleymanın
yaxınlaşması barədə xəbərlər alındıqda Məhəmməd xan öz
“ağalarını” bir yerə toplayıb yaranmış vəziyyət haqda məlumat
verdi. Təqribən 3 min nəfər olan təkəli tayfası şaha imtina etdi,
lakin bildirdi ki, Bağdadı sultandan müdafiə edəcəkdir. Onları yola
gətirməyin mümkün olmadığını görən Məhəmməd xan bildirdi:
türklərin tərəfini saxlayanlar, arvad – uşaqları və əmlakı ilə
şəhərdən çıxmalıırlar. 700-ə qədər ailə şəhəri tərk etdi. Yerdə
qalanlara ümid bəsləyən xan yenidən adamlar müraciət etdi və bu
dəfə də o etirazla qarşılandı. Təkəli tayfası şahdan üz döndərmişdi.
Belə olanda xan iğtişaş və ədavət salanlardan yaxa qurtarmaq üçün
hiyləyə əl atdı. O bildirdi ki, şahın yanına getmək arzusundan əl
çəkmişdir və qalanı türklərə təslim etmək istəyir. Xana tabe
olmayan başçılar məktub və və qala açarları ilə Sultanın yanına
g ö n dər i l d i . B u n d a n s o n r a Mə h əm məd x a n o n a s a d i q o l a n
adamlardab ibarət dəstə ilə qaladakı ehtiyatlar od vurdurdu, qalan
əmlakı çapıb – talayaraq döyüşə-döyüşə Dəclə çayının sağ sahilinə
keçdi
43
.
I Sultan Süleymanın Azərbaycana ikinci yürüşü
Hicri 941 (1534-1535)-ci ilin qışını Bağdadda keçirən Sultan
Süleyman 1535-ci il yazın əvvəlində Təbrizə hərəkət etdi. Bundan
əvvəl şah, sakinləri Təbrizdən köçürmüş, şəhəri boşaltmışdı. Həmin83
ərazidə yaşayan tayfalar İraqa və Farsa köçürülmüşdü. Suvarma
kanalları və kəhrizlər torpaqqla doldurulmuşdu. Taxıl (qəllat) və
əkinlər (məzruat) yandırılmış, yerdə qalan nə varsa, mal-qaraya
yedizdirilmişdi. Bu tədbirləri gördükdən sonra şah Sultaniyyəyə
çəkildi. Onun arxasınca türk qoşunları Təbrizə daxil oldu. Şah
sultan və İbrahim paşa ilə sülh danışıqlarına başlamq üçün iki dəfə
öz səfirlərini onların yanına göndərdi, lakin rədd cavabı aldı. Şah
qoşunları Sultaniyyədən Dərəcəzinə gedən yolda əkinləri
yandırdılar. Türk ordusu Sultaniyyə ərazisinə çatanda aclıq və baş
verən taun xəstəliyi sultanın canlı qüvvəsinə böyük tələfat verdi.
Burada (Dərəcəzində) qızılbaşların irəlidə olan hissələri (çərxçiyan)
Əmir Sultan Rumlu və Çıraq Sultan Ustaclının başçılığı ilə
rumluların qoşunları ilə toqqudular. Osmanlılar qızılbaşlara hücum
etdilər, lakin məğlub oldular. Ağır vəziyyətə düşən türk qoşunları
geri çəkilməyə başladılar.
Bəhram Mirzə bir dəstə əmirlə-Məntəşə Sultan, Əmir Sultan,
Şahqulu xəlifə möhrdar, Məhəmməd Əmin bəy Süfrəçi ilə birlikdə
İbrahim paşanı təqib etmək üçün göndərildi.Halbuki, şah özü Van
qalasına yola düşmüşdü. Qalada mühasirəyə düşmüş osmanlılara
yardım göstərmək üçün sultan Diyarbəkir hakimi Məhəmməd
paşanı və Üləmanı 2 min nəfərlik yeniçəri və 10 minlik süvari ilə
ora göndərdi. Onlar Vostan yaxınlığında türkman tayfasından olan
şah qorçiləri ilə qarşılaşdılar. Xain Üləmanın yaxınlıqda olması
xəbərini alan şah 2 min nəfərlə onun üzərinə yeridi.
Üləmanın dəfələrlə xəbərdarlıq etməsinə baxmayarq,
Məhəmməd paşa özünün sayca üstünlüyünə arxalanıb yenişəriləri
ön sırada yerləşdirərək qızılbaşlarla döyüşə girməyi qərara aldı.
Lakin Şiraz hakimi Qazi xan Zülqədər türkman və zülqədər
tayfalarından olan qorçılər dəstəsi ilə düşmənə hücum etdi. Həsən
bəy Rumlunun sözləri ilə desək, “bir anda dörd yüzə qədər türk
qızılbaşlar tərəfindən öldürüldü və onların başları şah atının
ayaqları altına atıldı”. Sultanın bir neçə əyanı əsir alındı.84
Qızılbaşlar düşməni Bidlisədək təqib etdilər. Onlar böyük qənimət
ələ keçirdilər. Bəhram Mirzə əmirlərlə Ərcişə yola düşdü. Oranın
müdafiəçiləri qızılbaşları qalanın qarşısında qarşıladılar.
Qızılbaşların hücumuna davam gətirməyən türklər qalaya çəkilib
sultandan kömək göndərməsini xahiş etdilər. Xondkar buraya Sinan
paşa başda olmaqla qoşun göndərdi. Lakin Budaq xan Qacarın
dəstəsi onları qarşılayarq darmadağın etdi. Sinan paşa və başqa
Osmanlı sərkərdələri ilə birlikdə yüzlərlə türk məhv edildi. Onların
başları Van yaxınlığında olan şaha çatdırıldı. Sinan paşanın həlak
olmasından xəbər tutan Sultan Süleyman öz ordusunun seçmə
hissələrini İbrahim paşanın başçılığı altına keçirdi və Ərcişdə
mühasirədə qalanlara köməyə göndərdi. Lakin qızılbaşlar İbrahim
paşanın göndərdiyi dəstəni də darmadağın etdilər. Bundan sonra
İbrahim paşa qalanın sakinlərini də özü ilə götürərək oranı tərk etdi.
Beləliklə, Van və Ərciş əraziləri şahın əlinə keçdi
44
.
Sonuncu Şirvanşahlar.
Şirvanın Səfəvilər dövlətinə birləşdirilməsi
Osmanlı Türkiyəsi ilə müharibədə yaranmış fasilədən istifadə
edən I Şah Təhmasib Şirvanı öz dövlətinə birləşdirdi. Şirvanşah II
İbrahim Şeyxşahın üç oğluqalmışdı: Sultan Xəlil, Məhəmməd
Mirzə və Müzəffər Mirzə
45
. Şirvan taxtı I Şah İsmayıln qızı Pərixan
xanımla evlənmiş Şeyxşahın böyük oğlu Sultan Xəlilə, yaxud onun
rəsmi adı ilə deyilərsə, II Xəlilüllaha keçdi.
I Şah Təhmasib Şirvanın Təbriz taxtına tam tabe edillməsi
planını çoxdan idi ki, hazırlamışdı və öz niyyətini həyata keçirmək
üçün əlverişli fürsət axtarırdı. II Xəlilüllah bundan əvvəl qızılbaşlar
tərəfindən darmadağın edilmiş Gilan Biyəpəs hakimi Əmire
Dubaca
46
Şamaxı sarayında sığınacaq vermişdi. Şahın elçiləri
Şamaxıya gələrək qaçqının təlim olunmasını tələb etmişdi. Lakin II85
Xəlilüllah rədd cavabı vermişdi. Həmçinin məlumatlar vardır ki, bu
şirvanşah 1534-cü ildə Təbrizi tutmuş türk sərkərdəsi İbrahim
paşaya qiymətli hədiyyələr göndərmişdi
47
.
1535-ciildə oğlu olmayan II Xəlilüllahın vəfat etməsi ilə
Şi r v a n t a x tı v a r i s s i z q a l mı ş d ı. B u n a g ö rə də Şi r v a n əy a n l a rı I I
Xəlilüllahın qardaşı oğlu Şahruxu qaldığı “Şamxal ölkəsində
“ dərhal paytaxta-Şamaxıya gətirdilər və taxta oturtdular
48
.
Lakin ölkədə hakimiyyət azyaşlı Şahruxun adndan fəaliyyət
göstərən Hüseyn bəy adlı vəkilin başçılıq etdiyi Şirvan əyanlarının
əlində cəmlənmişdi. Feodal əyanlarının özbaşınalığı baş alıb
gedirdi. İsgəndər Münşi göstərir ki, Şirvanda “qayda-qanundan əsər
qamamışdı, iğtişaşlar və asayişin pozulması bu ölkədə adi hal
aldı”
49
.
Bu vaxt Mahmudabaddan və Salyandan qələndər çıxış
etməyə başladı və “saysız-hesabsız qoşunla” Şirvanın paytaxtına
hərəkət etdi. Əmirlər arasında birliyin olmaması və qoşundakı
çəkişmələr, Şirvan əyanlarını Şamaxı sarayını qələndərə
müqavimət göstərmədən təslim etməyə və alınmaz sayılan Buğurd
qalasında gizlənməyə məcbur etdi. Üsyançılar müqavimətə rast
gəlməyərək Şamaxını ələ krçirdilər. Lakin aydın məqsədləri,
möhkəm rəhbərliyi olmadığı üçün onlar öz hakimiyyətlərini təşkil
edəbilmədilər və buna görə də şəhərdə 40 gündən ertıq qala
bilmədilər”
50
. Qələndərin geri çəkilməsi xəbəri Buğurda çatanda
Şirvan əyanları Şahruxla bərabər qaladan çıxdılar və üsyançıları
təqib etməyə başladılar. Şahrux Salyandan bir qədər aralıda
qələndərə çatdı. Baş vermiş döyüşdə üsyançılar darmadağın
edildilər
51
.
Mənbələrdə bu hadisənin dəqiq tarixi yoxdur. Budaq
Qəzvini üsyanın tarixini göstərmir. Üsyan haqqında daha çox
təfərrüatla danışan Hürşah qış soyuqları mövsümünə işarə
vurmaqla kifayətlənir. Həsən bəy Rumlu üsyanı hicri 944 (1537-
1538)-cü ildə baş vermiş hadisələrə aid edir ki, bu da 1537-ci ilin86
sonu və 1538-ci ilin əvvəlinə düşür.
Budaq Qəzvininin qələndərin çıxışı barədəki məlumatları
İ.P.Petruşevskinin baş vermiş üsyanın ümumxalq xarakteri
haqqında çıxardığı nəticələri təsdiq edən bəzi mühüm təfsilatlara
malikdir
52
. Şivanşah II Xəlilüllahın vəfatından sonra “bir nəfər
qələndər peyda oldu və dedi ki, mən Məhəmməd Əminəm, cam
yaxınlığında özbəklərin əlinə keçmiş və qələndər qiyafəsində xilas
olmuşam”. Budaq Qəzvini izah edir ki, Məhəmməd Əmin Sultan
Xəlilinn (yəni II Xəlilüllahın) qardaşı idi və I Şah Təhmasibin
yanında qulluq edirdi. Bu qələndər isə əvvəllər Məhəmməd Əminin
mülazimi (xidmətçisi) olmuşdu. Tarixçi üsyanın gedişi haqqında
qısaca belə deyir: “Xalq ona qoşuldu və onu taxta çıxartdı”
53
.
Şirvanda hərc-mərclik, vətəndaş müharibəsi buradakı islərə
qarışmaq üçün bəhanə axtaran I Şah Təhmasibin xeyrinə idi.
İ.P.Petruşevskinin düzgün olaraq qeyd etdiyi kimi,II
Xəlilüllahın dul qalmış qadını-Pərixan xanım öz qardaşı I Şah
Təhmasibin gizli təlimatları ilə hərəkət edərək qələndərlə əlaqəyə
girdi və onun Şirvan taxtına olan iddialarını müdafiə etdi. Şahın
bacısının qələndərlə yaxınlaşmasına işarə edən Budaq Qəzvininin
məlumatına görə, qələndəri hətta Pərixan xanımla evləndirmək
istəmişdilər. Lakin şah buna razı olmamışdı. Bundan sonra
“qələndərin işi çətinləşmiş və o ölmüşdü, Şirvanda hakimiyyət isə
şahın bacısının əlinə keçmişdi”
54
.
Səfəvi şahının Təbrizdə camaatın gözü qarşısında
qələndərin meyitini təhqir etməsi olduqca səciyyəvidir. Budaqın
sözlərinə görə, meyit qəfəsdə yerləşdirilmi. Və “pozğun
ünsürlərin”- “lütlərin” və “qaragüruhşu” kütləsinin müşayiəti ilə
təhqirlərdən sonra mərkəzi Qeysəriyyə bazarına gətirilmişdi.
Burada meyit nümayiş etdirmək üçün qoyulmuşdu. Xüsusi olaraq
hazırlanmış yerlərdə şah, əmirlər və musiqiçilər əyləşmişdilər.
Muzdla şeir yazanlar acı həcvlər qoşur, xalq başçısını hər vasitə ilə
lağa qoyurdular. Meyitin olduğu qəfəs bir neçə gündən sonra87
Sahibabad adlanan baş meydana aparılmış, minarədən asılmış və
yandırılmışdı
55
.
Qələndərə divan tutulduqdan sonra Pərixan xanım Təbrizə
gələrək öz qardaşını xəbərdar etdi ki, Şirvanda “pozğunluq və
çaşqınlıq hökm sürür və oranı istila etməyin vaxtı çatmışdır”
56
.
Qorçibaşı Padar
57
hərbçı dəstə ilə Şirvandan Təbrizə gəldi, kömək
üçün I Təhmasibə müraciət etdi və onu ölkədə “asayişi” bərpa
etməyə çağırdı. 1538-ci ilin yayında, şahın qardaşı Əlqas Mirzə 20
minlik ordu, həmçinin Qarabağ və Muğanın qoşun dəstələri ilə
Şirvana daxil oldu
58
. “Həmin ölkədə bütün giriş və çıxışlara yaxşı
bələd olan” adı çəkilən Padar ordunu müşayiət edirdi. Surxab,
Qorci qalaları, habelə Qəbələ tutuldu. Sonra qızılbaşlar Gülüstan və
Buğurd qalalarına hırıkıt etdilər. Şirvan əyanları Buğurd qalasına
sığındılar. Buğurd (yaxud Qəle-yi Buğurd) Hürşahım məlumatına
görə, “böyük və meşələrlə əhatə olunmuş dağda yerləşirdi”
59
.
Ərzaq çatışmazlığından və xəstəliklərdən əziyyət çəkən qala
sakinlərinin aöır vəziyyətinə baxmayaraq, Buğurdun mühasirəsi bir
neçə ay çəkdi. Müdafiəçilərin mətinliyi xəbəri şaha gəlib çatdı və o,
böyük qoşunla qala divarlarına yaxınlaşdı. İndi qızılbaş
qoşunlarının da malik olduğu toplar işə salındı və qalanın
müdafiəçiləri müqaviməti dayandırdılar. Onlar qaliblərin
mərhəmətinə tabe oldular. Qəle-yi Buğurd şirvanlıların ənənəvi
olaraq xəzinə saxlanılan anbarı idi və Hürşahın söylədiyinə görə,
orada saxlanılan pulun, qiymətli daş0qaşın və malların sayı-hesabı
yox idi. I Şah Təhmasib bütün bunları şəxsən müsadirə etdi
60
I Şah Təhmasib iğtişaşların səbəbkarları və Şirvan əhalisini
sıxışdıranlar ilə mübarizə aparmaq bəhanəsi ilə yerli əyanların
çoxlu nümayəndələrini (o cümlədən də, vəkil Heseyn bəyi) edam
etdirdi. Onların əmlakını müsadirə etdi, torpaqlarını qızılbaş
tayfalarının yuxarı təbəqələrinə verdi. Şahrux Təbrizə aparıldl və
bir qədər sonra edam edildi
61
.
Beləliklə, varlığına son qoyulmuş Şirvanşahlar dövləti88
Səfəvilər dövlətinin bəylərbəyliklərindən biri kimi onun tərkibinə
daxil oldu. Şahın qardaçı Əlqas Mirzə Şirvanın birinci bəylərbəyi
oldu. Şirvan əyanları hələ uzun müddət baş vermiş bu gerçəkliklə
və imtiyazlarının itirilməsi ilə barışa bilmirdilər. Sülalənin ayrı-ayrı
n əs i l lər i n i n i t i r i l m iş səl tə n əy i bər p a e t mək səy lər i s o n r a l a r ,
Azərbaycanı ələ keçirməyə cəds göstərən Osmanlı sultanları
tərəfindən istifadə olunmuşdu
62
. Şirvanın Azərbaycan Səfəvilər
dövlətinin tərkibinə daxil olması Azərbaycan xalqının tarixində
obyektiv olaraq müsbət rol oynadı. Ölkənin cənub və şimal
vilayətlərinin Azərbaycan Səfəvilər dövlətinin hüdudlarında
birləşməsi Azərbaycanın sonrakı iqtisadi və mədəni yüksəlişinə
şərait yaratdı.
Şirvan bəylərbəyi Əlqas Mirzənin qiyamı
Yeni Osmanlı basqını ərəfəsində Şirvan bəylərbəyisi, şahın
qardaşı Əlqas Mirzənin qiyamı Səfəvilər dövlətinin vəziyyətini
mürəkkəbləşdirdi. Yerli Şirvan əyanlarının separatçılığından
istifadə edən Əlqas Mirzə özünü müstəqil dövlət başçısı elen
etmək qərarına gəldi.
Hicri 952-ci ilin sonunda (1546-cı ilin əvvəlində) Qəzvində
qışlama zamanı Şirvandan qaçmış Oruc Ağa Rumlu adlı bir şəxs
şahın yanına gələrək Əlqas Mirzənin hazırladığı qiyam barədə ona
məlumat verdi. Bu xəbər sarayda müzakirə edildiyi bir zaman,
Əlqas Mirzədən qaçmış Zeynal xanın oğlu, möhrdar olmuş Sultan
Mahmud Mirzə və Kərəm Mirzə gəlib çıxdılar, artıq qiyam
hazırlandığına şübhə qalmadı. Lakin Budaq Qəzvininin xəbər
verdiyi kimi, əmirlər belə bir fikir söylədilər ki, özlərini
məlumatsız kimi qələmə verib qaçanları həbs etsinlər və Əlqas
Mirzəyə göndərsinlər. Şah onların fikri ilə razılaşmadığını bildirdi.89
“Bu nə söhbətdir? Onlar bu mənfurun tuğrası olan və mənim
əvəzimdən möhür vurmuş fərmanını bura çatdırdıqdan sonra mən
necə yol verə bilərəm ki, mənə qarşı səmimi olduqlarını ifadə
edərək yanıma gəlmiş adamlar məhv edilsinlər. Əgər mən belə
edərəmsə, bundan sonra heç kəs mənim yanıma gəlməz”. O, elə
oradaca Sultan Mahmuda xanlıq, Oruc ağaya isə mehmandar
vəzifəsi bağışladı
63
.
1546- cı ilin yazında I Şah Təhmasib qoşunla Təbrizə
hərəkət etdi və Əlqas Mirzə ilə danışıqlar aparmaq üçün Ürgənc
oğlunu Şirvana göndərdi. Əlqas Mirzə əvvəlcə itaət göstərməkdən
imtina etdi. Lakin şahın öz qoşunları ilə yaxınlaşdığını biləndə,
anası Xanbəyi xanımı bə böyük oğlu Sultan Əhmədi şah sarayının
yerləşdiyi Çərəndaba göndərdi. Ana öz oğlunun peşman olduğunu
və bunun bir daha təkrar olunmayacağı barədə vəd verməklə
bağışlanmaq xahişini şaha xəbər verdi. Şah Xanbəyi xanımla
birlikdə öz müvəkkillərinin eçikağası başı Seyid bəy Məhəmməd
Kəmunəni, qurçibaşı Sevindik bəy Əfşarı, möhrdar Şahqulu bəy
Zülqədəri, divan əmiri Bədr xan Ustaclını, Ərdəbil türbəsinin
mütəvəllisi Məsum bər Şeyxavəndi (Səfəvini) və digər adlı-sanlı
adamları danışıqlar aparmaq üçün Əlqas Mirzənin yanına göndərdi.
Əlqas Mirzə ilə görüş Cavadda oldu. Əlqas Mirzənin ən yaxın
adamlarından olan bəzi əmirlər onu dilə tutdular ki, şahın elçilərini
həbs etsin. Lakin obuna razı olmadı.I Şah Təhmasibib elçiləri ona
hər il xəzinəyə min Təbriz tüməni məbləğində pul verməsi və hərbi
xidmət üçün min atlı göndərməsi barədə öhdəlik götürməsi
haqqında and içdirdilər. Qarşıdan gələn qışda “kafirlərin ölkəsinə”
yürüşlər keçirmək barədə razılıq əldə edildi. Hicri 953-cü ilin
qışında (1547-ci ilin əvvəlində) I Şah Təhmasib böyük qoşunla
Şuragöldən keçərək Gürcüstana hərəkət etdi. Eyni vaxtda Əlqas
Mirzə də həmin məqsədlə “çərkəz diyarına” yola düşdü.Lakin
əmirlər Şirvandan qayıtdıqdan sonra paytaxtda qızılbaş əyanları
arasında
64
baş vermiş tayfa münaqişəsindən istifadə edən Əlqas90
Mirzə yenidən özünü müstəqil hakim elan etdi və öz adından
məclislərdə xütbə oxutdurdu, pul zərb etdirdi. Buna görə də I Şah
Təhmasib Gürcüstandan qayıdarkən özünün qiyamçı qardaşı ilə
hesablaşmaq qərarına gəldi. Şah
Gürcüstan yürüşündən qayıdarkən Gəncədən keçdi,Yevlax adlanan
yerdə dayandı. O, buradan 5 min atlı ilə İbrahim xan Zülqədəri,
Hüseyncan Sultan Rumlunu, Göyçə Sultan Qacarı, Şahverdi Sultan
Ziyad oğlunu, Xacə Basanı Şamaxıya göndərdi. Əlqasın əmiri
Mehtar Dövlətyar bundan xəbər tutub Əlqasın ailəsini də özü ilə
götürdü və Gülüstan qalasında gizləndi. Şahın əmirləri qalanı
mühasirəyə aldılar. Zilhiccənin 11-də (fevralın 2-də) Qoyun ölümü
keçidinin yanında Kürü keçdiƏrəşi ötərək Əli Şabana (?)
65
gəldi.
Şah Süleyman Çələbi adlı bir şəxsi 600 nəfərlik dəstə ilə Gülüstan
qalasının cənubundan Dərbənd üzərinə göndərdi. O, qaladan bir
fərsəx (6-7 km) aralı Qəbələ kələntərinin dəstəsi ilə toqquşdu və
onu darmadağın etdi Süleyman Çələbi Dərbənd divarları arxasında
gizlənmiş Sarı Kəymasibi və Dəli Kəymasibi də məğlubiyyətə
uğratdı.
Eyni zamanda Əlqas Mirzə şahın elçiləri ilə Cavadda
görüşdükdən sonra altı minlik qoşunla Dərbənddən Cənubi
Dağıstana (Diyari-Çərkəzə) hərəkət etdi. Həsən bəy Rumlunun
məlumatına əsasən, burada soyuqlar düşdüyündən Əlqasın qoşunu
müvəffəqiyyət qazanmadı. Əlqas geri qayıdarkən “çərkəçlərlə”
döyüşdə məğlub oldu. Bu yürüşdə iştirak etmiş Şəki xanı Dərviş
Məhəmməd xanın qardaşı Şahnəzər də nizə ilə vurulub atdan
salındı və həlak oldu. Pərvəndi Ağa Rumlu və Əlqas Mirzənin bir
çox yaxın adamları da həlak oldular. Bu qələbədən ruhlanan
“çərkəzlər” öz qüvvələrini toplayıb yenidən Əlqasa hücum etdilər,
lakin bu dəfə geri çəkilməyə məcbur oldular. Əlqas seyrəlmiş
qoşunu ilə Şamxalın mülkü Tarkudan keçərək Dərbəndə çatdı.
Burada Əlqas Mirzə xəbər tutdu ki, I Şah Təhmasib otuz
min nəfərlik ordu ilə Şirvandadır. Əlqas Mirzə Sarı Keymasibin və91
Dəli Keymasibin başçılığı ilə dəstəni şaha qarşı göndərdi. Onlar
Samur çayının sahilində Şahverdi Sultan Ziyad oğlu Qacar,
Məhəmməd bəy Türkman, Süleyman bəy Çələbi Çəpni və
Məhəmməd bəy Şirbəxt oğlu Talı.ın qoşunları ilə qarşılaşdılar və
darmadağın edildilər. Əlqasın Məhəmməd bəy Əfşarın başçılığı
altında olan başqa bir dəstəsi Qəbələdə darmadağın edildi. Əlqasın
qayıtması xəbərini alan şah, Şahqulu Xəlifə möhrdarı, Bədr xan
Ustaclını, Hüseyncan Sultan Rumlunu və Çıraq Sultan Ustaclını
Dərbəndə yolladı. Əlqas Xınalığa qaçdı. Qoşun kütləvi şəkildə
çahın tərəfinə keçməyə başladı. Əlqas öz qoşunlarının qalığı ilə
Xınalıqdan şimala hərəkət etdi və Samur çayını keçdi. Qızılbaşların
irəlidə gedən hissələri təqibə başlayaraq, “Şirvanın dağətəyində”,
Axtı mahalının Miskincə kəndində ona çatdılar və qoşununu
darmadağın etdilər. Əlqas döyüşdə yaralandı, kiçik dəstəsi ilə
dağlarda gizlənə bildi və özünü Şamxalın ölkəsinə çatdırdı. Sonra o,
azov dənizinə keçərək Kəfəyə (Feodosiyaya) gəldi, oradan isə
İstanbula yola düşdü
66
.
Əlqas qaçdıqdan daha bir müddət sonra onun yaxın adamları
Gülüstan və Dərbənd qalalarında şah qoşunlarına müqavimət
göstərdilər. Mehtər Dövlətyar Gülüstan qalasında şah qoşunlarına
müqavimət göstərirdi. Mühasirəyə alınanlar şahın danışıqlar üçün
göndərdiyi elçini edam etdilər. Qızılbaşlar üç ay müddətində
demək olar ki, alınmaz olan qalanı heç bir nəticə əldə etmədən
mühasirədə saxladılar. Həsən bəy Rumlu göstərir ki, qala
qadınların köməyi sayəsində tutuldu. Dövlətyarın əlindən
qəzəblənmiş qadınlar alaçıq kəndirlərini şamlı qorçilərinə ataraq
onları qala divarlarının üstünə qaldırdılar. Gülüstan qalası alındı və
şahın əmri ilə dağıdıldı. Şahqulu Xəlifə və Hüseyncan Sultan
Dərbəndin yanından keçərək Qaytağı viran etdilər, sakinlərdən
qarət etdikləri böyük qənimətlə geri döndülər
67
.
Bəhram Mirzə və Abdulla xan Ustaclı qoşunla Dərbəndi
mühasirəyə alan əmirlərin köməyinə gəldilər. Dərbəndin qalabəyi92
Köhnə Şahverdi uzunmüddətli mühasirəyə hazırlaşdı. Qızılbaşlar
iki-üç ərzində qala bürcünün altından lağım atır, və toplardan
istifadə edirdilər. Yalnız divar uçurulduqdan sonra Köhnə Şahverdi
Əlqas Mirzənin anası Xanbəyi xanımla birlikdə qaladan çıxaraq
şaha təslim oldular. Həsən bəy Rumlu xəbər verir ki, elə həmin
vaxtda Sulut qalasının hakimi Məsih Şirvani adlı bir şəxs də şahın
yanına gəldi və qalanı təslim etdi. Beləliklə, şirvan əslində “ikinci
dəfə” I Şah Təhmasib tərəfindən fəth olundu. Şahın oğlu İsmayıl
Mirzə (gələcək II Şah İsmayıl) Şirvanın yeni bəylərbəyisi təyin
olundu, onun lələsi Göyçə Sultan Qacar isə ona köməkçi kimi
saxlanıldı. 1547-ci ilin payızında Şirvanın idarə aparatını
qiyamçılardan, Əlqas Mirzənin yaxın adamlarından təmizləyən Şah
Təhmasib Təbrizə qayıtdı
68
.
I Sultan Süleymanın Azərbaycana üçüncü yürüşü
Həsən bəy Rumlunun xəbər verdiyi kimi, hicri 955 (1548)-ci
ildə Sultan Süleyman, Osmanlı imperiyasının tabeliyində olan
bütün ölkələrdən- Macarıstan, Əflak (valaxiya), Bosniya, Serbiya,
Moreya, Moldaviya, Anadolu, Məntəşə eli, qaraman, Mərəş, Hələb,
Suriya, Misir, Hicaz, Yəmən, Diyarbəkir, Ərəb İraqı və Kəfədən
toplanmış böyük ordu ilə Azərbaycana soxuldu.
Şərəf xanın verdiyi məlumata görə, Sultanı Səfəvilər
üzərinə yürüş etmək üçün dilə tutmuş Əlqas Mirzə ona demişdi ki,
Sultan İraqa daxil olan kimi qızılbaşlar şahdan üz döndərəcəklər.
Lakin tarixçinin göstərdiyi kimi, qızılbaşlardan heç biri Sultanın ən
yaxın silahdaşlarını qarşılamadı. Əksinə, Əlqasla birlikdə İstanbula
gəlmiş mülazimlər onu tərk edərək şahın yanına qayıtmağa
başladılar
69
. Böyük türk ordusuna qarşı çıxmaq üçün kifayət qədər
q oşu n u o l m a y a n I Şa h Təh m a s i Təb r i z i tər k e t d i və Ş əm b i Q a z a n a
çəkilərəkorada üç ay müddətində qoşun topladı. Burada Şirvan93
bəylərbəyi İsmayıl Mirzə və digər hakimlər öz qoşunları ilə onunla
birləşdilər.
Qızılbaşlar türk ordusnun hərəkətini çətinləşdirmək üçün
Osmanlı sərhədindən Təbrizin özünə qədər olan ərazini xüsusi
olaraq viran qoydular. Burada düşmənə “bir toxumcuq, ot saplağı”
belə saxlanılmadı, daşınmaz əmlaka isə od vuruldu. Özlərinin
fədakarlığı ilə tanınan Təbriz sakinləri su mənbələrini, suvarma
kanallarını (qənov və kəhrizləri) elə bağladılar ki, “hətta özlərinin
içməsi üçün belə lazım olan qədər su qalmasın”
70
.
Xainlər- Üləma bəy və Əlqas Mirzə Sultan ordusunu
müşayiət edirdilər. Həsən bəy Rumlunun yazdığına görə, Süleyman
Azərbaycana Ərzurum-Xoy-Təbriz yolu ilə gəlmişdi
71
. Üləma
türklərin dəstəsi ilə Van qalasını tutmaq üçün göndərildi. Sultan
Mərənddə qızılbaşlara hücum etmək üçün 40 minlik qoşunla
Xoydan hərəkət edəcək bir sıra paşaları ( ocümlədən Əlqas
Mirzəni) ayırdı. Osmanlı qoşunları Abdulla xan Ustaclının,
Şahverdi Sultan Ziyad oğlunun və Əli Sultan Təkəlinin başçılığı ilə
irəlidə olan qızılbaş hissələri ilə toqquşdular. Şahverdi Sultan
döyüşdə böyük igidlik göstərdi. Qızılbaşlar Osmanlıların üstün
qüvvələrinin təzyiqi altında şahın Eşkəmbərdə yerləşən qərargahına
geri çəkilməyə məcbur oldular. Şah Eşkəmbər çayının sahillərini
tərk etdi, onunla Xuzistan, Fars, Kirman və İraq əmirlərinin
birləşəcəyi yerə-Əhər çayına tərəf geri çəkildi.
Bu zaman Sultan Süleyman əsas qüvvələri ilə Təbrizə daxil
olaraq orada cəmisi 4 gün qala bildi. Həmin günlər Osmanlı ordusu
üçün çox kədərli keçdi. Həsən bəy Rumlu xəbər verir ki, yem
olmadığına görə türklərin 5 min atı, dəvəsi və qatırı tələf oldu.
Şəhərdə ərzaq olmadığına görə türk döyüşçüləri şəhərlilərin şəxsi
əmlakını qarət etməyə başladılar. Həsən bəy Rumlu yazır: “Xalq
nalə və fəryad səsini göylərə ucaltdı”. Hicri 955-ci il rəbi əs-saninin
24-ü (1548-ci ili iyunun 2-də) Sultan Təbrizi tərk etməyə məcbur
oldu. Sakinlər işğalçılara qarşı üsyan qaldırdılar. Salnaməçi94
söyləyir: “Təbrizin qara camaatı və pozğun ünsürləri (yəni əhalisi -
O.Ə.) özlərinin qisasını atlardan və sultanın yaxın adamlarından
alaraq onları öldürdülər”
72
.
Qızılbaş qoşunları da düşmənə aman vermirdilər. Onlar
gündüz və gecə düşmənin ətrafında dövrə vurur və ayrı-ayrı
dəstələri əsir alırdılar. İsgəndər bəy Münşi qeyd edir ki, qızılbaşlar
qəfil hücumları ilə türkləri elə qorxutmuşdular ki, “onlar özlərinə
yemək əldə etmək üçün dayandıqları yerdən kənara bir addım da
ata bilmirdilər”
73
.
Azərbaycan əhalisinin getdikcə artan müqaviməti, ərzaq
çatışmazlığından yaranan ağır vəziyyət və şah qoşunlarının
hücumları Osmanlı qoşunlarının Təbrixdə qalmasını qeyri-mümkün
etmişdi. Sultan Kürdüstandan keçərək Vana çəkildi, Van qalasını
ələ keçirdi və onu İsgəndər paşaya verdi. Özü isə Diyarbəkirə
döndü. İbrahim xan və Məhəmməd bəy Türkman sultanın geri
çəkilən ordusunun arxasınca hərəkət etdilər. Şəbüstər yaxınlığında
Suriya və Diyarbəkir paşası, Mərəş paşası ilə baş vermiş şiddətli
vuruşmada onlar böyük tələfat verildi
74
.
Osmanlı ordusu geri çəkildikdən sonra şah Xoya daxil oldu.
Burada İbrahim xan və başqa əmirlər öz qoşun dəstələri ilə ona
qoşuldular. Çaldıranda Kirman hakimi Şahqulu Sultan və Mahmud
xan Əfşar da şahın qoşunları ilə birləşdilər.
Bu zaman Şah Təhmasib məlumat aldı ki, sultan qullar ağası
Osman Çələbini dörd minlik qoşunla Qars qalasını bərpa etmək
üçün göndərmişdir. Təhmasibin böyük oğlu İsmayıl Mirzə Göyçə
Sultan Qacarla birlikdə ona qarşı göndərildi. Şahzadə qəfil hücumla
2 min nəfərədək döyüşçünü, həmçinin bərpa işləri aparmaq üçün
Amasiya, Tokat, Sivas, Akşehir, Ərzincan, Bayburt, Kəmax,
Tərcan, Ərzurum və başqa yerlərfən qovulub bura gətirilmiş 5 min
kəndli və sənətkarı məhv etdi
75
. Onların bir hissəsi qalada
gizlənərək canlarını xilas etdilər, lakin üç gündən sonra qızılbaşlara
təslim oldular. Osman Çələbi özü ilə 600 nəfər götürərək95
şahzadənin qərargahına gəldi və qəflətən qılıncını sıyıraraq ona
hücum etdi. Osmanın adamları da onun kimi hərəkət edərək
qızılbaşlara hücum etdilər. Lakin İsmayıl Mirzə soyuqqanlılıq
göstərdi, özünü itirmədi. Türklərdən bir nəfər də salamat qalmadı.
Qars qalası qızılbaşlar tərəfindən dağıdıldı.
Yenə həmin ildə Şahqulu Sultan böyük qoşunla Osmanlıların
sərhəd rayonlarını viran etmək üçün göndərildi. Onalr Əxlat
ərazisində tayfaları soyub taladılar və təqribən 5 minədək at, 100
min qoyun və 50 min qaramal sürüb apardılar
76
. Şah Xınıs
bölgəsini viran edib yandırdı və Pasinə yola düşdü. Burada şahzadə
İsmayıl və Bəhram Mirzə şaha qoşuldular.
İsgəndər bəy Münşi göstərir ki, qızılbaşların əsas qüvvələrini
məqsəddən yayındırmaq və özünün başlıca qüvvələrini itkisiz çəkib
aparmaq üçün Sultan Süleyman Əlqası və Üləmanı qoşunlarla
müxtəlif istiqamətlərə yolladı. Əlqas Mirzə beş min nəfərlik
qoşunla Şəhrizurdan İraq tərəfə, Üləma isə Ərzurum və Sivas
paşaları ilə otuz minlik qoşunla sultanın əmrinə əsasə,Ərzurumu
müdafiə etmək üçün göndərildi. Süleyman özü isə Bilisi sürətlə
keçdi və Diyarbəkirə çatdı.
Şah Əli Sultan Tatı oğlunu on min nəfərlik dəstə ilə Əxlat,
Gözəl Dərə, Adilcəvaz və Muş ərazilərini viran qoymaq üçün
göndərdi. Üləmanın Tərcanda olması xəbərini alan şah, Sufiyandan
keçib onun arxasınca hərəkət etdi. Lakin Üləma tələsik qaçdı. Onda
şah Tərcandan Ərzincan istiqamətinə irəlilədi. Şahzadə İsmayılın
irəlidə gedən hissələri Bayburt yaxınlığında Məhəmməd Paşa Tək
oğlunun dəstələri ilə toqquşdu. Türklər darmadağın edildilər və
qaçdılar. Ərzincan tutuldu və talan edildi. Noyabrın əvvəlində şah
İrəvana yollandı və Üçkilsədə düşərgə saldı.
Şah Ərzincanda olarkən Əlqas Mirzə beş min nəfərlik dəstə
ilə Kürdüstandan Həmədana, sonra isə Qum üzərinə yeridi. Bunun
ardınca o, Kaşana daxil oldu. Əlqas Mirzə şahın yaxınlaşması
xəbərini alan kimi tələsik cənuba, İsfahana hərəkət etdi. Şəhər96
əhalisi müdafiəyə hazırlaşdı. Bəhram Mirzənin və İbrahim xanın
dəstələri Kaşana çatdılar. Əlqas təqibçilərdən yaxa qurtarmaq üçün
Fars tərəfə döndü, Yezdxas (Şiraz-İsfahan yolunda) qalasını aldı və
müdafiəçiləri qılıncdan keçirdi. Sonra o, Şirazı keçib Bəhbəhana,
Dizfula daxil oldu. Oradan isə Bayat qalasından çıxıb Bağdadın
hüdudlarına çıxdı
77
.
Şirvanda Səfəvilər əleyhinə üsyanlar
Biz Əlqas Mirzənin qiyamı timsalında gördük ki, Şirvanda
onun keçmiş müstəqilliyinin, dövlət istiqlaliyyətinin bərpa
o l u n m a sı ə n ə n əs i ç o x g ü c l ü i d i . Əl q a s M i r zən i n q i y a mı n ı tə z ə c ə
yatırtmışdılar ki, Şirvanda Səfəvilər əleyhinə yeni üsyan baş verdi.
Üsyana, devrilmiş Dərbəndi Şirvanşahlar sülaləsindən olan, bəzi
məlumatlara görəmərhum Şirvanşah II Xəlilüllahın (1524-1535)
oğlu Bürhan Əli Sultan, yaxud Bürhan Mirzə başçılıq edirdi. O,
hələ Əlqas Mirzənin vaxtında özünü sakit aparmırdı və hicri 951
(1544)-ci ildə Qaytaqdan yürüş edərək Şirvana soxulmuşdu. Lakin
Əlqas Mirzənin qoşunları ilə döyüşlərdə dəfələrlə məğlub
olmuşdu
74
.
Hicri 954 (1547)-cü ildə Bürhan yenidən Qaytaqdan çıxışa
başladı və Külhanda düşərgə saldı. Burada, meşə və cəngəlliklərdə
“qiyamçılar və Şirvan əsgərlərinin (sipahiyan) qalıqları” onun
y a nın a t o p l a n dı. Ç o x çək məd i k i , o n l a r Şi r v a n h a k i m i İs m a yıl
Mirzə və Göyçə Sultan qacar tərəfindən darmadağın edilib pərənp ə r ən s a lın dıl a r . L a k i n B ü r h a n Q a y t ağa q a ç a b i l d i . O , Şi r v a n
hakiminin Azərbaycanın cınub hissəsinə soxulmuş türklərlə
müharibəyə getməsindən istifadə edərək yenidən Şirvana gəldi,
maneəsiz olaraq Şamaxını və digər yerləri tutdu
79
.
Osmanlı qoşunları Azərbaycanın cənub hissəsindən
getdikdən sonra şah ustaclı tayfasının başçısı Abdulla xanı Şirvan97
hakimi təyin etdi və Şirvan qiyamçılarını zərərsizləşdirmək
vəzifəsini ona tapşırdı. Hicri 956 (1549)-cı ildə Abdulla xan Cavad
yaxınlığında Kürü keçərək Əli Şəban (yaxud Əli Çuban) adlı yerdə
düşərgə saldı. Qiyamçılar Buğurd dərəsində yerləşmişdilər. Onlar
böyük qüvvələrə malik olduqlarına görə qızılbaşlar hücuma
başlamağa cəsarət etmirdilər. Lakin bu vaxt qiyamçıların başçısı
Bürhan öldü
80
və üsyançılar onun qohumlarından birini – gənc
Mehrabı özlərinə başçı saçdilər. Abdulla xan qiyamçılara hücum
edib onları məğlubiyyətə uğratdı. Mehrab çoxlu tərəfdarları ilə
qaçdı. Lakin darmadağın edilməkdən canlarını qurtarmış şirvanlılar
inadkarlıq göstərəərk şahın hakimiyyətini tanımadılar,şiarvanşah
taxtına Mehrabın Qurban Əli adlı qohumunun namizədliyini irəli
sürdülər. Onlar Xəzər dənizinin adalarından birində, mənbələrin
Derov (yaxud Derav) adlandırdığı yerdə möhkəmləndilər. Əli
Zeynalabdinin dediklərinə görə ada Xəzər sahillərinə yaxın
yerlərdə idi. “Kür çayı onun hər iki tərəfindən dənizə tökülür”
81
,
yəni ada Kür çayının Xəzər dənizinə töküldüyü ərazidə yerləşirdi.
Qiyamçılar Abdulla xanın barışıq təkliflərini rədd etdikdən sonra,
qızılbaşlar qışda (1549-cu ilin sonu-1550-ci ilin əvvəli) atlarla çayı
üzüb keçərək özlərini adaya çatdırdılar. Qurban Əlini və onun
adamlarının çoxunu məhv etdilər
82
.
Səfəvilər hakimiyyətinə qarşı başlanan bu üsyankar
Şirvanşahlar dövlətini bərpa etmək məqsədini güdürdü. Türk
salnaməçilərinin yazdığı kimi, özlərinin nisbətən kiçik qüvvələrinə
arxayın olmayan şirvanlılar, hərbi yardım üçün Səfəvilərin qüdrətli
düşməninə- Osmanlı sultanına müraciət edirdilər. Osmanlılar
kömək etməklə öz məqsədinə çatmağa, şirvanlıların səyi ilə
Səfəviləri Şirvandan sıxışdırıb çıxarmağa və Xəzər sahillərinə
çıxmağa can atırdılar.
Şəkinin Səfəvilər dövlətinə birləşdirilməsi98
Azərbaycanın sonuncu müstəqil xanlığının - Şəkinin süqutu
da bu dövrə təsadüf edir
Həsən bətin oğlu və varisi Dərviş Məhəmməd xanın vaxtında
Şəki xanlığının Səfəvilərlə münasibətləri pisləşdi. 1538-ci ildə I
Şah Təhmasib qızılbqş qoşunlarını Şirvanı zəbt etmək üçün
göndərəndə, Dərviş Məhəmməd xan Şəki qoşunları ilə Buğurd
qalasında mühasirədə olan Şirvanşah Şahruxun köməyinə gəldi və
qızılbaşlara gecə həmləsi təşkil etdi
83
.
1538-ci ildə hakimiyyətdən məhrum edilmiş Şirvanşahların
simasında müttəfiqlərini itirmiş Şəki hakimliyi müstəqilliyini
saxlamaq ümidi ilə I Şah Təhmasiblə yaxınlaşmaq yolunu tutdu.
Məsələn, Dərviş Məhəmməd xan Şirvanşahlar devrildikdən cəmisi
bir il sonra – hicri 946 (1539-1540)-cı ildə Səfəvilərlə qohum oldu.
O, Şah Təhmasibin bacısı, Şirvanşah II Xəlilüllahın dul qalmış
qadını Pərixan xanıml evləndi
84
. Lakin onun ölümündən
85
sonra
münasibətlər yenidən pisləşdi.
Yuxarıda deyildiyi kimi, Dərviş Məhəmməd xan Əlqas
Mirzənin Səfəvilərdən ayrılmaq cəhdini müdafiə etmiş və öz
qardaşı Şahnəzəri qoşunla onun yanına göndərərək ona hərbi
yardım göstərmişdi. Buna görə də Sultan Süleyman Azərbaycandan
geri çəkilən kimi, Şah Təhmasib Kiş qalasına sığınmış Dərviş
Məhəmməd xanı “cəzalandırmaq” üçün Qarabağdan Sevindik bəy
Əfaşarı 2500 qorçi ilə Şəkiyə göndərdi. Qızılbaşlar Şəkini viran
qoyub qənimət ələ keçirdikdən sonra geri döndülər
86
.
Nəhayət, hicri 958 (1551)-ci ildə I Şah Təhmasib Şəkinin
müstəqilliyinə son qoymaq qərarına gəldi. Qızılbaş qoşunları
Ərəşdə dayandılar. Burada onlara Səfəvilərin vassalı olan Kaxetiya
çarı Levan qoşuldu. Dərviş Məhəmməd xan nəinki onları
qarşılamağa çıxmadı, hətta qızılbaşların şahın yanına gəlmək
tələbinə də rədd cavabı verdi. Bu, qızılbaşların Şəkiyə hücuma
başlaması üçün bəhanə oldu. Şəkililər belə hərəkət edərkən99
özlərinin güclü qalaları olan Kiş və xüsusilə də Şəki xanının
əyanlarla birlikdə sığınmış olduğu,demək olar ki, alınmaz
“Gələsən-Görösən” qalasına arxayın idilər. Şəkililərin bir hissəsi
Sıqnaxda – dağ yamacındakı sığınacaqda möhkəmlənmişdilər.
Qızılbaşlar eyni vaxtda şəkililərin hət üç müqavimət məkanına
qarşı hücuma başladılar. Qorçibaşı Sevindik bəy, Bədr xan və
Şahqulu Sultan Ustaclı Kiş qalasının üzərinə göndərililər. “Gələsən
– Görəsən” qalasını ələ keçirmək Abdulla xan Ustaclıya və
kaxetiya çarı Levana tapşırıldı. Şahqulu xəlifə möhrdar qızılbaş
dəstəsi ilə Sıqnaxdakı şəkililərin üzərinə hərəkət etdi.
Şəkililər öz düşmənlərinin böyük üstünlüyünə baxmayaraq,
qızılbaşların bütün hücumlarını dəf edərək inadlı müqavimət
göstərirdilər. Məsələn, Şahqulu Xəlifə Sıqnaxa hücum etdikdə,
şəkililərin tüfəng atəşi ilə geriyə oturduldu. Qızılbaşlar topları və
2qalalarla mübarizə aparmaq üçün başqa vasitələri” işə saldılar. 20
gündən sonra Kişin qala divarları və bürcləri dağıdıldı. Qalanın
rəisi Mahmud bəy mübarizənin davam etdirməyi faydasız hesab
edərək qapı açarlarını şaha təqdim etdi və təslim oldu. Kişin
süqutundan xəbər tutan Sıqnax müdafiəçiləri də tədricən
mübarizəni dayandırıb şaha təslim oldular. Çıxılmaz vəziyyətə
düşdüyünü görən Dərviş Məhəmməd xan gecə “Gələsən –
Görəsən” qalasından çıxdı və özünün dörd yüz nəfərlik dəstəsi ilə
qalanı mühasirəyə alməş qızılbaşların xəttini yarıb keçməyə cəhd
göstərdi. Lakin Abdulla xanın və çar Levanın dəstələri qaçqınları
yaxaladılar və qılıncdan keçirdilər.
Beləliklə, Şəki xanlığı ləğv edildi və onun ərazisi Səfəvilər
dövlətinin tərkibinə qatıldı. Toygün bəy Qacar Şəkinin ilk qızılbaş
hakimi təyin olundu
87.
Səfəvilərin Osmanlı ərazilərinə soxulması100
Hicri 959 (1552)-cu ildə I Şah Təhmasib Osmanlı ərazilərinə
daxil olaraq fəal hücum əməliyyatlarına keçdi.
Ərzurum hakimi İsgəndər paşanın qızılbaşların Çuxursəəd
(İrəvan) vilayətinə basqınları bu hücumlar üçün bəhanə oldu. 1552-
ci ilin əvvəlində İsgəndər paşa Xoy ərazisində Səfəvilərin
hüdudlarına soxuldu, sonra isə Çuxursəədə keçib şəhər bazarını
yandırdı və geriyə qayıtdı. Ərzurum paşası qızılbaş əmirlərinə
lovğalıqla yazdığı, hədələrlə dolu məktublarda özünü Şirvan və
Gürcüstan hakimi adlandırmışdı
88
.
1552-ci ilin yayında Şah Təhmasibin əmri ilə qoşunların
toplanmasına başlandı. Onlar 4 hissəyə bölündülər və dörd
istiqamətə göndərildilər:
1) Ər c iş və Bər k i y yə - ( Məs u m bəy Sə f əv i ,
Allahqulu bəy Aycək oğlu, Əli Sultan Təkəli, Şəmsəddin
xan Bidlisi, Xəlifəyi Ənsar, Həmzə bəy Talış, Uluqxan
bəy Səədli və b.).
2) Pasinə (Şahverdi Sultan Ziyad oğlu və və
Ədhəm bəy Rumlu).
3) Ərəb İraqına (İbrahim xan Zülqədər, Şahqulu
xan Əfşar, Çıraq Sultan).
Dəvilə
89
(Bayram bəy Qacar, Toygün bəy Qacar və
gürcü hökmdarı Səfəvilərin vassalı olan Keyxosrov)
90
.
Bu hərbi əməliyyatın məqsədi Osmanlı Türkiyəsinin
sərhəd ərazilərini viran qoymaqdan, həmçinin hərbi qənimət
ələ keçirməkdən ibarət idi. Qızılbaşlar düşmənin yeni basqını
qarşısında osmanlı ordularının bu ərazilərdən gəlib –
getməsini çətinləşdirmək niyyətində idilər. Bu əməliyyatda I
Şah Təhmasib şəxsən iştirak edirdi. Məsələn, Ahlat
ərazisində 30 min qoyun, 10 min qaramal, 3 min at ələ
keçirilmişdi. Ahlat qalası yerlə yeksan edildi. Van ərazisində
evlər və əkinlər məhv edildi. Bidlis, Vostan, Adilcəvaz, Ərciş,
Muş, Pasin bölgələri oddan – qılıncdan keçirildi. Döyüşlərdə101
çoxlu osmanlı və kürd məhv edildi. Qızılbaşlar yürüşdən
xeyli qənimətlə qayıtdılar
91
.
Ərzurumun “dikbaş” hakimi olan İskəndər paşanı
“cəzalandırmaq” qərara alındı. Şah öz oğlu İsmayıl Mirzənin
başçılığı altında ordunu ona qarşı göndərdi
92
.
Qarabağ hakimi Şahverdi Sultan Ziyad oğlu, Bədr xan
Ustaclı, Çuxursəəd hakimi Şahqulu Sultan Ustaclı,
M ə h əm məd x a n M o s u l l u T ü r k m a n k i m i a d lı- s a n lı əm i r lər ,
“min Tehran və altı yüz Naxçıvan qorçisi” bu yürüşdə iştirak
edirdi. Öz qüvvələrinin sayca üstünlüyünə arxayın olan
(Ərzincan, Tərcan, Bayburt, Kemax, Mərəş, Trabzon,
Kürdüstan və Gürcüstandan türklər və kürdlər) İsgəndər paşa
qaladan çıxaraq İsmayıl Mirzə ilə döyüşə girmək qərarına
gəldi. Türklər şəhərin yarım fərsəxliyində (3-4km) döyüşə
hazır oldular.
Qızılbaşların sol və sağ cinahlarda güclənən təzyiqini
müşahidə edən İskəndər paşa irəli atıldı, lakin mühasirəyə
alınacağından ehtiyat edərək geriyə dönməyə məcbur oldu.
Bu vaxt İsmayıl Mirzə döyüş meydanına yaxın olan təpənin
üstündə durmuşdu. Türklər qızılbaşların hücumuna davam
gətirməyib vahimə içərisində qala tərəfə qaçmağa başladılar.
Onlardan bir çoxu Ərzurum qalasının dövrəsindəki xəndəyə
düşdü. Xəndək adamlarla və atlarla dolmuşdu. Çaxnaşmada
türklər qapıları bağlamağı yaddan çıxardılar və üç qızılbaş
qalaya girı bildi. Cəsur şahzadə İsmayıl şəxsən döyüşə
atılırdı. Lakin qorçilər buna imkan vermirdilər. Xəndəyə
düşüb ölənlərdən başqa 2576 türk öldürüldü. Görkəmli
Osmanlı əyanları Trabzon hakimi Mustafa bəy, Mərəş
hakimi Kəbir İsa, Sultanın qullarağası Məhəmməd bəy,
İskəndər paşanın qardaşı Ramazan bəy, Malatya hakimi
Xeyrəddin bəy və bir çox başqaları əsir alındılar
93
.
Sonra İsmayıl Mirzə Ərciş yaxınlığındakı şah102
düşərgəsinə yetişdi. Qaladakı hərbi hissənin döyüşçüləri
qalabəyini öldürdülər və qalanı qızılbaşlara təslim etdiər.
Şahın əmri ilə qala istehkamı dağıdıldı. Sonra Bərgiri qalası
tutuldu. İsmayıl Kürdüstana yola düşdü. Bu yürüşdə “qazilər”
böyük qənimətlər (əsirlər, mallar, atlar, qatırlar və qaramal)
ələ keçirdilər. Şah hicri 960-cı ilin rəbi əs-sanisində 1553-cü
ilin mart-aprelində) Naxçıvan yürüşündən qayıtdı
94
. Həmin
ildə Təhmasib sülh danışıqları aparmaq üçün əmir Şəmsəddin
Dilcanini
95
sultanın yanına göndərdi. Lakin Həsən bəy
Rumlunun yazdığına görə, geri qayıdan elçinin gətirdiyi
məktubda sultan “Şərqin və Qərbin” padşahına (yəni I
Təhmasibə) kifayət qədər ehtiram bildirməmişdi. Buna cavab
olaraq şah oğlu İsmayılı yenidən qoşunla Kürdüstana
göndərmişdi. Onlar Van, Vostan, Ərciş və Adilcəvazı
xarabazara döndərərək qənimətlə Naxçıvana şah qərargahına
qayıtdılar
96
.
I Süleymanın Azərbaycana dördüncü yürüşü
Sultan Süleyman hicri 961 (1554)-ci ilin yazında böyük
ordu ilə Azərbaycana yeridi və Naxçıvanı tutdu. Öz taktikasına
sadiq qalan I Şah Təhmasib düşmənin başlıca qüvvələri ilə
gözlənilən toqquşmadan çəkinərək, sultan qoşunlarının hərəkət
edəcəyi gözlənilən yollara viranedici həmlələr edirdi. Şah Bazarçay
(Arazın qolu) yaylaqlarına tərəf çəkildi. İskəndər bəy Münşinin
yazdığına görə, sultanın Naxçıvana hərəkəti zamanı qızılbaşlar
yollarda osmanlılara qəfil basqınlar edir, ayrı-ayrı dəstələri
qılıncdan keçirir və əsir alırdılar
97
.
Şahın əmrilə qızılbaşların bir hissəsi İsmayıl Mirzənin,
Məsum bəy Səfəvinin və Şahqulu Xəlifənin başçılığı altında Van
və Vostan bölgələrinə, digəri isə Sultan Hüseyn Mirzənin (Bəhram103
Mirzənin oğlu) və Şahverdi Sultan Ziyad oğlunun başçılığı ilə
Pasinə göndərildi. Bu basqınların məqsədi düşmənin geri çəkiləcəyi
yolun üstündəki yerləri xarabaya çevirməkdən ibarət idi ki, “həmin
diyarda abadlıqdan əsər-əlamət qalmasın”.
Kəskin ərzaq çatışmazlığı ilə üzləşən sultan qabaqcadan od
vurub yandırdığı Naxçıvanı tərk etdi və geriyə - Ərzuruma qayıtdı.
Qızılbaş qoşunları (İskəndər bəy Münşiyə görə,sayı təqribən 40
min nəfər) geri çəkilən türklərin ardınca osmanlı ərazilərinə qədəm
qoydular. Qızılbaşlar bir döyüşdə türklərin böyük dəstəsini
darmadağın edərək, türk sultanının yaxın adamlarından biri olan
Sinan bəyi əsir aldılar.
Yürüşün yorub əldən saldığı Sultan qoşunları arasında
narazılıq artırdı. Əlbəttə, sultanın özü və yaxın adamları da
ordunun əhval-ruhiyyəsi, həmçinin özlərinin Azərbaycana
yürüşlərinin faydasızlığı ilə hesablaşmağa məcbur idilər. Buna görə
də, Osmanlı Türkiyəsi Səfəvilərin dəfələrlə təkid etdiyi sülh
danışıqlarına başlamağa razı olduğunu bildirdi
98
.
Şirvanda Qasımın Səfəvilər əleyhinə üsyanı
Osmanlı sultanı Azərbaycana özünün dördüncü yürüşünə
başlayanda şirvanşahlar nəslindən olan Qasımı yeniçərilər dəstəsi
və artilleriya ilə Kəfədən Şirvana göndərdi. Sultanın göstərişi ilə
Dağıstanda Kumık və Qaytaq qoşunları onunla birləşdilər. Onlar
Qasımın başçılığı ilə Dərbənddən keçərək Şirvana soxuldular. Elə
güman edilə bilərdi ki, yerli sülalənin hakimiyyətini qaytarmaq
üçün dəfələrlə edilmiş uğursuz cəhdlərdən sonra, şirvanlılar yerli
hakim nəslin yeni övladının peyda olmasına biganə qalacaqlar.
Lakin əslində bunun tamamilə əksi baş verdi. Qasım Şirvana təzəcə
daxil olmuşdu ki, şirvanlılar Osmanlı sultanının yardım haqqında
vədlərinə güvənərək Abdulla xanı tərk etməyə və Qasımın yanına104
keçməyə başladılar. Bu vaxy Şirvan hakiminin qoşunlarının xeyli
hissəsi Naxçıvana – türlərlə müharibəyə göndərilmişdi. Abdulla
xan öhdəsində olan qüvvələrin zəifliyinə baxmayıb, Şirvan əmirləri
olan İbrahim bəy Şamlı və Əliqulu bəy Qacarla birlikdə dərhal
qiyamçılara qarşı çıxdı və Tabasaranda – Təngə adlı yerdə Qasıma
hücum etdi. Lakin qızılbaşlar üsyançıların möhkəmləndirilmiş
mövqeləri qarşısında uğue qazana bilmədilər və Şamaxıya
qayıtdılar. Abdulla xanı təqib edən Qasım Buğurd qalasına gəlməli
olan tərəfdarlarını toplamaqvə mübarizəyə hazırlaşmaq üçün orada
40 gün qaldı. Burada onun bayrağı altında toplanmış bir neçə min
türk və şirvanlı Abdulla xanın üzərinə yeridi
99
.Qızılbaş ağsaqqalları
öz qoşunlarının azlığından narahat olduqları üçün nəticəsi şübhəli
olan döyüşdən imtina etməyi qərara aldılar. Lakin salnaməçilər
xəbər verirlər ki, Abdulla xan “Allahın köməyinə və şahın
xoşbəxtliyinə təvəkkül edərək” iki min nəfər
100
qızılbaşla Gülüstan
qalasının altında qiyqmçılarla döyüçə girdi. Vuruşma şiddətli oldu
və bütün gün davam etdi. Qızılbaşların üstünlüyü yalnız axşama
yaxın hiss olunmağa başladı. Döyüş meydanında təxminən min beş
yüz qiyamçının cəsədi qaldı. Canını qurtaranlar Tabasarana
qaçdılar. Bu qələbə sayəsində Şirvanda Abdulla xanın
hakimiyyəti möhkəmləndi. O, “şirvanlıların, Tabasaran və Dağıstan
əhalisinin gözünü elə qorxutdu” ki, artıq heç kəs ona itaət etməmək
haqqında “hətta düşünməyə” də cəsarət etmədi.
1555-ci il Amasya sülhü
Azərbaycanı işğal etmək cəhdlərinin nəticə vermədiyinə əmin
olduqdan sonra Sultan Süleyman Səfəvilərlə sülh danışıqlarına
başlamağa razı oldu. O, hələ Naxçıvandan geri qayıdarkən bu
barədə baş vəzir Məhəmməd paşaya müvafiq göstərişlər verdi.
Məhəmməd paşa isə sərhədyanı qızılbaş əmirlərinə məktub105
göndərərək şahdan Sinan bəyi azad etməyi və danışıqlar aparmaq
üçün onunla öz nümayəndəsini göndərməyi xahiş etdi. Sinan bəy
həbsxanadan azad edildi və onunla birlikdə Qacar tayfasının
aösaqqallarından biri – Şahqulu bəy
102
də yola düşdü. Şahqulu bəy
qayıtdıqdan sonra, sultan Amasyada olarkən özünü ona çatdırmış
103
“Qaradağ sufilərinin” ağsaqqallarından biri – eşikağası Fərruxzad
bəy, Səfəvi elçisi kimi sultanın yanına göndərildi. Burada aparılmış
danışıqlar nəticəsində “Amasya sülhü” adı altında məşhur olan sülh
müqaviləsi bağlandı.
Farsdilli mənbələrdə bu sülhün dəqiq tarixi verilmir. Məsələn,
Həsən bəy Rumluda Fərruxzad bəyin elçiliyi barədə məlumat hicri
961 (1554)-ci ilə aid edilir. Qəffarinin və Əli Zeynalabdinin
salnamələri haqqında da eyni sözləri demək olar
104
. Bu hadisənin
dəqiq tarixini göstərən türk mənbələrinə görə, Amasyada sülh hicri
962-ci ilrəcəbin 8-də (1555-ci il mayın 29-da ) bağlanmışdır
105
.
Hammer bunu Osmanlı Türkiyəsi ilə Səfəvilər dövləti arasında
bağlanmış ilk rəsmi sülh müqaviləsi adlandırır
106
.
1555-ci ilin sülh müqaviləsinə görə, Qərbi Gürcüstan
vilayətləri (İmeretiya, Menqreliya, Quriya) Osmanlı Türkiyəsinin
təsir dairəsinə keçirdi. Şərqi Gürcüstan vilayətləri (Mesxiya,
Kartliya, Kaxetiya) isə Səfəvilər dövlətinin hakimiyyəti altına
düşürdü
107
.
Türkiyə tarixçisi İsmayıl Haqqı Uzunçarşılının belə bir
iddiası heç nə ilə əsaslandırılmır ki, guya bu sülhə görə Azərbaycan
(Təbriz də daxil olmaqla) Osmanlı Türkiyəsinin hökmranlığı altına
düşmüşdür
108
.
XVI əsrin birinci yarısında Osmanlı-Qızılbaş müharibələri
Cənubi Qafqaz ölkələrinin xarici siyasət tarixinin ən əhəmiyyətli
amillərindəndir. Osmanlı sultanları Səlim və Süleymanın
Azərbaycanı zəbt etmək cəhdləri hər şeydən əvvəl iqtisadi
mülahizələrdən, xüsusən də ölkənin ipək xammalının iri
tədarükçüsü olmasından, təbii ehtiyatlarının zənginliyindən və106
nəhayət, Avropa və Asiyanın gəlirli tranzit ticarət yollarının
Aəzrbaycandan keçməsindən irəli gəlirdi. Osmanlı Türkiyəsi Xəzər
dənizinə çıxmaq və Orta Asiya ölkələri ilə bilavasitə əlaqələrə
girmək üçün mümkün olan bütün tədbirləri görürdü.
Yadda saxlamaq lazımdır ki, XVI əsrdə Osmanlı dövləti öz
qüdrətinin ən yüksək dövrünü yaşatırdı. Onun sərhədləri Avropa,
Asiya və Afrika qitələrini əhatə edirdi. Imperiyanın sərəncamında
saysız-hesabsız canlı qüvvə və maddi ehtiyatlar, böyük hərbi
potensial cəmləşmişdi. Osmanlı imperiyası yalnız Səfəvilər üçün
deyil, hətta iri Avropa dövlətləri üçün də qorxulu düşmən idi. Buna
görə də Avropa dövlətləri Səfəvilər dövlətinin simasında Osmanlı
Türkiyəsinin hərbi qüvvələrinin xeyli hissəsini Avropadan
yayındıran təbii və güclü müttəfiqlərini görürdülər.
Osmanlı təhlükəsinin Avropa dövlətləri üçün nə dərəcədə
qorxulu olduğunu alman imperatorunun Sultan Süleymanın
sarayında olmuş səfiri Busbekin söylədiklərindən görmək olar. O
yazırdı: “Yalnız İran (Səfəvilər dövləti - O.Ə.) bizimlə fəlakətin
arasında durur. Əgər İran onu saxlamasaydı, Türkiyə bizi məhv
etməyinə şad olardı. Onların arasındakı bu müharibə bizə qurtuluş
deyil, yalnız tənəffüs verir”
109
Osmanlı ordusu yalnız sayca və
texniki təchizat (Səfəvilərdə olmayan böyük artilleriya
cəbbəxanasının mövcudluğu) cəhətdən deyil, həm də qoşunun
təşkilində, intizamda Səfəvi ordusundan xeyli üstün
idi.Qızılbaşların ləyaqətini qeyd etmək lazımdır. Onlar türk
qoşunlarına mətanətlə müqavimət göstərərək hər dəfə basqından
sonra onları Azərbaycandan geri çəkilməyə məcbur edirdilər. Bu da
nəzərə alınmalıdır ki, Səfəvilər dövləti tez-tez iki cəbhədə, həm
türklərə qarşı, həm də ardı-arası kəsilməyən Xorasana soxulan
özbəklərə qarşı müharibə aparırdı. Bu dövrdə Osmanlı
diplomatiyasının səyləri ona yönəldilməşdi ki, “qızılbaş
bidətçilərə” qarşı mübarizədə sünni dövlətlərini, o cümlədən
Şeybanilər dövlətini Osmanlı Türkiyəsi ilə birləşməyə təhrik107
etsin
110
.
I Şah Təhmasibin öz silahdaşlarından birinin narahatlıqla
verdiyi suala cavab bu dövrdə Səfəvilərin strategiyası üçün
səciyyəvidir: “Mən atamın qaydası ilə hərəkət etməyəcəyəm.Bu
düşmən (Osmanlı sultan – O.Ə.) çox güclüdür.Mən onunla qarşı-
qarşıya durmayacağam, lakin Həsən padşah (Ağqoyunlu Uzun
Həsən – O.Ə.) Sultan Əbu Səidə qarşı necə hərəkət etmişdisə, o cür
onun ətrafında dövrə vurub, onun adamlarının qoşundan kənara
çıxmasına, sonra isə ora qayıtmasına yol vermədən hərəkət
edəcəyəm”
111
.
Səfəvi ordusu əsasən cəld və manevr edə bilən süvari
hissələrindən ibarət idi. Düşməni geri çəkilməyə məcbur etmək,
onun qüvvəlrini yayındırmaq üçün qızılbaş süvari dəstələri tez-tez
düşmən ərazisinin içərilərinə basqınlar edir, Osmanlı
ordusununarxa cəbhəsini ağır vəziyyətə salırdılar.
Bu müharibələrdə Osmanlı Türkiyəsi təcavüzkar,hücum
edən tərəf olduğuna görə, qızılbaşlar öz strategiyalarını başlıca
olaraq müdafiə üzərində qururdular. Türk ordusunun Səfəvilər
dövlətinin ərazisində irəliləməsini daha çox çətinləşdirmək üçün
onlar bir sıra tədbirlər görürdülər. Məsələn, Osmanlı ordusunun
güman edilən yolu boyunca ərzaq ehtiyatları məhv edilir, içməli su
mənbələri torpaqla doldurulur, buğda və digər dənli bitki əkinlərinə
od vurulurdu. Osmanlılar Azərbaycan ərazisində olduqları zamanda
da mübarizə dayandırılmırdı. Qızılbaş hissələri qəfil basqınlar edir,
Osmanlı qoşunlarının ayrı-ayrı dəstələrini tələfata uğradır, onların
burada sonralar da qalmasını dözülməz edən şərait yaradırdılar.
Buna görə də türklər hər dəfə ölkədə qısa müddət qalır və geri
qayıtmağa məcbur olurdular.
Düşmənlə mübarizənin sonuncu mərhələsində qızılbaş
qoşunları ağır yürüşdən, aclıq və xəstəlikl\ərdən yorulmuş, geri
çəkilən Osmanlı ordusunun ardınca gedir, ona canlı qüvvə cəhətdən
təsirli itkilər verirdi. Sonra isə düşməni izləməkdə davam edərək108
sultanın tabeliyində olan əraziyə daxil olur, Kürdüstanda və Şərqi
Anadoluda böyük dağıntılar törədirdilər. Qızılbaşlar Osmanlı
Türkiyəsi ilə Səfəvilər dövləti arasındakı sərhəd ərazilərini
b oşa l t m ağa və əh a l i dən məh r u m e t mə y ə ç a lı ş ır dıl a r . B u , m ü m k ü n
olan müharibələr zamanı düşmənin yürüşlərini çətinləşdirmək
məqsədi güdürdü
112
Qızılbaşların yuxarıda göstəriləm müharibə strategiyası və
taktikası I Şah Təhmasibin özünün yazdığı “Təzkirə”də yaxşı şərh
olunmuşdur. Təhmasib yazır: “Müharibədə düşmənə əlverişli
imkan vermək olmaz. Əgər düşmən döyüşə can atırsa, imkan
daxilində onunla üz-üzə döyüşdən çəkinmək lazımdır”
113
. Sərhəd
zolağında bütöv vilayətlərin viran edilməsi şah aşağıdakı maraqlı
mülahizələrlə haqq qazandırırdı: “Biz hesablamışıq ki, xondkarın
(Türk sultanının – O.Ə.) qulluqçulardan başqa təxminən 300 min
nəfərlik atlı qoşunu var. Və əgər hər birinin (süvarinin) bir
qulluqçusu varsa, bu 600 min nəfər edir. Yeniçərilərdən başqa
sultanın piyada qoşunu yoxdur. Əgər hər birinin bir atı və dəvəsi
varsa, onda 600 min at və dəvə alınır. Bir eşşəyə isə hər gün 2 mən
(batman) arpa, cəmisi 12 min xalvar yüz mən arpa tələb olunur.
600 min adamın hər biri gün ərzində yarım mən ərzaq işlədirsə,
cəmisi 3 min xalvar 100 mən alınır. Deməli, bir gün ərzində 15 min
xalvar 100 mən taxıl lazımdır. Tutaq ki, xodkarın 150 min xalvar
100 mən taxılı vardır. Qoşunlarda da həmçinin 150 min xalvar taxıl
var
114
. Halbuki, həmin 300 min xalvar taxılı daşımaq üçün 500 min
dəvə tələb olunur. Bunun hələ döyüş sursatı, topları və başqa
ləvazimat daşıyan dəvələrə dəxli yoxdur. 300 min xalvar taxıl
onlara 20 günlüyə bəs edir. Biz torpaqlara od vurduqdan və hər şeyi
yeyəndən sonra, onlarla üz-üzə vuruşmayıb dövrələrində
fırlanmaqda davam etsək onlar nə nə edə bilərlər? Bəs onlar
yeməyi hardan əldə edəcəklər? Bəs qızılın onlara nə faydası
olacaq? Buna görə də qayıtmaqdan savayı onların bir çarəsi
qalmır”
115
.109
Burada Osmanlı qoşunlarının sayı son dərəcə şişirdilmişdir.
Ehtimal etmək olar ki, etibarlı müdafiə olunmaq üçün düşmən
qoşunlarının maksimum sayı nəzərdə tutulmuşdur. Osmanlı basqını
əleyhinə Təhmasibin yuxarıda təsvir olunan mübarizə üsulu,
düşmən hücumunun başlıca obyektləri olan Azərbaycan və
Kürdüstanın bir sıra ərazilərini xarabazara çevirirdi. Şübhə yoxdur
ki, bu vəziyyət həmin ölkələrin iqtisadi inkişafına mənfi təsir
göstərirdi.
I Şah Təhmasibin fikrincə, guya mərkəzi hökumət həmin
vilayətlərin məcburən boşaldılmasını və kəndlilərin ağır
vəziyyətini nəzərə alaraq vurulan zərərin əvəzini dövlət vergilərini
azltmaqla, yaxud tamamilə ləğv etməklə ödəyirdi. Məsələn, o
yazırdı ki, “Sultan Sivasda olanda mən hər mahalın kəndxudalarını
və rəiyyətini yanıma çağırıb dedim ki, əgər biz sizin taxıldan
istifadə etməsək xondkar onu mənimsəyəcəkdir. Buna görə də
bizim onu yeməyimiz lazımdır. Nədən istifadə edə bilməsək
yandırarıq. Bunun əvəzində biz sizin əmlakınızı üç il müddətində
vergilərdən azad edərik”
116
.
I Təhmasib “viran edilmiş ərazi” taktikasını həyata
keçirməkdə ilk və yeganə hakim deyildi. Bu taktika onun atası Şah
İsmayıl tərəfindən, 1514-cü ildə edilməsi, I Səlimin Azərbaycana
soxulmuş qoşunlarına qarşı da uğurla tətbiq edilmişdi
117
.
Viran edilmiş ərazi” taktikasının tətbiqi Osmanlı
qüvvələrinin böyük üstünlüyə malik olmasından irəli gəlirdi.
Azərbaycana yürüşləri zamanı, yalnız Osmanlı sultanları onların
tabeliyində olan Suriya, Misir, Ərəb İraqı və Kürdüstandan deyil,
habelı istila etdikləri Avropa ölkələrindən (Macarıstan, Bosniya,
Serbiya, Moldaviya və s.) toplamış olduqları böyük ordudan
istifadə edirdilər. Bu taktika Osmanlı Türkiyəsi ilə müharibələrdəki
kimi, düşmən tərəfin daimi üstünlüyünün mövcud olmadığı
özbəklərlə müharibələrdə öz əhəmiyyətini itirirdi. Səfəvi-Osmanlı
müharibələri dövründə qızılbaşlar yalnız özlərinin sərhədyanı110
ərazilərinin boşaldılması ilə kifayətlənmir, Osmanlı Türkiyəsinin
qonşu ərazilərinə də böyük ziyan vururdular. Məsələn, İskəndər
Münşinin söylədiyinə görə, I Süleymanın üçüncü yürüşü zamanı
osmanlı qoşunları Azərbaycandan çəkiolməyə başlayanda, qızılbaş
qoşunları geri çəkilən düşməni təqiib edərək Şərqi Anadoluda
böyük dağıntılar törətmişdilər. Tarixçi yürüşün şərhini a.ağıdakı
şəkildə başa çatdırır: “Sultan-Süleymanın Əcəm ölkəsinə (Səfəvilər
d ö v lət i nə - O .Ə. ) gəl işi i lə v u r u l m uş zə r ər və i t k i n i n ə v əz i o n q a t
artıq ödənildi. Bu yürüşdə qalibiyyətli qazilərin qisasçı qılınclarının
sayəsində təqribən 20 min türk viran edilmiş yollardan keçərkən
öldürüldü. I Şah Təhamasib Ərzincandan geriyə dönüb İrəvana
gəldi. Oradan isə Qarabağ istiqamətində hərəkət etdi”
118
.
Səfəvilər dövlətinin Şeybanilərin basqınlarına
qarşı mübarizəsi
XVI əsrin əvvəlindən Şeybanilər bütün Xorasanı ələ
keçirməyə can atdılar, lakin onun yalnız şimal-şərq hissəsində
(yəni Bəlx vilayətində ) kifayət qədər möhkəmlənə bildilər. O
zamankı Xorasanın qalan üç vilayəti- Herat, Məşhəd və Mərv yenə
də Səfəvilərin hakimiyyəti altında qaldı
119
.
Orta Asiyanın sünni ruhaniləri şiələrə münasibətdə bütün
vasitələrlə dini fanatizmi qızışdırır və Səfəvilər dövləti ilə
mübarizədə Şeybaniləri hər cəhətdən müdafiə edirdilər. Şeybanilər
Xorasanda hökmdarlıq uğrunda qızılbaşlarla mübarizəni
“dönüklərə (rəfizilərə) – şiələrə” qarşı “müqəddəs müharibə” şüarı
altında aparırdılar
120
.
Dini süşmənçilik bəhanəsi Səfəvilər dövlətinin yalnız
Osmanlı Türkiyəsi ilə deyil, həmçinin Şeybanilər dövləti ilə də
qarşılıqlı münasibəti üçün səciyyəvidir
121
. Şeybanilər də Səfəvilər
kimi bir-birilə müharibəni cihad, qəzavat adlandırırdılar. Bu,111
müharibəni nəinki xalqların gözündə müqəddəsləşdirirdi, eyni
zamanda hər iki dövlətin feodal əyanlarına imkan verirdi ki, dinc
əhalini “qanuni” əsaslarla kölə halına salsınlar əsir götürsünlər.
Məlu olduğu kimi şəriət müsəlmanları qula çevirməyi qadağan edir,
lakin kafirlərə münasibətdə bunu mümkün sayır. Sünnilər və şiələr
isə indi bir-birin “kafir” adlandırırdılar. Cihad hər iki tərəfin
feodal əyanlarına dinc əhalini soymaq üçün ən geniş imkanlar
verirdi.
I Şah İsmayılın vəfatından və qızılbaş tayfalarının ara
müharibələri ilə əlaqədar olaraq ölkədəki qarışıqlıqlardan istifadə
edənn Şeybani xanın oğlu və varisi Übeydulla xan Xorasan üzərinə
dəfələrlə basqınlar etdi. Özbəklərin hücumları demək olar ki, hər il
təkrar olunurdu. “Qiyamçı qızılbaşlar kütləsinə” qarşıittifaq
yaratmış Osmanlı türkləri və özbəklərlə eyni vaxtda mübarizə
aparmaq Səfəvilər dövləti üçün çətin idi.
Hicri 930 (1524)-cu ildə Übeydulla Herata hərəkət etdi,
lakin Xorasan bəylərbəyi Durmuş xan Şamlının qoşunları ilə
toqquşaraq geri döndü
122
.
Hicri 932 (1526)-ci ildə Durmuş xanın vəfatından sonra
Xorasandakı qarışıqlıqdan istifadə edən özbəklər Amudəryanı
keçərək Tus şəhərini mühasirəyə aldılar və onu tutdular
123
. H ic r i
933 (1527)-cü ildə qızılbaşlar Bistam yaxınlığında yenidən
məğlubiyyətə uğradılar. Özbəklər Astrabadı tutdular
124
.
Hicri 934 (1527-1528)-cü ildə Übeydulla Xorasanın
paytaxtı Heratı mühasirəyə aldı O, ancaq yeddi ay keçdikdən sonra
şah ordusunun yaxınlaşması xəbərini alaraq mühasirəni aradan
qaldırdı
125
.
Güman edilir ki, ən böyük toqquşma hicri 935 (1528)-ci ildə
Cam vilayətində, Sarıqamış adlı yeri yaxınlığında baş verdi.
Vuruşmanın miqyası haqqında buna əsasən mühakimə yürütmək
olar ki, Übeydulla öz qüvvələrini “Mavərənnəhr, Kaşqar,
Türküstan, Əndican, Otrar, Seyran, Kabil, Turfan, Qılman, qazax,112
Qıpçaq və Qırğız çöllərindən” elə bir sayda toplamışdı ki, “Çingiz
xan dövründən indiyə kimi Amudəryanı belə çoxsaylı qoşun
keçməmişdi”
126
. Döyüşün əvvəlində qızılbaş ordusunun cinahları
özbəklərin hücumuna tab gətirməyərək geri çəkilmişdilər. Lakin I
Şah Təhmasibin yerləşdiyi mərkəzi cəbhə möhkəm dayanmışdı.
Qızılbaşlar döyüşə yeni qüvvələr cəlb etməklə özbək qoşununu
məğlubiyyətə uğratdılar. Übeydulla qaçaraq güclə canını qurtardı.
Lakin şah Bağdada Zülfüqar xanın qiyamını yatırmağa getdikdən
sonra Übeydulla əvvəlcə Məşhədi, sonra isə Heratı tutdu
128
.
Hicri 936 (1529-cu ilin sonu) cı ildə 70 minlik şah qoşunu
yenidən Xorasanı tutdu. Şah Heratda qardaşı Bəhram Mirzəni lələsi
Qazi xan Təkəli ilə Xorasan hakimi kimi təsdiq etdi. Bütün yerlərə
qızılbaş hakimləri təyin edildilər
129
.
Hicri 938 (1531)-ci ildə Übeydulla Xorasan üzərinə yeni
yürüş təşkil etdi. Özbəklər Məşhədi tutub Heratı mühasirəyə aldılar.
Şəhərin mühasirəsi il yarım davam etdi. Qalada ərzaq ehtiyatları
tükəndi. Qazi xan şəhər sakinlərini qaladan çıxardı ki, onların
hesabına qoşun davam gətirsin. “Təkəli tayfası bu qarışıqlıqlar
zamanı yoxsul rəiyyəti sıxışdırdı və onlara zülm etdi”
130
. Şəhərdən
çıxarılan hər ailədən üç yüz Təbriz dinarı alırdılar. Şəhəri tərk edən
sakinlərin evləri qızılbaşlar tərəfindən qarət edilirdi. Heratda elə
dəhşətli aclıq baş verdi ki, mühasirəyə alınanlar “pişiklərin və
itlərin ətini” yeməyə başladılar. 1532-ci ilin sonunda özbəklər şahın
yürüşü xəbərini alıb Heratın mühasirəsindən əl çəkdilər
131
.
Xorasan ərazisində ardı-arası kəsilməyən müharibələr
nəticəsində yerli əhali tamamilə dilənçi vəziyyətinə düşdü. Xalq
həm özbək qoşunlarının əsarətindən, həm də qızılbaş əyalət
hakimlərinin zülm və özbaşınalığından eyni dərəcədə əziyyət
çəkirdi
132
. Məsələn, salnaməçinin yazdığına görə, Übeydulla xan
şəhərdən geri çəkildikdən sonra Herata daxil olan şah, Heratın
özbəklər tərəfindən mühasirəsi zamanı “məzlumların əmlakını
qarət etdiklərinə”, xalqı incitdiklərinə görə Xorasan hakimi Qazi113
xanı və onun köməkçilərini vəzifədən kənar etməyə məcbur
olmuşdu. Xəzinədən “yoxsullara” və “zəiflərə” pul paylandı.
Ağzıvar xan Şamlı eyni zamanda vilayətin nominal hakimi çahzadə
Sam Mirzənin atabəyi (lələsi) yerini tutmaqla Xorasan hakimi təyin
olundu
133
.
1534-cü ildə vəkil Hüseyn xan Şamlının öldürülməsi ilə
əlaqədar olaraq qızılbaş tayfaları arasında başlanan ara
müharibələri, Xorasanda da feodal hərc-mərcliyinə səbəb oldu.
Hüseyn xanın həmtayfası, Xorasan bəylərbəyi Ağzıvar xan mərkəzi
hakimiyyətə qarşı qiyam qaldırdı. Onun qiyamında istər-istəməz
hamisi olduğu şahın qardaşı Sam Mirzə də iştirak etdi. Qiyamçılar
Herat şəhəri sakinlərinin əmlakını qarət etdilər. Sonra isə o zaman
Böyük Moğollardan olan Şah Humayunun tabeliyindəki Qəndəhar
şəhərini ələ keçirmək məqsədilə yürüşə başladılar. Qalanın iki aylıq
uğursuz mühasirəsindən sonra Hümayunun qardaşı Mirzə Kamran
iyirmi minlik qoşunla mühasirədə olanların köməyinə gəldi.
Düşmənin üstün qüvvələri ilə döyüşdə qiyamçılar darmadağın
edildilər. Ağzıvar xan özü də həlak oldu. Bundan sonra Sam Mirzə
özünü I Təhmasibin qarşısında təmizə çıxarmaq üçün bir neçə
“qiyam təhrikçisini” edam etdirib başlarını şaha göndərdi
134
.
Qərbdən Osmanlı imperiyasının hücumu və Xorasandakı
qarışıqlıqlarla əlaqədar olaraq Səfəvilər dövlətinin düşmüş olduğu
ağır vəziyyət Orta Asiya hökmdarlarını, xüsusilə də Übeydulla
xanı yeni, fəal əməliyyat kaçməyə həvəsləndirdi. Onların
göndərdikləri iki dəstə Xorasana soxuldu.Lakin Məşhədin qızılbaş
hakimi Sufiyan Xəlifə Rumlu tərəfindən darmadağın edildi. Bunun
ardınca Gərcistan
135
hakimi Bayramoğlan Herat ərazisinə soxuldu.
Müqavimət göstərmək üçün kifayət qədər qüvvələri olmayan Herat
hakimləri şəhərin və ətraf ərazilərin sakinlərindənn icbari qaydada
qoşun topladılar.Heratın 80 yaşlı hakimi Xəlifə Sultan Şamlının
başçılıq etdiyi bu qoşun İsfizar ərazisində, hicri 941-ci il zülqədərin114
19-u (1535-ci ilin mayın 22-də) özbəklər tərəfindən darmadağın
edildi
136
.
Hakimsiz və qoşunsuz qalan heratlıların kömək üçün
müraciət etdikləri Məşhəd hakimi Sufiyan Xəlifə Rumlu qoşunla
Herata gəldi. O, özünün zülm və qarətləri ilə əhalini “ağır günə”
qoydu.
Heratdakı vəziyyətdən xəbəri olan Übeydulla xan Xorasana
yeni basqın üçün həmin anı əlverişli hesab etdi. Sufiyan Xəlifə
özbəklərin Məşhədi mühasirəyə alması xəbərini eşidəndə öz
müavinləri Xızır Çələbini və Nurəddin Məhəmməd İsfəhanini
Heratda qoydu, özü isə özbəklərə qarşı hərəkət etdi. Döyüş hicri
942-ci il rəcəbin 20 (1536-cı il yanvarın 13)-də, Nişapur ərazisinin
Abdulabad kəndi yaxınlığında baş verdi və qızılbaş qoşununun
darmadağın edilməsi, Sufiyan Xəlifənin isə öldürülməsi ilə başa
çatdı
137
.
Eyni zamanda Heratda da mürəkkəb vəziyyət yaranmışdı.
Ümidsiz vəziyyətə salınmış şəhər sakinləri Xızır Çələbiyə və onun
adamlarına qarşı üsyan qaldırdılar. Səfəvilər əleyhinə olan bu
çıxışda şəhər əyanlarından başqa, qızılbaş əmirlərinin zülm və
özbaşınalığından narazı olan, Herat ətrafında yaşayan kəndlilər də
fəal iştirak etdilər. Xəyanət sayəsində Xızır Çələbi şəhər
əyanlarının qəsdinin üstünü aça bildi və qəsdin təşəbbüsçüsü,
Heratın kələntəri Mühibb Mikal ələ keçirilib edam edildi. Lakin
Herat kəndlilərinin üsyanını yatırmaq o qədər də asan olmadı. Xızır
Çələbi Heratın Firuzabad qapılarına həmlə edən kəndliləri dilə
tutmağa və sakitləşdirməyə cəhd göstərdi. Kəndlilərin şəhərə
girmək üçün dəfələrlə göstərdikləri cəhdlər nəticə vermədikdə
onlar (şəhər əyanlarının hiyləsi də yox deyildi) kömək üçün öz
nümatəndələrini Übeydulla xanən yanına göndərdilər. Sonuncu, bu
çağırışa yubanmadan cavab verdi.
Hicri 942-ci il ramazanın 18 (1536-cı il martın 11)-də
Übeydulla xan böyük qoşunla Herata yaxınlaşıb onu mühasirəyə115
aldı. Özbəklər yalnız beş aydan sonra hicri 943-cü il səəfrin27
(1536-cı il avqustun 15)-də şəhərə girə bildilər və qısa
toqquşmadan sonra onu ələ keçirdilər. Xızır Çələbinin öz ailəsi və
yaxın adamları ilə sığındığı məşhur Herat qalası olan İxtiyarəddin
də bir qədər sonra hiylə ilə alındı
138
. Bu dəfə Übeydulla Heratda bir
ildən artıq qaldı. Hicri 943-cü il şabanın 17 (1537-ci il yanvarın
29)-də I Şah Təhmasibin başçılığı ilə Xorasana gəlmiş böyük
qızılbaş ordusu ilə toqquşmaqdan çəkinən özbəklər Heratı tərk
edərək Buxaraya qayıtdılar və şəhər yenidənn qızılbaş əmirlərinin
hakimiyyəti altına keçdi
139
.
Beləliklə, Übeydulla xanın Xorasana yürüşləri bir nəticə
vermədi. Səfəvilər bu mühüm vilayəti öz əllərində saxlayaraq
özbəklərin bütün basqınlarını dəf etdilər. Deməli, Səfəvilər
dövlətinin qərb cəbhəsində Osmanlı türklərinə qarşı olduğu kimi,
özbəklər əleyhinə də hərbi əməliyyatları müdafiə xarakteri
daşıyırdı. Özbək xanları özlərinin basqınları zamanı bir neçə dəfə
Astrabad ərazisinə qədər gəlib çıxmış, dəfələrlə Xorasanın paytaxtı,
Səfəvilər dövlətinin ən böyük şəhərlərindən biri olan Heratı
almışdılar. Burada özbəklərin müvəffəqiyyətləri xeyli dərəcədə
onunla bağlı idi ki, yerli tacik əhalinin istər feodal əyanları, istərsə
də kəndliləri amansız zülm və zorakılığa yol vermiş qızılbaş hakim
dairələrinədüşməncəsinə münasibət bəsləyirdilə. 1535-1536-cı
illərin Herat üsyanının nümunəsində gördüyümüz kimi, bu
düşmənçilik bəzən öz zülmkarlarına qarşı açıq xalq çıxışı şəkli
alırdı.
Özbək xanlarının Xorasana yürüşləri sonrakı illərdə 950
(1543), 952 (1545), 955 (1548), 957 (1550), 962 (1555), 965
(1558), 967 (1559-1560), 971 (1563-1564), 974 (1566-1567), 977
(1569-1570)-ci illərdə də davam etmişdi
140
. 1550-ci ildə Astrabad
ərazisində türkmən mənşəli yaka tayfasının mərkəzi hakimiyyətə
qarşı üsyanı Səfəvilərin bu basqınlarla mübarizəsini
mürəkkəbləşdirmişdi. Üsyana əyan ailəsindən olan Aba adlı gənc116
rəhbərlik edirdi. O, şah qoşunları ilə mübarizədə kömək üçün
özbək xanlarına dəfələrlə müraciət etmiş və onların qoşunları
köməyə gəlmişdilər. Yalnız 1558-ci ildə (Aba xaincəsinə
öldürüldükdən sonra) üsyan yatırıldı
141
.
Səfəvilərin Gürcüstana yürüşləri
Gürcüstan Osmanlı imperiyası ilə Səfəvilər dövləti arasında
mühüm hərbi-strateji mövqe tuturdu. Osmanlı Türkiyəsi
Səfəvilərdən əvvəl bura soxulmuş, öz təcavüzünü genişləndirməklə
hədələyərək Qərbi Gürcüstanda möhkəmlənmişdi. Sultanın əksinə
olaraq, şahAzərbaycana Osmanlı ilhaqının qarşısında maneə
yaratmaq üçün hər vasitə ilə Gürcüstanın şərq vilayətlərində öz
mövqelərini möhkəmləndirməyə səy göstərirdi. Yuxarıda qeyd
edilmişdi ki, Osmanlı imperiyası Azərbaycanın zəngin ipəkçilik
bölgələrini – Şəki və Şirvanı zəbt etməyi, Xəzərboyu ticarət
üzərində nəzarəti ələ keçirməyi öz qarşısına məqsəd qoymuşdu.
Göstərilən istiqamətdə Osmanlı təcavüzü XVI əsrin son rübündə
aşkara çıxdı və Gürcüstan bu vilayətlərə Osmanlı basqını üçün
istinad nöqtəsinə çevrildi.
XVI əsrin əvvəlində Kartli, Kaxetiya, İmeretiya
çarlıqlarına, Samtsxe-Saatabaqo knyazlığına
142
parçalanmış
Gürcüstan, Yaxın Şərqin Osmanlı imperiyası və Səfəvilər dövləti
kimi iki qüdrətli siyasi qurumun qarşısında dura bilməzdi. Gürcü
çarları sultanla şah arasında manevr etməklə öz torpaqlarının
bütövlüyünü saxlamağa çalışırdılar.
Qızılbaş yürüşlərinin əsas obyektləri Kartli, Kaxetiya və
Mesxiya (Samtsxe-Saatabaqo) idi. İskəndər bəy Münşi göstərir ki,
Şəki ilə Şirvanın qonşuluğunda olan gürcü çarları keçmişdə bu
ərazilərə soxulur və “müsəlmanlara hücum edirdilər”. Tarixçi
davam edir: “Bu vilayətlər Səfəvilər dövlətinə birləşdirildikdən117
sonra Kaxetiya çarı Levan (Ləvənd xan)
143
şahın vassalı oldu.
Mesxiya atabəyi Keyxosrov da “yüksək şah astanasının
mülazimləri sırasına”
144
d a x i l o l d u . L a k i n K a r t l i ç a rı L u a r s a b
145
(Ləvəsən), İmeretiya çarı (Başı açıq) Baqrat
146
və Menqreliya
h a k i m i D a d i a n şa hın v a s s a l l a rı L e v a n və K e y x o s r o v a h ü c u m
etməklə “öz düşmənçiliklərini biruzə verir və lazımi itaət
göstərmirdilər”.
Hələ XVI əsrin birinci rübündə Səfəvil\ər Kartli və
Kaxetiyanı tabe etməyə cəhd göstərmişdilər. Lakin onlar
Gürcüstanın fəth olunması uğrunda ardıcıl mübarizəyə I Şah
Təhmasibin dövründə başladılar. 1540-1554cü illərdə I Şah
Təhmasib Gürcüstana dörd dəfə yürüş etmişdi.
Farsdilli mənbələrə o, o cümlədən Həsən bəy Rumlunun
məlumatına görə, I Şah Təhmasibin Gürcüstana yürüşləri hicri
947
148
, 953
149
, 958
150
və 961
151
(1540-1541, 1546-1547, 1551 və
1554)-ci illərə təsadüf edir.
İskəndər bəy Münşinin məlumatları, hərbi yürüşlərin tarixi
və bir çoz təfərrüatları xeyli dərəcədə Həsən bəy Rumlunun təsvir
etdiklərinə uyğun gəlir
152
.
Gürcü mənbələri, qızılbaşların Gürcüstana yürüşlərinin
tarixlərinin göstərilməsində Şərq salnamələrindən əhəmiyyətli
dərəcədə fərqlənir. Məsələn, gürcü salnaməçisi Vaxuştinin
yazdığına görə, Səfəvi şahı Gürcüstana 1536, 1548, 1553 və 1558-
ci illərdə yürüş etmişdir
153
. M.Brosse bu yürüşlərin tarixini gürcü
mənbələri əsasında göstərir. Mükəmməl “Əhsən ət-təvarix” əsəri
ona məlum deyildi. Məsələ bundadır ki, Həsən bəy Rumlu bu
yürüşlərin yalnız müasiri deyildi. O, həm də döyüş əməliyyatlarıda,
o c ü m lə d ən ö z ü n ü n x ü s u s i o l a r a q s ö z a ç dı ğ ı I Şa h Təh m a s i b i n
ikinci yürüşündə şəxsən iştirak etmişdi
154
. Halbuki Vaxuşti tarixi
xronikanı XVIII əsrdə yazmış və hadisələrin təsvirini öz dövrünə
qədər gətirib çatdırmamışdır. Onun əsərinin mənbələri barədə
olduqca az məlumatımız vardır
155
.Bundan başqa, Həsən bəy118
Rumludan hadisələrin tarixi, təsvir olunan olayların müasiri
olmuşƏhməd Qəffarinin “Tarix – Cahan ara” salnaməsinin
məlumatları ilə tamamilə təsdiq edilir.
Bu baxımdan “Gürcü xronikası” adlananmənbə heç bir
yenilik vermir
156
. Arakel Təbrizinin xronoloji cədvəlində I Şah
Təhmasibin Gürcüstana yalnız birinci yürüşünün adı çəkilir, tarixi
göstərilir və bu məlumatlar Şərq salnamələri ilə səsləşir
157
.
Bu yürüşlər Qurana görə savab iş sayılır, “kafirlərlə”
mübarizə, müqəddəs “cihad” müharibəsi kimi, üzürlü bəhanələr
altında həyata keçirilirdi. Qızılbaş hərbi-feodal əyanları həmin
yürüşlərdən “İslamı yaymaq” üçün istifadə edirdilər. Mənbələrdə
göstərilir ki, gürcü qalaları alınarkən yalnız islamı qəbul edənlərə
aman verilirdi.
Qızılbaşların Gürcüstana yürüşləri ölkə iqtisadiyyatına
böyük ziyan vurdu. Müharibələr zamanı əkinlər, meyvə
bağlarıməhv edilir, qaramal, qoyunsürüləri aparılır, məskənlər
viran edilirdi. Qızılbaşlar yalnız maddi sərvətləri ələ keçirməklə
kifayətlənmir, əhalini də əsir aparırdılar. Səfəvi tarixşünasları
hakim dairələrə xoş gəlmək üçün gürcüləri “gəbrlər” adlandırır və
onlar üzərində qələbələrlə öyünürdülər. Məsələn, birinci yürüş
(1540) zamanı Tiflis ələ keçirilmiş və qarət edilmişdi. Dördüncü
yürüş (1554) zamanı qızılbaşlar 30 min nəfərdən çox adamı ( o
cümlədən qadınları və uşaqları) əsir almışdılar. Qızılbaş
qoşunlarının basqınlarından ilk növbədə zəhmətkeş əhali və xırda
gürcü feodalları əziyyət çəkirdilər. Hakim dairələr isə çox vaxt
xərac verməklə, yaxud islamı qəbul edərək işğalçılara ximətə
keçməklə nicat tağırdılar.
Yuxarıda göstərdiyimiz kimi, 1555-ci ilin Amasya sülh
müqaviləsinə görəGürcüstan Osmanlı Türkiyəsi ilə Səfəvilər
dövləti arasında təsir dairələrinə bölündü. Lakin Gürcüstanın
istiqlaliyyəti uğrunda mətin və barışmaz mübarizlər – Kartli çarı
Luarsab, onun ölümündən sonra isə oğlu Simon (1558-1560)119
müqaviməti davam etdirdilər. Səfəvilərin Kartliyə yürüşləri
sonralar da baş vermişdi. Məsələn, qarabağ bəylərbəyi Şahverdi
Sultan Ziyad oğlu üç dəfə - hicri 963 (1556)
158
, 964 (1557)
159
, 968
(1560-1561)- ci
160
illərdə qoşunları ilə bura daxil olmuş və
dağıntılar törətmişdi. Çar Luarsab onunla döyüşdə həlak olmuşdu.
Simon isə qızılbaşların tərəfinə keçmiş qardaşı Davidin (Davud
bəyin) təhriki ilə hicri 976 (1568-1569)-cı ildə Şamxal bəy Çərkəz
tərəfindən ələ keçirilmiş və şahın gösrərişi ilə Ələmut qalasına
salınmışdı
161
.
Səfəvilərin Böyük Moğollar dövləti ilə münasibətləri
Səfəvilər dövləti cənub-şərqdə əsası 1526-cı ildə Babur
tərəfindən qoyulmuş Böyük Moğollar dövləti ilə həmsərhəd idi.
Özlərinin digər qonşularından fərqli olaraq, Səfəvilər hələ I Şah
İsmayılın dövründə Baburla ittifaq münasibətləri yaratdılar.
Onların qarşılıqlı münasibətləri dini düşmənçilik amilindən uzaq
idi. Çünki Babur da şiəliyin qəbul edilməsinə meyl göstərirdi.
Onların ümumi düşməni yalnız Xorasana deyil, habelə Əfqanıstana
və Şimali Hindistana basqınlar təşkil edən özbək hökmdarları idi.
Səfəvilərlə Moğollar arasında münaqişə çox mühüm hərbi-strateji
məntəqəyə, Hindistandan İrana və oradan da geriyə aparan qapılar
olan şəhər - qalaya – Qəndəhara yiyələnmək uğrunda baş verdi.
Qəndəharın həm də böyük ticarət – iqtisadi əhəmiyyəti var idi.
“Hindistandan İrana mallarla yüklənmiş təxminən 14 min dəvə hər
il buradan keçirdi”
162
. Təbiidir ki, buna görə də şəhər Səfəvilər və
Moğollar arasında münaqişə obyektinə çevrildi və o, əldən-ələ
keçməyə başladı.
Hicri 943 (1537)-cü ilin qışıI Şah Təhmasib Qəndəharı geri
almaq üçün Heratdan yola düşdü.Qala rəisi Xacə Kalan müqavimət
göstərmədən qızılbaşlara təslim etdi. Şah, Budaq xan Qacarı120
Qəndəhar vilayətinin hakimi təyin etdi və Herata qayıtdı
163
. Lakin
1538-ci ildə Moğol padşahı Hümayunun qardaşı Mirzə Kamran
qoşunla Qəndəhara gələrək qızılbaşları oradan sıxışdırdı
164
.
Səfəvi – Moğol münasibətlərində Hümayunun hərbi yardım
haqqında xahişlə I Şah Təhmasibə müraciət etməsi əlamətdar
hadisə oldu. Hümayun əfqan hakimi Şirxan tərəfindən darmadağın
edilmiş və hətta ona qarşı çıxış etmiş qardaşları da onu yalqız
buraxmışdılar. Vəziyyət o dərəcədə ağırlaçmışdı ki, o, arvadı,
qulluqçusu və 40 etibarlı adamının müşayiəti ilə Səfəvilərin
ərazisində təqibdən yaxa qurtarmağa məcbur olmuşdu
165
.
Hicri 951 (1544)-ci ildə Hümayun Sistan hakimi Əhməd
Sultan Şamlı tərəfindən padşaha layiq təmtəraqla qəbul edilərək
Herata yola salınmışdı. Hümayun onu qarşılamaq üçün öz məiyyəti
ilə şəhər hüdudlarından xeyli kənara çıxmış Xorasan bəylərbəyi
Məhəmməd xan Şərəfəddin oğlu tərəfindən də böyük ehtiramla
qarşılanmışdı
166
. Hümayun bir neçə gün Heratda qaldıqdan sonra
şahın yanına – İraq tərəfə hərəkət etdi. Həsən bəy rumlu yazırdı:
“Onun gəlib çatdığı hər bir vilayətdə yerli əmirlər və sərdarlar
sədaqət andı içir, ona layiqli hədiyyələr verirdilər”
167
.
Sultaniyyənin yaxınlığında, Sorluq yaylağındakı şah düşərgəsində
Hümayunu şahın qardaşları Bəhram və Sam, vəzir Qazi Cahan,
qorçibaşı Sevindik bəy və dövlətin digər yüksək rütbəli adamları
q a rş ıl a dıl a r . Hə s ən bəy q e y d e d i r k i , H ü m a y u n şa h a l a çı ğ ın a
yaxınlaşanda atdan düşdü və alaçığa doğru yollandı. I Şah
Təhmasib onu görüb alalçıqdan çıxdı və bir neçə addım irəli yeridi.
Oradakılar iki parlaq ulduzun birləşməsinin şahidi oldular.
Hümayunun şaha bağışladığı hədiyyələr arasında “tayı-bərabəri
olmayan, taleyin görmədiyi və zamanın eşitmədiyi, çəkisi dörd
misqal və dörd danqa olan almazın” da adı çəkilir
168
.
Hümayun ona hər cür qonaqpərvərlik və dostluq nişanələri
izhar edən I Şah Təhmasib tərəfindən mehribanlıqla qarşılandı.
Onun şərəfinə verilən böyük ziyafətdən sonra şah peşkəşlərinin121
verilməsinə başlandı. Bunların arasında qiymətli daşlarla
bəzədilmiş tac və kəmər, qızıl çəkili parçalar, firəng (Avropa)
malları, döyüş sursatı və silah, ərəb atları vəs.vardı. Sonra
Hümayun şahdan ayrıldı, Təbriz və Ərdəbilə yollandı. Təbriz yerli
sakinlərin əmri ilə bayramsayağı bəzədilmişdi: bazarlar və xüsusilə
mərkəzi Qeysəriyyə bazarı yaraşıqlı libasa bürünmüşdü. Təbrizlilər
yüksək qonağın şərəfinə Sahibabad meydanında keçirilən çovgan
oyununda və digər əyləncə növlərində öz məharətlərini nümayiş
etdirirdilər. Hümayun Ərdəbildə Şeyx Səfiəddinin türbəsi
qarşısında “baş əydi”, bundan sonra isə saraya qayıtdı. Müxtəlif
məlumatlara görə, I Şah Təhmasib tərəfindən Budaq xan Qacar və
Şahverdi bəy Ustaclı başda olmaqla 6 mindən 12 min nəfərədək
qızılbaş Hümayunun sərəncamına verildi
169
. Hümayun həmin hərbi
yardımla Hindistana yola düşdü, öz düşməni Şirxanı darmadağın
etdi və taxt-tacı özünə qaytardı. O, bu köməyin müqabilində hər il
40 min tümən gəlir verən Qəndəharı Səfəvilərə güzəştə getdi
170
.
Osmanlı Türkiyəsi ilə münasibətlər. Şahzadə
Bəyazidin
qiyamı və onun Səfəvilərin yanına qaçması
1555-ci ildən sonra Səfəvilər dövlətinin Osmanlı
Türkiyəsi ilə münasibətlərində I Şah Təhmasibin hakimiyyətinin
sonuna qədər sülh dövrü davam etdi.
Hicri 967-ci ilin məhərrəmində (1559-cu ilin
sonunda) şahzadə Bəyazid öz ailəsi və 12 min nəfərlik dəstəsi ilə
Qəzvinə I Şah Təhmasibin sarayına gəldi.Türk sultanı Süleymanın
oğlu Bəyazid atasına qarşı üsyan etmiş, lakin darmadağın
olunmuşdu. Ardınca göndərilmiş təqibçi dəstədən canını qurtarmaq
üçün o, Çuxursəədə - Səfəvilərin ərazisinə daxil olmuşdu. Onun
qızılbaş paytaxtında təntənə ilə qarşılanması Qəzvin meydanında,122
həmin mərasimdə iştirak etmiş Qazi Əhməd Qəffari tərəfindən
təfsilatı ilə təsvir edilmişdir
171
. Şah, ziyafətlər və hədiyyələr
verməkdə xəsislik etməmiş və bu tədbirlərə təxminən on min
tümən xərcləmişdi. Öz mənafeyini düşünən Təhmasib, Süleymanın
oğlunun onun yanına qaçmasından daha çox faydalanmaq barədə
düşünürdü. Üç il şahın sarayında qalmış şahzadə Bəyazid onu türk
sultanına qarşı yürüşə təhrik etmişdi. Şah, ölkəyə
çoxlubədbəxtliklər gətirmiş müharibəni yenidən başlamaq
fikrindən uzaq idi. Şah, Bəyazidin təslim olunması müqabilində
türk elçilərindən Bağdadın öz oğlu Heydər Mirzəyə verilməsini və
yaxud oğullarından birinin osmanlı ərazisində sancaqbəyi təyin
edilməsini və Kərbəladakı şiə türbələrinə nəzarət etmək üçün
qızılbaş xadiminin ora buraxılmasını tələb edirdi. Şahın bütün bu
kələkləri,özünün qiyamçı oğlunundanışıqsız qaytarılmasında təkid
edən, Osmanlı-Səfəvi münasibətlərinin yenidən pisləşə biləcəyi ilə
hədələyən sultan tərəfindən rədd edildi.
Hicri 969-cu ilin zülqədə ayında (1562-ci ilin iyulunda) Van
hakimi Xosrov paşa başda olmaqla, Qəzvinə sultanın böyük elçi
heyəti gəldi
172
. Şahın Bəyazidi qaytarmasına nail olmaq onların
əsas vəzifəsi idi. Türkiyə ilə yeni hərbi münaqişə təhlükəsi
qarşısında ehtiyat edən, bəlkə də qızıla tamahı olan I Təhmasib
Bəyazidi və onun dörd oğlunu sultan nümayəndələrinin
sərəncamına verdi. Onlar elə oradaca edam edildilər, cənazələri isə
Osmanlı Türkiyəsinə aparıldı. Bəyazidin beşinci oğlunun taleyi
daha dəhşətli oldu. Bursada yaşayan üç yaşlı uşaq sultanın casusları
tərəfindən boğulub öldürüldü. Şərəf xan Bidlisinin məlumatına
görə, türk elçiləri bu “xidmət” müqabilində sultanın ümumi
məbləği 30 min İraq tüməninə bərabər 400 min florini, şahzadə
Səlimin isə 100 min florinini şaha təqdim etdilər
173
.
Hər halda yetişməkdə olan münaqişə aradan qalxdı və
xəyanət hesabına sülh əldə edildi. I Şah Təhmasib “Təzkirə”də
özünə yöndəmsiz halda bununla bəraət qazandırır ki, guya o,123
Bəyazidə onu şəxsən Süleymana təslim etməyəcəyinə söz vermişdi
və buna görə də onu elçilərə təslim etməklə, öz vədinə xilaf
çıxmamışdır.
Səfəvilər dövlətinin Avropa ölkələri ilə siyasi əlaqələri
Artıq qeyd etmişik ki, orta əsrlərin yeganə əsl hərbi
dövləti – Osmanlı Türkiyəsinə qarşı mübarizənin ümumi
mənafeləri əsasında, Səfəvilər dövlətinin Qərbi Avropa ölkələri ilə
diplomatik münasibətləri xeyli canlanmışdı.
Səfəvilər dövlətin mənafelərinin bilavasitə toqquşduğu
Avropa ölkələrindən birincisi Portuqaliya oldu.
Portuqaliyalı Vasqo de Qamanın Afrika ətrafından
Hindistana dəniz yolunu kəşf etməsi İran, Osmanlı və
Suriya limanlarından keçən köhnə Aralıq dənizi yolu ilə avropanın
Hindistanla ticarətinə ağır zərbə vurdu.1515-ci ildə İran körfəzinin
Hörmüz və digər adalarını tutmaqla portuqaliyalılar Səfəvilərin
ərazilərinin bilavasitə yaxınlığında görünərək, onlara özlərinin
Hindistanla dəniz ticarətinin şərtlərini qəbul etdirməyə cəhd
göstərdilər. Portuqaliya böyük gəlir gətirən Avropa-Asiya
ticarətinin Aralıq dənizi yolunu nəzarət altında saxlamaq üçün hər
cür cəhd göstərir, okean yolu ilə Hindistanla müntəzəm ticarət
əlaqələri yaratmaqda ona mane olmağa səy edən Osmanlı Türkiyəsi
ilə düşmənçilik edirdi.
Portuqaliyalılar Osmanlı Türkiyəsi ilə mübarizədə Səfəvilər
dövləti ilə yaxınlaşmağa başladılar. Türkiyə ilə müharibələr
dövründə Səfəvilər dövləti də belə bir ittifaqa meyl göstərirdi. Bəzi
məlumatlara görə, Portuqaliya Türkiyə əleyhinə Səfəvilərə yalnız
odlu silahla deyil, habelə qoşunlarla, hərbi və maliyyə yardımı
göstərirdi. Məsələn, F.Kruzinskinin məlumatlarına görə, I Şah
Təhmasib 1549-cu ildə portuqaliyalılardan 10 minlik qoşun və 20124
top almışdı
174
. XVI əsrin yetmişinci illərində Səfəvilərin
Venetsiyadakı səfiri Xacə Məhəmməd məlumat verir ki,
Portuqaliya kralı Səfəvilərə 20 min tsexin məbləğində pul
göndərmək barədə də göstəriş vermişdi
175
.
Bununla əlaqədar olaraq qeyd etmək maraqlıdır ki, farsdilli
salnamələrdə I Şah Təhmasibin sarayına gəlmiş iki firəng
(avropalı) səfirliklərinin adları çəkilir. Bu diplomatil
nümayəndəliyin hər ikisini Portuqaliya göndərmişdi. Hicri 958
(1551)-ci ildə Qəzvinə gəlmiş Portuqaliya kralı III Juanın (1552-
1557) elçiləri sarayda mehribanlıqla qarşılanmışdılar
176
. B u z a m a n
Səfəvilər dövləti ilə Osmanlı Türkiyəsi arasında müharibə gedirdi.
Hicri 982 (1574-1575)-ci ildə III Juanın varisi – Don Sebatyanın
(1557-1578) göndərdiyi nümayəndə heyətini isə şah qəbul
etməmişdi. Həsən bəy Rumlu bunu portuqaliyalıların işğal etmiş
olduqları İran körfəzi adalarında müsəlmanları sıxışdırmaları ilə
izah edir
177
. Görünür başlıca səbəb bundan ibarətdir ki,Şah
Təhmasib Osmanlı Türkiyəsi ilə 1555-ci ildən sonra yaranmış dinc
münasibətləri sultana düşmən olan dövlətin elçilərini qəbul etməklə
mürəkkəbləşdirmək istəmirdi. İskəndər bəy Münşi məlumat verir ki,
I Təhmasib öz vəfatına qədər həmin nümayəndə heyətinə vətəninə
qayıtmağa icazə verməmişdi. Onlar yalnız Şah Məhəmməd
Xudabəndənin dövründə ölkədən getmək imkanı əldə etmişdilər
178
.
Osmanlı basqını təhlükəsi Avropa dövlətlərini son dərəcə
narahat edirdi. Venetsiya, İspaniya, Avstriya Habsburqlarının
ərazilərinə isə bilavasitə basqın təhlükəsi yaranmışdı. Əvvəllərdə
olduğu kimi, Osmanlı dövləti əleyhinə ittifaqın yaradılmasında
Roma papası böyük fəallıq göstərirdi. O, sultana düşmən olan
Asiya dövlətlərini də (onların arasında Səfəvilər dövlətinə başlıca
yer ayrılırdı) cəlb etməklə xristian dövlətləri ittifaqını qarşıya
məqsəd qoymuşdu. Bu zaman Türkiyənin hərbi qüvvələrini iki
cəbhəyə - qərb və şərq cəbhələrinə parçalamaq nəzərdə tutulmuşdu.125
1571-ci ildə sultanın venetsiyalıların hakimiyyəti altında olan Kipr
adasını işğal etməsi Venetsiya, İspaniya və Vatikanın daxil olduğu
antitürk “müqəddəs ittifaqın” yaranmasını sürətləndirirdi.
Göstərildiyi kimi, təxminən elə o zaman Venetsiya öz
diplomatı Vinçentso Alessandrini osmanlılar əleyhinə ittifaq
bağlamq təklifi ilə Səfəvilərin sarayına göndərmişdi. Sonrakı ildə
(1572) papa V Piy I Şah Təhmasibə məktubunda bildirirdi ki, şahın
xristian müttəfiqləri ilə özünün qəddar düşməninə qarşı birgə çıxış
etməsi üçün əlverişli məqam çatmışdır. Katolik kilsəsinin başçısı, I
Şah Təhmasibi II Səlimə qarçı hərbi əməliyyatlara başlamağa
çağırır, ona Mesopotamiya və Suriyanı ələ keçirməkdə
müvəffəqiyyətlər vəd edir, birgə çıxış edən Avropa
dövlətləriqoşunlarına qarşı vuruşan türklərinn həmin əraziləri
qoruya bilməyəcəyini göstərirdi
179
.
Səfəvilərlə bütün bu diplomatik əlaqələr nəticə vermədi.
Çünki I Şah Təhmasib bu dövrdə qəti qərara gəlmişdi ki, Osmanlı
Türkiyəsi ilə münasibətləri pisləşdirə biləcək hərəkətlərə yol
vermək olmaz. Eyni zamanda Səfəviləri Türkiyə ilə müharibəyə
təhrik edən Qərbi Avropa hökmdarları özləri həmin müharibədə
ciddi iştirak etmək barədə düşünmürdülər. Onlar yalnız Səfəvilər
dövlətindən istifadə edərək Türkiyəni uzun sürən müharibəyə cəlb
etmək, bununla da özləri və torpaqları üçün sultan tərəfindən
gözlənilən təhlükəni zəiflətmək istəyirdilər. Bu münasibətlə, papa
XIII qriqorinin (1572-1585) Vatikanın arxivində saxlanılan, Səfəvi
şahının yanına gedəcək elçisi üçün yazdığı təlimatlar maraqlıdır.
Elçiyə göstərişlər verilirdi ki, 100-150 min skudi məbləğində pul,
həmçinin də 2 min odlu silah və 15-20top göndərməyi vəd etməklə,
şahın yaxın 2-3 ildə hərbi əməlyyatlara başlamasına nail olmaq
lazımdır
180
.
Hadisələrin sonrakı gedişi də bu fikri təsdiq edir. Belə ki,
1578-ci ildə Osmanlı Türkiyəsi öz ordularını Səfəvilər dövlətinə
qarşı yeritdi.Şah Məhəmməd Xudabəndə Portuqaliyaya nümayəndə126
heyəti göndərmiş və Sultan III Murada
181
qarşı birgə çıxış etmək
çağırışı ilə Avropanın bütün xristian krallarına müraciət etmişdi.
Türkiyə, demək olar ki, bütün Cənubi Qafqazı işğal
etmişdi.Səfəvilər dövləti üçün ağır olan bu şəraitdə nə Portuqaliya,
nə də İspaniya Türkiyəyə qarşı müharibəyə qoşulmadılar.1582-ci
ildə papa XII Qriqorini və II Filippi təmsil edən, Hörmüzdə
Avqustluların prioru olan Simon, Şah Məhəmməd Xudabəndənin
yanına göndərildi. Simon papaya məktubunda xəbər verirdi ki, şah
türklərlə müharibəni davam etdirməyə hazırdır və əgər xristian
dövlətlərinin sultanla vuruşmaq istədiklərini bilsəydi, öz elçisini
ispan kralının yanına göndərərdi
. Artilleriya, pul və Avropa
dövlətlərinin birdə çıxışını vəd etməklə, Səfəvi dövlətini Türkiyə
ilə müharibəyə təhrik etmək vəzifəsi də Simonun qarşısına
qoyulmuşdu.
1586-cı ildə Səfəvilər dövlətinə Şah Məhəmmədin yanına
göndərilmiş digər papa elçisi – Ciovanni Battista Vekyettinin
qarşısında da belə bir vəzifə qoyulmuşdu.
Azərbaycan Səfəvilər dövləti və Moskva knyazlığı
Azərbaycan Səfəvilər dövlətinin Moskva dövləti ilə ilk
diplomatik əlaqələri I Şah İsmayıl hakimiyyətinin son illərinə
aiddir. 1521-ci ildə Səfəvi nümayəndəliyinin Moskvaya gəlməsi və
Moskva knyazından “çoxlu top, ustalar və yaraq-əslahə” alması
183
barədə, Krım xanının Sultan I Süleymana verdiyi məlumat
saxlanmışdır. Bu, rus arxiv sənədlərinin qeydə aldığı ilk əlaqə
f a k tı d ır . Məl u m a t həm də b u n a g ö rə m a r a q lı d ır k i , Ç a l dır a n
vuruşmasında I Şah İsmayılın ordusunda çatışmayan odlu silah və
top almaq cəhdlərinin olduğunu göstərir.
Moskva dövlətinin Azərbaycan Səfəvilər dövləti ilə
diplomatik əlaqələr yaratmasına qonşular – Osmanlı Türkiyəsinə127
meyl edən Volqaboyu xanlıqlar, həmçinin Krım tatarlarının
viranedici basqınları mane olurdu. XVI əsrin ortalarında Moskva
dövləti Xəzərin şimal sahillərinə çıxmağa, Xəzər dəniz yolunu ələ
keçirməyə cəhd göstərir, Volqa boyunca cənuba doğru irəliləyirdi.
Bizə həmçinin məlumdur ki, 1553-cü ildə Seyid Hüseynin
başçılıq etdiyi Səfəvi nümayəndə heyəti Moskvaya gəlmişdi
184
.
əlimizdə danışıqların məzmunu haqqında məlumat olmasa da
güman etməyə əsas var ki, danışıqlarda Türkiyə əleyhinə hərbi
ittifaq haqqında məsələyə də toxunulmuşdur. Məhz bu zaman
Sultan Süleymanın qoşunlarıüçüncü dəfə Azərbaycana
soxulmuşdular və I Şah Təhmasib düçmən basqını ilə ağır və qeyribərabər mübarizə aparmalı olurdu. Səfəvi şahı Krım tatar
süvarilərinin Dağıstan və Dərbənddən hücumunun qarşısını almaq
üçün məhz şimalda müttəfiq axtarırıdı.
1561-ci ildə Moskvaya (adı naməlum qalmış) Səfəvi
nümayəndəsi gəlmişdi. Bu barədə 1562-ci ilin iyununda onunla
birlikdə Moskvadan Həştərxana gəlmiş Cenkinson çəlumat verir
182
.
1563-cü il noyabrın 1-də Şirvan bəylərbəyi Abdulla xan Ustaclının
nümayəndəliyi Moskvaya gəlmişdi
186
.
Ehtimal etmək olar ki, I Şah Təhmasib Osmanlı Türkiyəsi
ilə 1555-ci il sülhünün uzun sürəcəyinə şübhə edir və Moskva
dövləti ilə yaxınlaşmağa səy göstərirdi. Moskva dövlətinin başı
üzücü Livoniya müharibəsinə qarəşmışdı və çar sultanla
münasibətləri kəskinləşdirmək istəmirdi. Lakin IV İvan 1569-cu
ildə Aleksey Xoznikovun nümayəndəliyini I Şah Təhmasibin
yanına göndərmişdi. Xoznikov Səfəvilər üçün xeyli hərbi texnikanı
– 100 top və 500 tüfəngi Qəzvinə gətirmişdi
187
.
IV İvanın Kazan və Həştərxan xanlıqlarını Moskva
dövlətinə birləşdirməsi, I Süleymanın sarayında ciddi narahatlığa
səbəb olmuşdu. Türkiyə ğzü Volqa hövzəsində və Şimali qafqazda
işğallara can atırdı. Lakin cənub-şərqi Avropa və Azərbaycan
Səfəvilər dövlətinə qarşı müharibələrə başı qarışan Sultan128
Süleyman rus dövlətinin istilalarına mane ola bilmədi. 1569-cu ildə
Iı Sultan Səlim Krım xanı Dövlət Gireylə birlikdə rusları
Həştərxandan sıxışdırıb çıxarmaq məqsədilə yürüşə başladı.
Müharibədə özlərinin donanmasından istifadə etmək məqsədilə,
türklər hətta Don ilə Volqa arasında kanal qazmağa cəhd
göstərdilər
188
. Lakin bu cəhdlər uğursuzluqla başa çatdı. Moskva
dövləti Həştərxanı əlində saxlaya bildi, lakin Şimali Qafqazda
möhkəmlənə bilmədi.
I Şah Təhmasibin şəxsiyyəti
İsmayılın böyük oğlunun – I Təhmasin şəxsiyyəti,
ümumilikdə tədqiqatçıların mənfi qiymətini almışdır. Onların
əksəriyyəti bu fikirdədir ki, şah heç bir cəhətdən “özünün dahi
atasına bənzəmirdi”. Süst xasiyyət, passivlik, təşəbbüssüzlük kimi
keyfiyyətlər ona aid edilir. Bu rəylərdə I Təhmasib gözə çarpmayan,
qabiliyyətsiz dövlət xadimi, din fanatiki kimi nəzərə çarpır.
Biz I Şah Təhmasibi heç də həddindən artıq
qiymətləndirmək, ideallaşdırmaq fikrində deyilik. Lakin bu
xarakteristikanı bir qədər sərt hesab edirik. I Təhmasibin simasında
çox cəhətlər onun ağıllı, ehtiyatlı siyasətçi olduğunu göstərir. I Şah
Təhmasibin müasirlərinin məlumatlarına müraciət edək.
Təhmasib hicri 918-ci il zilhiccənin 26 (1513-cü il martın 3)-da
189
anadan olmuş, hicri 984-cü il səfərin 15 (1576-cı ilmayın 14)-də
vəfat etmişdir. Öz atasının hicri 930-cu il rəcəbin 19 (1524-cü il
mayın 24)-da erkən ölümü üzündə on yaşlı oğlan ikən taxta
çıxmışdı. Tamamilə təbiidir ki, o, qızılbaş tayfa başçılarının əlində
oyuncağa çevrildi və onların hakimiyyət, var-dövlət uğrunda qanlı
mübarizəsini acizanə surətdə müşahidə edirdi. Budaq Qəzvininin129
yazdığına görə, gənc Təhmasib elmlərə müvəffəqiyyətlə yiyələnirdi.
O, nisbətən qısa vaxtda müsəlman hüququnun (şəriyyə) və adi
hüququn (ürfiyyə) bütün incəliklərinə bələd olmuşdu. Xəttatlığa və
nəqqaşlığa böyük həvəsi olduğuna görə, hər birinin öz sənətində
“yeganə” olduğu görkəmli müəllimlər onunla məşğul olmağa cəlb
edilmişdilər. Xəttatlar – Molla Əbdi Nişapuri, Şah Mahmud
Nişapuri, Molla Rüstəm Əli Hərəvi, nəqqaşlar – Sultan Məhəmməd,
Behzad, Mirək İsfahani, Mir Müsəvvir və Dust Divanə məhz
belələrindən idilər. Şair Buk ül-işk bu münasibətlə belə bir beyt
demişdi:
Nə gözəl tərəqqi etdilər bişəkk,
Katib, nəqqaş, qəzvinli, bir də eşşək.
Budaq şerin mənasını belə izah edir: katibin (xəttatın) və
nəqqaşın adının çəkilməsi aydındır; burada qəzvinli ona görə
verilmişdir ki, onun vəkili Qazi Cahan Qəzvini olmuşdu; ulağın
xatırlanmasına gəldikdə isə tarixçi yazırdı: bu, ona görədir ki,
Təhmasib uşaq yaşlarında ulağın üstündə bir dəstə uşağı yığıb
onlarla gəzməyi və oynamağı xoşlayırdı
190
.
Artıq iyirmi yaşında ikən həddi-büluğa çatmış Təhmasib
qətiyyətlə dövlət işlərini öz əlinə aldı. Burada da onun dövlət və
siyasi xadim kimi qabiliyyəti özünü göstərdi. Müasir müəlliflər, bir
qayda olaraq hakimiyyətdə olmuş şahların şəxsiyyətinin təriflərlə
təsvir edirlər. I Şah Təhmasibin səciyyəsi bi baxımdan istisnalıq
təşkil etmir. Məsələn, Budaq Qəzvini şahın məziyyətlərini sayarkən
göstərir ki, ədaləti sayəsində “onun vəkilləri, vəzirləri, müstəvfiləri
və məmurların başqaların haqqını bir karat belə azaltmağa, yaxud
artırmağa imkanları qalmırdı. O, həftəni elə bölürdü ki, hər gün
müəyyən iş görülsün. Sədrlər, qazilər və fəqihlər işlərə şəriətlə
baxmaq üçün daim hazır olurdular. Onun fərmanı ilə
dəftərxanalarda hesablanan bütün məsvəflər (ixracat-i hükmi) ləğv
edildi. O, hər il təxminən 80 min tümənə çatan vilayətlər üzrə130
tamğanı onlara güzəşt etdi, rəiyyətdən 10-20 illik vergini almaqdan
imtina etdi. Bir sözlə, rəiyyət belə dinclik və əmin-amanlığı heç
vaxt görməmişdi. Və əgər hər hansı bir rəiyyət saraya hakimdən
şikayət edərdisə, sonuncu şikayətə baxıldıqdan sonra vəzifədən
azad edilirdi”. Budaq Qəzvini göstərir ki, Şah Təhmasib Osmanlı
Türkiyəsi, Hindistan və Mavəraünnəhr padşahlarına göndərilən
məktubların qaralamalarına şəxsən düzəlişlər edirdi. Təhmasin əlli
iki illik şahlığı dövründə ilbəil qışlaq və yaylaqları xatırlayırdı.
Özünün qeyri-adi yaddaşı ilə tanınmışdı. O, bütün əyanları (ərbab),
v əz i fə s a h i b lər i n i ( kə l ən tər a n ) və a d lı- s a n lı ş əx s lər i (ə şr a f ) a dı i lə
və üzdən tanıyırdı”. Ən təəcccüblüsü bu idi ki, şah ona xidmət edən
üç min nəfər qorçi və üç minə qədər yasavul, bukavul vəzifəli şəxs
və daxili mühafizəçilərin (qalaçı) hamısı haqqında, “hansının nə
vaxt mülazimliyə başlaması, yürüşlərdə hansı şücaət və igidlik
göstərdiyini və əvvəllər hansı xanın və sultanın yanında qulluq
etdiyini” bilirdi
191
.
Digər bir müasir – Həsən bəy Rumlu da qeyd edir ki,
Təhmasib yetkinlik yaşına çatdıqdan sonra “səhərdən axşama qədər
dövlət işləri ilə məşğul olur və bütün işləri özü görürdü. Belə ki,
vəkillər və vəzirlər onun icazəsi olmadan heç kəsə bir fəls belə verə
bilmirdilər”. O, vasvası dərəcəsində təmizkar, hər şeydən
şübhələnən adam idi və heç kimlə yemək – içməyi xoşlamırdı. O,
ömrünün son 20 ilində ata minməmişdi. Şah zahiri əlamətlərinə
görə hündürboylu, gərilmiş simalı, uzun əlli, sarı bənizli və saqqalı
tamam ağarmış bir şəxs idi”. Tarixçi davam edərək yazır:
“Döyüşçülər ona o qədər sadiq idilər ki, 14 il ərzində məvacib
verilmədiyinə baxmayaraq, heç kəs şikayət etmirdi”
192
.
Venetsiya səfiri Alessandri “tutqun baxışına, qalın
dodaqlarına və ağ saqqalına baxmayaraq, 60 yaşlı şahı üzünün
d ü z g ü n c i z g i lər i o l a n o r t a b o y l u ” b i r ş əx s k i m i təs v i r e d i r . “ O ,
bədbin xasiyyətlidir, öz sarayını 11 il ərzində tərk etməmişdir”
Sonra isə o, I Təhmasibi çox da cəsarəti olmayan, qanun və ədalət131
haqqında az, qadınlar və pul haqqında çox qayğı göstərən, “xırda
tacir məharəti ilə alan və satan” xəsis kimi səciyyələndirmişdir
193
.
Lakin buna baxmayaraq, venetsiyalının qeyd etdiyi ki, “şaha
münasibətdə xalqın ehtiram və məhəbəti ağlasığmazdır. Çünki
onlar ona şah kimi deyil, özlərinin böyük sitayiş obyekti, Əli
nəslinə mənsub olduğuna görə Allah kimi ehtiram edirlər”.
Alessandri, ilahiləşdirməyə qədər gedib çıxan, yalnız iri şəhərlərin
sakinləri ilə məhdudlaşmayan, həm şahın ailə üzvləri və saray
adamları, həm də dövlətin ucqarlarının əhalisi arasında da yayılan
bu ehtiramın qeyri-adi formaları haqqında məlumat verir
.
Həsən bəy Rumlunun sözlərinə görə, müsəlman
hökmdarlarıarasında öz hakimiyyətinin davamlılığına görə I
Təhmasib yalnız Fatimi xəlifəsi Müstənsir əl-Billahdan geri
qalırdı
.
Mənbələrdə I Şah İsmayılın dini islahatından başqa, digər
ictimai islahatları barədə məlumatlar yoxdur. Ola bilər ki, dövlətin
taranması və siyasi cəhətdən möhkəmlənməsi dövründə sosial
islahatlara xüsusi ehtiyac da hiss olunmamışdı. Lakin dövlətin
birliyini saxlamaq mənafeyi naminə I Şah Təhmasib üçün bəzi
ictimai-iqtasadi islahatların keçirilməsi obyektiv zərurət oldu. Onun
ən mühüm islahatı şəhər həyatının, ticarətin yüksəlişini ləngidən
tamğa vergisinin qəti ləğv edilməsi oldu. Onun vilayətlərdə şiə
əhalisinin vergi yükünü yüngülləşdirmək məqsədilə cəhd
göstərməsi, sui-istifadə hallarının qarşısını almaq üçün cərimələr
müəyyən etməsi, sikkə işi sahəsində islahatı və s. haqqında da
məlumatlar vardır
Kaydol:
Kayıtlar (Atom)