I Şah Təhmasibin həyatının son illərində sarayda vəziyyət.





Əyanlar arasında parçalanma
Ölkəni idarə etmək işinin bir hissəsini daha gənc qüvvələrin
öhdəsinə buraxmaq üçün, I Təhmasib öz oğlanlarından birinə -
Heydər Mirzəyə inzibati işlərin idarə olunmasını çox erkən etibar
etmişdi. 1571-ci ildə, 18 yaşı olanda Heydər Mirzəni Alessandri,
əslində bütün işləri idarə edən şah müavini
1
a d l a n dı r ır . Y aşc a
Məhəmməd Mirzə və İsmayıl Mirzədən kiçik olmasına
baxmayaraq, bu şərait tezliklə onda uzaq şöhrətpərəstliyin hisslərini
gücləndirmiş, taxt-taca iddialarının oyanmasına səbəb olmuşdu.
İskəndər bəy Münşinin yazdığı kimi, o, şahın rəğbətini ona görə
qazanmışdı ki, hər işdə atasının razılığı ilə hərəkət edirdi
2
.
Venetsiya səfiri Heydər Mirzəni alçaqboylu, lakin çox
yaraşıqlı bir şəxs kimi təqdim edir. O, bacarıqlı natiq, qəşəng və
mahir at çapan idi. Alessandrinin sözlərinə görə, o, adamların
müharibə haqqında söhbətlərini dinləməyi xoşlasa da, həddən artıq
zərif və demək olar ki, qadın təbiəti ilə özünü belə təmrinlərdən
ötrü yararlı saymırdı
3
. Dövlət işlərində onun təsir və rolu artmışdı.
Qardaş və bacıları ona nifrət edir, həsəd aparırdılar. Saray adamları
isə Heydər Mirzəyə hörmət edirdilər. I Təhmasibin ölümündən
sonra baş vermiş hadisələri araşdırmaq üçün, taxt uğrunda
mübarizənin nəticəsini müəyyən etmiş saraydaxili vəziyyət və
qüvvələr nisbəti üzərində dayanmaq zəruridir.
I Şah Təhmasibin 9 oğlu qalmışdı. Bunlar – İsa bəy Mosullu
Türkmanın qızı Sontanımın dünyaya gətirdiyi Məhəmməd Mirzə
və İsmayıl Mirzə; Şamxalın bacısından və çərkəz kənizlərindən
olan Süleyman Mirzə, Mahmud Mirzə və Əhməd Mirzə; gürcü
kənizlərindən doğulmuş Heydər Mirzə (onun barəsində yuxarıda133
danışıldı), İmamqulu Mirzə, Mustafa Mirzə və Əli Mirzə idilər
4.
.
Şahın sağlığında taxta kimin çıxacağı məsələsi ortaya
çıxmırdı. Lakin hicri 982 (1575)-ci ildə I Təhmasib ağır xəstələndi
və bu məsələ şah sarayındakı müzakirələrin başlıca mövzusuna
çevrildi





. Səfəvilərin sarayında ziddiyyətlər kəskinləşdi. Öz
namizədini taxt-tac varisi kimi irəli sürən qruplaşmalar yarandı.
Təhmasibin böyük oğlu Məhəmməd Mirzənin taxta sahib
olmaq hüququ şübhə doğurmurdu. Həqiqətdə isə ağır xəstəliyi
getdikcə güclənən korluğu üzündən onun imkanları çox cüzi idi.
İsmayıl Mirzə istisna olmaqla şahın qalan oğlanları azyaşlı idilər və
buna görə də hesaba alınmırdılar.
Güclü qızılbaş əyanlar qrupunun müdafiə etdiyi, həmçinin
yaxşı tanınan İsmayıl, Heydər Mirzənin ciddi rəqibi idi. Lakin artıq
iyirmi ilə yaxın bir müddətdə Qəhqəhə qalasında dustaqda olması
İsmayılın vəziyyətini xeyli mürəkkəbləşdirirdi
6
.
I I Şa h İs m a yıl a dı i lə t a nın a n İs m a yıl M i r zə o n d ö r d y aş l ı
gənc ikən siyasət meydanına atılmışdı. Hicri 954 (1547)-cü ildə
şahın qardaşı Əlqas Mirzə qiyam etdi. O, türk sultanının sarayına
üz tutdu və Şirvanın idarə olunması gənc İsmayıla həvalə
edildi.Qacar tayfasından olan Göyçəm Sultan onun tərbiyəçisi
(lələsi) idi
7
. Gənc şahzadə devrilmiş Şirvanşahlar sülaləsinin
nümayəndəsi olan Burhanla vuruşmada döyüş sınağından çıxdı.
Tezliklə İsmayıl Mirzə öz bəxtini Osmanlı sultanı I
Süleymanın o dövr üçün güclü sayılan ordusu ilə daha çətin
döyüşlərdə sınadı.Gənc şahzadənən sərkərdəlik ustedadı düşmənlə
döyüşlərdə özünü parlaq şəkildə göstərdi.Qızılbaş qoşunlarının
İsmayıl Mirzənin başçılığı altında Ərzurumun osmanlı hakimi,
lovğa İskəndər paşa üzərində hicri 969 (1552)-cu ildə qəti qələbəsi
türklərə dəhşətli təsir göstərdi. Bu döyüşdə İsmayılın həyata
keçirməyə nail olduğu taktiki manevrlə, yəni qəsdən geri çəkilmək
yolu ilə qızılbaşklar rəqiblərini qaladan kənara çıxardılar. Açıq
sahədə İskəndər paşanın qoşunları mühasirəyə alındı, darmadağın134
edildi. Türk sultanın bir sıra adlı-sanlı əyanları əsir alındı
8
.
İsmayılın bu parlaq qələbəsi ona məğlubedilməz sərkərdə
şöhrəti gətirdi. O, özünün cəsarətli, sürətli həmlələri ilə türkləri
dəhşətə saldığı üçün onu “Dəli İsmayıl” adlandırmışdılar
9
. Hətta
iyirmi il keçdikdən sonra da İsmayılın hünərləri haqqında rəvayət,
Azərbaycanda hələ də yaşamaqda və adətən belə hallarda olduğu
kimi, hədsiz dərəcədə bəzək-düzək vurulmaqla qalmaqda davam
etmişdi. Belə ki, ingilis taciri Cefri Deket 1574-cü ildə məlumat
verirdi ki, İsmayılın İskəndər paşa ilə döyüşü zamanı guya 100
minə yaxın osmanlı həlak olmuşdu
10
.
1555-ci ildə Amasyada Osmanlı-Səfəvi müharibələrində
uzun sürən fasilə yarananda, I Şah Təhmasib Qarabağdan Təbrizə
qayıtdı və sülh bağlanmasını bayram etməyi, türklərlə müharibənin
qəhrəmanını layiqincə alqışlamaq qərarına gəldi. İskəndər bəy
Münşi yazır: Təbrizdə elə bir bayram keçirildi ki, o indiyə kimi
qızılbaşların dilindən düşmür
11
. Oradaca İsmayılın Şah Nemətulla
Yəzdinin qızı ilə təntənəli toyu oldu
12
. Iskəndər
bəy Münşi yazır: “Lakin o, şahın xeyirxahlığına və mərhəmətinə
nankorluq göstərdi və möhtərəm atasının bəyənmədiyi çoxlu
əməllərə yol verdi”
13
. Tarixçi bildirir ki, bunun nəticəsində şah,
şahzadənin sarayda qalmasını mümkün saymır və onu, öz böyük
qardaşı Məhəmməd Mirzəni hakim kimi əvəz etmək üçün hicri 963
(1556)-cü ildə Herata göndərir.
İskəndər bəy Münşi qeyd edir ki, şahın əmri ilə Əli Sultan
Təkəli İsmayılı Herata çatdırmalı və şahzadə Məhəmmədi isə özü
ilə şahın yanına, saraya gətirməli idi.Əli Sultan Məhəmmədlə
Heratdan qayıdanda, şahın olduğu Savucbulaqdan bir qədər aralıda
şah qorçilərindən biri onu ölüncəyədək döyür. İskəndər bəy Münşi,
bu qəddarcasına divanın səbəbini açmadan bunu göstərməklə
kifayətlənir ki, İsmayılı Herata müşayiət edərkən o, şah tərəfindən
verilmiş göstərişləri yerinə yetirməmişdi.135
Əli Sultanın günahının nədən ibarət olduğunu V.Hins
Məhəmməd Tahir Qəzvininin “Xülase-yi məqal) materiallarını
tədqiq etməklə açır.
Əli Sultan İsmayılı Xorasana müşayiət etdiyi zaman şahdan
m ək t u b a l mı ş d ı k i , o n u Mə h əm məd M i r zən i n lə l əs i , H e r a tən əm i r





əl-ümərası Məhəmməd xan Şərəfəddin oğlu Təkəliyə şəxsən
təqdim etsin. Məktubda yazılmışdı ki, İsmayıl Mirzə hər işdə yalnız
əmirin razılığı və təqdir etməsi ilə fəaliyyət göstərməli, tamamilə
onun himatəsi altında olmalıdır. Əli Sultan, İsmayılı məktubun
məzmunu ilə tanış etdikdən sonra onu əmirdən gizlətdi.
Məhəmməd xanın şahın məktubunu ona vermək tələblərinə Əli
sultan soyuqqanlıqla cavab verdi ki, o, I Təhmasibin şifahi əmrini
ona çatdırmalıdır. Həmin əmrə görə isə əmir və onun oğlanları hər
işdə şahzadəyə tabe olmalıdırlar. Məhəmməd xanın bilavasitə şaha
məktubla müraciət edərək onu hər şeyi olduğu kimi xəbərdar
etməkdən başqa çarəsi qalmadı. Şah, Əli Sultanı geri çağırdı.
Beləliklə, Əli Sultan İsmayıl Mirzəyə sədaqətini öz həyatı bahasına
nümayiş etdirdi. Bununla belə, İsmayıl Heratda öz lələsi
Məhəmməd xanı dövlət işlərində iştirakdan uzaqlaşdıraraq bütün
məsələləri özbaşına həll edirdi
14
. Məsələn, Alessandri göstərir ki,
İsmayıl şahdan soruşmadan vilayətlərin hakimlərinə məktublar
göndərərək onlardan dərhal qoşun toplamaöı və Amasya
müqaviləsini pozmaqla Osmanlı vilayətlərinə yürüşə başlamağı
tələb etmişdir
15
. Buna bənzər məlumatlar dogər Avropa mənbələri
ilə də təsdiq olunur.
Dövlət işlərindən uzaqlaşdırılmış və təhqir olunmuş
Məhəmməd xan şaha onun oğlunun davranışı barədə məlumat verir
və onun geri çağırılmasını xahiş edir. Eyni zamanda şaha böyük
təsiri olan vəzir Məsum bəy Səfəvi, sultana qarşı yürüş etmək üçün
qoşun toplamaq barədə çağırışla İsmayılın vilayət hakimlərinə
göndərdiyi bir neçə məktubu ona göstərir. Şah doğma qardaşları
Əlqasın və Samın ona vurduqları ağır zərbələri hələ136
unutmadığından, belə təhlükəli itaətsizlik əlamətlərini təqdir edə
bilməzdi. Habelə oğlunun qızılbaş döyüşçüləri arasında necə
məşhur olduğu da şaha yaxşı məlum idi. Belə fərz etmək də
məntiqidir ki, I Təhmasin İsmayılın onu taxtdan kənar edib yerini
tuta biləcəyindən də ciddi surətdə qorxurdu
16
.
İsmayılın gələcək fəaliyyətindən ehtiyat edən I Təhmasib,
dərhal özünün hərbi dəstəsinin rəisi (qorçibaşı) Sevindik bəy Əfşarı
İsmayılı vəzifədən kənar etmək əmri ilə Herata göndərdi. Onun
yerinə Məhəmməd Mirzə yenidən Herat hakimi təyin olundu.
Sevindik bəy İsmayılla Təbəs və Yəzddən keçib savəyə gəldi
17
.
Burada Məsum bəyə təhvil verilən İsmayılı onun əmrilə Qəhqəhə
qalasına salırlar
18
. Məhəmməd Tahir Qəzvini məlumat verir ki,
İsmayılın saraydakı fəal tərəfdarları - Həmzə bəy Rikabdarbaşı,
Xeyir Mirək, Süleyman bəy bu zaman artıq cəzalandırılmışdılar
19
.
Şahzadəyə yaxın olan Şahrux bəy Tatı oğlu İstəxr qalasına
atılmışdı
20
. İsmayıl
19 il 6 ay və 21 gün
21
həbsdə əziyyət çəkmişdi. O, iyirmi dörd
yaşında, qüvvə və bacarığının yüksəliş çağında qalanın
astanasından içəri adlayaraq, oradan mənəvi və fiziki cəhətdən
sarsıdılmış halda, yalnız qırx üç yaşında çıxa bilmişdi. Bu zindan
İsmayılın qəlbində sağalmaz iz buraxmış və onun gələcəkdə
qısamüddətli hakimiyyəti zamanı törətdiyi qeyri-insani
qəddarlıqlarda ifadəsini tapmışdı.
İsmayıl Qəhqəhə qalasında olduğu zaman baş vermiş hadisə
- I Şah Təhmasibin ölümü, saraydakı həyəcanları və əyanlar
arasındakı parçalanmanı əvvəlcədən müəyyən etmişdi.
Şərəfxan Bidlisinin xəbər verdiyi kimi, hicri 979 (1571-
1572)-cu ildə Qəhqəhə qalasından qızıl və gümüş külçələr yoxa
çıxmışdı
22
. Qala rəisi Həbib bəy Ustaclı Külçələrin yoxa
çıxmasında şahzadəni günahlandırdı. İsmayıl isə bu işdə Həbib
bəyin qızının təqsirkar olduğunu söyləyirdi. İşi yerindəcə təhqiq
etmək üçün şah bir dəstə qızılbaş əmirini qalaya göndərdi.137
H ü s e y n q u l u Xəl i fə R u m l u və Q u m h a k i m i Vəl i Xəl i fə Şa m lı
şahzadənin tərəfini saxladılar. Buna baxmayaraq, ustaclı tayfasının
nümayəndəsi Pirə Məhəmməd xan və Qaradağ hakimi Xəlifə Ənsar,
Həbib bəyin tərəfində durub onun ittihamını müdafiə etdilər. Onlar
Qəzvinə qayıtdıqdan sonra şahın qarşısında bir-birinin üzərinə
hücum etdilər. Şərəfxan yazırdı: “Elə həmin gündən qızılbaş
tayfaları arasında düşmənçilik başlandı”
23
. 1575-ci
ildə I Təhmasib ilk dəfə xəstələnərkən sarayda dərhal yaranmış
gərginlik və taxt uğrunda mübarizə barəsində, biz yenə də İskəndər
bəy Münşidən məlumatlar əldə edirik.O, xəbər verir ki, xəstəlik
günlərində saray əyanları iki dəstəyə bölünmüşdü və onlardan da
hər biri taxta öz namizədini oturtmaq istəyirdi. İskəndər bəy
Münşinin sözlərinə görə,”hərbçilər və rəiyyət sırasında xalqın
ək sər i y yət i İs m a yıl M i r zən i n tə r əf d a r l a rı i d i ” . O v a x t m ü h ü m
dövlət vəzifələri tutan Murad xan süfrəçi, Hüseyn bəy Yüzbaşı, Piri
bəy, Məhəmməd bəy əmiraxurbaşı və Allahqulu Sulatn Aycək oğlu
kimi ustaclı əmirləri Heydər Mirzənin hüquqlarını qorumaq üçün
birləşdilər. Öz atasından sonra Heydər Mirzənin lələsi olmuş
Məsum bəy Səfəvinin oğlu Sədrəddin xan yubanmadam şeyxavənd
tayfası və gürcü əyanları ilə əlaqəyə girərəkqəyyumluğu altında
olanın hüquqları uğrunda mübarizədə onlarla anda əsaslanan ittifaq
bağladı.
İsmayılın mənafeyini müdafiə edən dəstədə Hüseynqulu
X əl i fə R u m l u , Əm i r a s l a n S u l t a n Ə f şa r , H e y dər S u l t a n Ç a b u k
Türkman birləşmişdilər. Əfşar, rumlu və türkman tayfaları tam
heyətdə onun tərəfdarları sıralarına daxil idilər. Təhmasibin kəskin
ağıl və qabiliyyət sahibi olan süvimli qızı, dövlət şurasına buraxılan
yeganə şahzadə xanım, Pərixan xanım da İsmayılın fəal tərəfdarı
idi
24
.
Lakin bu dəfə I Təhmasib hər iki dəstənin ümidini qırdı və
öz həkimi Mövlana Qiyasəddin Əli Kaşinin Məharəti sayəsində
sağaldı
25
. Pərixan xanımın anası qızının tapşırığı ilə şahı Heydər138
Mirzəyə qarşı qaldırmaq üçün, onun tərəfdarlarının fitnə-fəsadları
barədə dərhal şaha məlumat verdi. Lakinntəzəcə sağalmış I
Təhmasib əyanların hiylələrinə əhəmiyyət vermədi.
Maraqlıdır ki, I Təhmasib öncə Qəhqəhədə olan oğlunun
həyatını mühafizə etmək qayğısına qaldı. Şah qorxurdu ki,
qaradağlı tayfasının başçısı (rişsəfidi), Heydər Mirzənin qatı
tərəfdarı və həmin tayfadan olan Qəhqəhə qalasının rəisi Xəlifə
Ənsarın qohumu – Fərruxzad bəy eşikağasıbaşı öz qohumunun
vasitəsilə köməksiz İsmayılın öldürülməsini təşkil edə bilərdi.
Təhmasib bunun qarşısını almaq üçün əfşar tayfasından oaln
qorçilər dəstəsini Qəhqəhəyə göndərdi. Şahın bu tədbiri İsmayılın
tərəfdarlarının gücünü artırdı.
Bundan əlavə, I Təhmasib paytaxtda ustaclı tayfasının
mövqelərini bir qədər zəiflətməyi qərara aldı. Bu məqsədlə o,
arabir onların nüfuzlu nümayəndələrini müxtəlif tapşırıqlarla
əyalətlərə göndərirdi. Məsələn, Murad xan Qocur qalasını ələ
keçirmək tapşırığı aldı və Rüstəmdara hərəkət etdi. Piri bəy Rey
hakimi təyin edildi və ora yola düşdü. Şah, Hüseyn bəy yüzbaşını
da II Səlimin vəfatı və onun oğlu III Muradın taxta çıxması ilı
əlaqədar qızılbaş nümayəndə heyətinin başçısı kimi İstanbula
göndərnək istəyirdi. Lakin o, Məşhəddə İmam Rzanın müqəddəs
məqbərəsini ziyarət etmək bəhanəsi ilə bu tapşırıqdan
26
imtina etdi.
Hüseyn bəy qorxurdu ku, onun burada olmadığı vaxtlarda sarayda
vəziyyət İsmayılın xeyrinə dəyişə bilər. Lakin tezliklə şah tərəflərin
fitnələrinə laqeyd qaldı. Bu vaxt şahzadə Mustafa Mirzənin lələsi
Nəzər Sultan Ustaclı vəfat etdi və onun əvəzinə Hüseyn bəy
y ü z b aş ı qəy y u m təy i n e d i l d i . İs kən dər bəy M ü nşi q e y d e d i r k i ,
bundan sonra “qızılbaş tayfaları arasında ədavət və fitnə-fəsad
alovu” bir qədər söndü.
1576-cı il 14 may qanlı hadisələri139
1576-cı il mayın əvvəlində I Şah Təhmasib yenidən yatağa
düşdü. Şahı müayinə edən saray həkimləri əvvəlcə buna əhəmiyyət
vermədilər. Lakin mayın 13-dən 14-nə (səfərin 15-i)
27
keçən gecə I
Təhmasib özünü çox pis hiss etdi: hərarəti kəskin surtdə artdı və o,
gücdən düşməyə başladı. Paytaxtda olan bütün oğul və qızları,
həmçinin də saray adamları xəstənin başına yığıldılar. Gecəyarısı
şah birdən-birə hamıya getməyi əmr etdi. Şahzadə Heydər istisna
edilməklə hamı evinə dağılışdı.
İskəndər bəy Münşi yazır ki, Heydər Mirzənin şahın
yanında qalması haqqında iki rəvayət vardır. Bəziləri deyirlər ki, o,
şahın əmrilə qalmışdı. Əlbəttə, I Təhmasibin ölümünün ertəsi günü
ortaya çıxarılan, guya şahın vəsiyyətnaməsi olan kağıza görə, o,
şahzadə Heydəri öz xələfi təyin etmişdi. Lakin salnaməçilər
göstərirlər ki, vəsiyyatnamə saxta idi və onu şahzadənin özü tərtib
etmişdi





.
Digərləri (bunlar həqiqətə daha yaxındırlar) iddia edirlər ki,
Heydərin anası öz oğlunun saraydan kənarda düşmənlərdən ziyan
görə biləcəyindən ehtiyat edərək onu qalmaq üçün dilə tutmuşdu. O,
o ğl u n a d e m işd i k i , a t a nın h a lı g e t d i k cə p i s lə şi r . Ç o x g ü m a n k i , o ,
bu gecə həyatla vidalaşacaq. Sən atanın varisisən, padşahın taxttacını qoyub hara getmək istəyirsən? Sən dövlətxanada qalmalısan
və həmin dəhşətli hadisə baş verən kimi, atanın tacını başına qoyub
Çehelsütundakı xoşbəxtlik sarayında Əlahəzrət xalçası üzərində
əyləşərsən. Ana Heydəri inandırırdı ki, qiyam baş verəcəyi halda
sarayda xəzinəyə və cəbbəxanaya sərbəst daxil ola bildiyin üçün
qızıl hərisi olan yüzbaşıları, qorçiləri və mühafizə dəstəsini ələ
almaqlataxt-tacı özündən ötrü təmin etmiş olarsan. Şahzadənin
tərəfdarları saraya gəlib çatanda və taxta çıxmaq gerçəkləşəndə
İsmayıl Mirzənin tərəfdarlarının yeni şaha özlərinin itaətini
bildirməkdən başqa çarəsi qalmayacaqdırı Anasının dəlillərini
dinləyən şahzadə sarayda qaldı. 1576-cı il mayın 14-də səhər şah
vəfat etdi
29
.V.Hins I Şah Təhmasibin ölümqabağı davranıpşını140
“ziddiyyətli və ikibaşlı” adlandırır. O, yazır: “Şah bir tərəfdən
şahzadə İsmayılın Qəhqəhədəki şəxsi mühafizəsi qayğısına qalırdı.
D i gər tə r əf dən də o n u n ö z səf i r i T o x m a q x a n U s t a c lıy a v e r m iş
olduğu şahzadə Heydərin maneəsiz taxta varis olması haqqında ,
qayğı göstərməyi tələb edən məktubu ortaya çıxdı”
30
. Sonuncu
məlumatı farsdilli mənbələr təsdiq etmir. Daha çox ehtimal olunanı
budur ki, I Təhmasib özünün tezliklə öləcəyinə inanmadığından
heç bir vəsiyyətnamə tərtib etməmişdi. Bununla da şah qeyriiradi,ölümündən dərhal sonra qiyamın baş verməsinə şərait
yaratmışdı.
Deməli, sarayda qalmış Heydər Mirzə arzu etdiyi məqsədə
çatdığına əmin idi. O, səhər hətta atasının tacını başına qoymuş,
qılıncını belinı bağlamışdı
31
. Lakin hər şey onun istəyinin əksinə
oldu.
Öncə aydın oldu ki, həmin gecə sarayın mühafizəsini
hərəmxana yüzbaşısı Vəli bəy Əfşarın rəisliyi ilə rumlu, əfşar,
qacar, bayat və varsaq
32
tayfalarından olan qorçilər aparırdılar. Bu
tayfalar şahzadə İsmayılın tərəfdarları idilər. Şahın vəfatı xəbəri
alınan kimi onlar saraya bütün giriş və çıxışları bağladılar. İskəndər
bəy Münşinin sözlərinə görə, “ağılsız qadının məsləhəti ilə hərəkət
edən şahzadə sarayın içərisində qalaraq, tərəfdarları və ardıcıllarını
saraydan kənarda qoymuşdu”
33
. Beləliklə, Heydər Mirzə öz
tərəfdarlarının köməyindən məhrum oldu. Düşmənlərinin əlində
əsirə çevrildi. Digər tərəfdən də o, İsmayılın tərəfdarı olan bacısı,
onu aldatmağa nail olmuş ağıllı, lakin hiyləgər Pərixan xanımı
zərərsizləşdirə bilmədi. Pərixan xanım həmin səhər özünü şahın
hərəmxanasında Heydərin əsiri kimi görəndə saraydan çıxmağın və
qardaşının planlarının həyata keçməsinə mane olmağın yeganə yolu,
belə işlərdə usta olduğu riyakarlıq və yalandan ibarətdir. O, dərhal
Heydərin yanına gəldi, özünü məharətlə itaətkar və yaltaq cildinə
saldı. Həyəcanla, əgər o düşüncəsizliyi üzündən hər hansı qəbahətə
yol vermişsə, qardaşından onu – “ağılsız qadını” bağışlamağı xahiş141
edərək əmin etdi ki, bundan sonra qardaşına fədakarlıqla xidmət
edəcək və keçmiş dostluq münasibətlərinin bərpa olunmasına
çalışacaqdır. Bu zaman o, qardaşına tərəf atılıb onun ayaqlarından
öpdü və burada duran anaya üzünü tutaraq dedi: “Şahid ol,
Əlahəzrəti taxta çıxdığına görə təbrik etmək və onun ayaqlarını
öpməkdə heç kəs məni qabaqlamadı”
34
.
B u n d a n s o n r a o , q u r a n a əl b a s a r a q a n d i ç d i və g u y a ö z
qardaşı şahzadə Süleymana və dayısı Şamxala bu yeniliyi
bildirmək və onları da xidmət etmək üçün saraya gətirməkdən ötrü
evə getməyə icazə istədi. Sadəlövh və hər şeyə inanan Heydər öz
bacısının səmimiyyətinə inandı və bununla da özünü məhvə
məhkum etdi.
Getmək icazəsi alan şah qızı Pərixan xanım tələsik
hərəmxana bağından saray meydanına (“Meydan-i əsp”)aparan
gizli otağın qapısını öz açarı ilə açıb dayısı Şamxalı son hadisələrlə
tanış etdi.
Sarayda qalan şahzadə Heydər yüzbaşıları, qorçiləri,
eşikağalarını, saray mühafizəsinin nümayəndələrini, saray
adamlarını qızıl və hədiyyələrə qərq etdi və onların hamısına nə isə
vəd etdi. Lakin onun öz tərəfdarları ilə qovuşmaq üçün saray
mühafizə dəstəsini ələ almaq cəhdləri boşa çıxdı. İskəndər bəy
Münşi yuxarıda adı çəkilən Vəli bəy Əfşarın sözləri ilə deyir ki,
şahzadə Heydər həmin səhər Vəli bəy Əfşara, qorçilərəqapıları
açmaq və onun tərəfdarlarını içəri buraxmaq əmrini verərsə,
Kirmanın idarəsini və qorçibaşı vəzifəsini təklif etmişdi. Vəli bəy
qapılara qədər getdikdən sonra şahzadənin yanına qayıtmış və
demişdi ki, “vicdansız” qorçilər heç kimin nə saraya girməsinə, nə
də saraydan çıxmasına razı deyllər. Belə olduqda, şahzadə qılıncına
əl ataraq özünü öldürmək istədi, lakin anası çığıraraq özünü ona
tərəf atıb buna mane oldu. Şahzadə geriyə dönüb hərəmxanaya
girdi və o günün axırına kimi hərəmxana binasına “gah daxil oldu,
gah da çıxdı”
35
. I Şah142
Təhmasibin ölüm xəbəri (onu gizlətmək üçün göstərilən bütün
cəhdlərə baxmayaraq) paytaxtda yayıldı və mayın 14-də səhər
şahzadə Əhmədlə birlikdə Əmiraslan xan Əfşar, həmçinin
Məhəmməd Mirzə, Hüseynqulu Xəlifə Rumlunun evinə gəldilər.
İsmayılın ardıcılları bura yığıldılar.
Şe y x a vən d , u s t a c lı t a y f a l a rı, g ü r c ü lər və H e y dər i n d i gər
tərəfdarları – Məsum xan Səfəvi, Həmzə Sultan Talış, Seyid bəy
Kəmunə, Əlixan bəy (gürcü), allahqulu xan Aycək oğlu Ustaclı
Hüseyn bəy yüzbaşının evinə toplaşdılar. Şahzadə Mustafa və
Bəhram Mirzənin oğlu İbrahim Kirzə buraya gəldilər.
Heydər Sultan Çabuk Türkman, Qulu bəy Əfşar,
Məhəmmədqulu Zülqədər möhrdar, Mirzə Əli Sultan Qacar və
Heydərin tərəfdarları öz evlərində oturub hadisələrin sonrakı
gedişini gözləyirdilər. Onlar öz qüvvələrinə arxayın idilər və
mübarizənin nəticəsi üçün o qədər də narahat deyildilər. Onlar
saraya daxil olub şahzadə Heydəri taxta çıxarmaq, mane olanları
isə məhv etmək barədə düşünürdülər
36
.
Onlar belə hesab edirdilər ki, İsmayıl onların tərəfdarı
Xəlifə Ənsar Qaradağlının etibarlı mühafizəsi altındadır və Heydər
taxta çıxdıqdan sonra yeni şahın göstərişi ilə birgə hərəkət edərlər.
O n l a r d a n bəz i lər i e h t i y a t e d i r d i k i , s a r a y a h ü c u m e d i l d i y i h a l d a
şahzadənin tərəfdarları ona kömək etməyə gəlib çatanadək qorçilər
şahzadəni qətlə yetirə bilərlər. Onlar tez-tez öz qərarlarını
dəyişirdilər. Nəhayət, bu fikrə gəldilər ki, həmin gecə sarayın
mühafizəsi ustaclı tayfasından olan qorçilərə keçəcək, ona görə də
axşama qədər gözləmək lazımdır. Allahqulu Aycək oğlu saraya
getməməyi, qəflətən Hüseynqulu Xəlifənin evinə soxulmağı və
İsmayılın bütün tərəfdarları ora toplaşanadək onu öldürməyi,
dəstəsini isə dağıtmağı təklif etdi. O inandırırdı ki, bu xəbər saraya
çatan kimi saray mühafizəçilərinincanına qorxu düşəcək və onlar
qapıların mühafizəsindən əl çəkərək, bizim tərəfimizə keçəcəklər.
Bu zaman ağıllı, tədbirli və təcrübəli şəxs olan Hüseynqulu143
Xəlifə Rumlu, Heydərin tərəfdarlarının onun evinə hücum
edəcəklərindən çox ehtiyat edirdi. O, öncə Budaq Rumlu və
Şahqulu Sultan Təbət oğlu Zülqədər adlı iki ağsaqqalı barışıq
haqqında danışıqlar aparmaq, düşmənçilik fəaliyyətininn qarşısnı
almaq üçün Hüseyn bəyin yanına göndərdi. Qarşı tərəfə ittifaq
bağlamaq təklis edilirdi. Təklifdə, əvvəlcə mərhum şahı dəfn etmək,
sonra isə hər iki tərəfin ağsaqqallar şurasında hansı namizədin öz
şəxsi keyfiyyətlərinə görə mərhum şahın yerini tutmağa daha çox
layiq olması məsələsini sakit şəraitdə müzakirə etmək arzusu ifadə
olunurdu. Hüseynqulu Xəlifə yaxşı bilirdi ki, danışıqlar faydasızdır,
lakin onları oraya vaxt qazanmaq üçün göndərmişdi.
O, həmçinin öz adamını şəhərdən bir fərsəx uzağa
göndərmişdi ki, çaparaq şəhərə daxil olub İsmayılın “gəlməsi”
xəbərini xalqa çatdırsın. Günorta çağı qan-tər içində bir atlı şəhərə
d ax i l o lub xəb ər v e rd i k i , İsm ayıl M i r zə t e z l ik lə ş əh ə r ə gə l ə c ək . O ,
belə bir şayiə yaydı ki, mərhum şah on iki gün əvvəl gizlicə
şahzadə İsmayılın ardınca adam göndərmişdir və onu tezliklə
şəhərə çatdıracaqlar. Paytaxt əhalisi təşvişə düşdü və şəhərlilərin
böyük dəstəsi Hüseynqulu Xəlifə Rumlunun evinə yollandı. Bu
xəbər Heydərin tərəfdarlarını ruhdan saldı və onları çaşdırdı. Lakin
axşama yaxın aydın oldu ki, bu xəbər yalandır və fərasətli
Hüseynqulunun kələyidir.
Öncə mübarizədən kənarda qalmış bir sıra əmirlər (məsələn,
Məhəmmədqulu Xəlifə möhrdar, Heydər Sultan Çabuk Türkman)
Hüseynqulunun evinə gələrək İsmayılın tərəfdarlarına qoşuldular.
Heydərin ardıcıllarının sırasında çaşqınlıq müşahidə olunurdu.
Məsələn, mayın 14-də, axşam Hüseyn bəy yüzbaşı və Heydərin
digər ardıcılları nəhayət, saraya doğru hərəkət etməyi qərara aldılar.
Lakin yola çıxdıqdan az sonra şahzadə İbrahim (Bəhram Mirzənin
oğlu) onlarla getməkdən imtina etdi və evinə qayıtdı. Allahqulu
S u l t a n A y cək oğl u U s t a c lı d a o n u n k i m i hə r ə k ət e t d i . Təb i i d i r k i ,
bu, Heydərin dəstəsində ruh düşgünlüyünə səbəb oldu. Hüseyn bəy144
əvvəlcə saraya baş küçə ilə hərəkət edirdi. Lakin onlar Xəlifə
Möhrdarın, Qulu bəy Əfşarın evinə çatanda damlardan güllə,
kamanlardan ox yağdıraraq onların yolunu kəsdilər. Hüseyn bəy
atışmaya fikir verməyib xəzinə binasının arxa tərəfindən keçən
küçəyə tərəf döndü. Qarətçilərin basqın etdiyini güman edən
mühafizə dəstəsi onlara atəş açdı. Belə olduqda Hüseyn bəy
qışqırdı: “Biz heç kimdən ötrü vuruşmaq istəmirik. Sarayda
növbəni dəyişməyə gedirik. Bizdən nə istəyirsiniz?”. Bunu eşidən
mühafizə dəstəsi atışmanı dayandırdı və Hüseyn bəyin dəstəsinə
yol verdi. Saraya çatan dəstə qapıların bağlı olduğunu və
maneələrin qurulduğunu gördü. Bu vaxt onlar məlumat aldılar ki,
Hüseynqulu Xəlifə öz adamları ilə baş küçə ilə hərəkət edir və
hərəmxana bağına bitişik olan “Meydan-i əsp”ə gəlib çatmışdır.
Gördüyümüz kimi Heydərin tərəfdarları ehtiyat edirdilər. Ehtimal
edilir ki, qarşı tərəf hərəmxananın bağına soxulub şahzadəni
öldürmək istəyirdi. Hüseyn bəy qapıları sındırıb saraya daxil ola
b i l d i . B u v a x t şa h z a də H e y dər hə r əm x a n a d a i d i . O , b i n a d a
vurnuxur, çıxış yolu axtarırdı. Lakin bütün qapılar möhkəm
bağlanmışdı. Heydərin ardıcılları şah yeməkxanasına soxulub,
sarayda otaqdan – otağa keçərək “Şah Heydər” deyə çağırırdılar. O
biri tərəfdən də Hüseynqulu Xəlifə Rumlu öz adamları və Şamxalla
birlikdə hərəmxananın bağının qapısını açdı. Bütün künc-bucaq
ələk-vələk edildi. Heydəri axtarmağa başladılar. Düşmənlərin
yaxınlaşdığını görən Heydər qızılbaşların şahın hərəmxanasına
girməyə cəsarət etməyəcəkləri ümidi ilə yenidən qadınların
otaqlarına soxulub anasının yanında əyləşdi. Lakin onun bütün
ümidləri puça çıxdı. Qızılbaşlar hərəmxanaya soxulub şahzadənin
onlara verilməsini tələb etdilər. Şahzadə hərəmxananın qulluqçuları
və qadınlarına qarışdı. O, qadın paltarı geyinərək hərəmxananı tərk
etdi.
Hərəmxana eşikağalarından biri Əli bəy Şamlı başqa bir
binaya yollanarkən şahzadəni tanıdı və ucadan qışqırdı: “Sizin145
axtardığınız bax budur!”. Cəmşid bəy Çərkəz(şahzadə Süleymanın
qulamı) və Vəlixan bəy yüzbaşı Rumlu şahzadənin üzərinə
atıldılarvə onu kənara çəkdilər. Gəncin başı Hüseynqulu Xəlifə və
Şamxalın işarəsi ilə elə oradaca kəsildi. Nəhayət, gürcü dəstəsi ilə
Heydərin dayısı Əlixan bəy və Zal bəy hərəmxananın qadınlarına
gəlib yetişəndə, şahzadənin qana bulaşmış başı hərəmxana
eyvanının üstündən istehzalı çığırtılarla onların ayaqları altına
atıldı: “Alın, bu da sizin şahın başı”. Heydərin ardıcılları baş
vermiş hadisədən sarsıldılar. Onlar tələm-tələsik sarayı tərk etdilər
və pərakəndə surətdə dağılışdılar. Hamı tərəfindən tərk edilmi.
Hüseyn bəy yüzbaşı və şahzadə Mustafa Luristana qaçdılar
37
.
Həmin axşam qızılbaş dəstəsi şahzadə İsmayılın arxasınca
Qəhqəhə qalasına göndərildi. Şahzadə Heydərin faciəli ölümündən
sonra bir çox ustaclı əmirləri İsmayılın ardıcılları tərəfinə keçdilər.
Onlar da Qəhqəhə qalasına doğru hərəkət etdilər.
Ertəsi gün, mayın 15-də, səhər əmirlər və şahzadələr saraya
toplaşdılar.14 may hadisələrində iştirak etməmiş İbrahim Mirzə və
Allahqulu Sultan Aycək oğlu da ora gəlmişdilər. Zal bəy (gürcü),
Həmzə bəy Talış və həlak olmuş şahzadənin digər tərəfdarları
evlərindən çıxarıldılar, edam edildilər. I Təhmasibin həkimi
Əbunəsr Gilani şahı zəhərləməkdə və şahzadə Heydərə rəğbət
göstərməkdə ittiham edildi. O, 14 may hadisələri zamanı saraydakı
buxarıların birində gizlənmişdi. Lakin qorçilər onu oradan çıxarmış
və tikə-tikə doğramışdılar. Heydərin darmadağın edilmiş
tərəfdarlarının əmlakı qızılbaşlar tərəfindən müsadirə olundu
38
.
Bu qələbədən sonra hakimiyyət Pərixan xanımın və qızılbaş
əyanları arasında nüfuzu əhəmiyyətli dərəcədə artmış Hüseynqulu
Xəlifə Rumlunun əlinə keçdi. Cümə günü Qəzvinin baş məscidində
əmirlərin, şahzadələrin və camaatın iştirakı ilə təntənəli şəraitdə
şahzadə İsmayılın taxta çıxması şərəfinə xütbə oxundu.
Bu günlərdə hakimiyyət tamamilə Pərixan xanımın əlində
c əm lən m işd i . “ H e ç k i m Pər i x a n x a nı m ın əm r i və h ö k m ü n dən146
çıxmağa cürət etmirdi”.
İndi isə 1576-cı il 14 may hadisələrinə qiymət verməyə
cəhd göstərək.
V.Hins bu məqsədlə yuxarıda təsvir
olunanhadisələrdə, hakimiyyət uğrunda mübarizə aparan hər iki
dəstənin tərkibi haqqında aşağıdakı məlumatları ayırmışdır:
HEYDƏRİN DƏSTƏSİ
Hüseyn bəy – u s t a c lı t a y f a sı n ın ən n ü f u z l u əm i r i , şa h z a də
Mustafanın tərbiyəçisi (lələsi), bu dəstənin başçısı.
Zal bəy – gürcü sərkərdəsi, şahzadə İmamqulunun dayısı.
Əlixan bəy – gürcü zadəganı, şahzadə Heydərin dayısı.
Murad xan, Piri bəy, Məhəmməd bəy – sarayda vəzifələri
olan ustaclı əmirləri.
Allahqulu Sultan Aycək oğlu – nüfuzlu ustaclı rəislərindən
biri.
Xəlifə Ənsar Qaradağlı – Qəhqəhə qalasının rəisi, şahzadə
İsmayılın zindanbanı.
Həmzə Sultan – talışların rəisi.
Sədrəddin xan – I Təh m a s i b i n vəz i r i Məs u m bəy Sə f əv i n i n
oğlu, şeyxavənd tayfasının (nəslinin) ağsaqqallarına mənsub idi.
Şahzadə Heydərin lələsi kimi öz atasını əvəz etmişdi.
Seyid bəy Kəmunə - nüfuzlu şiə ruhanisi.
Ustaclı tayfası, gürcülər, şayxavənd tayfası və talışlar.
İSMAYILIN DƏSTƏSİ
Hüseynqulu Xəlifə - rumlu tayfasının çox güclü və hiyləgər
rəisi, bu dəstənin başçısı.147
Şamxal Sultan – sarayda çərkəz hərbi dəstəsinin başçısı,
şahzadə Pərixan xanımın və şahzadə Süleymanın dayısı.
Əmiraslan bəy - ə f şa r t a y f a sı n ın b aş ç ı s ı, n ü f u z l u əm i r ,
şahzadə Əhmədin lələsi.
Vəli bəy Əfşar – mayın 14-dən 15-nə keçən gecə sarayda
növbə çəkmiş mühafizə dəstəsinin başçısı.
Heydər Sultan Çabuk – türkman tayfasının başçısı.
Dəli Budaq Rumlu, Mahmud bəy Əfşar, Süleyman bəy
Türkman, Xan Vəzir bəy Baharlı – qızılbaş əyanlarının
nümayəndələri, təsvir olunan hadisələrin fəal iştirakçıları.
Şahzadə Pərixan xanım – I Şah Təhmasibin çərkəz
qadınından doğulmuş qızı, şahzadə Süleymanın bacısı, 30 yaşında,
gözəl, ağıllı, çox nüfuzlu.
Rumlu, əfşar, türkman, şamlı, qacar, zülqədər, bayat, varsaq
tayfaları və çərkəzlər.
V.Hins göstərilən məlumatlardan belə nəticə çıxarır ki,
“təmiz türk qanlı” İsmayılı yalnız türk qızılbaş (çərkəzlərdən
başqa) əyanları, Heydəri isə ustaclı, şeyxavənd tayfaları, talışlar,
fars ruhani-bürokrat əyanları, həmçinin də gürcülər müdafiə
etmişdilər
39
.
Bir sözlə, V.Hins 1576-cı il 14 may hadisələrində hakim
türk hərbi-qızılbaş aristokratiyasını aparıcı mövqelərdən salmaq
üçün fars (tacik) əyanlarının onun əleyhinə olan digər qüvvələrlə
ittifaqda çıxışını görür
40
. Lakin aşağıdakı səbəblərə görə, V.Hinsin
dəlilləri ilə razılaşmaq çətindir. Məsələ bundadır ki, Heydər
Mirzənin ardıcılları arasında V.Hinsin farslar kimi qələmə vrdiyi
əsas qüvvələri heç də farslar deyil, elə həmin türklər
(azərbaycanlılar) təşkil edirdilər. Bu dəstənin başlıca qüvvəsi
qüdrətli qızılbaş ustaclı tayfası idi. Şeyxavənd nəsli (tayfası)
V.Hins tərəfindən qeyd-şərtsiz fars tayfalarına aid edilir. Lakin bu,
belə deyildi. Ustaclı kimi onlar da türk nəsli, tayfası idilər
41
.
Farslara qohum olanlar yalnız talışlar idilər. Ancaq onlar Heydərin148
dəstəsində ikinci rol oynayırdılar.
Digər tədqiqatçı – R.M.Seyvori belə hesab edir ki, mübarizə
qızılbaş hərbi əyanları və Səfəvilər sarayının yeni ünsürləri –
gürcülər və çərkəzlər arasında gedirdi
42
. Lakin adları çəkilən
gürcülər və çərkəzlər (müsəlmanlığın şiəlik təriqətini qəbul etmiş
və Səfəvilərin xidmətinə daxil olmuş Gürcüstan feodal əyanlarının
və Qafqaz dağlarının şimal hissəsi əhalisinin yuxarı təbəqələrinin
nümayəndələri) müstəqil siyasi qüvvə olmamış, göstərilən
hadisələrdə ikinci dərəcəli rol oynamışlar.
Fars əyanları bu dövrdə müstəqil siyasi qüvvə kimi çıxış
etmək üçün hələ olduqca zəif idilər. Buna görə də 14 may qanlı
toqquşmaların hakimiyyət uğrunda və dövlət işlərinə nüfuzlarını
gücləndirmək üçün ayrı-ayrı qızılbaş əyanları arasındakı daxili
mübarizənin yeni təzahürü kimi baxmaq lazımdır. Ustaclı
tayfasının əyanları Heydərin taxt-taca olan iddialarını müdafiə
etməklə, I Şah Təhmasibin hakimiyyətinin son dövründə dövlət
işlərində tutduqları aparıcı mövqeləri qoruyub saxlamağa ümid
edirdilər. Ustaclı feodallarını tutmuş olduqları yüksək vəzifələrdən
sıxışdırıb çıxarmaq və onların yerini tutmaq ümidi ilə qızılbaş
tayfalarının mütləq əksəriyyəti (rumlu, əfşar, türkman, şamlı, qacar,
zülqədər, bayat, varsaq) onlara qarşı birləşmişdi
II Şah İsmayılın taxta çıxarılması
T əs v i r o l u n a n h a d i sə l ər b aş v e r d i y i z a m a n şa h z a də İs m a yıl
Qəhqəhə qalasında, I Təhmasibin göndərdiyi yeddi qorçinin
mühafizəsi altında idi. Atasının vəfat etməsi və şahzadə Heydərin
öldürülməsi xəbərləri ona çatanda qala rəisi Xəlifə Ənsar Qaradağlı
ova çıxmışdı. İsmayıl, Xəlifə Ənsara inanmır, onu Heydərin
tərəfdarı hesab edirdi. Bundan əlavə, o, Qəzvindən gələn xəbərlərə
də şübhə ilə yanaşır, bunları özünə qarşı məharətlə düşünülmüş tələ149
sayırdı. O, hər ehtimala qarşı öz təhlükəsizliyini təmin etmək üçün
tədbirlər gördü. Qalada keşik çəkən Xəlifə Ənsarın adamları
qorçilərin köməyilə aldanılaraq ələ keçirildilər və
zərərsizləşdirildilər. Onlar qalanın çıxış və giriş yollarında baş verə
biləcək hücum ehtimalına qarşı maneələr qurdular.
Xəlifə Ənsar İsmayılın tərəfdarlarının paytaxtda qalib
gəlməsi xəbərini alıb qalaya qayıtdı. Dəfələrlə itaət etdiyini
bildirməsinə baxmayaraq, İsmayıl onu qalaya buraxmadı. Yalnız 3
gündən sonra, Azərbaycanın cənub hissəsindən xalq kütlələri və
paytaxt əyanlarının nümayəndələri qala ətəklərinə axışıb gələndə
qala qapıları taybatay açıldı.
Elə buradaca, qalanın qarşısında ustaclı tayfasından
Heydərin tərəfdarlarından olan bir dəstə adam İsmayılın əmri ilə
edam edildi. Sağ qalanlar Ərdəbilə - Səfəvilərin məqbərəsinə
qaçmaqla canlarını qurtardılar. İsmayıl qaladan çıxdı və onu
paytaxta müşayiət etmək üçün xüsusi olaraq Qəzvindən qızılbaş
əyanlarının göndərdiyi Heydər Sultan Çabuk Türkmanın alaçığında
dayandı. Bura hər gün ardı-arası kəsilmədən öz sədaqətlərini
bildirmək üçün xalq kütlələri gəlir və onun “kandarından öpmək
şərəfinə nail olurdular”. Bir neçə gündən sonra İsmayıl öz
əcdadlarının müqədəs məzarlarını ənənəvi qaydada ziyarət etmək
üçün Ərdəbilə yola düşdü.
Zəncan çəmənlərində İsmayılı şahzadə Pərixan xanımın
göndərdiyi şahzadə İbrahim və vəzir Mirzə Salman, mərhum şahın
dövlətxana (saray), hərəmxana, divanxana və büyutat (saray
emalatxanaları) məımurları qarşıladılar. Mərasimə İsmayılın
mehribancasına qəbul etdiyi şahzadə İbrahim başçılıq edirdi.
İsmayıl onu səmimiyyətlə qucaqlayaraq “qardaşım” adlandırdı.
Pirə Məhəmməd xan Ustaclı, şahzadə İmamqulu ilə birlikdə
Gilandan bura gəlmişdilər. Pirə Məhəmməd xan, ustaclı əyanları
arasında həmtayfalarının İsmayıla tərəfdar olmaqla ittiham etdikləri
yeganə adm idi. İsmayıl riyakarcasına şahzadə İmamqulunu da150
bağrına basıb onu “oğlum” adlandırdı. Bu qardaşlıq və atalıq
“məhəbbətinin” bəhrələrini biz aşağıda görəcəyik.
İyunun 13 (rəbi əs-saninin 16-sı)-də İsmayıl Qəzvinin
ətrafına çatdı və burada dayandı. Onu qarşılamağa şahzadələr,
Hüseynqulu Xəlifə Rumlu və “böyük əmirlər” gəlmişdilər. Qaçmaq
istərkən tutulmuş Heydər tərəfdarlarının başçısı Hüseyn bəy də
bura gətirilmişdi. Lakin İsmayıl gözləndiyinin əksinə olaraq onu
edam etdirmədi, yalnız zindana salınmasını əmr etdi.
Ertəsi gün şah özünün mərasim dəstəsi ilə Səədabad
bağında dayandı. Sonra o, bir neçə gün Hüseynqulu Rumlunun
evində qaldı. Şahzadə Mustafanı onun yanına gətirdilər. İsmayıl
onu dəfələrlə, “hərarətlə” öpdü və onu soyuq qarşılamış
qardaşlarının arasında əyləşdirdi. O, aşağıdakı sözlərlə onlara
müraciət etdi: “Allah görür, əgər siz mənə məhəbbət və doğruluqla
yanaşsanız, mən sizə dünyada heç bir padşahın öz qardaşların
yanaşdığı kimi münasibət bəsləməyəcəyəm”. Lakin İskəndər bəy
Münşinin obrazlı ifadəsi ilə desək, “onun ürəyinin, dilinin
dediklərindən xəbəri yox idi”.
Qızılbaş tayfalarının əyanları zahiri itaət də etməmişdilər.
Onların nümayəndələri əvvəlki kimi, təmtəraqla mərhum şahın
sarayından nəinki geri qalmayan, hətta üstün olan şahzadə xanımın
sarayına toplaşırdılar. Öz təbiəti etibarilə hakimiyyətpərəst olan
Pərixan xanımümid edirdi ki, taxt-tac uğrunda döyüşdə misilsiz
köməyinə görə İsmayıl dövlət işlərində onun rolunu
məhdudlaşdırmayacaq və ona öz köməyini əsirgəməyəcəkdir.
Lakin onun ümidləri doğrulmadı.
İskəndər bəy Münşi göstərir ki, qızılbaş əmirləri və əyanları
şahzadə xanımın sarayına gəlməklə, öz bacısının dövlət işlərinə
müdaxiləsinin qarşısını almaq qərarına gəlmiş İsmayılın nüfuzunu
aşağı saldıqlarını dərk etməyə başladılar. Hətta bəzi nüfuzlu
əmirlər qadının dövlət işlərinə qarışmasını qeyri-təbii sayaraq bunu
pisləyirdilər. Hüseynqulu bəy Xəlifəyə də İsmayılın münasibəti151
dəyişmişdi. Zahirən buna onun təkəbbürlü davranışı səbəb
olmuşdur. Həqiqətdə isə İsmayıla xəbər vermişdilər ki, şahın
ölümündən sonra Qəhqəhə qalasından heç bir xəbəri olmadığı ilk
günlərdə Hüseynqulu taxta çıxmaq üçün şahzadə Mahmudun
namizədliyini irəli sürmüşdü. Pərixan xanım da vaxtilə bu
namizədliyi müdafiə etmişdi. Bütün bunlrdan xəbər tutan İsmayıl
belə qərara gəlmişdi ki, Hüseynqulu xanı öz yolundan mütləq kənar
etməlidir. Lakin bunu etmək asan deyildi. Çünki Hüseynqulu o
zaman yalnız paytaxtda sayı 10 min nəfərə çatan rumlu tayfasının
başçısı idi. Xəlifət əl-xulafa tutan Hüseyn bəy, rumlu sufiləri üçün
Mürşidi Kamilin, yəni Səfəvilər təriqətinin başçısı kimi şahın
müavini idi. Buna görə də İsmayıl öz başçılarına sözsüz sadiq olan
sufilərin qiyamından ehtiyat edir, ciddi səbəb olmadan onu
vəzifəsindən kənar edə bilmirdi. İsmayıl xeyli düşündükdən sonra
çıxış yolu tapdı. O, Hüseynqulunu çağırdı və xəlifət əl-xulafa
vəzifəsindən istefa verməklə dövlət vəkili (vəkalət-i ala) vəzifəsini
qəbul etməyi ona təklif etdi. Lakin Hüseynqulu yaxşı başa düşürdü
ki, əgər o, şahın təklifini qəbul edərsə, xəlifə kimi öz gücünü və
müstəqilliyini itirəcəkdir. Həm də şah, özü üçün əlverişli olan
zaman onu divan vəkili vəzifəsindən də kənar edə bilər.
Hüseynqulu fikirləşərək imtina etməyi qərara aldı. Belə olduqda,
İsmayıl rumlu əmirlərini yanına çağırdı və onlara belə bir sualla
müraciət etdi: “Öz mürşidinin məsləhətini qulaqardına vurmuş sufi
ilə nə etmək olar?” Onlar gözlənildiyi kimi cavab verib dedilər:
“Həmin sufi cəzaya layiqdir”. Hüseynquluya bu söhbəti çatdırdılar.
Ertəsi gün şahın yanına gələndə onu içəri buraxmadılar. O,
günahkarcasına şahın qaldığı özünəməxsus evin qapısı ağzında
oturmağa məcbur oldu. Üçüncü gün Hüseynqulu şahın fərmanı ilə
Məşhəddə qorçilərin rəisi təyin edildi. O, həmtayfalarını tərk etdiyi
bir halda, tək-tənha Xorasana yola düşdü. Hüseynqulu Damğanda
şahın əmrilə öz həmtayfalarından biri tərəfindən dayandırıldı və
gözləri çıxarıldı.152
Bundan sonra İsmayıl Hüseynqulunun evindən Pərixan
xanımın sarayının yanında yerləşən əmir Şahqulu Sultan Yegan
Ustaclının evinə gəldi. Şah öz bacısını çox sərt qəbul etdi. Nəhayət,
İsmayıl onun, özünün təyin etdiyi vaxtda
43
şah sarayının kandarını
adlayıb keçdi. Əvvəlcə o sarayı yenidən qurmağa başladı. O,
taxtaçıxma saatını horoskopla özü təyin etmiş və bu, bütün ölkədə
elan edilmişdi. İsmayılın taxt çıxmasına hazırlıq paytaxtda sürətlə
gedirdi. Qızılbaş tayfaları hər tərəfdən paytaxta axışıb gəlirdilər.
Qəzvinin küçələrində dəhşətli izdihamlar yaranmışdı. Qonşu
dövlətlərin səfirləri, əmirlər, sərhəd bölgələrinin hakimləri və
dəstə-dəstə əhali hədiyyələrlə şahın iqamətgahına gəlirdilər
44
.
İs kən dər bəy M ü nşi y a zır dı: “ Ö z ü n ü n ( t a x t a ) çıx m a sı s a a tı
onun tərəfindən təyin edildiyi üçün, bütün dövlət işləri taxta çıxan
günə qədər təxirə salınmışdı”. Əhali bu hadisəni gözləyir, günləri
sayırdı.
II İsmayıl adı ilə tanınan şahzadə İsmayılın taxta çıxması
mərasimi hicri 984-cü il cumada əl-əvvəlin 27-də (1576-cı il
avqustun 22-də) keçirildi
45
. Sarayın Çehelsütun salonunda bu
münasibətlə təntənəli qəbul düzəldilmişdi. Burada bütün əmirlər,
şahzadələr və dövlət əyanları iştirak edirdilər. İsmayıl zinətlərlə
bəzənmiş şah libasında, təntənəli şəraitdə salona daxil oldu və
atasının taxtında əyləşdi. Sonra ənənəvi “taxt-taca sədaqət” and
mərasimi başlandı.Yeni şahın əyləşdiyi taxta əvvəlcə şahzadələr,
onların ardınca seyidlər, üləmalar, müctəhidlər, gürcü knyazları –
İsa xan Ləvənd oğlu və Simon Luarsab oğlu yaxınlaşdılar
46
. Sonra
Şah Rüstəm Lur, yüksək mövqeli əmirlər və qızılbaş əyanları,
vəzirlər və ali məmurlar, əyalət əyanları, Hindistan padşahı
Nizamşahın, Luristan hakimi İbrahim xanın, Mazandaran hakimi
Mirzə xanın və Ərəbistan hakimi Seyid Səcadın elçiləri
yaxınlaşdılar. Nəhayət, Portuqaliya kralı Don Sebastyanın firəng
(avropalı) səfirləri yeni şahın “ayaqlarından öpmək üçün” taxta
yaxınlaşdılar.İsmayılın qaladan azad edildikdən sonra almış olduğu153
bütün hədiyyələr və bəxşişlər onun ayaqları altına yığılmışdı
47
.
Biz artıq paytaxtda ustaclı tayfasının məruz qaldığı cəza
tədbirləri haqqında danışmışıq. Bu xəbər əyalətlərdə ustaclı
nümayəndələrinin devrilməsi üçün sanki bir işarə idi. Belə ki,
mühüm vəzifələrin bu tayfa əyanlarının əlində olduğu Xorasanda
(Heratda) əfşar tayfasının digər tayfalarla birlikdə qiyamı baş verdi.
Bunun nəticəsində Xorasan hakimi Şahqulu Sultan Yegan
48
öldürüldü. Tayfa darmadağın edildi və pərakəndə salındı. Şah, xan
rütbəsi verməklə Əliqulu xan Şamlını Heratın hakimi və Xorasanın
əmir əl-ümərası təyin etdi
49
.
Ustaclı tayfasının sağ qalmış nümayəndələri hər vasitə ilə II
Şah İsmayılın onları bağışlamasına nail olmaq, digər qızılbaş
tayfaları ilə birlikdə ona xidmət etmək niyyətilə Qəzvinə doğru
getdilər. Lakin onları burada da yaxşı qarşılamadılar. Onlat şahzadə
Heydərin tərəfində çıxış etməklə qızılbaş tayfalarının nifrətini
qazanmışdılar. İskəndər bəy Münşi yazır: “Ustaclı tayfası
qızılbaşlar arasında gecə-gündüz öz rüsvayçılığından utanır və
xəcalət çəkirdi”
50
.
İsmayıl taxta çıxdıqdan sonra ilk əvvəl öz hakimiyyətini
möhkəmləndirməyi qərara aldı. Bu məqsədlə o, sülalədən taxt-taca
namizəd ola biləcək şəxslərin zərərsizləşdirilməsini zəruri hesab
etdi. Biz artıq göstərmişik ki, uzun illər dustaqda tənha saxlanması
İsmayılı ifrat dərəcədə hər şeydən şübhələnən və qəddar adam
etmişdi. O, şahzadə Mustafanın 14 may hadisələrində Heydərlə
birgə olmasını, Heydərin ölümündən sonra isə şahzadə Süleymanın
öz bacısı Pərixan xanım və çərkəzlərin başçısı Şamxal tərəfindən
taxta namizəd irəli sürüldüyünü unuda bilmirdi.
İsmayıl ilk növbədə göstərilən şahzadələri məhv etməyi
qərara aldı. O, bu məqsədlə şahzadə Mustafanı “himayə etməyi”
adlı
51
. Ustaclı həmtayfaları başa düşürdülər ki, şah onların “taxttaca sədaqətini” sınaqdan keçirmək üçün dəhşətli üsul
düşünmüşdür. İskəndər bəy Münşinin dediyi kimi, Pirə154
Məhəmməd öz əlini şah sülaləsi nümayəndəsinin qanına bulamaq
istəməsə də, qəzəbli şahın əmrindən boyun da qaçıra bilmədi.
Çünki o, öz tayfasının şah qarşısındakı günahını yumaq istəyirdi.
Beləliklə, Mustafa Pirə Məhəmməd xanın evinə çatdırıldı və bir
neçə gündən sonra boğulub öldürüldü.
Digər şahzadənin - Süleymanın da aqibəti dəhşətli oldu. O,
şahın əmrinə əsasən, öz həyatı üçün əsən dayısı Şamxalın əli ilə
öldürüldü. Bu qətllər 1576-cı il noyabrın 1-nə keçən gecə (şabanın
7-də)
52
baş verdi.
Lakin İsmayıl öz məqsədinə tam nail olmağa çalışırdı.
İskəndər bəy Münşinin obrazlı dili ilə desək, o, qardaşlarını “öz
dövlətinin gülşənindəki tikanlar” hesab edirdi.
Çox qorxduğu Qəndəhar hakimi Sultan Hüseyn Mirzə






sağ
ikən, İsmayıl riyakarcasına qardaşlarına canıyananlıq edir, onların
sayıqlığını zəiflətmək istəyirdi. Lakin bir qədər sonra Xorasandan
Sultan Hüseyn Mirzənin ölüm xəbəri alındı və onun qardaşlarına
olan əsl münasibəti aşkara çıxdı
54
. Şah heç bir günahı olmayan,
ədalətsiz tənələrdən əzab çəkən qardaşlarını da məhv etmək üçün
bəhanə axtarmağa başladı.
Günlərin birində paytaxt meydanında rumlu sufiləri ilə
Qəzvin darğasının mülazimləri arasında mübahisə toqquşma ilə
nəticləndi. Tezliklə darğa Əbdülqəni bəy Ustaclı tərəfdarlarından
ibarət dəstəsi ilə özünü bura çatdırdı. Lakin o, sayca üstün olan
sufilər tərəfindən əzişdirildi. İsmayıl, Müseyib xan Təkəliyə və
Murtizaqulu xan Pornaka əmr etdi ki, qiyamçıları susdurmaq üçün
hərəkət etsinlər. Əmirlər “həmin xalqın məskənlərinə” gedib
meydandakı toqquşma ilə heç bir əlaqəsi olmayan, günahsız
adamları qırdılar

.
İğtişaşlardan istifadə edən İsmayıl paytaxtda olan
şahzadələrə divan tutmağı öz adamlarına tapşırdı. Məhəmməd
Hüseyn Mirzə
56
, şahzadə Mahmud və onun bir yaşlı oğlu
Məhəmməd Bəkir, şahzadələr İmamqulu və Əhməd
57


, həmçinin155
İbrahim Mirzə




öldürüldülər.
Sonra II İsmayıl əmisi, bibisi, dayısı, xalası oğlanları və
onların əyalətlərdəki kişi nəslini qırmağa başladı. Belə ki, Sisitanda
onun əmri ilə Bəhram Mirzənin oğlu Badi əz-zaman Mirzə, öz oğlu
Bəhramla birlikdə qətlə yetirildi

. Gəncədə yaşayan Sultan Mirzə
isə kor edildi. Beləliklə, qətllər müvəqqəti olaraq dayandırıldı.
Yalnız onun qardaşı Məhəmməd Mirzənin (bir anadan olmuşdular)
oğlanları toxunulmaz qaldılar: Sultan Həsən Mirzə, Həmzə Mirzə,
Abbas Mirzə, Abutalıb Mirzə və Təhmasib Mirzə

.