II Şah İsmayılın dövlət fəaliyyəti





Xalqın vəziyyəti I Şah Təhmasibin hakimiyyətinin son
illərində xüsusilə ağırlaşmışdı. Alessandrinin şəhadətinə əsasən,
son 8 il ərzində quldurların əli ilə 10 min nəfərdən artıq adam
öldürülmüşdü. Yollar təhlükəli idi, tacir anbarlarına hücumlar adi
hal almışdı
61
.
Həsən bəy Rumlunun qeydlərinə görə, I Şah Təhmasibin
ölümü əyanlar arasında böyük təlaşa və çaxnaşmaya səbəb oldu.
Seyidlər, qazılar və üləmalar öz həyatları üçün narahat olur,
“pozğun ünsürlərin və qara camaatın” (ronud və ovbaş)
62
üsyanından qorxurdular. Belə bir təhlükənin heç də xəyali deyil,
gerçək olduğunu şahın ölümündən sonra, on gün ərzində Qəzvində
qarışıqlıq hökmsürdüyünü xəbər verən İskəndər bəy Münşinin
məlumatlarından da görmək olar. İskəndər bəy Münşi yazırdı:
“Məhəllələrin qara camaatı (acəmirə) və pozğun ünsürləri (ovbaş)
qiyam və iğtişaş üçün başlarını qaldırdılar”. Əlbəttə ki, hücumlara
ilk növbədə varlı şəhərlilərin özləri məruz qaldı. Həmin günlərdə
heç kəs “öz evindən başını çıxarmağa” cəsarət etmirdi. Bu vəziyyət
hakimiyyət orqanlarının hadisələrin təhlükəli gedişinin qarşısını
almaq qərarına gəldikləri günədək – 1526-cı il mayın 24-dək156
davam etdi. Həmin gün carçılar şəhərdə belə bir əmri elan etdilər ki,
küçələr maneələrdən təmizlənməli və bundan sonra “başqasına əl
qaldıran edam ediləcəkdir”
63
.
Tacqoyma günlərində öz işlərinin baxılmasını tələb edən xalq
kütlələri şahın sarayına gəlirdilər. Onların arasında “türklər,
taciklər, hərbçilər və rəiyyət” var idi. İsmayıl kəndlilərin və
şəhərlilərin partlayışına yol verməmək üçün xalqın vergilər
haqqında və inzibati işçilərinə dair şikayətlərinə baxmaq işini
dayısı oğlu İbrahim Mirzəyə həvalə etdi
64
. Məhəmmədi xan
T o x m a q U s t a c lı, M i r zə Əl i Q a c a r və vəz i r M i r zə Şü k r u l l a o n u n l a
birgə ədalət divanında iclas etməli idilər. Onların “ən ali divanının”
möhürü ilə imzalanan sənədlər qüvvədə olan qanun hüquqlarına
malik idi.
İsmayılın hakimiyyətinin bir-iki ayı ərzində bütün mülki və
dövlət işləri ədalət divanında həll edilirdi. Lakin şahın özünün həll
etməli olduğu vilayət hakimlərinin təyin olunması kimi daha
mühüm işlər təxirə salınırdı. II İsmayıl itirilmiş vaxtın əvəzini
çıxmaq üçün hakimiyyətdən istifadə edir, kef-işrətlə məşğul olurdu.
Bir müddətdən sonra şah narazı qaldığı vəzir Mirzə Şükrulla
İsfahanini öz vəzifəsindən kənar etdi. Onun yerinə Mirzə Salman
təyin edildi. İskəndər bəy Münşi göstərir ki, o, dövlət işlərinin
həllində böyük müstəqilliyə malik olduğu halda İsmayıl idarəçilik
işlərinə qarışmırdı. Mirzə Salman İsmayıldan dövlət işlərinə kənar
adamların müdaxiləsinə yol verməmək və qızılbaş əmirlərinin
qarşısında təslim olmamaq barədə göstəriş almışdı
65
II İsmayılın dövründə saray vəzifələrinin və vilayət
hakimlərinin heyətində bəzi dəyişikliklər həyata keçirildi. Təbiidir
ki, bu vəzifələrə əvvəlki kimi azərbaycanlı qızılbaş əyanlarının
nümayəndələri təyin edilirdi. Farsların (taciklərin) rolu yalnız
mülki işlərlə məhdudlaşırdı. Saray vəzifəsi eşikağasıbaşı (saray
təşrifçisi) Hüseynqulu xan Şamlıya həvalə edildi. Mirşah Qazi
mustoufi əl-məmalik (baş xəzinədar) oldu. Müseyib xan Şərəfəddin157
oğlu Təkəli, xan rütbəsi alaraq Rey hakimi təyin edildi.
Kürdüstanda Ələşkərt bölgəsinin idarəsi Sulaq Hüseyn Təkəliyə
bağışlanıldı. Biz artıq qeyd etmişik ki, Əliqulu xan Şamlı Herat
hakimi və Xorasan əmir əl-ümərası təyin olunmuşdu. Murtuzaqulu
xan Pornaka Məşhədin idarə olunması etibar edildi. Qarabağın əmir
əl-ümərası və Gəncə vilayətinin hakimi Yusif Xəlifə Ziyad oğlu,
qacar tayfasından olan Peykər Sultan tərəfindən öldürülmüşdü. Bu
vəzifəyə İmamqulu xan Qacar təyin edildi. Kirman hakimi
Allahqulu bəy Əfşar, şahın xüsusi hərbi dəstəsinin başçısı
(qorçibaşı) vəzifəsinə irəli çəkildi. Mahmud Sultan Əfşar isə
Kirman hakimi təyin edildi. Şiraz vilayətinə hakim təyin edilən
Vəli xan Qalxançıoğlu Zülqədər az sonra II İsmayılın təzəcə
dünyaya gəlmiş oğlu Şahşücanın
66
tərbiyəçisi oldu.
“Şərəfnamə”nin müəllifi Şərəf xan Bidlisi Kürdüstanın “əmirlər
əmiri” vəzifəsinə keçdi”
67
.
Dini islahat cəhdi
II İsmayılın dövlət xadimi kimi fəaliyyəti haqqında əlimizdə
olan məlumatlar çox azdır. Onların içərisində şahın din sahəsindəki
tədbirlərinə aid məlumatlar diqqəti xüsusilə cəlb edir. Bu məsələ
barəsində daha tam məlumatları biz tenə də İskəndər bəy Münşinin
“Tarix-i aləm aray-i Abbasi” əsərində tapırıq.
Artıq II İsmayılın tacqoyma mərasimindən bir neçə ay sonra,
onun öz İsmayılın adamlarının kiçik dairəsində sünniliyə meyilli
çıxışlar etməsi barədə xalq arasında narahat şayiələr gəzməyə
başladı. Buna görə də ondan sünniliyin tərəfdarı kimi
şübhələndilər
68
. Saraydakı şiə ruhaniləri açıq etirazlarını bildirməyə
cəsarət etmirdilər. Lakin öz aralarında şahın çıxışlarını pisləyirdilər.158
Hələ I Təhmasib dövründə sünniliyə rəğbət bəsləməkdə ittiham
edilən saray üləmalarından biri (Mirzə Məxdum Şərifi) şahın şiəlik
əleyhinə çıxışlarını müdafiə etdi və tezliklə hər cür qorxunu kənara
ataraq, “birinci üç xəlifənin lənətlənməsini” ləğv etmək tələbilə
sünnilərin xeyrinə açıq şəkildə çıxış edən İsmayılın yanında böyük
təsir sahibi oldu.
Şiə ruhanilərinin müqavimətinə baxmayaraq, İsmayıl
gələcəkdə küçələrdə və şəhər meydançalarında Əbubəkrin, Ömərin
və Osmanın açıq lənətlənməsi adətini (təbərra) qadağan etdi. O,
Mirzə Məxdum Şərəfi, Mövlana Mirzəcan Şirazi və Mir Məxdum
Lalə kimi sünni ruhanilərinin nümayəndələrinə mərhəmətlər
yağdırdı.
Mirzə Məxdum, şaha şikayət etmişdi ki, məsciddə moizə
oxunuşu zamanı xəlifələr lənətlənir və onun barəsində istehza ilə
danışırlar. II İsmayıl qorçilər dəstəsinə məscidə getməyi və lənət
deməyə cəsarət edənləri cəzalandırmaq üçün növbəti moizədə
i şt i r a k e t məy i əm r e t d i . C ü mə x ü t bəs i n i n s o n u n d a Qəm bər a d lı
dərviş öz sözlərini aşağıdakı kəlamla bitirdi: “Əliyə və onun
ailəsinə səmimi qəlbdən xeyir-dua, Əlinin düşmənlərinə isə əbədi
lənət olsun!”
69
. Mirzə Məxdum dərvişi ədəbsizlikdə günahlandırdı.
Yaxınlıqda duran qorçilər isə onun üzərinə atılıb dəyənəklə başını
yardılar. Bu hadisə şahın sünnilik əqidələri barəsində Qəzvin
əhalisinin şübhələrini gücləndirdi
70
.
II İsmayıl hətta şiə ilahiyyatçılarını təqib etmək fikrinə
düşdü. Məsələn, Mir Seyid Hüseyn Müctəhid, Mir Seyid Əli Xətib
və başqaları saraydan qovuldular. Mir Seyid Hüseynin kitabları
möhürləndi və müsadirə edildi. Onun evi isə dağıdıldı.
Sünnilik tərəfdarları xalqı öz tərəflərinə çəkməyə cəhd
göstərdilər. Elan edildi ki, öz həyatı boyu peyğəmbərin
silahdaşlarını lənətləməmiş müsəlmanlara müəyyən məbləğdə pul
veriləcəkdir. Belə adamları aşkara çıxarmaq Mirzə Məxduma
tapşırıldı. Qəzvin əhalisinin ehtiyac içərisində olan hissəsi vəd159
olunmuş məbləği almaq arzusu ilə iddia edirdi ki, onlar həyatları
boyu şiəliyə mənsub olmamışlar. Bir çox qəzvinli keçmişdə sünni
olmuş, şafii təriqətinə etiqad etmişdi. Buna görə də belə hesab
edirdilər ki, onların çoxu hələ paytaxtda qalmaqdadır. Mirzə
Məxdum bu yolla müəyyən edilmiş “sünnilərə” 200 min tümənə
qədər pul verdi
71
.
Lakin II İsmayıl və sünnipərəst ruhanilər öz əməllərini
davam etdirmək fikrində idilər. Qəzvin möhtəsibinə (keşikçi
dəstəsinin rəisi) göstəriş verilmişdi ki, o, məscidlərin bütün divar
və qapılarından İmam Əliyə olan məhəbbəti ifadə edən yazıları yox
etsin. Möhtəsib Mir Zeynalabidin Kaşi özü şiə idi. Lakin II
İsmayılın xoşuna gəlmək üçün imamların şücaətlərini təsvir edən
bütün yazıları və hətta onların adlarını da pozmağı əmr etdi.
Dərvişin öldürülməsi və məscidlərin təhqir edilməsi xəbəri
təəssübkeş qızılbaşların səbir kasasını doldurdu. Onların
əyanlarından ibarət adamlar son dərəcə hiddətlənmiş halda
Səədabad bağında, sarayın qarşısında toplaşdılar. Onlar şiə
icmasının başçısı olan mürşidi-kamilinaçıq-aşkar öz əcdadlarının
etiqadından imtin etmək niyyətində olduğu təqdirdə, müridlərin
(sufilərin) özlərini necə aparacaqlarını da bilmirdilər. Bəziləri bu
barədə İsmayılın şəxsi fikrini öyrənməyi təklif edirdilər. Çünki
yalnız o, icmanın irsi başçısı kimi şübhələrə son qoya bilərdi.
Ağsaqqallar bu təklifə qarşı çıxış etdilər. Onların fikrincə, belə
rəftar qəbul olunmuş qaydalara müvafiq deyildi və şah sülaləsinə
qarşı qiyam kimi başa düşülə bilərdi. “Bəli, bəs İsmayıla belə sualı
verməyə kim cəsarət edəcək?”.
Təkəli taufasının başçısı Ərdoğdu Xəlifə, türkman
tayfasının rəhbəri Əmir xanla bərabər şahın yanına getmək, etiqad
məsələləri üzrə onları narahat edən suallara cavab verməyi şahdan
xahiş haqqında razılıq əldə olundu. Burada iştirak edən əmirlərin
bir qismi tez aradan çıxıb şaha xəbər verdilər ki, təkəli və türkman
tayfalarının başçıları öz aralarında ittifaq bağlayıblar, müttəfiqlər160
şahı dinsizlikdə günahlandırmaq, onu devirmək və yerinə Tehranda
yaşayan şahzadə Həsəni
72
taxta oturtmaq niyyətindədirlər.
Qəzəblənmiş II İsmayıl dərhal Əmir xanı öz yanına
çağırtdırdı və çox sərt şəkildə ona dedi: “Siz mənim sünni etiqadını
seçdiyimi iddia etməklə məni qızılbaşların arasında rüsvay edir,
xalqın mənə olan inamını qırırsınız!” Əmir xan ona cəsarətlə cavab
verdi: “Biz belə düşünmürük və bizim əlahəzrət şaha inamımız
sarsılmazdır. Biz belə hesab edirik ki, əgər əlahəzrət tərəfindən
etiqad məsələlərinə etinasızlıq təzahür etmişsə, bu, sizin dövlət
işləri ilə məşğulluğunuzdan irəli gəlir və düşmən əməlidir. Lakin
Mirzə Məxdum Şərəfi bu məsələni aşkarlamış, şaha böhtan
atmışdır. O, xalqa açıqca deyir ki, əlahəzrət şah sünniliyi qəbul
etməyə meyil edir. Mirzə Məxdum şiə üləmalar ilə həmin etiqadın
üstünlükləri barədə mübahisə açır. Əgər şah bu şayiələri yalan
hesab edirsə, qoy onu cəzalandırsın. Məgər bizim günahımız
varmı?” Daha sonra Əmir xan sözünə davam etdi: “Niyə əlahəzrət
şah (onun) xeyirxahları haqqında (bizim) düşmənlərimizin
sözlərinə qulaq asır, onların düzgünlüyünü və yanlışlığını
yoxlamadan (bizi) – ürəkdən sadiq olanları öz düşməni hesab
edir?” II İsmayıl dedi: “Əgər mən qızılbaşların padşahı olmağa
layiq deyiləmsə, sizin sövdələşmənizə və qərarınıza əsasən,
Tehrandan Sultan Həsəni bura gətirin və özünüzə padşah edin!”
73
.
II İsmayılın əmri ilə Ərdoğdu Xəlifə həbs edildi. Əmir xana
isə İsmayıl dedi ki, əgər onlar həqiqətən şahzadə Həsəni taxta
əyləşdirmək niyyətində deyillərsə, o və Müseyib xan Təkəli bunu
əməlləri ilə sübuta yetirsinlər. Bu, şahzadə Həsənin qətlə
yetirilməsinə açıq işarə idi. Əmirlər bunu başa düşdülər və tezliklə
şahzadə xüsusi olaraq bu məqsədlə göndərilmiş adamlar vasitəsilə
Tehranda öldürüldü
74.
. Bu hadisələrdən sonra II İsmayıl ustaclı
əyanları ilə yaxınlaşmağa, türkman və təkəli tayfalarına isə şübhə
ilə yanaşmağa başladı.
Lakin tezliklə şah başa düşdü ki, özünün dini islahat161
səylərində həddindən çox irəli getmişdir. Qızılbaş əyanlarının
qiyamından və həyəcanlanmış xalqın tərəfindən baş verə biləcək
iğtişaşlardan ehtiyat edərək o, Mirzə Məxdumu yanına çağırdı.
Hamının gözü qarşısında onu ittiham edib danladı. “Bu, əhalinin
ürəyindən idi və beləliklə, xalqın şübhəsi aradan götürüldü”
75
.
Bundan sonra şah saray daxilində bir daha dinlə əlaqədar olan
məsələlərə qayıtmadı.
II İsmayılın sünniliyə olan rəğbəti onun hakimiyyəti
dövründə zərb edilmiş sikkələrdə daha aşkar surətdə təzahür
etmişdi. İsmayıl tac qoyduqdan sonra, bir müddət yeni şahın adı ilə
sikkə zərb olunmadı. Buna görə sikkə zərb edən ustalar
(zərrəbiyan) zərbxana gəlirlərinə ziyan vurulmaması məqsədilə
şahın qarşısında sikkənin dəyişdirilməsi məsələsini qaldırdılar.
İskəndər bəy Münşi qeyd edir ki, bu zaman İsmayıl, adətən
sikkənin bir üzündə həkk edilən ərəb kəlamlarının, yəni: “Allahdan
başqa Tanrı yoxdur, Məhəmməd Allahın rəsuludur, Əli Allahın
dostudur” sözlərinin doğruluğuna şübhə etdiyini bildirmişdi. O,
qeyd etdi ki, Allahın adı ilə zərb olunan dinarlar və dirhəmlər
ticarət əməliyyatında yəhudilərin, ermənilərin, atəşpərəst
hindlilərin və digər “kafirlərin” də əlinə keçir və bu etiqad
qaydalarına ziddir. Lakin İsmayılın etirazının əsl səbəbi bu deyildi.
İskəndər bəy Münşi göstərir ki, bu kəlamda II İsmayılı təmin
etməyən hissə şiə formulu olan “Əli Allahın dostudur” ifadəsi idi
76
.
Mahmud Nətənzi məlumat verir ki, İsmayılın fərmanı ilə on
dang dəyəri olan xalis qızıl və gümüş sikkələr buraxılmışdı. Qızıl
sikkələrin bir tərəfində Şeyx Əttardan bir beyt, o biri tərəfində isə
padşahın adı, ünvanı və sikkənin zərb olunduğu yer göstərilirdi.
Sikkələrin üstündəki ənənəvi şiə ifadəsindən imtina edilməsi
ruhanilərin güclü müxalifətinə səbəb oldu. Lakin bu etirazlar II
İsmayılın qərarını dəyişə bilməmişdi
77
.
II İsmayılın sünni təmayüllü dini siyasətinin anlamı və162
məqsədi nədən ibarətdi? Bu suala əlimizdə olan materiallar
əsasında aydın cavab vermək çox çətindir. Təsvir olunan
hadisələrin müasiri – Şərəfxan Bidlisi yazır ki, II İsmayıl
hakimiyyətdə möhkəmləndikcə öz əcdadlarının adətləri əksinə
olaraq ölkədə elə qaydalar yaratmaq üçün tədbirlər görürdü ki, bu
qaydalar sünnilərin və şiələrin hər birinin öz etiqadını saxlamasına,
bir-birinin işinə qarışmamasına imkan yaratsın.
Sultan Süleymanla I Şah Təhmasib arasında 1555-ci ildə
sülh müqaviləsinin bağlandığı zaman Osmanlılar xüsusi olaraq
qeyd etmişdilər ki, Səfəvilər əgər sultanla sülh şəraitində yaşamaq
istəyirləsə, birinci üç xəlifəni” də tanımalıdırlar
79
.
Buna görə də yalnız ehtimal etmək olar ki, III Sultan Muradla
təxminən eyni vaxtda taxta çıxan II İsmayıl sultanla sülh
münasibətləri yaratmağa və bu məqsədlə də şiə-sünni
qarşıdurmasını yumşaltmağa səy göstərmişdi. Zənn etmək olar ki,
məhz buna görə də II İsmayılın qısamüddətli hakimiyyəti dövründə
Səfəvi-Osmanlı sərhədində sakitlik hökm sürmüş, tərəflərin heç biri
barışıq müqaviləsini pozmamışdı.
Qəzvində şahın yeni din təmayülü ilə əlaqədar olaraq baş
vermiş həyəcanlardan, şahzadə Həsən öldürüldükdən sonra öz
hakimiyyətini möhkəmləndirmək üçün getdikcə daha çox qan
axıdan, özünə inamı daha artıq dərəcədə itirən müstəbid kimi II
İsmayılın öz ətrafındakılara inamsızlığı və şübhəsi də artmağa
başladı.
Təbiidir ki, çoxsaylı edamlar, vergi yükünün ağırlığıxalq
kütlələrini müflisləşmək və dilənçiləşmək həddinə gətirib
çıxarmaya bilməzdi. Narazılıq qızılbaş qoşunlarını və II İsmayılın
ən yaxın adamlarını da əhatə etmişdi. Lakin qəddar, qana həris
müstəbidin təlqin etdiyi qorxu hissi bu narazılığın aşkar təzahürünə
mane olurdu. Biz II İsmayılın taxt-taca iddia edə bilən qardaşlarını
məhv etməsi barədə danışmışıq. Qardaşının böyük oğlunu, şahzadə
Həsəni öldürən II İsmayıl öz hakimiyyəti üçün daimi qorxu hissinin163
təsiri altında uzaq Xorasanda yaşayan digər qardaşı oğlu – yeddi
yaşlı şahzadə Abbası da qətlə yetirməyi qərara almışdı. Bu
“vəzifəni” Herat hakimi, Abbasın qəyyumu Əliqulu xan Şamlı
yerinə yetirməli idi
80
. Lakin onun Abbasa rəhmi gəlmiş,
mövhumatçı olduğuna görə qətl tədbiri “müqəddəs” ramazan
ayının sonuna qədər təxirə salınmışdı. Ancaq ramazan ayı hələ başa
çatmamışdı ki,şapar II İsmayılın ölümü barədə şad xəbəri Herata
yetirdi.
Hicri 985-ci il ramazanın 13-ü (1577-ci il noyabrın 24-də)
İsmayıl sərxoş vəziyyətdə paltarını dəyişdi, saraydan çıxdı, saray
halvaçısı Həsən bəyin və məiyyətin müşayiəti ilə şəhərin küçələrini
dolaşmağa başladı. Gecəyarısı o, dincəlmək üçün Həsən bəyin
evinə gəldi. Ertəsi gün isə elə oradaca onun meyiti tapıldı.
II Şah İsmayılın ölümü haqqında çoxlu rəvayətlər vardır.
Bəziləri onun kəskin mədə ağrısından, başqaları həddən artıq tiryək
istemal etməsindən, üçüncülər isə boğulub öldürüldüyündən və s.
vəfat etdiyini söyləyirlər
81
. Bu rəvayətlərdən daha çox həqiqətə
bənzəyəni İskəndər bəy Münşinin söylədiyidir
82
. Həmin rəvayətə
görə, II İsmayılın etinasız münasibətindən narazı qalmış Pərixan
xanım hərəmxana kənizləri vasitəsilə şahın qəbul etdiyi uyuşdurucu
maddələrə zəhər qatmışdı. Doğrudan da şöhrətpərəst və kinli olan
Pərixan xanımİsmayılın hakimiyyətə gəlməsi üçün çox iş görmüş,
lakin dövlət işlərindən kənar edilməsinə görə özünü olduqca təhqir
olunmuş hesab edirdi. Lakin Pərixan xanımın belə təhlükəli addımı
atmağa cəsarəti çatardımı? Güman etmək olar ki, burada II
İsmayılın dini xarakterli islahat cəhdini çox təhlükəli sayan qızılbaş
əmirlərinin təşkil etdikləri sui-qəsd mühüm rol oynamışdır.
Məhəmməd Xudabəndənin dövründə
Səfəvilər dövlətinin daxili vəziyyətinin pisləşməsi
II Şah İsmayılın ölümü ilə əlaqədar olaraq Qəzvin sarayında
gərgin vəziyyət yarandı. Elə görünürdü ki, qızılbaş tayfaları (bir164
tərəfdən ustaclı və şamlı, digər tərəfdən, türkman və təkəli)
arasında qanlı düşmənçilik tezliklə yeni qüvvə ilə alovlanacaqdır.
L a k i n vəz i r M i r zə S a l m a n və ç o x n ü f u z l u , m ü d r i k ş əx s o l a n Xəl i l
xan Əfşar toqquşmaların qarşısını dərhal almaq qərarına gəldilər.
Qəzvinin saray meydanına ən böyük əyanlar və tayfa əmirləri
çağırıldı. Burada türkman tayfasının qoca başçısı Əmir xanla
ustaclı tayfasının gənc rəhbəri Pirə Məhəmməd xanın
“barışdırılması” hadisəsi baş verdi. İskəndər bəy Münşinin
təbirincə desək,onlar “ata və oğul” müqaviləsi bağladılar. Digər
əmirlər də onlardan nümunə götürdülər. Sonra taxt-tacvarisi
məsələsini həll etməyə başladılar. Bir çox namizədlər irəli sürülsə
də (o cümlədən Məhəmməd Mirzənin oğulları olan 11 yaşlı Həmzə
və 9 yaşlı Abbas, hətta I İsmayılın südəmər oğlu Şahşüca)
83
, ir i
t a y f a l a rın əm i r lər i I Şa h Təh m a s i b i n b ö y ü k oğl u Mə h əm məd
Mirzənin namizədliyi üzərində dayandılar. Əmirlər qərar barədə
Pərixan xanıma məlumat verdikdə, o, “özünü padşah təsəvvür
edərək” dedi ki, qardaşının şah olması qərarına etirazı toxdur, lakin
bütün dövlət işlərini özü aparacaqdır. II Şah İsmayılın zindanlara
atdığı əmirlər və əyanlar Pərixan xanımın əmri ilə azad edildilər
84
.
Məhəmməd Mirzə qardaşı ölən zaman Şirazda yaşayırdı. O,
demək olar ki, kor, mülayim və dövlət işləri üçün bacarıqsız bir
adam idi. Onun bu nöqsanları dövlət hakimiyyətini öz əllərinə
almağa səy göstərən qızılbaş tayfa başçılarını tamamilə qane edirdi.
II İsmayılın ölümündən sonrakı ilk günlərdə ölkədə
ikihakimiyyətlilik şəraiti yarandı. Paytaxt şəhəri olan Qəzvində
dayısı Şamxal Sultanın müdafiə etdiyi Pərixan xanım hakimiyyəti
ələ aldı. Bütün əmirlər və “dövlətin ali şəxsləri” ona tabe oldular.
Onun yanında hətta qızılbaş tayfalarının ağsaqqallar şurası yarandı.
Bu şuraya türkman tayfasından Əmir xan, ustaclı tayfasından Pirə
Məhəmməd xan, şamlı tayfasından Sultan Hüseyn xan, təkəli
tayfasından Müseyib xan Şərəfəddin oğlu, əfşar tayfasından Qulu165
bəy qorçibaşı daxil oldular. Onlar Şamxal Sultanın vasitəsilə
Pərixan xanımın göstərişlərini alırdılar. Pərixan xanım dövlət
işlərinə rəhbərliyi tamamilə öz əlinə almışdı
85
.
Həmin günlərdə Mirzə Salman Qəzvindən Məhəmməd
Mirzənin yaşadığı Şiraz şəhərinə gəldi. O, çox tez bir zamanda
şahın və onun arvadı Xeyrannisə bəyimin etibarını qazandı
86
. Bu
bacarıqlı və hakimiyyətpərəst qadın əslində ərinin əvəzinə bütün
dövlət işlərini görür, hətta özünə lazım olan adamları dövlət
vəzifələrinə də təyin edirdi.
Məsələn, Şirazın mustoufisi Mir Qəvaməddin Hüseyn onun
(Məhdi Ülya – “Yüksək beşik”) göstərişi ilə həbsdən azad edildi və
vəzir rütbəsinə yüksəldildi. İskəndər bəy Münşi yazır: “Əlahəzrət
Məhdi Ülya dövlət işlərinin təşkilatçısı və qurucusu oldu. Onun
göstərişi olmadan heç bir mühüm məsələ həll olunmurdu”
87
.
Məhəmməd, Məhdi Ülyanın arzusu ilə onun qohumu Ədməd xanı
İstəxr qalasından azad etmiş, Gilan hakimi vəzifəsini bərpa etmişdi.
Yuxarıda adı çəkilən Mirzə Salman
88
fəxri “etimad əd-dövlə”
(“dövlətin etimadı”) adını aldı və dərhal Məhdi Ülya tərəfindən
“ali divanın” vəziri təyin edildi.
Mirzə Salman şahı və onun arvadını tezliklə Qəzvinə
köçməyə çağırırdı. O, Məhdi Ülyanı inandırırdı ki, Pərixan xanım
paytaxtdaöz hakimiyyətini möhkəmləndirər və onun yerinə yalnız
“şahın adı” qalar, özü isə ərinə arvad olmaqla kifayətlənər. Farsın
dəlilləri dərhal öz təsirini göstərdi. Şah sarayının əhli, İsfahanKaşan-Qum-Savə-Qəzvin yolu ilə şimala doğru hərəkətə başladı.
P ər i x a n x a nım şa hın y a xın l aşm a sı xə b ər i n i eşi t d i və
mübarizəsiz təslin olmamaq qərarına gəldi. Dayısı Şamxal Sultan
silahlı müqavimət göstərmək üçün öz adamlarını toplamağa başladı.
Lakin toqquşma baş vermədi. Qızılbaş əmirləri Pərixan xanımı tərk
etməyə və paytaxta daxil olan Məhəmmədin tərəfinə keçməyə
başladılar. Pərixan xanımın dəyəri 10-15 min tümən olan əmlakı
xəyanət etdiyi üçün onun lələsi Xəlil xan Əfşara hədiyyə verildi.166
Məhəmmədin Qəzvində tacqoyma mərasimi hicri 985-ci il
zülhiccənin 5 (1578-ci il fevralın 13)-də oldu
89
. İlk əvvəl şahıın
düşmənləri məhv edildi. Onun 30 yaşlı basısı Pərixan xanım
fevralın 17-də edam edildi. Pərixan xanımın dayısı Şamxal Sultan
hiylə ilə ələ keçirildi və öldürüldü. Taxt-tacın varisi ola biləcək
şəxsin, II Şah İsmayılın bir yaşlı oğlu Şahşücanın da məhv edilməsi
“yaddan çıxarılmadı”. Məhəmməd Xudabəndənin taxta çıxmasının
i l k g ü n lər i n dən e t i b a rən , o n u n a r v a dı Məh d i Ü l y a “ t a m ə z ə m ət və
müstəqilliklə dövlət və padşahlıq işləırini öz əlinə aldı”
90
. Onun
oğlu Həmzə Mirzə “ali divanın vəkili” (vəkalət-i divan-i əla)
vəzifəsinə yüksəldildi və müəyyən edildi ki, onun möhürü padşahın
hökm və fərmanlarının arxasında, vəzirin möhürünün üzərindən
vurulsun”
91
.
Əyanların bir çox nümayəndələri adətən yeni şah taxta
çıxdıqdan sonra fəxri libaslar və hədiyyələr aldılar, onların əvvəlki
vəzifələri və imtiyazları təsdiq edildi.
Qızılbaş tayfalarının əmirləri əyalətlərdə nəzarətsiz ağalıq
edirdilər. Əmir xan Türkman (Mosullu) Təbriz, Pirə Məhəmməd
xan Ustaclı isə Ərdəbil əyalətlərinin hakimliyi vəzifəsini aldılar.
Çuxursəəd bəylərbəyliyi Məhəmmədi xan Toxmaq Ustaclıya
verildi. İmamqulu xan Qacar yenidən Qarabağ hakimi, Araz xan
Rumlu Şirvan bəylərbəyi təsdiq edildi. Kirman hakimliyi Vəli xan
Əfşara, Həmədan vilayətiVəli Sultan Təkəliyə, Kuh Giluyə Xəlil
xan Əfşara, Kaşanın idarəsi Məhəmməd xan Türkmana (Mosullu),
Qəzvin vilayəti Sultan Hüseyn xan Şamlıya, Fars vilayəti isə
zülqədər tayfasının əmirlərinə və s. verildi
92
.
Məhəmməd Xudabəndənin daxili siyasətini səciyyələndirən
Şərəfxan Bidlisi göstərir ki, ölkə, əslində mərkəzlə az hesablaşan,
vilayətləri özbaşına idarə edən qızılbaş tayfalarının başçıları
arasında bölüşdürülmüşdü. Məhəmməd Xudabəndəyə onlar yalnız
şah adını saxlamışdılar. Şərəfxanın təbirincə, əmirlər dövlət işlərini167
“kor padşaha və gözləri zəifləmiş vəzirə” vermişdilər
93
.
Qazi Əhməd Quminin məlumatına görə, o dövrdə dövlət
xəzinəsinin bütün sərvətlərinin dəyəri 900 min tüməndən ibarətdi.
II Şah İsmayılın məhv etdiyi şahzadələrin mülkiyyətinin müsadirə
olunmasıyolu ilə və digər zorakı tədbirlərlə mənimsənilmiş bütün
əmlakın dəyəri də bura daxil idi
94
.
Əsasən I Şah Təhmasibin yarım əsrlik hakimiyyəti
dövründə, qənaət hesabına toplanmış bu böyük sərvət bir il ərzində
xəzinədən boşaldı. Həsən bəy Rumlu göstərir ki, yeni çah, I
Təhmasibin son 14 ildə ödəmədiyi, II Şah İsmayılın isə yüzdə bir
hissəsini ödədiyi məvacibin dərhal hamısını orduya vermişdi
95
.
İskəndər bəy Münşi, Şah Məhəmməd Xudabəndənin
hakimiyyətinin ilk illərində Səfəvilər dövlətinin vəziyyətinin parlaq
təsvirini verir. Şah dövlət xəzinəsinin “qapılarını açmış” və
“israfçılıq son həddə çatmışdı”. Vəzir Mirzə Salman bir, yaxud iki
il üçün əmirlərə əvvəlcədən borc pul ödəyirdi. Təxminən 10 il
müddətində məvacib almayan qorçilər indi məvacibin hamısını bir
yerdə aldılar. “Hər gün dövlət xəzinəsindən bütöv sandıqlarla zərb
olunmuş qızıl daşıyır və qorçilərə ətək-ətək paylayırdılar. Qazanc
qapıları divanın vəzifəli şəxsləri qarşısında açılır və rüşvətxorluq
artırdı. Qızılbaş tayfaları öz başçılarının səhlənkarlığı üzündən
(hakimiyyətə) qarşı qalxdılar. Onlar vəzirlərin və dövlətin ali
şəxslərinin könlünü rüşvətlə alaraq istədiklərinə nail olurdular. Öz
məqsədlərinə çatmağı fədakarlıq nümunəsi hesab edən qızılbaş
tayfalarıdövlətin və dinin mənafeləri ilə az hesablaşmağa başladılar.
Tezliklə xəzinə tamam boşaldı, orada nəqd pul və maldan heç nə
qalmadı”. Hətta son 15 ildə mədənlərdən çıxarılmış qiymətli daşlar
da xəzinədən yoxa çıxdı
96
.
Azərbaycan tarixçisi İskəndər bəy Münşi, qızılbaş
tayfalarının vətənpərvərlik əleyhinə yönəlmiş hərəkətlərindən,
əyanlar arasındakı ədavətdən, qızılbaş feodallarının Səfəvilər
dövlətinə və onun müdafiə qabiliyyətinə ağır zərbə vuran168
əməllərindən, mərkəzi hakimiyyətə tabe olmamasından qəzəblənir.
Şah Məhəmməd və onun ən yaxın məsləhətçiləri gen-bol
pul, torpaq və sair bağışlamaqlaqızılbaş əyanlarının sədaqətini
qazanmaq cəhdində həddən artıq canfəşanlıq edirdilər. Bu, dövlət
hakimiyyətinə əvəzedilməz zərər vurdu və onun rolunu heçə
endirdi. İskəndər bəy Münşi göstərir ki, Məhəmməd Xudabəndə
dövründə şah hakimiyyəti o qədər zəifləmişdi ki, tayfaların əyanları
qarşısında tamam aciz görünürdü. Məsələn, “hər tayfa (oymaq)
üçün yeni əmir təyin olunurdu, bütün vilayətlər və məmləkət isə
artıq (əmirlər arasında) bölüşdürüldüyü üçün onlara dövlət
xəzinəsindən məvacib verməli oldular və hər tayfanın tərəfdarları
qiyam və iğtişaş üçün baş qaldırır, öz rəqiblərinin üzərində
üstünlük qazanmağa çalışır, müstəqil olmaq istəyirdilər”
97.
Dövlət daxilində feodal ara müharibələri və çəkişmələr
Səfəvilər dövlətinin xarici siyasi düşmənləri (xüsusilə sə
müharibəni yenidən başlamaq üçün əlverişli fürsət gözləyən
Osmanlı Türkiyəsi) üçün arzuolunan bir hal idi. “Qızılbaşların
məmləkətində ara müharibələri, pozğunluq və qarışıqlıq baş
verməsi barədə xəbərlər yayılırdı... Bu günü gözləyən qonşu
padşahlar və düşmənlər həmin məqamı əlverişli saydılar, Əcəmi
(Səfəvilər dövlətini – O.Ə.) tutmaq üçün şərqdən və qərbdən
cəhdlər göstərdilər. Sultan Murad Azərbaycan və Şirvan ölkələrini
tutmaq arzusunda olduğunu bildirdi. Uzun illər başlarını itaət
çənbərində saxlamış ucqarların asılı hakimləri isə müstəqillik və
hakimiyyət iddiası ilə çıxış etdilər...”
98
.
Kürd tayfalarının 1577-ci il qiyamı
Cənubiqafqaz uğrunda müharibəni yenidən başlamağa
əlverişli fürsət axtaran Osmanlı Türkiyəsi Səfəvilər dövlətinin ağır
daxili vəziyyətindən dərhal istifadə etdi. Vanın Osmanlı hakimi169
Xosrov paşa sərhəd boyunda yaşayan kürd tayfalarının Səfəvilərə
qarşı qiyamını qaldırmaq barədə göstəriş aldı. Öncə hüquqları
vaxtilə II İsmayılın fərmanı ilə təsdiq olunmuş Səlmas və Tasuq
hakimi Şahqulu Bülbülan oğlu Qazi bəy qiyam etdi. Xosrov
paşanın qoşunları kürdlərlə birlikdə qəflətən Xoya hücum etdilər və
bununla da Sultan süleymanın imzaladığı 1555-ci il müqaviləsini
pozdular. Xain düşmənlər tərəfindən qəfildən yaxalanmış Xoy
hakimi Mahmud Sultan Rumlu şiddətli müqavimət göstərdi və
həlak oldu.
Sonra kürdlər Urmiya hakimi Hüseyncan Sultan Xunusluya
qarşı hücuma keçdilər. O da bir aylıq müqavimətdən sonra hiylə ilə
ələ keçirildi və öldürüldü. Düşmənlər qızılbaş düşərgəsindən çoxlu
oğlan və qızı əsir aldılar. “Həmçinin məzlumların və rəiyyətin
mirasını və əmlakını” çapıb taladılar. Bunun ardınca kürdlər
Göyərçinlik qalasını və Urmiyanı tutdular
99
.
Həmin vaxtda Azərbaycan hakimi təyin olunmuş Əmir xan
Türkman Təbrizə gəldi, kürdlərin qiyamını yatırmaq üçün qoşun
toplamağa başladı. O, 10-15 min nəfərlik qoşun toplayıb sərhədə
doğru hərəkət etdi. Qiyamçılar hücuma dözmədilər və qalalarda
gizləndilər. Lakin Əmir xan və əmirlər bu ərazidə törədilmiş böyük
dağıntılar üzündən orada möhkəmlənə bilməyib geri çəkildilər.
İskəndər bəy Münşi yazır: “Qoşunların geri çəkilməsi o ölkənin
viran edilməsi səbəbindən irəli gəlmişdi. Xoy, Səlmas və
U r m i y a nın x e y l i s a k i n i ( o y e r lər i ) tər k e t mə y ə b aşl a dı. S o n r a
qayıdanlar qeyri-iradi olaraq düşmənlərə tabe oldu və həmin yerlər
onların (kürdlərin) hakimiyyəti altına düşdü”. Tezliklə Osmanlı
basqınının başlanacağına dair şayiələrdən ruhlanan digər kürd
tayfaları da üsyan qaldırdılar. Məsələn, Sulduz və Miyanduab
ərazisində (Marağanın yaxımlığında) yaşayan, Əmir bəyin başçı
olduğu mükri tayfası Marağaya yaxınlaşdı,I Şah Təhmasibin
mülkiyyəti olan at ilxısını sürüb apardı. Bu ilxıda 10 min seçmə170
ərəb atı bəslənirdi. Əmir xan Türkman onlara çatıb ilxını geri
qaytarmağa cəhd göstərdi, lakin bunun nəticəsi olmadı
100
.
Şirvanda Əbubəkrin üsyanı
Bu zaman Şirvanda Osmanlı sultanının təhriki ilə Səfəvilər
əleyhinə üsyan başlandı. İskəndər bəy Münşi məlumat verir ki,
“Şirvanın əvvəlki sultanlarının nəslindən olan” Bürhan oğlu
Əbubəkr Mirzə o vaxtadək Dağıstanda və Çərkəzistanda
gizlənmişdi
101
. O, öz ətrafında “ləzgi və qarabörk (keçmiş Şirvan
ordusunun qalıqları) tayfalarından” 2-3 min nəfərlik qoşun topladı,
kömək üçün türk sultanına müraciət etdi. O, bu kömək müqabilində
qızılbaşlar qovulduqdan sonra sultanın vassalı olacağına söz verdi.
Şirvanlıların bir dəstəsi İstanbula yola düşdü və vahid etiqadın
(sünniliyin) müdafiəsi bəhanəsi altında “qızılbaşların zülm və
istibdadından” qurtulmaq üçün sultandan kömək istədi
102
.
Şirvanda üsyanın başlanmasının obyektiv səbəbləri var idi.
Qazi Əhməd bildirir ki, burada 200 min tümən məbləğində vergi
(malcəhət) toplanmamışdı. Bu, həmin ölkədən vergi məbləğləri
a lın m a sı ü ç ü n hər h a n sı sə n əd v e r i l məs i n i q a d ağa n e t m iş I Şa h
Təhmasibin sərəncamı ilə edilmişdi
103
. B u xə b ər i Ş ə r əf x a n B i d l i s i
də təsdiq edərək göstərir ki, adı çəkilən şahın hakimiyyətinin son
dövründə “Azərbaycanın, Şirvanın və Aranın bəzi yerlərində malu-xərac yeddi, bəzən isə doqquz il ərzində yığılmırdı”
104.
Ə g ər I
Şah Təhmasib kimi pul xəsisi olan hökmdar buna getmişdisə,
həmin tədbirin var-yoxdan çıxmış xalqın olduqca ağır
vəziyyətindən irəli gəldiyi aydın olur. Dövlət xəzinəsinin
talanından sonra Qəzvində həmin vergi borcunu xatırlatmağa
başladılar. Maliyyə məmurları məvacibləri hesabına qorçilərə
paylanan və vergi yığmaq hüququ verən təxsisnamələr (həvalə)
buraxdılar. Bu, Şirvanşahlar nəslindən olan Əbubəkr Mirzənin işini171
asanlaşdırdı. O, şirvanlıların narazılığından istifadə etdi və
qızılbaşların Dəbənddə və Şabranda qırılması ilə başlanan “qara
camaatın və pozğun ünsürlərin” Səfəvilər əleyhinə üsyanının
başçısı oldu
105
.
Bu üsyan və Əbubəkrin şəxsiyyəti haqqında Münəccimbaşı
bəzi təfsilatları açıqlayır. Onun hekayəsinə görə, Əbubəkr Mirzə
hələ uşaq ikən atası Bürhan Əlinin ölümündən sonra, atasının
tərəfdarları tərəfindən Dağıstana aparılmış və 20 ilə yaxın orada
qalmışdı. Əbubəkr Mirzə oradan hicri 978 (1570)-ci ildə Krıma
yola düşdü. Krım xanı Dövlət Girey (1551-1577) ona “yüksək
hörmət və ehtiram” göstərmiş, “onu öz qızı ilə evləndirmiş, onun
barəsində Osmanlı imperiyasının Ali astanasın məlumat vermişdi”.
Əbubəkr Mirzəyə maaş təyin olunmuş və o, Osmanlı ordusunun
Şirvana hücumuna qədər Şirvanda qalmışdı
106
.
1578-ci ildə Osmanlı türk qoşunlarının
Cənubi Qafqaza müdaxiləsi.
Çıldır vuruşması
Osmanlı sultanı III Murad (1574-1585) Səfəvilərlə
müharibəyə ciddi hazırlıq görmüşdü. O, ortodoksal islamın
(sünniliyin) “dönük şiələrə” qarşı sınaqdan çıxmış “cihad”
şüarından yenidən istifadə etdi. Biz artıq gördük ki, sultan
tərəfindən qızışdırılan kürdlərin qızılbaşlar əleyhinə üsyanı və
Şirvandakı üsyanlar bir məqsədin müxtəlif vasitələri idi. Türk
qoşunlarının sərkərdəsi Mustafa Lələ paşa Ərzurumda yüz minlik
qoşun topladı. Öz qüvvələrinə arxayın olmayan Osmanlı Türkiyəsi
vassalı olan Krım xanı Məhəmməd Gireydən (1577-1584) tatar
qoşunlarının bu yürüşdə iştirak etməsini tələb etdi
107
. Bundan əlavə,
Dağıstanın feodal hakimlərinə, o cümlədən Kumık və Qaytaq
hakimi Çitlav Şamxala, Tabasaran hakimi Qazi Salehə və avar172
hakimi Toca Laz Bürhanəddinə əmr edilmişdi ki, Osmanlı
Türkiyəsinin Gürcüstanı və Şirvanı istila etməsinə yardım
göstərmək üçün öz qoşunlarını hazır vəziyyətə gətirsinlər
108
.
Mustafa Lələ paça Qars vilayətini hərbi qüdrətdən salınmış mövqe
kimi təsbit edən 1555-ci il müqaviləsini pozaraq, öncə Qars
qalasını bərpa etdi və və oraya qoşun yeritdi
109
. Qarsla qonşu olan
Çuxursəəd vilayətinin hakimi Məhəmmədi xan Toxmaq Ustaclı
Qəzvinə türlərin hərəkəti barədə məlumat verdi və onlarə sərhəddə
dayandırmağa cəhd göstərdi.
Qızılbaş rəhbərləri vətənin başının üstünü almış bu təhlükəli
anda öz qüvvələrini birləşdirmək və müqaviməti təşkil etmək üçün
kifayət qədər tədbir görmədilər. Türklər Ərzurumdan Qarsa tərəf
hərəkət edəndə Məhəmmədi xan Toxmaq Osmanlı basqınını
dayandırmaq üçün Çuxursəəddə qüvvələri birləşdirmək çağırışı ilə
Azərbaycanın cənub hissəsinin hakimi Əmir xan Türkmanın və
Qarabağ hakimi İmamqulu xan Qacarın yanına adam göndərdi.
Lakin Əmir xan ifrat tərsliyi və türkman və ustaclı tayfaları
arasında mövcud oaln düşmənçilik üzündən istəyirdi ki, həmin
tayfadan bir nəfər də adlı-sanlı adam sağ qalmasın”. Buna görə də
o, çıxış etməyi təxirə salaraq öz qoşunlarının silahlandırılmasına və
təchizatına cinayətkarcasına laqeydlik göstərdi
110
.
İmamqulu xan Qacar Çuxursəəd bəylərbəyinin çağırışına
cavab verərək öz qoşunu ilə buraya gəldi. Onların birləşmiş
qoşunlarının sayı 15 min nəfərdən artıq deyildi. Onlar Əmir xanın
dəstələrinin yaxınlaşmasını gözləyərək Qarsın şimal-şərqində,
Çıldır gölünün sahilində yerləışdilər. Qızılbaş sərkərdələri
düşmənin Gürcüstana yolunu kəsmək istəyirdilər.
Əvvəlcə türk ordusunun öndə gələn hissələri ilə toqquşan
qızılbaşlar qələbə qazandılar. Onlar 2-3 minə yaxın adamı məhv
etdilər. Bu qələbədən ruhlanan Azərbaycan döyüşçüləri qaçan
düşməni təqib etməyə başladıla. Ön dəstənin məğlub olmasından
xəbər tutan Mustafa paşa qızılbaşlara qarşı təcili olaraq20-30 min173
nəfərlik əlavə qoşun göndərdi. Türkləri təqib edən azərbaycanlı
hissələr öz əsas qüvvələrindən 2-3 fərsəx (12-20km) aralı düşdülər.
Bu hissələr darmadağın edildi və pərən-pərən salındı
111
.
Oruc bəy belə hesab edir ki, qızılbaş qoşunlarına başçılıq
edən Məhəmmədi xan Toxmaq yanlış məlumatın qurbanı olmuşdu.
O, öz kəşfiyyatçılarının məlumatına əsaslanaraq Dərviş paşanın və
Bəhram paşanın qırx minlik qoşununu türklərin başlıca zərbə
qüvvəsi hesab etmiş, onlara hücum etmişdi. Lakin Mustafa paşanın
yetmiş min nəfərlik qoşunu gizli sığınacaqdan gəlib qızılbaşların
sağ cinahına zərbə endirəndə Məhəmmədi xan öz səhvini başa
düşdü. Ancaq artıq gec idi. Oruc bəyin məlumatına görə, qızılbaş
qoşunu iki xoşbəxt təsadüf üzündən tam darmadağın edilməkdən
xilas oldu. Birincisi, Toxmaq tərəfindən göstərilmiş sərkərdəlik
məharəti, ikincisi isə qaranlığın düşməsi idi. Qızılbaşlar öz
qoşunlarının əsas hissəsini itirdilər: 7 min nəfər həlak oldu, 3 min
nəfər isə türklərə əsir düşdü. Məhəmmədi xan qaranlıqdan istifadə
edərək, öz qoşunlarının bir hissəsini dağ cığırlarından və
keçidlərdən keçirib xilas edə bildi
112
.
Osmanlı mənbələri birtərəfli qaydada türklərin qüvvələrinin
sayını azaldır, qızılbaş qoşunlarının sayını isə artırırlar. Məsələn,
onların məlumatlarına görə, Çıldır vuruşması ərəfəsində türk
qüvvələrinin sayı 30 min nəfərə çatırdısa, qızılbaşların sayı 25-50
min arasında idi. Buna baxmayaraq, hətta osmanlı tarixçiləri də
qızılbaşların mətinliyini, mərdliklə vuruçmalarını qeyd edirlər.
Onlar göstərirlər ki, Diyarbəkir bəylərbəyi Dərviş paşa əvvəlcə
məğlubiyyətə uğradı, döyüşdə özünün 30 ağasını və 7 sancaqbəyini
itirdi. Yalnız Dərviş paşaya böyük qoşunla köməyə gəlmiş
Özdəmir oğlu Osman paşanın yeni hissələri döyüşə girdikdən sonra
qızılbaşlar darmadağın edilmişdilər
113
.
İskəndər bəy Münşinin fikrincə, Çıldır vuruşmasında
Səfəvilərin məğlubiyyətinin başlıca səbəbi bunda idi ki, qızılbaş
əmirləri “təkəbbürün və özlərinə güvənməyin bolluğundan174
rumilərlə müharibəni yüngül və sadə (iş) hesab edirdilər”. Buna
görə də, onlar 10-15 min nəfərlik qoşunla Mustafa paşanın yüz
minlik qoşununa qarşı çıxmağı mümkün saymışdılar. Qazi
Əhmədin dediyinə görə, bir qızılbaş on nəfər rumiyə qarşı
dururdu
114
.
İskəndər bəy Münşi gileylənirdi: “Əgər qızılbaş əmirləri
arasında həmrəylik yaransaydı, Azərbaycanın və Şirvanın birlikdə
sayı 50 min nəfərə çatan bütün qoşunları birləşsəydi, habelə gürcü
çarları onlara qoşulsaydılar, o zaman Lələ paşanın ölkəyə basqını
belə asan olmazdı. Lakin əmirlərin çəkişməsi, tayfalar arasındakı
ədavət və təşəbbüssüzlük üzündən nəinki təkcə ölkə itirildi, habelə,
qızılbaşların nüfuzku başçıları həlak oldular. Azərbaycan qoşunu
məhv edildi, bir sıra illər boyu yığılmış əmlak və ləvazimat isə
talan edildi”
115
.
Çıldır vuruşmasından sonra Məhəmmədi xan Toxmaq
məsuliyyəti öz üzərinə götürərək qoşunların qalıqları ilə
Çuxursəədə getdi, İmanqulu xan isə Qarabağa qayıtdı.
Osmanlı türkləri Gürcüstanda
Mustafa paşanın qalib gəldiyi Çıldır vuruşması Gürcüstanın
qapılarını türklərin üzünə açdı. Türk basqınının təhlükəsi qrtdığı bir
zamanda gürcü feodal hökmdarları arasında didişmə və nifaq hökm
sürürdü
116
Onlardan bəziləri Səfəvilərin, bəziləri isə türklərin
tərəfini saxlayırdılar. Səfəvilərin məğlubiyyəti onların
Gürcüstandakı nüfuzuna güclü zərbə vurdu və bəzi gürcü
hökmdarlarını öz mülklərini saxlamaq üçün Osmanlı Türkiyəsinin
tabeliyinə keçməyə razı olmağa məcbur etdi.
Çıldırdan sonra Mesxi vəliəhdi Mənüçöhr və onun qardaşı
Kvarkvare türklərin tərəfinə keçməyə birinci olaraq razılıq verdilər.
Onların irsi mülkləri öz əllərində saxlandı. Mustafa Şirvana yürüş175
edərkən və geri qayıdarkən Mənüçöhr ona bələdçi oldu
117
.
Mustafa paşa
Axaltsixi tutduqdan sonra Kaxetiyaya doğru hərəkət etdi. O, “Rum
xondkarına tabe olmaq və itaət göstərmək” çağırışı ilə Kartli çarı
Simonun və və Kaxetiya çarı Aleksandrın yanına adam
göndərdi.İskəndər bəy Münşi göstərir: Onlar da bir-biri iə
düşmənçilik etdikləri üçün “simon tabe olmaqdan imtina etdi və
türklərə qarşı həmlələr edərək onlara bir sıra təsirli zərbələr
endirdi”
118
.
Halbuki “hiyləgər və uzaqgörən adam” olan Aleksandr
yaranmış şəraitdə Mustafa paşaya itaətini bildirməyi özü üçün
sərəfli hesab etdi. Türk qoşunları “keçilməzləyinə və əzəmətinə
görə göylərlə bəhsləşən”Tiflis qalasını ələ keçirmək üçün hərəkət
etdilər. Şəhət Davidin (Davud xanın) mülkündə yerləşirdi. I Şah
Təhmasib Kartlini ona verərək, çarlığı onun qardaşı Simondan
almışdı. Buna görə də David qardaşından kömək gözləməyərək
Tiflisi tərk etdi. Avqustun 24-də Osmanlı ordusu sakinlərinin tərk
etmiş olduğu Tiflisi, sonra isə həm də Qorini ələ keçirdi. İstalaçılar
Tiflisdə Məhəmməd paşanın başçılığı altında altı min nəfərlik hərbi
dəstə saxladılar. Zəgam və Geram hakimi də türklərə tabe oldu.
Gürcüstan türk qoşunları tərəfindən işğal edildikdən sonra Şəki
h a k i m i İs a x a n
119
öz mülkünü tərk edərək Səfəvilərin sarayına
getdi
120
.
Şirvana basqın
1578-ci il sentyabrın əvvəlində Osmanlı qoşunları Qanıq
(Alazan) çayına çatdılar. Onlar əhalisi və yaşıllığı olmayan Şirak
düzündən keçərək ərzaq cəhətdən ciddi çətinlik çəkdilər.
Aclıq və üzücü yürüş işğalçıların mənəvi ruhunu əsaslı
surətdə sarsıtdı. Sipahilər (süvarilər) və yeniçərilər yürüşdəm176
imtina edərək geri qayıtmağı tələb etdilər. Osmanlı
salnaməçilərinin yazdığına görə, hətta bir qrup döyüşçü sərkərdəyə
yaxınlaşaraq bildirdi: “Sən bizi dəli edəcəksən. Nə vaxtadək bu boş
və yaşayış olmayan çöllərdə gedəcəksən. Sən qayıtmalısan. Biz
qayıtmağa etiraz edən yoldaşlarımızı öldürərik. Bizim üçün əvvəlcə
həyat, sonra isə (bütün) dünya vacibd8ir. Biz nə Qanıqdan keçmək,
nə də Şirvan ölkəsini ələ keçirmək arzusunda deyilik”
121
.
İskəndər bəy Münşinin məlumatına görə, xeyli
y u b a n m a d a n s o n r a Əm i r x a n o n m i n l i k q oşu n l a Təb r i z dən ç x a r a q
Məhəmmədi xan Toxmağın köməyinə gəldi. Çıldır yaxınlığında
darmadağın olunmaq, Mustafa paşanın Gürcüstan və Şirvan
istiqamətində hərəkət etməsi xəbəri ona çatdı. Əmirxan Qarabağa
tərəf yeridi, burada ona qoşulan İmamqulu xanla bərabər Alazan
sahilində Osmanlı ordusunun böyük dəstəsinə hücum etdilər.
Qızılbaşlar 2 min nəfərə yaxın adam öldürdülər. Onların əlinə
böyük miqdarda qənimət keçdi
122
.
Bu məlumatı türk tarixçisi Münəccimbaşı da təsdiq edir və
əlavə olaraq göstərir ki, bu zaman qızılbaşlar ləvazimatı ilə birlikdə
min dəvə və 3 min at ələ keçirmişdilər
123
. B u n d a n əl a və, b i r sır a
Osmanlı başçıları qızılbaşlara əsir düşmüşdü
124
. Bu qələbədən
sonra Əmir xan Qarabağa qayıtmaq və Səfəvi şahzadəsi Həmzə
Mirzənin başlıca qüvvələrinin yaxınlaşmasını gözləmək fikrində idi.
Lakin onun oğlu Sultan Murad xan “dəliqanlı qızılbaş döyüşçüləri”
dəstəsi ilə Alazan çayını keçdi və düşmənə bir daha zərbə endirdi.
Lakin onun dəstəsi türklər tərəfindən mühasirəyə alındı və
darmadağın edildi. Bu döyüşdə 2-3 min nəfər qızılbaş həlak oldu.
Bundan sonra Əmir xan öz qoşunlarının qalıqları ilə Təbrizə
qayıtmağı daha düzgün çıxış yolu hesab etdi
125
.
Osmanlı ordusu Şirvana daxil olduğu zaman yeni qiyam baş
verdi. İş bundadır ki, Şirvanın qızılbaş hakimi Araz xan Rumlunun
yaxınlaşdığını eşidən Mustafa paşa Alazan çayını keçməyə tələsirdi.
Sentyabrın 10-da səhərdən Osmanlı hissələri çayın sol sahilinə177
keçməyə başladılar. Çayın keçilməsi toran düşənə qədər
uzandığından çayın daşması nəticəsində əsgərlərin bir hissəsi
batmışdı. Bu çayın sağ sahilində qalanlar arasında böyük vahimə
yaranmasına səbəb oldu. Ertəsi gün səhər, ordu nümayəndələri
dəstəsi Mustafa paşanın yanına gələrək qışın yaxınlaşdığını,
əsgərlərin yorulduğunu və doyunca yeməməkdən taqətdən
düşdüklərini bildirərək dərhal yürüşü dayandırmağı və vətənə
qayıtmağı təkidlə tələb etdi. Sərkəördə öz əqidəsinin bütün
qüvvəsini işə saldı və onlara böyük qənimət əldə edəcəklərini,
Şirvanda ərzaq bollluğu ilə qarşılaşacaqlarını vəd etdi. O,
döyüşçüləri şiələrin – qızılbaşların hakimiyyətini devirtməkdə
“kömək” etməli olduqlarını öz həmməzhəblərinə, yəni Şirvan
sünnilərinə “xəyanət edəcəkləri təqdirdə” qiyamət günündə cəza
alacaqları ilə qorxudurdu. Hər halda 2 min nəfərədək yeniçəri
yollarına davam etməkdən imtina etdi və atəş açmaqla çayı
keçənlərə mane olmağa cəhd göstərdilər. Oruc bəyə görə, çayın
keçilməsi və Ərəşə qədər yol qət edilməsi türklərə 8 min insan
həyatı bahasına başa gəlmişdi. Sentyabrın 16-da Mustafa paşa
Ərəşə daxil oldu
126
.
Türklər burada təxminən üç həftə qalaraq dincəldilər və
yürüşü davam etdirmək üçün özlərinə bir aylıq azuqə topladılar.
Onlar qala tikərək orada Qaytas paşanın başçılığı ilə beş min
nəfərlik hərbi dəstə yerləşdirdilər
127
.
Ağıllı və təşəbbüskar hakim olan Şirvan bəylərbəyisi
düşmənin qat-qat üstün olan qüvvələri qarşısında tab
gətirməyəcəyini hiss edərək Şirvanı tərk edib, Kürün cənub
sahilində yerləşdi. Üstəlik də bu vaxt dağıstandan Əbubəkr Mirzə
ləzgi və şirvanlılardan ibarət üç minlik dəstə ilə Şirvana daxil
oldu
126
.
Türk ordusu çox da çətinlik çəkmədən Ərəşdən başqa
Şamaxı, Qəbələ, Bakı, Şabran, Mahmudabad və Səlyanı ələ keçirdi.
İ.Petruşevski düzgün olaraq qeyd edir ki, “Osmanlı Türkiyəsinin178
Şirvanı işğal etməsini Azərbaycanın cənub hissəsində və
Ermənistanda bir çox köçəri kürd tayfalarının, Şimalı Azərbaycan
əyanlarının bir (sünni) hissəsinin onun tərəfinə keçməsi, habelə
qızılbaş əmirlərinin arasındakı didişmələr və onların ümumi
rəhbərliyə tabe olmaq istəməməsi” asanlaşdırmışdı
129
. İskəndər bəy
Münşinin göstərdiyi kimi, Şirvanın bəzi yaşayış yerlərinin sakinləri
(rəiyyətləri), nəinki müqavimət göstərmirdilər, əksinə, hətta
“qızılbaşlara qarşı qiyama və mübarizəyə” qalxırdılar
130
. Bu həm
qızılbaş feodallarının Şirvanın oturaq əkinçi əhalisinə etdiyi ağır
zülmlə, həm də yerli sünni əyanlarının Şirvan dəstəsinin keçmiş
müstəqilliyinə hələ ümidlərini itirmədikləri və öz arzularını sultan
ordusunun gəlməsinə bağlamaları ilə izah olunurdu. Məsələn,
Dərbəndin Səfəvi hakimi Çıraq Xəlifə 300 qızılbaşla birlikdə
Osmanlı qoşunlarının şəhərə daxil olmasınaqarşı çıxmış, lakin
dərbəndlilərin qiyamı nəticəsində məhv edilmişdi
131
.
Mustafa paşa Şirvanı tutduqdan sonra Şamaxıda Osmanlı
sərkərdələrinin şurasını (divanını) çağırdı. Burada, ölkədə sultan
hakimiyyətini möhkəmləndirmək üçün tədbirlər müzakirə olundu.
Şirvanda türk hərbi-inzibati idarə sistemi tətbiq edildi. Osmanlı
salnaməçisi Əli özünün “Künh əl-əxbar”
132
əsərində məlumat verir
ki, Şirvan mahallardan (sancaqlardan) ibarət olan iki vilayətə -
Şamaxı və Dərbənd bəylərbəyiliklərinə bölündü.
Şamaxı vilayəti aşağıdakı sancaqlardan ibarət idi: 1) Lahıc,
2) Ağdaş, 3) Qəbələ, 4) Salyan, 5) Zərdab, 6) Şəki, 7) Bakı, 8)
Sədəru, 9) qara Ulus, 10) Axtı və İxır, 11) Diku, 12) Siryan (yaxud
Sirhan), 13) Osmani, 14) Xudavərd (yaxud Xudadərd), 15)
Mahmudabad, 16) Ərəş.
Dərbənd vilayətinə daxil olan sancaqlar bunlar idi:
1) Dəmirqapı (Dərbənd), 2) Şabran, 3) Axtı (habelə
Şamaxının 10-cu sancağı kimi göstərilir), 4) Quba, 5) Müskir
(yaxud Məskir)
133
, 6) Kürə, 7) Çıraq, 8) Restov
134
.
Bir aydan sonra Mustafa paşa geriyə hərəkət etdi. O, buna179
bir sıra səbəblər üzündən məcbur olunmuşdu. Qızılbaşlarla qanlı
döyüşlər, Gürcüstanda dəfələrlə pusqulardan edilmiş hücumlar,
təbii fəlakətlər zamanı məruz qaldıqları təsirli itkilər – bütün bunlar
Osmanlı ordusunun ruhdan düşməsinə böyük təsir göstərirdi.
Biz artıq
açıq qiyamlara keçən yürüşlə əlaqədar narazılıqların şahidi olduq.
Nabələd ölkədə yaxınlaşmaqda olan qış osmanlı əsgərlərinə
təskinverici heç nə vəd etmirdi. Buna görə də Mustafa paşa bu
ölkədə qalmağı ağılsızlıq hesab edirdi. İstilaçılar zəbt etdikləri
ölkədə özlərini həddən artıq inamsız hiss edirdilər. Bu baxımdan
belə bir fakt səciyyəvi idi ki, türk baş komandanı Şirvandakı
istilaları əldə saxlamağa öz əsgərləri arasında həvəs göstərən şəxs
tapa bilməmişdi. Şirvanda Osmanlı qoşunlarına komandanlıq
e t mək tək l i f i a l mı ş D i y a r bək i r bəy lər bəy i Dər v iş p aşa və Hə l əb
(Aleppo) bəylərbəyi Məhəmməd paşa tələsik bundan imtina
etmişdilər. Mustafa paşa bu vəzifəni Özdəmir oğlu Osman paşaya
həvalə etməyə müvəffəq oldu
135
. Sonuncu, sultanı müdafiə edən
Dağıstan hakimlərinə yaxın olması sayəsində əlverişli olan
Dərbəndi özünə iqamətgah seçdi. Mustafa paşa Ərzurumda
qışlamağa getməzdən əvvəl Şamaxıda, Ərəşdə, Bakıda və başqa
şəhərlərdə qalaları möhkəmləndirdivə bu yerlərdə Osmanlı hərbi
hissələri yerləşdirdi
136
. Mustafa paşa Dağıstan hakimlərini sultana
sədaqətlə xidmət etdiklərinə görəmükafatlandırmağı da unutmadı.
Kumık və Qaytaq hakimi Çitlav Şamxal Şabran sancağını aldı, avar
hakimi Toğa Laz Bürhanəddinə isə Axtı və İxır sancağı
bağışlandı
137
.
Tiflisdən keçərək Ərzuruma hərəkət edən Osmanlı ordusunun
geriyə qayıtdığı yol da türk əsgərlərinin meyitləri ilə dolu idi. Hətta
Osmanlı salnaməçilərinin etiraflarına görə, sentyabrın 25-də Tiflis
və Qori arasında qopan qar çovğunu nəticəsində 5-6 min türk əsgəri
həlak oldu
138
. Mustafa paşa Tiflis yaxınlığında türklərin keçəcəyi
yolda, meşə və cəngəlliklərdə pusqu qurmuş Qarabağ bəylərbəyisi180
İmamqulu xanla Kartli çarı Simonun birgə hücumuna məruz qaldı.
20 min nəfərdən artıq düşmən əsgəri öldürüldü, zəngin qənimət ələ
keçirildi
139
.
Türk mənbələrinə görə, Mustafa paşa Şirvandan getdikdən
sonra Osman paşa Gəncəyə basqın təşkil etdi. Qaytas paşa başda
olmaqla Osmanlı dəstəsi Kürü keçərək Gəncə bəylərindən biri olan
Partal oğlu Əhməd bəyə hücum etdi. Sonuncu qaçdı, yaşayış yeri
isə qarət və talanlara məruz qaldı. Osman paşa az sonra Araz xan
Rumlunun qüvvə topladığı Salyana dəstə göndərdi. Lakin
qızılbaşlar türklərin hücumunu dəf etdilər və Xürrəm ağanı geri
çəkilməyə məcbur edə bildilər. Araz xana qarşı
müvəffəqiyyətsizliyə uğrayan Osman paşa Şamaxıda
möhkəmlənməyi və Krım tatarlarının gəlişini gözləməyi qərara aldı.
Bu vaxt Ərəşdə Qaytas paşa İmamqulu xan Qacarın qoşunlarının
hücumuna məruz qaldı. Qızılbaşlar türkləri darmadağın edərək
Ərəşi tutdular. Qaytas paşa öldürüldü. Osmanlı sərkərdələrindən
Əbdürrəhman bəy isə əsir düşdü. Türk hərbi qüvvələrinin bir
hissəsi üsyana qalxmış və bununla da qızılbaşlara kömək etmiş
sakinlərin əli ilə qılıncdan keçirildi. Ərəşin süqut etməsi xəbərini
sağ qalmış bir nəfər döyüşçü Şamaxıya çatdırdı. Osman paşa onu
həbs etdi və bu xəbəri əsgərlərdən gizlətdi
140
.
Əbubəkr Mirzə diyarın istila edilməsində sultana xeyli
kömək etdiyi üçün Şirvanda hakimiyyəti hətta ondan belə qəbul
etməyə hazır idi. Lakin gözlənildiyi kimi, Əbubəkrin Şirvan
hakimiyyətinə olan iddialarını müdafiə edən Şirvan feodallarının
ümidləri özünü doğrultmadı. Mustafa paşa Əbubəkrə ölkənin qəti
olaraq tabe edilməsi işində Osman paşaya kömək etməyi tapşırdı
və vətənə qayıdan kimi, sultandan onun Şirvan hakimi təyin
edilməsinə nail olacağı kimi yalançı vədlərlə onu sakitləşdirdi
141
.
Qızılbaşların əks hücumu181
Səfəvilər sarayında türk ordusunun Qarsa doğru hərəkət
etməsi xəbəri alınan kimi əmirlər nə etmək lazım gəldiyi barədə
müşavirə keçirməli oldular. Nəhayət, qərara gəldilər ki, sultana
nəzakətli bir məktub göndərərək sərhədin pozulmasına öz
etirazlarını bildirsinlər. Həm də iş elə təqdim edilirdi ki, guya
söhbət yerli əhəmiyyətli münaqişədən – sərhədyanı hakimlərin
sərhədi pozmasından gedir. Rəsmi müraciətdə həmçinin göstərilirdi
ki, Səfəvilərin həmişə əməl etdiyi Amasya sülhü sarsılmazdır.
Məktubu İstanbula çatdırmaq vəzifəsi Məhəmmədi xan Toxmağın
mülazimlərindən biri olan Vəli bəy Ustaclıya həvalə edildi. O, yola
düşdü. Lakin Mustafa paşanın qoşunları Ərzurumdan Qarsa gedib
çıxanadək Osmanlı Türkiyəsi sərhədində yerli hakim tərəfindən
tutulub saxlanıldı
142
.
Bununla da qızılbaşların ölkənin ağır daxili vəziyyəti
üzündən hərbi toqquşmadan yaxa qurtarmağa yönəldilmiş son
ümidləri puça çıxdı. Buna görə də hərbi çağırışı qəbul etməkdən
başqa çarə qalmadı. Türk sultanı bu yürüşdə şəxsən iştirak etməyi
lazım bilmədi. Buna görə də Səfəvilər də qərara aldılar ki, qızılbaş
qoşunlarına şahın özü deyil, onun oğlu, türklərlə mübarizədə
sərkərdəlik istedadı nümayiş etdirmiş Həmzə Mirzə başçılıq
edəcəkdir. O, İraq, Fars və Kirmanın yığma qoşunu (ləşkər) ilə
Azərbaycanın cınub hissəsinə gəlməli və yerli qoşunların birləşərək
“mühafizə və müdafiə üzrə zəruri tədbirlər” görməli idi
143
. Dövlət
işləri əməli olaraq şahın arvadı Xeyrənnisə bəyimin əlində
olduğuna görə, o da (öz oğlundan ayrılmağın onun üçün çətin
olduğuna əsaslanaraq) bu yürüşdə iştirak edirdi. Sentyabrın 27-də
Həmzə Mirzə öz anası ilə Qəzvindən çıxaraq qoşunlarla Miyanəyə
gəldi. Burada, müxtəlif əmirlərin öz qoşunları ilə gəlməsini
gözləmək, Gürcüstanda və Şirvanda hadisələr haqqındakı son
xəbərləri öyrənmək üçün on günlük fasilə elan edildi.182
Əmirlər Miyanədə keçirilən şurada hərbi əməliyyatlar planını
işləyib hazırladılar
144
. Bəziləri təklif edirdilər ki, Urmiya gölü
yaxınlığında kürd tayfalarının üsyanını yatırmaq üçün öncə Təbrizə
hərəkət etmək lazımdır. Onların fikrincə, sonra Ərzurum və
Ərzincan istiqamətində gedərək Qars qalasını dağıtmalı, qışda isə
Türkiyə hüdudlarına hücum edilməlidir. Bu xəbər o vaxt artıq
Şirvanda olan Mustafa paşaya çatarkən, Ərzurumu müdafiə etmək
üçün geri çəkilməyə məcbur olacaqdır. Lakin əmirlərin çoxu bu
təklifə etiraz etdi və böyük Osmanlı ordusuna müqavimət
göstərmək üçün zəif olan Şirvan əmirlərinə köməyə getməyi
məqsədəuyğun saydı
145
.
Buna müvafiq olaraq Həmzə Mirzə otuz minlik qoşunla
Ərdəbildən, türklər tərəfindən tutulmamış Qarabağa doğru hərəkət
etdi.
Qərara alındı ki, qoşunların başlıca qərargahı şahzadə və
onun anası ilə Qaraağacda qalacaq, əmirlər isə qoşunlarla və vəzir
Mirzə Salmanla Kürü küçərək, Şirvanı türklərdən azad etməyə
gedəcəklər
146
.
Araz xan Rumlunun məğlubiyyəti
Kür çayının keçilməsi və qızılbaş əmirlərinin qoşunlarla
yaxınlaşması xəbəri Araz xan Rumluya çatdı. O, ölkəni düşmənə
güzəştə getməkdə, fəaliyyətsizlikdə təqsirləndiriləcəyindən
qorxaraq dərhal şimala hərəkət etməyi, Şamaxı qalasını mühasirəyə
almağı, əmirlər oraya gəlib çıxanadək onu ələ keçirməyi və
bununla da özünü qərargahın gözündə təmizə çıxarmağı qərara aldı.
Araz xan bu niyyətlə Kürü keçdi və tələsik Şamaxıya doğru hərəkət183
etdi. Osman paşa şəhərdən çıxdı və müdafiəyə hazırlaşmağa
başladı.
Araz xan və qızılbaşlar Şamaxını ələ keçirmək üçün
qəhrəmancasına cəhd göstərdikləri və buna yaxın olduqları bir
vaxtda Krım xanının qardaşı Məhəmməd Girey və taxt-tacın varisi
(kalqay) Adil Girey
147
başda olmaqla Krım tatarlarının iyirmi
minlik qoşunu Dərbənddən keçərək Şirvana hücum etdi. Bəzi
əmirlər düşmənin mühasirəsini yararaq Kürün cənub sahilinə
qayıtmağı təklif etdilər. Lakin Araz xan meydandan qaçmaq fikri
ilə heç cür barışa bilmirdi. Həm də artıq gec idi. Osmanlı qoşunları
və Krım tatarları, habelə ləzgilər, qarabörklülər, Əbubəkrin Şirvan
üsyançıları tərəfindən mühasirəyə alınmış araz xan və qızılbaşlar
sarsılmaz mətanət göstərdilər. Lakin onların müqaviməti qırıldı.
Araz xan bir dəstə qızılbaşla əsir alındı və edam edildi. Qoşunların
yalnız bir hissəsi qaçmaqla qırğından yaxasını qurtara bildi
148
.
Bundan sonra Osman paşa Şamaxı qalasına gəldi. Adil
Girey isə Əbubəkrlə birlikdə Araz xanın düşərgəsini qarət etmək
üçün cənuba, Muğan düzünə tərəf hərəkət etdilər. İskəndər bəy
Münşi yazırdı: “Bu müharibədə rumlu tayfasına bədbəxtlik üz
verdi”. Bu tayfanın adlı-sanlı adamlarının əksəriyyəti öldürüldü və
Şirvanın uzun illər boyu “sakit və firavan” idarə olunması
dövründə toplanmıış saya-hesaba gəlməyən əmlak, var-dövlət isə
düşmənlərin əlinə keçdi
149
. Döyüşdən sağ-salamat çıxmış Ərdoğdu
Xəlifə Təkəli və bir neçə başqa əmir, o cümlədən Araz xanın iki
oğlu artıq bu vaxt Qarabağa gəlib çıxmış, qızılbaş qərargahına
Araz xanın darmadağın edilməsi barədə dəhşətli xəbəri çatdırdılar.
Talış əmirlərinə əmr edildi ki, Araz xanın qoşunlarının qalıqları ilə
Kür çayından keçiddə bir yerə cəmləşsinlər və Krım tatarlarının
cənub sahilinə keçməsinə yol verməsinlər.
Qərargahın əmrini yerinə yetirən bu qoşunlar Cavad
yaxınlığında keçidi tutaraq yaralı qızılbaşları o biri sahilə keçirmək
üçün körpü saldılar. Bu vaxt tatarların və ləzgilərin yaxınlaşması184
xəbəri alındı. Qızılbaşlar körpünü çətinliklə uçura bildilər. Lakin bu,
düşmənlərin qarşısını saxlaya bilmədi. Onlar cəsarətlə suya atıldılar
və o biri sahilə çıxdılar. Qızılbaşlarla onların arasında ağır döyüş
başlandı. Qızılbaşlar, həmin yerlərə yaxşı bələd olan şirvanlı
üsyançıların köməyilə düşmənin yeni dəstələrinin çayı keçərək
onların arxasınca çıxdıqları xəbərini alana qədər qəhrəmanlıqla
müqavimət göstərdilər. Düşmən qoşunlarının məngənəsinə düşən
qızılbaşlarkütləvi surətdə qaçmağa üz qoydular. Qaçanlardan hər
kəsi yalnız şəxsi həyatı düşündürürdü. Onlardan bir dəstəsi öz
qoşunlarının dayandığı yerə gəlib baş vermiş hadisə barədə danışdı.
Burada isə daha çox öz əmlaklarını xilas etmək qayğısına qaldılar.
Düşmənin öndə gələn hissələri göründükdə, ağlasığmaz bir vahimə
yarandı və hamı dağınıq halda ətrafa səpələndi. Hər cür sərvətlərlə
yüklənmiş dəvə karvanları tatarların əlinə keçdi. Onlar həmçinin
çoxlu qadın və qız əsir aldılar. Adil Girey tatarlarla və ləzgilərlə
birlikdə çox böyük miqdarda qənimət ələ keçirdi, elə həmin gün də
şimala – Şirvana tərəf hərəkət etdi
150
.
Krım tatarlarının Mollahəsən yaxınlığında
darmadağın edilməsi
B u v a x t M i r zə S a l m a n və əm i r lər
151
Qarabağdan təcili
hərəkətə başladıla və Qoyun ölümü keçidindən Kürü keçərək
Şirvana daxil oldular. Onlar Osman paşanı Şamaxı qalasında
mühasirəyə aldılar. Mühasirə zamanı qızılbaşlar qalaya girmək
istəyən bir neçə tatarı ələ keçirdilər. Onlarda Adil Gireyin Osman
paşaya məktubu var idi. Qızılbaş əmirləri məktubu oxuyub
öyrəndilər ki, tatar xanı Əbubəkr Mirzə ilə birlikdə rumlu
tayfasının düşərgəsini talan etmiş, indi isə təcili qaydada şimala,
Osman paşanın köməyinə tələsir
152
. Şamaxı ətrafında qalmaq
əmirlərə çox təhlükəli göründü. Çünki aydın idi ki, tatarlar gələnə185
qədər onlar Osman paşanın uğurlu müdafiə olunduğu qalanı ala
bilməyəcəklər. Eyni zamanda əmirlər şübhə edirdilər ki, tatarlar
cənubdan gələcəyə təqdirdə, onlar bir neçə cəbhədə vuruşmaqla
döyüşü uda biləcəklər
153
. Araz xanın faciəli taleyi də buna şəhadət
verirdi. Buna görə də əmirlər yeganə düzgün qərar qəbul
etdilər. Şamaxı yaxınlığında Vəli Xəlifə Şamlının başçılığı altında
3 min nəfərlik dəstə qoyaraq Mirzə Salman qorçibaşı Qulu bəy
Əfşar, Şahrux xan möhrdar, Məhəmməd xan Türkman, Pirə
Məhəmməd xan Ustaclı, Sultan Hüseyn xan, Müseyib xan
Şərəfəddin oğlu Təkəli, İmamqulu xan Qacar, Əmir Həmzə xan və
digər “adlı-sanlı” əmirlərlə cənuba, tatarlara qarşı yeridi
154
.
Adil Girey və onun qardaşları – Səadət Girey və Əsgər
Girey Həmzə Mirzənin qoşunlarının gəlməsi, Şamaxını mühasirəyə
alması xəbərini eşidib mühasirəyə alınmış Osman paşanın
köməyinə çatmaq üçün şimala hərəkət etdilər. Tərəflər hicri 986-cı
il ramazanın 28-də (1578-ci il noyabrın 28-də), Ağsu çayı sahilində,
Mollahəsən dalı yerdəqarşı-qarşıya gəldilər
155
. Adil Girey
ləzgilərin, qarabörklülərin və şirvanlıların dörd-beş minlik dəstəsi
ilə möhkəmləndirilmiş on iki min nəfərlik tatar qoşununu
Səfəvilərin qarşısına çıxardı. Bu tərəfdən Əmir Həmzə xan Ustaclı
(çərxçi) və başqa əmirlər çıxış edirdilər. İskəndər bəy Münşi
obrazlı şəkildə qeyd edirdi: “Ölülərin qanına bulaşmış döyüş
meydanı lalələr örtülmüş çəmənliyi xatırladırdı”. Səhər başlanan
döyüş axşama qədər davam etdi. Şamaxı yaxınlığında qalmaq əmri
almış bir sıra qızılbaş əmirləridüşmənin başlıca qüvvələri ilə
döyüşdə iştirak etməyi özləri üçün şərəf işi sayaraq mühasirəni
özbaşına tərk etmiş, qızılbaş qoşunlarına qoşularaq onların
sıralarını xeyli gücləndirmişdilər. Tatarlar bütün günü hər vasitə ilə
onları darmadağın etməyi qərara almış qızılbaşların ardı-arası
kəsilməyən hücumlarını mətanətlə dəf etmişdilər.
Qızılbaşların getdikcə artan üstünlüyünü müşahidə edən
Adil Girey tatarları ruhlandırmaq məqsədilə döyüş meydanına186
atıldı. Lakin tezliklə qızılbaş dəstəsi Baba Xəlifə Danqralunun
(yaxud Qaramanlının) başçılığı ilə Adil Gireylə üz-üzə gəldi. Adil
Girey nizə zərbəsi ilə atdan salındı. Qızılbaşlar Adil Gireyi
öldürmək istədilər, lakin tanıyaraq onu salamat saxladılar.
Həlak olmuş Qaytas paşanın yerinə Ərəş hakimi təyin
olunmuş Osmanlı sərkərdəsi Piyalə bəy də qızılbaşlara əsir
düşdü
156
. Adil Girey əsir alındıqdan sonra düşmən qoşunu vahimə
içərisində qaçmağa başladı. Tatarların əksəriyyəti döyüş zamanı
qılıncdan keçirildi. Sağ qalanlar (əsasən həmin yerə bələd olan
ləzgilər və şirvanlılar) dağlarda və meşələrdə gizləndilər. Araz xan
Rumlu darmadağın edildikdən sonra
157
tatarların ələ keçirdiyi
bütün qənimət Səfəvilərə qaytarıldı. Əldə olunmuş qələbədən
istifadə etməyə səy göstərən Mirzə Salman yubanmadan Şamaxı
üzərinə hərəkət etdi. Osman paşa tatrların darmadağın olunması və
Adil Gireyin əsir düşməsi xəbərini eşidərək kənardan ediləcək
köməkdən məhrum olduğunu görüb Şamaxını tərk etdi. O,
Dərbəndə getmək və orada pərən-pərən salınmış qoşunlarının
qalıqlarının yolunu gözləmək qərarına gəldi.
Qızılbaş qoşunlarının qələbəsi xəbərini alan Dərbənd
sakinləri türklərə qarşı üsyan qaldıraraq qalanı ələ keçirdilər. Buna
görə də Osman paşa həmin xəbəri qoşunlardan gizlədərək şimala
getməyə tələsirdi. Qış sərt keçirdi, arxadan isə türkləri addımaddım izləyən qızılbaşlar gəlirdi. Şabrana çatarkən bərk şaxta
düşdü və bu, türklərin kütləvi surətdə məhv olmasına gətirib çıxardı.
Süvarilər şimala doğru hərəkət edir, piyadalar isə yorğunluqdan
yıxılır və bir daha qalxa bilmirdilər. Eyni zamanda, şirvanlılar və
dağıstanlılar da qoşunların arxasınca gələn xəzinə əmlakına basqın
və qarətlər təşkil edir, qiymətli mallar yüklənmiş qatır və dəvələri
sürüb aparırdılar. Geridə qalanları yerli sakinlər qarət edirdilər.
Osman paşa xeyli seyrəlmiş qoşunla nəhayət, Dərbəndə gəlib çatdı.
Sakinlər türkləri Dərbəndə buraxmaq istəmədikləri üçün şəhəri
qüvvə tətbiq etməklə yenidən almaq lazım gəldi
158
. Müxtəlif187
qızılbaş dəstələri Osman paşanı Şabrana qədər təqib edərək topları
və digər hərbi ləvazimatı ələ keçirdilər
159
. Şi r v a n t ü r k lər dən a z a d
edilsə də, onların dayaq məntəqəsi olan Dərbənd alınmadı.
Qızılbaş qoşunlarının uğurları barədə xəbərlər Həmzə
Mirzənin və anasının yerləşdiyi Qaraağacdakı baş düşərgədə böyük
sevinclə qarşılandı. Buradan paytaxta – Qəzvinə və bütün ölkəyə
“fəthnamələr” (“Qələbə məktubları”) göndərilirdi. Qərargahın
Osman paşa ilə mübarizəni davam etdirmək, onu məhv etmək və
Dərbənd qalasını ələ keçirmək barədə əmri alındı. Lakin
qızılbaş qoşunları şah qərargahı göstərişinin ziddinə olaraq Osman
paşanın təqib olunmasını dayandırıb Qarabağa qayıtdılar. Bu
tezliklə çox acınacaqlı nəticəyə gətirib çıxarmış, fəlakətli bir səhv
idi. İskəndər bəy Münşi iddia edir ki, bunun təqsirkarları, guya
Dərbəndin alınmasında və Şirvanda qələbələrin
möhkəmləndirilməsində təkid etmiş “Məhdi Ülyanın iradəsi
əleyhinə” hərəkət edən Mirzə Salman və qızılbaş əmirləri olmuşlar.
Şərəfxan Bidlisi təqsiri bütövlükdə şahın arvadının üstünə yıxır:
“Bu qədər qələbədən həddindən artıq qəhərlənən Sultan Həmzə
Mirzənin anası Şirvandakı işlərə qadın düşüncəsizliyi ilə, qayğı və
diqqət göstərmədən yanaşdı. Osman paşanı Dəmir qapıda (Dərbənd
– O.Ə.) qoyub qışın ortalarında Adil Girey xanla Qəzvinə
qayıtdı”
160
. Q a z i Əh məd i n də ş ər h i n dən a y dın o l u r k i , şa hın a r v a dı
“bu planla razılaşmadı” (yəni Dərbəndin tutulması və türklərin
Şirvandan tamamilə çıxarılması haqqında şah qərargahından
alınmış əmrlə). O, öz eşikağası Məhəmməd xan Türkmanı Mirzə
Salmanın və əmirlərin ardınca göndərdi. Bundan sonra onlar
Qarabağa qayıtdılar və bununla da Şirvan məsələsi başa
çatdırılmamış və həll olunmamış qaldı”
161
. Sonrakı
hadisələr qızılbaş sərkərdələrinin fikri ilə az hesablaşan və özbaşına
iş görən şah arvadının günahlarını təsdiq edir.
M ən bə l ər təs d i q e d i r lər k i , t e z l i k lə Q a r a b ağd a Şi r v a n
hakimi vəzifəsinə namizədlik (həlak olmuş Araz xan Rumlunun188
əvəzinə) üstündə şahın arvadı və həmin vəzifəyə Mollahəsən
döyüşünün qəhrəmanı – Abdulla xanın oğlu Həmzə xan Ustaclını
namizəd göstərmiş qızılbaş əmirləri arasında fikir ayrılığı yarandı.
Şahın arvadı bu təklifi qəbul etmədi və qışın bərk soyuğuna
baxmayaraq, 1578-ci ilin sonunda Qarabağı tərk etdi. Əmirlərdən
heç biri şah arvadının “yersiz hərəkətinə” qarşı çıxmağa cəsarət
etmədi və bir neçə gündən sonra bütün əmirlər qoşunları ilə onların
ardınca Qəzvinə yola düşdülər
162
.
Mollahəsən qələbəsinə baxmayaraq, Səfəvilər Şirvanda
möhkəmlənə bilmədilər. Türklər burada əməli olaraq Dəırbənddən
başqa heç bir dayaq məntəqəsinə malik deyildilər. Lakin onlar
ləzgilərin və Dağıstan hakimlərinin köməyi ilə Şirvanda qızılbaş
əmirlərini daim narahat edirdilər
163
.
Səfəvilər dövlətində daxili siyasi mübarizə
Səfəvilər dövlətinin daxilində Azərbaycan tayfalarının
əmirləri ilə İran ünsürləri arasındakı çəkişmələr qızılbaş
qoşunlarının türklərə qarşı mübarizədə sonrakı uğurlarına mane
oldu.
Biz artıq göstərmişik ki, qızılbaş əmirləri Qarabağda
olduqları zaman şah arvadı Məhdi Ülya və qızılbaş əmirləri
arasında tezliklə açıq düşmənçilik münasibətlərinə çevrilən
ixtilaflar yaranmışdır.
İş bunda idi ki, zəif iradəli Məhəmməd Xudabəndəni şah
seçməklə qızılbaş əmirləri, tayfa başçıları dövlət işlərində öz
nüfuzlarının güclənəcəyini, onların icazəsi və razılığı olmadan heç
bir mühüm dövlət tədbirinin həyata keçirilməyəcəyini nəzərdə
tutmuşdular. Buna baxmayaraq hadisələr heç də onların istədiyi
istiqamətdə cərəyan etmirdi. Müstəbid və tündxasiyyət olan şah
arvadı Məhdi Ülya ərinin əvəzinə dövləti təkbaşına, tam189
hakimiyyət sahibi kimi idarə edir, qızılbaş tayfalarının əyanları ilə
az hesablaşırdı. Onun şəxsi vəziri Mir Qəvaməddin Hüseyn Şirazi,
paytaxtın kələntəri Mövlana Əfzəl Münəccim Qəzvini, habelə
etimad əd-dövlə Mirzə Salman İsfahani İran ünsürlərinə mənsub
olan şəxslər idi. Mənbələr onları türklərdən fərqli olaraq ümumi
taciklər (tacikiyyə) istilahı ilə adlandırırlar. Məhdi Ülya türk
(azərbaycanlı) əmirlərini dövlət işlərindən kənar edərək onların
danışıqsız itaət göstərmələrinə nail olmaq istəyirdi. Bu baxımdan
Mazandaranın irsi hakimi, “ləyaqətli və mömin gənc” Mirzə xanın
Məhdi Ülyanın hökmü ilə öldürülməsi hadisəsi səciyyəvi sayıla
bilər.
Bu zaman şah arvadı özünün günahsız qurbanının mərhum
atası Murad xanla Mazandaranda hakimiyyət uğrunda mübarizədə
təqribən 20 il əvvəl həlak olmuş, Mərəşi seyidlərindən olan atası
Mirzə Abdulla xanın intiqamını almaq kimi xırda hissləri rəhbər
tutmuşdu
164
.
Mirzə xan onun arxasınca göndərilmiş, həyatını
qoruyacaqlarına və şah arvadını qan intiqamından imtina etmək
üçün dilə tutacaqlarına and içmiş adlı-sanlı əmirlərə könüllü təslim
olmuşdu. Lakin Məhdi Ülya əmirlərin andına məhəl qoymadı və
onlardan gizli qorçilər dəstəsinə gecə ikən xanı qətlə yetirməyi əmr
etdi. Şah arvadının əmirlərin razılığı olmadan və onların iradəsi
əleyhinə Mirzə xanı qətlə yetirməsi əmirlərin qəlbində Məhdi
Ülyaya sönməz nifrət oyatdı
165
. Bu qətlə görə, Şahrux xan möhrdar
Zülqədər, Piri Məhəmməd xan Ustaclı və Qorxmaz xan Şamlı kimi
bir sıra görkəmli əmirlər anda xilaf çıxdılar. Bu, onsuz da qadının
hakimiyyəti ilə həvəssiz hesablaşan qızılbaş əyanlarının Məhdi
Ülyanın özbaşınalığına son qoymaq qətiyyyətini möhkəmləndirdi.
Onlar öz niyyətlərini həyata keçirmək üçün əlverişli imkanı çox
gözləməli olmadılar.
Bir gün Kaşan şəhərinin sakinləri divana gələrək, tamahkarlıq
dərəcəsi adi hüdudları aşan şəhər hakimi Məhəmməd xan190
Türkmandan şikayət etdilər. Divan məmurlarına şikayətə baxmaq
göstərişi verildi. Aydın oldu ki, qızılbaş hakimi həqiqətən ağır suiistifadə hallarında təqsirlidir. Buna əsasən “onun ölkəsini
dəyişmək”, yəni onu Kaşandan başqa yerə keçirmək barədə
sərəncam verildi. “Böyük əmirlər və dövlətin ali şəxsləri” sırasına
daxil olan Məhəmməd xan işin belə şəkil alması ilə rüsvay olundu.
Məhəmməd xanın Məhdi Ülyanı inandırmaq üçün göstərdiyi bütün
səylər heç bir nəticə vermədi. Belə olduqda, Məhəmməd xan
əmirlərin arasındakı təhlükəli əhval-ruhiyyədən, onların Məhdi
Ülya idarə üsulundan ümumi narazılığın olmasından istifadə
e t məy i qər a r a a l dı. O , q i y a m çı əm i r lər lə s ö v də l ə şd i və o n l a r
İskəndər bəy Münşinin təbirincə “fitnə-fəsad və düşmənçilik
qapılarını açdılar”. Hətta özünün ağlı və təcrübəsi ilə tanınan
qorçibaşı Qulu bəy Əfşar kimi nüfuzlu bir əyan da qəsdə cəlb
edildi
166
.
Əmirlər gizli müşavirədə şahın arvadını və onun
tərəfdarlarını hakimiyyətdən kənar etmək barədə məsləhətləşməyə
başladılar. Onlar öz həmtayfaları və qohumları qarşısında belə bir
sual qoydular: “Necə olmuşdur ki, şah Məhəmməd Xudabəndə
olduğu halda, hakimiyyət şah arvadının, onun tacik və
mazandaranlılarının əlindədir, adlı-sanlı əmirlər hakimiyyətdən,
nüfuzdan nə üçün məhrum olmuşlar?” Onlar Məhdi Ülyanı
tacikləri və ona yaxın olan mazandaranlıları hər vasitə ilə himayə
etməkdə, onları rəhbər vəzifələrə irəli çəkməkdə, İran ünsürlərini
qızılbaş əmirlərindən üstün tutmaqda, habelə hərəmxana xəzinəsini
Mazandarana keçirməkdə təqsirləndirirdilər.
Nəhayət, əmirlər və əyanlar “Çehelsütun” sarayına
yollandılar. Onlar öz nümayəndələri vasitəsilə şaha bildirdilər ki,
onun arvadı Məhdi Ülyanın “əmirlərə və padşah dövlətinin ali
şəxslərinə” pis münasibəti “və mazandaranlılara (göstərdiyi)
hamilik” onun təbəələri – qızılbaşlar üçün çox təhqiramizdir. Onun
dövlət işlərinə qarışması qızılbaş tayfaları ağsaqqallarını narazı191
salır. Onlar şaha çatdırdılar ki, əgər vəziyyət dəyişməzsə, məsud
padşahın nökərləri bu tayfaların ümumi üsyanından qorxurlar.
Əmirlərin fitnə-fəsadları barədə məlumatı olan Məhdi Ülya onların
nümayəndələrinə elə təhqirlər və hədələr yağdırdı ki, onların yeni
təhqirdən sonra, acizlikdən yaranmış qəzəblə sarayı tərk etməkdən
başqa çarələri qalmadı
167
.
Sonra hadisələr aşağıdakı şəkildə cərəyan etdi
168
.Biz yuxarıda
göstərmişdik ki, maliyyə idarəsinin verdiyi sənədlərlə qorçilər öz
xeyirlərinə vergi toplamaq üçün Şirvana gəlmişdilər. Müflisləşmiş
əhalidən heç nə ala bilməyən qorçilər əliboş Qəzvinə qayıtmışdılar.
Təbiidir ki, qorçilərin hiddəti ilk növbədə onları təsvir edilən
dövrdə Şirvan kimi ödəmə qabiliyyəti olmayan vilayətə göndərmiş
maliyyə məmurlarına qarşı yönəlmişdi. Əmirlər qorçilərin əhvaliruhiyyəsindən öz qəsdçi məqsədləri üçün yubanmadan istifadə
etdilər. Onlar qəzəblənmiş qorçiləri saraya (dövlətxanaya), maliyyə
başçısı (mustoufi əl-məmalik) “tacik” Mirşah Qazi İsfahaninin
yanına göndərdilər. Qorçilər dərhal öz muzdlarını tələb etdilər.
Başlanmış qalmaqalda Mirşah Qazi qorçilərdən birinin qılınc
zərbəsi ilə yaralandı. Yalnız özünü yetirən şahzadə Həmzə
Mirzənin bu məsələni yoluna qoyacağı barədə vəd verməsi qan
tökülməsinin qarşısını aldı. Bundan sonra qorçilər əmirlərin təhriki
ilə şah sarayına yollandıla rvə orada əsir olan tatar xanı Adil Gireyə
hücum etdilər. Sonuncu özünün tatar məiyyəti ilə fədakarlıqla
müdafiə olundu. Qısa, lakin şiddətli döyüşdə hər iki tərəf itki verdi.
Tatar xanı ölümcül yaralandı və yerə sərildi. Qorçilər onun başını
kəsib əmirlərə gətirdilər
169
. Onlar habelə şahın arvadının olduğu
hərəmxanaya da soxulmaq istədilər, lakin xidmətçilər tərəfindən
geri oturduldular.
Ertəsi gün, iyulun 26-da (rəcəbin 2-də) qızılbaş əmirləri
qorçilərin görə bilmədiyi işi başa çatdırdılar. Onlar Məhdi Ülyanı
hakimiyyət işlərindən kənar etmək planını müzakirə etmək üçün
paytaxtın Səadətabad bağına toplşdılar. Yalnız şah ailəsinə sadiq192
qalan və şahla yaxın qohum olan təkəli tayfasının başçısı Müseyib
xan Şərəfəddin oğlu əmirlərin arasında yox idi. Ona, əmirlərin
hücum edəcəyi təqdirdə şah ailəsi üzvlərini qorumaq tapşırığı
verilmişdi. Lakin o, bu vəzifəni yerinə yetirmək iqtidarında olmadı.
O, dəfələrlə yığıncağa gəlmək tələbi ilə öz həmtayfası mehmandar
Çələıbi bəyi onun yanına göndərmiş silahdaşlarının – qızılbaş
əmirlərinin çağırışı qarşısında dura bilmədi. Müseyib xan
“əmirlərin əleyhinə gedə bilmədi” və onlarla birləşdi
170
. İndi daha
şah ailəsinin taleyi əmirlərin əlində idi. Onlar saraya gələrək, öz
elçilərui vasitəsilə şaha bildirdilər ki, o, öz arvadının və onun
anasının dövlət işlərindən uzaqlaşdırılmasına mane olmamalıdır.
Əmirlər şaha çatdırdılar ki, onun arvadı dövlət işlərini qızılbaş
tayfa başçılarının iradəsi ilə hesablaşmadan, onun ziddinə idarə edir.
O, daim tayfa başçılarını təhqir etmiş, alçaltmış, rüsvay etmş, onları
düşmən saymış, hədələmişdir. Belə vəziyyətə daha dözmək olmaz.
Əmirlər yol vermək istəmidilər ki, qonşu dövlətlər qızılbaşların
hökmdar sülaləsində bir kişinin qalmadığı üçün hakimiyyət başında
qadının durduğunu düşünsünlər. Əmirlər iddia edirdilər ki, əgər şah
arvadı hakimiyyətdən kənar edilməzsə, dövlətin mənafeyinə böyük
ziyan dəyəcəkdir. Şah əmirlərin qəti tələbinə çox yumşaq və
güzəştli cavab verdi: əgər əmirlər şahın arvadının siyasi fəaliyyətini
məqsədə müvafiq saymırlarsa, o əmr edəcəkdir ki, arvadı bir daha
dövlət işlərinə qarışmasın. Əgər əmirlər ondan çəkinirlərsə, o, əmr
edər, arvadı Quma yola düşər və orada oğlu ilə qala bilər. Şah,
həmçinin arvadını öz vətənində yaşaması üçün Mazandarana da
g ö n də r ə b i lər . Ə g ər b u tək l i f də əm i r lər i q a n e e t məz sə, o t a x t -
tacdan imtina edər və öz oğulları ilə birlikdə geriyə - Şiraza yola
düşər. Qoy qızılbaşlar kimi istəyirlərsə, onu da özlərinə şah
s e ç s i n lər . Həm də s e y i d qı z ı o l a n “ g ü n a h sız ” a r v a dı n ın
öldürülməsinə isə o razılıq vermir
171
. Şah arvadı isə heç də əri kimi
güzəştə getmək fikrində deyildi. İskəndər bəy Münşinin sözlərinə
g ö rə, həy a tı ü ç ü n təh l ü kəl i o l a n a n d a Məh d i Ü l y a n a d i r193
soyuqqanlılıq və dəyanət göstərdi. O, vəziri Mir Qəvaməddin
Hüseyn Şirazinin qorçilərə qızıl paylamaqlaəmirlərin arasına
təfriqə salmaq təklifini özü üçün həqarətli sayaraq qəzəblə rədd etdi.
Şah arvadının barışmaz və qətiyyətli olduğunu bilən əmirlər başa
düşdülər ki, o heç bir vəchlə hakimiyyətdən imtina etməyəcəkdir və
bu məsələ ilə bağlı şahın verdiyi vədlər əslində həyata keçirilə
bilməz. Onlar yubanmadan fəaliyyətə başlamağı qərara aldılar. Bu
“rəzil iş” Şeyxavənd nəslindən Sədrəddin xan Səfəviyə, Həsən Əli
bəy Əlkəsən oğlu Zülqədərə və şahın qohumu İmamqulu Mirzə
Mosulluya həvalə edildi. Onlar “nəzakətsizliklə” şah
hərəmxanasına oxuldular və Məhdi Ülyanı boğub öldürdülər.
İskəndər bəy Münşinin sözlərinə görə, sonra onlar şah arvadının
anasının – bir neçə qohumu ilə Mazandarana gəlmiş və ömrünün
qalan günlərini hərəmxanada keçirən “qoca xeyirxah və mömin”
qadının mənzilinə yollandılar. Şah arvadının anasının, eləcə də
onun qohumlarının və Mazandaran əyanlarının başqa
nümayəndələrinin taleyi də eyni cür oldu. Onların bütün əmlakı
qarət edildi
172
. Şah arvadı öldürüldükdən sonra paytaxtda iğtişaşlar
baş verdi: bütün gün ərzində qara camaat (əmmə) küçələrdə,
meydanlarda mazandaranlıları saxlayır və onları soyurdular. Şah
arvadının Mir Qəvaməddin Hüseyn, Mövlana Əfzəl Münəccim
Qəzvini kimi ən yaxın tərəfdarları və müşavirləri saraydan
çıxarıldılar. Mir Qəvaməddin Hüseyn Şirazi böyük ödənc hesabına
həyatını qoruyub doğma Şiraza qayıtdı. Qanlı 1579-cu il 26 iyul
günündə öz həyatları üçün narahat olan digər taciklər kimi Mirzə
Salman da özünün əvvəlki vəzir vəzifəsində saxlandı. İki-üç
gündən sonra qızılbaş əmirləri saraya gəldilər və üləmaların,
müctəhidlərin qarşısında onlardan hər biri “əlli bir and” içərək söz
verdi ki, Məhəmməd nə qədər sağdır, şah taxtında başqa bir adamı
görmək istəmirlər. O öldükdən sonra isə onun böyük oğlu və varisi
Həmzə Mirzə şah olacaqdır. Andın mətni müctəhidlərin və
üləmaların möhürü ilə təsdiqləndi. Andın mətni öz arvadının ölümü194
faktı ilə barışmaqdan başqa çarəsi qalmayan şaha təqdim edildi
173
.
Məhəmməd xan Türkman yenidən Kaşan hakimi təyin olundu.
Qızılbaş əmirləri öz istəklərinə çatdılar. Onlar əslində yenidən
dövlətin tam hakimiyyət sahibləri oldular.
Krım tatarlarının Şirvana və Qarabağa basqını
Şirvanın yeni hakimi Osman paşanı Dərbənddən çıxarmaq
üçün təsirli tədbirlər gördü. Onun təzyiqi altında Şabranı və
Məskuru (Müşkürü) yenidən ələ keçirmiş türklər, Dərbəndə geri
çəkilməyə məcbur oldular. Osman paşa qızılbaşlara qarşı iki dəfə
qoşun göndərdi, lakin onlar Məhəmməd Xəlifə Zülqədər tərəfindən
darmadağın edildilər. Türklərin bu uğursuzluqları qaytaqlıları
onların əleyhinə qaldırdı. Osman paşa qaytaq usmisini (hakimini)
tabe etmək üçün hətta onun Başlıdakı iqamətgahına yürüş təşkil
etdi. Qaytaqlılar əvvəlcə top-tüfəng atəşlərinə davam gətirməyərək
dağlara geri çəkildilər. Lakin qüvvə toplayıb türkləri geri
çəkilməyə məcbur etdilər. Xəzər sahili boyunca Dərbəndə doğru
geri çəkilən türklər yenidən qaytaqlıların pusqusuna düşərək böyük
itki verdilər. B.Kütükoğlunun göstərdiyi kimi, Osman paşanın bu
yürüşü qızılbaş hakimi Məhəmməd Xəlifə Zülqədərlə Qaytaq
usmisi və Təbəsaran hakimi Məsud bəyin yaxınlaşmasını,
Dərbənddə olan Osman paşa üzərinə birgə hücum haqqında razılığa
gəlməsini mümkün etdi
174
. Lakin Şimali Qafqazdan Krım
tatarlarının iri qüvvələrinin Dərbəndə yürüşü buna mane oldu.
Krım xanlığı Azərbaycana münasibətdə işğalçılıq
planlarından imtina etməmişdi. İlk vaxtlar Səfəvilər sarayında əsir
olan Adil Gireyə hər cür diqqət və iltifat göstərilirdi. Əsirlikdən
azad edilmiş bir dəstə tatar onun məiyyətinə verilmiş, onu mühafizə195
etmək üçün qorçilər dəstəsi ayrılmışdı. O, dövlətxana ilə yanaşı
binada yaşayırdı; ümid edilirdi ki, mehriban və xoşrəftarlı
münasibət göstərməklə, onu öz tərəflərinə çəkib, sultanla ittifaqdan
əl çəkməyə razı salar və bununla da Şirvanı Krım tatarlarının
viranedici hücumlarından qurtara bilərlər
175
. Şahın tələbi ilə Adil
Girey İstanbula və Bağçasaraya öz adamları ilə sülh təklifləri irəli
sürülən məktublar göndərirdi
176
. Lakin Adil Girey öldürüldükdən
sonra bu cəhdlər uğursuzluqla nəticələndi.
Hicri 987 (1579)-ci ilin yayında Krım xanı Məhəmməd Girey
türk sultanının tələbi və hərbi qənimət ələ keçirmək məqsədi ilə
Bağçasaraydan hərəkət edərək Şimalı Qafqazdan keçib Şirvanın
hüdudularına yaxınlaşdı. O, özünün qardaşları Qazi Girey, Səfi
Girey və Səadət Gireyin müşayiəti, yüz minlik ordu ilə oktyabrın
10 (şabanın 18)-da Dərbəndə çatdı və Osman paşa tərəfindən
şadlıqla qarşılandı
177
.
Eyni zamanda şah Məhəmməd Xudabəndə Həmzə Mirzə və
qoşunlarla birlikdə Qəzvindən qərbə tərəf hərəkət etdi və oktyabrın
19 (şabanın 27)-da Təbrizə daxil oldu
178
. Qızılbaş qoşunlarının
Şirvanda türklərə qarşı hərbi əməliyyatlarına buradan rəhbərliyi
həyata keçirmək üçün qərargah da Təbrizdə yerləşdirildi
179
. Şirvan
hakimi Məhəmməd Xəlifə Zülqədər, Adil Gireyin qardaşlarının
böyük qüvvələrlə, öldürülmüş qardaşın “qan intiqamını” almaq
üçün Dərbəndə gəlmələri barədə qərargaha məlumat verdi.
Təbrizdə hərbi şuranın iclasında Mirzə Salmanla əmirlərin
qoşunlarını tatarlara qarşı göndərmək qərara alındı. Lakin əmirlər
yürüşə hazırlaşdıqları bir zamanda tatarlar Şirvana basqın etdilər.
Məhəmməd Xəlifə cəsur döyüşçü idi və qəhrəmanlıqla ölümü,
şərəfsizcəsinə qaçmaqdan üstün tutaraq azsaylı igid döyüşçüləri il\ə
Samur sahilində tatarlarla qeyri-bərabər döuüşə atıldı. Tatarların
yeni, əlavə qüvvələr alması sayəsində qızılbaşlar darmadağın
edildilər. Məhəmməd Xəlifə isə həlak oldu
180
.
Məhəmməd Girey və Osman paşa oktyabrın 23 (ramazanın196
2)-də Şamaxıya daxil oldular, orada üç gün qaldılar
181
. Buradan
Şirvanın müxtəlif hissələrinə dəstələr göndərildi. Məsələn, Bakının
altı yüz nəfərlik qızılbaş müdafiəçilərinin üstünə göndərilən dəstə
şəhəri ələ keçirərəl Xan Əlini və Maqsud Sultanı əsir tutdular.
Sonra Məhəmməd Girey Ərəş yaxınlığında Kürü keçərək Gəncəni,
Qarabağı, Muğanı tutdu, Qızılağaca qədər yeridi və Şimali
Azərbaycan vilayətlərini viranəyə döndərib qarət etdi. Lakin
Məhəmməd Girey və tatarlar başlıca qızılbaş qüvvələrinin
yaxınlaşması xəbərini alan kimi “qayıtmaq təbillərini çaldılar”.
Tatarlar özləri ilə Azərbaycanın xeyli əhalisini əsir və qul kimi (o
cümlədən Qafdakı qul bazarında) satmaq üçün bir çox qadın və qızı
apardılar
182
. Qazi Girey, qardaşları və tatar dəstəsi ilə birlikdə
Osman paşaya kömək üçün Dağıstanda və Dərbənddə saxlanıldı.
Tatarlıların bu yürüşünə qoşulmuş şirvanlıların bir hissəsi
Dərbəndə qayıtdı. Əbubəkr Mirzə ilə qalan hissəsi isə Şirvanda
Xaçmaz ərazisində möhkəmlənməyə cəhd göstərdi
183
. Tatarların
əsas qüvvələrinin Krıma qayıtması və qızılbaş qoşunlarının Şirvana
daxil olması xəbəri Dərbənddəki türk qarnizonu içərisində vahimə
yaranmasına səbəb oldu.
Mirzə Salman və qızılbaş əmirləri Şirvana gec daxil
olduqlarına görə artıq tatarları orada görə bilmədilər.Qazi Əhmədin
məlumatlarına görə, Şirvana olan bu yürüş çox ağır qış şəraitində
keçirilmişdi. Atlar və dəvələr sərt çaxtalardan və yem
çatışmazlığından tələf olurdular, döyüşçülər isə piyada yeriməli
olurdular. Qalın qar örtüyü yolları keçilməz etmişdi. Buna
baxmayaraq qızılbaş dəstələri Qarabağdan Kürü keçərək Şirvana
daxil oldular və Şamaxını mühasirəyə aldılar. Bir neçə gün davam
edən mühasirədən sonra Şamaxı qalası qızılbaşlara təslim oldu
184
.
İskəndər bəy Münşiyə görə, Əmir xan Xaşmaza toplanmış
şirvanlılara və dağıstanlılara qarşı yeridi. Tarixçi göstərir ki, bu
yürüş qızılbaşlar üçün uğulu alınmadı və Əmir xan heç nəyə nail
olmadan geri qayıtdı. Bu uğursuzluq qızılbaş tayfaları arasında197
təfriqə və çəkişməyə səbəb oldu. Şahrux xan Zülqədər tərəfindən
müdafiə edilən şamlı və ustaclı əmirləri Əmir xandan öz
narazılıqlarını açıqca bildirməyə başladılar. Şahrux xan qızılbaş
dəstəsi ilə şirvanlılara qarçı getmək və Əmir xanın bacarmadığını
etmək arzusunda olduğunu bildirdi. Bu, Əmir xanı qəzəbləndirdi və
qarşılıqlı düşmənçiliyin güclənməsinə səbəb oldu. Əmir xan belə
hesab edirdi ki, ona qarşı bu çıxış baş komandan Mirzə Salmanın
təhriki ilə təşkil edilir.
Beləliklə, özləri üçün əlverişli şəraitdən istifadə edərək,
birgə səylərlə şirvanlıları darmadağın etmək, Osman paşanı
Dərbənddən sıxışdırıb çıxarmaq əvəzinə qızılbaş əmirləri iki
düşmən cəbhəyə bölündülər və onlardan hər birinin tərəfdarları
ayrı-ayrılıqda yerləşdilər. İskəndər bəy Münşinin göstərdiyi kimi,
tərəflərdən hər biri, digərinin hücumundan ehtiyat edərək döyüşə
tam hazır vəziyyətdə dururdu.Bu dəfə də qorçibaşı Qulu bəy Əfşar
siyasi müdriklik göstərdi və öz nüfuzu ilə qan tökülməsinin
qarşısını ala bildi. O, əmirləri zahirən barışdırmağa nail oldu,
Şahrux xan yürüşdən imtina etdi. Lakin onların qəlblərinin
dərinliyində “düşmənçilik alovu yanmaqda davam edirdi”
185
.
Azərbaycanda aclıq və viranəlik
Təsvir olunan dövrdə Azərbaycan əhalisinin vəziyyəti
həddindən artıq ağır idi. Ara verməyən hərbi əməliyyatlar, iri qoşun
dəstələrinin hərəkəti, 1578-1579-cu illərdə türk-tatar qoşunlarının
törətdiyi talan və qarətlər nəticəsində Azərbaycanda dəhşətli aclıq
və taun xəstəliyi başlandı. Bəzi yerlərdə vəziyyət vəhşilik
səviyyəsinə çatdı və yüksəldi. Bir sıra yaşayış məntəqələri əhalisi
sıx olan məskənlərdən heyvanların cövlan etdiyi yerlərə çevrildi.
Qazi Əhmədin sözlərinə görə, Təbrizdə 1 batman çörəyin
qiyməti 300 dinar idi. 1 xarvar və 100 batman buğda isə 25 min198
dinara satılırdı. Aclığın tüğyan etdiyi kənd məskənlərindən ac və
dilənçi kütlələri şəhərlərə axışırdılar. Təbrizdə bazarlarda və
küçələrdə hər gün 50-60 uşaq və yaşlı şəxs ölürdü. Dövlətin bütün
vilayətlərində - İraq, Fars, Kirman, Xorasan və Təbəristanda qıtlıq
və aclıq hökm sürürdü. “Yaz gələndə çöllərdə, tarlalarda ot
göyərəndə, mahal və vilayətlərdən şəhərə toplaşmış, pərən-pərən
düşmüş ac, çılpaq əhalinin qalıqları canavar kimi səhralara, çöllərə
cumdular və otu yeməyə başladılar. Onlardan çoxu doyunca ot
yeyərək çöllərdə öldü”
186
.
Bu dövrdə Azərbaycanın əməkçi əhalisinin həyatı yerli
sakinlərdən birinin, həmin hadisələrin şahidi və müasiri, ermənidilli
salnaməçi olan Ovanes Tsaretsinin məlumatlarında öz parlaq
təsvirini tapmışdır. Tsaretsi yazırdı: 1028 (1579)-ci ildə Atrpakanda
və bütün Ağvanqda dəhşətli və böyük xəstəlik başlandı. O, bütün
tayfalardan çoxlu unsan apardı. İş o yerə çatdı ki, xeyli ev sahibsiz,
ata və ana isə uşaqsız qaldı. Belə müsibətli vəziyyətə düşən
Ağvanq ərazisinin əhalisi ölənlər üçün göz yaşı axıdır, sağ qalanlar,
xəstələrə, habelə özünə can yandırır və ağır düşüncəyə dalırdı: “Ah,
görəsən təsadüfi ölümdən canımız qurtaracaqmı?”
187
.
Tsaretsi göstərir ki, iki ümumxalq fəlakətinə (epidemiyaya
və tatarların basqınına) “dəhşətli və dözülməz aclıq” da əlavə
olundu. Aclıq o qədər güclü idi ki, insanlar ölümdən yaxa
qurtarmaq üçün heyvanlar kimi çiy ət yeyirdilər. Ac və evsiz olan
bu insanlar qəsbkarlardan gizlənir, avaralanırdılar. Hadisələrin
müasiri davam edir: “Əgər haradasa (hələ) yaşayış məskəni
qalmışdısa, orada yaşayanlar sığınacaq yeri olmayan, özgələrin
həyətlərində, kənar şəxslərin evlərində yalvar-yaxarla özünə yemək
əldə edən, gözləri yaşlı gəzib-dolanan evsizlərdən,ayağıyalın kişi
və qadın, qoca və gənc, oğlan və qızlardan ibarətdi”
188
. Aclıq
işgəncəsindən insanlıq simasını itirmiş adamlar mal və at peyinini
eşələyərəkarpa dənəsi axtarırı, onları daşla əzir, ağızlarına atır,
küçələrdə atılıb qalmış köhnə sümükləri bişirir, dəri, yırtıq199
ayaqqabı və s. yeyirdilər. Salnaməçi bu barədə kədərlə danışaraq
deyirdi: “Qardaşlar, gözlərim kor olaydı!”
“Yazın gəlişi ilə bədənləri qaralmış dilənçilər çöllərə
səpələndilər və keçi, qoyun sürüləri kimi tabanı tərəvəz və göy ot
yeməyə başladılar. Onlar doymaq bilmirdilər. Çünki peyğəmbərin
dediyinə görə, “Allah yerə aclıq göndərmişvə hər cür taxıl bitkisini
məhv etmişdi”. Başları şişənlər xüsusilə kütləvi surətdə ölürdülər.
Bir çoxları qayıtmağa gücü çatmadığı üçün elə otlaqda, kimisi isə
kəndə qayıtdıqdan sonra, uçmuş evlərin divarları altında və küncbucaqlarda məhv olurdular”
189
. Tsaretsi vəhşilik (kannibalizm)
halları barədə də məlumat verir
190
.
Ovanes Tsaretsinin söylədikləri həm ölkənin şimal
vilayətlərinə (Qarabağa, Şirvana), həm də Azərbaycanın
(Atrpatakanın) cənub hissəsinə aid idi.
Ovanes Tsaretsinin təsvir etdikləri Qazi Ədmədin və
İskəndər bəy Münşinin məlumatlarına müvafiq gəlir. Məsələn,
İskəndər bəy Münşi göstərir ki,1579-cu ildə əmirlərin Şirvana
yürüşünün müvəffəqiyyətsizliyə uğraması səbəblərindən biri,
ərzağın kəskin surətdə çatışmaması olmuşdu. Nəticədə, dəhşətli
bahalıq tüğyan edirdi. Buna görə də “Şirvan hakimi vəzifəsinə”
təyin edilmək təklifini alan hər bir əmir bu vəzifədən imtina
edirdi” İskəndər bəy Münşinin məlumat verdiyi kimi, aclığın
tüğyan etdiyi Azərbaycanın bütün cənub hissəsində, Qarabağda,
İraqda, Gilanda əhali ağır əzablar keçirir, və ümidsizlik həddinə
çatırdı. Həmişə olduğu kimi, aclıqdan ilk növbədə əhalinin yoxsul
təbəqələri daha çox əziyyət çəkirdilər. Şirvandan geri çəkildiyi
qızılbaş əmirlərinin Təbrizdə “zəiflər” (zəəfa) və “sadə xalq”, “qara
camaat” (mərdom-i fürumaye) aclıqdan ölürdülər
191
.
1580-ci ildə Təbrizdə qızılbaş əyanları arasında
çəkişmələr200
Biz yuxarıda xatırlatdıq ki, Şirvanda, Xaçmaz üzərinə yürüş
ucbatından Əmir xanla Şahrux xan arasında ədavət düşmüşdü. Pirə
Məhəmməd xan Ustaclının və Hüseynqulu Sultan eşikağasıbaşı
Şamlının başçı olduqları ustaclı və şamlı tayfalarıŞahrux xanın
tərəfini saxlayaraq türkman tayfasına qarşı çıxdılar. Qulu bəy
qorçibaşı tayfalararası silahlı toqquşmanın qarşısını çətinliklə ala
bildi. Əmirlərin Şirvan yürüşündən Təbrizə qayıtmasından sonra,
adları çəkilən qızılbaş tayfaları arasındakı münasibətlər daha da
kəskinləşdi. Həmin tayfalar arasında baş vermiş toqquşmalar
barəsində Xorasandan alınmış məlumatlar buraya çatdıqdan sonra
isə tayfaların toqquşması labüd oldu. Bu hadisələri anlamaq üçün
Xorasandakı vəziyyət haqqında qısaca danışmaq zəruridir.
II Şah İsmayıl şamlı tayfasının əmiri Əliqulu xanı Heratı
hakimi təyin etmişdi. Şah Məhəmməd Xudabəndə onu bu vəzifədə
təsdiq edərək öz oğlu Abbas Mirzənin (gələcək I Şah Abbasın)
lələsi etmişdi
192
. Abbas Mirzə Xorasanın nominal canişini sayılırdı,
lakin bütün işləri Əliqulu xan Şamlı idarə edirdi.
1578-ci ildə Əliqulu xan Mürşüdqulu xan ilə birlikdə
sarayda onun həyatı üçün “təhlükə olduğunu” bəhanə edərək,
Məhdi Ülyaya oğlu Abbası verməkdən imtina etdilər. Əslində isə
onlar, taxt-tacın varisini öz yanlarında saxlayıb idarə işlərini
Abbasın adından icra etməklə özlərini daha müstəqil aparmaq
niyyətində idilər. Əliqulu xan Şamlının güclənməsi, Xorasan
üzərində öz nəzarətini yaratmağa cəhd göstərən Məşhəd hakimi
Murtuizaqulu xan Türkmana təhlükəli göründü. Şamlı və ustaclı
tayfasından olan Xorasan əmirlərinin əksəriyyəti, tərkibində
türkman və təkəli tayfalarından olan əmirlərin böyük rol oynadığı
Qəzvindəki mərkəzi hökuməti tanımamaq barədə öz aralarında
saziş bağladı. Onlar Əliqulu xan Şamlını “xanlar xanı” elan edərək
özlərinə başçı seçdilər. Beləliklə, Xorasanda əmirlərin bir-biri ilə
düşmənçilik edən iki – Herat və Məşhəd dəstəsi yarandı
193
.201
Qızılbaş əmirlərinin qüvvəsini zəiflətmək, onların arasına
təfriqə, düşmənçilik salmaq üçün Məhdi Ülyanın və Mirzə
Salmanın şəxsində mərkəzi hökumətin həyata keçirdiyi tədbirlər,
istilaçıları dəf etməkdən ötrü qüvvələri birləşdirməyə mane olurdu.
Məsələn, qərara alındı ki, bir çox Xorasan əmirləri öz mülklərindən
(tiyulat) məhrum edilsinlər və onların torpaqları Osmanlı basqını
nəticəsində Şirvanda öz tiyullarını itirmiş, indi isə sarayda yaşayan
əmirlərə verilsin. Yenicə mülk almış və keçmiş mülk sahiblərinin
çox vaxt eyni tayfadan olması tayfadaxili müharibələr təhlükəsini
gücləndirirdi. Bu vəziyyət, mərkəzin təzyiqinə qarşı dura bilmək
üçün Xorasan əmirlərini Əliqulu xan Şamlının ətrafında daha çox
birləşməyə məcbur edirdi. Əliqulu xan müttəfiqi olan əmirlərlə,
öncə Murtuzaqulu xana qarşı Məşhəd üzərinə yeridi. Rəqib
qoşunları darmadağın edildi, lakin Əliqulu xan Məşhədi tuta
bilmədi
194
. Şah sarayına müsbət münasibətini saxlayan Məşhəd
hakimi əleyhinə olan bu yürüş, Herat hakimlərinin aşkar şəkildə
mərkəzi hökumətlə əlaqələrini kəsməsi demək idi.
Xorasanda tayfalararası müharibə, Əliqulu
xanın və Mürşüdqulu xanın yürüşü, onların Məşhədi mühasirəyə
alması xəbəri şah sarayının yerləşdiyi Təbrizə gəlib çatdı. Əmir xan
və türkman tayfasından olan əmirlər yubanmadan bu xəbərdən
istifadə etdilər, şamlı və ustaclı tayfalarını dövlət əleyhinə qiyamda
təqsirləndirməyə başladılar. Onlar sarayda bu tayfalardan olan
əmirləri Xorasan qiyamçıları ilə əlaqələr saxlamaqda
təqsirləndirərək, şahın qarşısında onlara etimad göstərməmək
məsələsini qaldırdılar. Türkman tayfasının əmirləri saraydakı şamlı
əmirlərinin yüksək vəzifələrindən sıxışdırılıb çıxarılmasına və
onların yerinə öz həmtayfalarından olanları keçirməyə nail oldular.
Bu yüksək və gəlirli dövlət vəzifələri uğrunda qızılbaş tayfa
əyanları arasında gedən əski mübarizə üsulu idi. İskəndər bəy
Münşinin göstərdiyi kimi, sarayda şamlı tayfasından olan əsas
əyanlar bunlar idi: Həmzə Mirzənin doğma anası kimi münasibət202
bəslədiyi Əliqulu xanın anası Xanixan xanım; onun qardaşı və
Həmzə Mirzənin vəziri olan Hüseyn bəy; şahzadənin yanında
xidmətdə olan Vəli Xəlifə Şamlının oğlu İsmayılqulu bəy (şahzadə
ona özünün xüsusi rəğbətini bildirməsi əlaməti kimi onu
“yoldaşbaşı” fəxri adı ilə təltif etmişdi); mötəbər eşikağasıbaşı
Hüseynqulu Sultanın oğlu Mehdiqulu bəy; əmiraxurbaşı vəzifəsini
tutan Fulad bəyin oğlu Əbülfəth bəy; Qorxmaz xanın oğlu
Təhmasibqulu bəy və b. Adları çəkilmiş şəxslər “şahın yaxın
adamlarından” olduqları üçün sarayda böyük nüfuz sahibləri idilər.
Həmzə Mirzənin vəziri Mirzə Hüseyn bəy Şamlının sarayda
tutduğu yüksək mövqeyindən xoşu gəlməyən vəzir Mirzə Salman,
şamlı əmirlərinin paxıllığını çəkən türkman əmirlərini müdafiə
edirdi.
Türkman tayfasından olan Əmir xan və Məhəmməd xan
yuxarıda göstərilən əyanların üzərinə hücuma keçdilər. Şaha,
şahzadəyə xəyanət edənlər və düşmənlər kimi, onların saraydan
qovulmalarını tələb etdilər. Onların hücumlarına məruz qalmış Pirə
Məhəmməd xanUstaclı və Hüseynqulu Sultan Şamlı cavablarında
bildirdilər ki, Xorasandakı ədavətin yaranmasının bütün günahı,
Məşhəd hakimi Murtuzaqulu xan Türkmanın üzərinə düşür.
Çünki o, özünün müstəqillik barədə fitnə-fəsad və iddiaları
ilə, Xorasan əmirlərinin birliyini özbək xanlarının hücumu
qarşısında heçə endirir. Onlar öz tayfalarının şaha və şahzadə
Həmzəyə sədaqətini ifadə etdilər və Osmanlı istilası, Xorasana
özbək basqını təhlükəsi ilə aqğır mübarizə şəraitində qızılbaş
tayfalarını birləşdirməyə çağırdılar.
Təbiidir ki, hər iki tərəfin hücuma hazır olduqları bir vaxtda
Təbrizdə qan tökülməsinin qarşısını bu izahatların təsiri deyil, öz
aralarında dostluq edən şamlı və ustaclı tayfalarının qüvvəsi
qarşısındakı qorxu aldı. Lakin bu vaxt baş vermiş bir hadisə Əmir
xanın tərəfdarlarına rəqiblərinin qüvvələrini sınamaq kimi təhlükəli
üsula əl atmadan öz məqsədlərinə çatmaq imkanı verdi: söhbət Vəli203
Xəlifə Şamlının Xorasanda qətlə yetirilməsi barədə xəbərin Təbrizə
gəlib çatmasından gedir. Onun oğlu İsmayılqulu bəy dərhal atasının
qisasını tələb etdi. İskəndər bəy Münşi göstərir ki, “şamlı və ustaclı
tayfaları arasında daim həmrəylik və dostluq münasibətləri hökm
sürdüyünə” görə türkman və təkəli əyanları öz qarşılarına onların
arasına ədavət, düşmənçilik toxumu səpmək məqsədi qoydular.
Onlar bu məqsədlə İsmayılqulu bəyi inandırdılar ki, onun atası Vəli
Xəlifə Şamlı Sultan Hüseyn xanın və oğlu Əliqulu xan Şamlının
əmri ilə öldürülmüşdür. Bu,m xüsusi olaraq ona görə edilmişdi ki,
şamlı tayfasından olan əmirlərin bir hissəsi digər hissəsinin üzərinə
qalxsın və həmin güclü tayfa zəifləsin. Qeyd etmək lazımdır ki,
Əmir xan və onun tərəfdarları öz məqsədlərinə nail oldular. Onlar
şahı və şahzadə Həmzəni saraydakı şamlı əyanlara qarşı qaldıra
bildilər.
Biz göstərmişdik ki, Əliqulu xanın anası Xanixan xanım
Həmzə Mirzənin tərbiyəçisi olmuş və Məhdi Ülya öldürüldükdən
sonra, əslində ona anasını əvəz etmişdi. İndi isə Əmir xan Türkman
və onun həmfikirləri Əliqulu xanın qiyamına, separatçı
hərəkətlərinə əsaslanaraq bildirirdilər ki, qiyamçının anası bundan
sonra sarayda yaşaya bilməz. Onlar hərəmxana binasına soxuldular
və “günahsız qadını” boğub öldürdülər. Sonra isə Əliqulu xanın
atası Sultan Hüseyn xanın izinə düşdülər. Sultan Hüseyn xanın
qətlə yetirilməsini, öldürülmüş Vəli Xəlifə Şamlının oğlu
İsmayılqulu bəyə tapşırdılar. Ona Sultan Hüseyn xanın tutduğu
Qəzvin hakimi vəzifəsi (xan və tavaçıbaşı fəxri adları ilə) vəd edidi.
Uzun illər Vəli Xəlifə Şamlıya xidmət etmiş, əmir dərəcəsi almış
v ə b u n a g ö rə də mər h u m a ç o x m i n nət d a r o l a n Q o r x m a z x a n
Şamlını da bu yolla ələ aldılar. Ona Hüseynqlu Sultanın tutmuş
olduğu eşikağasıbaşı vəzifəsini vəd etdilər və rəqibini aradan
götürməyi tapşırdılar. İsmayılqulu xan qardaşlarının Mahmud xan
Sufi oğlu Ustaclının qardaşını öldürməsi ilə, keçmişdə həmişə204
müttəfiq olmuş şamlı və ustaclı tayfaları arasında “ədavət və nifaq”
qapıları açıldı.
Əmir xanın və onun güruhunun məkrli fitnələri nəticəsində
Hüseynqulu Sultan vəzir, Hüseyn bəy, habelə Hüseyn xan Şamlı
(Əliqulu xanın atası və öldürülmüş xanixan xanımın əri)
öldürüldülər. Beləliklə, saraydakı şamlı əyanlarına divan tutuldu
195
.
Mürşüdqulu xan Ustaclı Herat hakimi Əliqulu xan Şamlının
t ə r əf i n də çı x ı ş e t d i y i ü ç ü n u s t a c lı t a y f a sı d a X o r a s a n d a kı q i y a mın
iştirakçısı kimi ittiham edildi. Saraydakı ustaclı tayfasının başçısı
Pirə Məhəmməd xan öz tayfasını belə aqibətdən xilas etmək üçün
saraydakı şamlı tayfasının nümayəndələrinə tutulmuş divanla
barışmağa məcbur oldu. O, barışıq əlaməti olaraq Əmir xan
Türkmanın şahzadə Fatimə Sultan xanımla təmtəraqlı toy
mərasimində iştirak etdi və qanlı hadisədən sonra öz qızının Əmir
xanın oğlu ilə Təbrizdə nigah mərasiminin keçirilməsinə razılıq
verdi
196
. Təbrizdə baş vermiş hadisələr, hətta xarici düşmənlərin
təhlükəsi qarşısında öz nəsli, tayfası üçün xırda, xudbin
mənafelərdən əlavə heç bir mənafe güdməyən qızılbaş əmirlərinin
azğınlığını və özbaşınalığını təsdiq edir.
Q e y d e t mək l a zım dır k i , s a r a y d a Əl i q u l u x a nın
qohumlarının qılıncdan keçirilməsi Xorasanda qızılbaş tayfalarının
qiyamının nəinki qarşısını almadı, əksinə, Əliqulu xanla və şamlı
əmirləri ilə müəyyən danışıqlar aparmaq imkanını da yox etdi. Bu,
Xorasanın yarısının Səfəvilər dövlətinin tərkibindən çıxmasına və
bir il sonra – 1581-ci ildə şahzadə Abbasın Xorasan əmirləri
tərəfindən şah elan edilməsinə gətirib çıxardı.
Səfəvi-Osmanlı münasibətləri və
Azərbaycan uğrunda mübarizə205
Səfəvilər ağır vəziyyətə baxmayaraq Şirvanı itirmək və onu
türklərə güzəştə getmək fikrində deyildilər. Hicri 988 (1580)-ci ilin
əvvəlində, Təbrizdə, şah sarayında Şirvana yeni yürüş təşkil etmək
qərara alındı. Bu dəfə həmin vəzifə Salman xana və ustaclı
tayfasının əmirlərinə həvalə edilmişdi. Arasbardan keçən yolla
hərəkət edən qızılbaş qoşunları, dözülməz istilər üzündən
Həmşəhr
197
yaylağında dayandılar, öz qüvvələrinin cəmləşməsi və
Araz çayına keçmək üçün hazırlıq görməyə başladılar. Şirvanda
tiyulları müəyyən edilmiş yürüş iştirakçıları olan əmirlər arasında
Şirvan bəylərbəyisi Salman xandan başqa Hüseynqulu Sultanın,
Əliqulu Sultanın, Mustafa Sultan Şərəflinin, Mehdiqulu Sultan
Çavuşlunun, həmçinin də cagirli və qaramanlı tayfalarından
(oymaqat) olan bir neçə əmirin adları çəkilir
198
.
1580-ci ilin yayında Hacı Maqsud bəy Zülqədərin başçılığı
ilə Ərzuruma gələn qızılbaş nümayəndə heyəti İstanbula müşayiət
olundu və avqustun 15-də orada onu qəbul edən Sultan III Murada
Şah Məhəmməd Xudabəndənin məktubu təqdim edildi. Məktubda
ilk qızılbaş elçisi olan Vəli bəy Ustaclının türk sərhəd hakimiyyət
orqanları tərəfindən tutulub saxlanması və həbs olunmasından
narazılıq bildirilir, Osmanlı qoşunlarının törətdikləri qarət və
zorakılıqların, müsəlman qadın və uşaqlarının əsir alınmasının
yolverilməz olduğu göstərilir, habelə sülhün bərpa olunması və
ziyarətə gedənlərin dincliyini, təhlükəsizliyini təmin etmək arzusu
bildirilirdi.
Lakin türklər Şirvanı öz əllərində saxlamaq, itirdiklərini
qaytarmaq üçün əllərindən gələni əsirgəmirdilər. Əməli olaraq
Dərbənddə qapanıb qalmış Osman paşanın çətin vəziyyətə düşməsi
Sultan III Muradı üçüncü vəziri Sinan paşanı orduya sərkərdə təyin
etməyə, Şirvana yeni yürüş başlamasına vadar etdi. Ərzurumda
böyük qoşun toplamış Sinan paşa ilk növbədə təkəbbürlə dolu
məktubda öz elçisini Səfəvi sarayına göndərdi. “Osmanlı
qoşunlarının (bir kərə) daxil olduğu və orada onun (sultanın) adına206
xütbə oxunduğu ölkəni tərk etmək, bu ölkədən əl çəkmək
osmanlıların qaydalarına müvafiq deyil. Osmanlılar Şirvan, Şəki,
Azərbaycan və Gürcüstanın bəzi vilayətlərini tutmuşlar. Əgər
bundan sontra qızılbaşlar bu ölkələrə qarşı təcavüz etməsələr, o,
həmin ölkələri islam nümayəndələrinin (Osmanlı məmurlarının –
O.Ə.) himayəsi üçün saxlayar və mübahisə qurtarmış olar”
199
.
Sinan paşa daha sonra yazırdı ki, belə halda biz keçmiş
hərəkətlərimiz üçün üzr istəyər, etibar qazanmış və bacarıqlı şəxsi
dostluq məktubu ilə xondkarın yanına göndərər, onu sülh
bağlamağa razı salmağa cəhd edərik. Osmanlı sərkərdəsi
hədələyirdi: “Əks təqdirdə - rum qoşunu İran vilayətlərini
tutmaqdan imtina etməyəcəkdir”
200
.
Qızılbaş əmirləri, xüsusilə də Şahrux xan möhrdar, özlərini
türk ordusuna qarşı dura bilməkdə kifayət qədər güclü hiss
etmirdilər. Onlar öz aralarında birliyin olmamasını dərk edərək
məyus oldular. Lakin Sinan paşanın iddialarına kəskin cavab
verdilər: “Biz yalnız mərhum şah dövrünün (yəni I Şah Təhmasibin
bağladığı 1555-ci il müqaviləsinin – O.Ə.) şərtlərinə razıyıq və öz
torpağımızın bir qarışını da vermərik, nə qədər ki, yüz mindən bir
nəfər qızılbaş sağdır mübarizədən imtina etmərik. Sənin və onlarla
sənin kimilərin gəlişindən qorxmuruq. Elə zənn etməyin ki, indi də
Lələ paşa zamanındakı kimidir. Zira o bizim üstümüzə gələndə
bizim padşahımız İraqda idi. Azərbaycan əmirləri həmin vaxt öz
aralarında düşmənçilik edirdilər. İndi isə bütün qızılbaş qoşunları
Azərbaycanda, şahın yanındadır, döyüşə hazırdırlar. Şirvan
ölkəsinin osmanlıların tabeliyində olması fikrində də yanılırsınız.
Şirvan yenə də qızılbaş əmirlərinin əlindədir. Rumilərin
hakimiyyəti yalnız Dərbənd qalasının dörd divarı ilə məhdudlaşır.
H əq i qə t ən də, ə g ər o v a x t ( Lə l ə p aşa nın y ü r üşü z a m a nı – O .Ə. )
qızılbaşlar arasında yekdillik olsaydı, Allahın mühafizə etdiyi
ölkəyə (Səfəvilər dövlətinə - O.Ə.) düşmənin qəsd etməyə cəsarəti
çatmazdı”
201207
Qızılbaşların qəti cavabı Sinan paşanın döyüşkən əhvalruhiyyəsini bir qədər yumşaltdı. O, ikinci dəfə daha mülayim
məktub göndərdi. O, yazırdı ki, “Osman paşa Əlahəzrət xondkarın
taxt-tacının hüzurunda bildirmişdir ki, Şirvan ölkəsi bizim
tərəfimizdən ələ keçirilmişdir. Əgər bunun belə olduğu məlum
olarsa, bundan sonra qızılbaşlar tərəfindən Şirvan mülkünə iddialar
irəli sürülməməsi ən ağıllı hərəkət olardı. Əgər bu məsələ üzrə
ixtilaf olmasa,mən sülhə zəmanət verirəm”. Qızılbaşların cavab
məktubu müvafiq surətdə, mehriban ruhda oldu.
Sinan paşanın təklifi ilə tərəflər razılaşdılar ki, hicri 988
(1580-1581)-ci ildə onlardan hər biri qışlamaq üçün öz yerlərində
qalsınlar. Hər iki tərəfin nümayəndələri Şirvana gəlməli və bu
ölkənun bu, yaxud digər ərazisinin kimin əlində olmasını
aydınlaşdırmalı idilər. Bu məqsədlə türklər tərəfindən Ömər ağa
Şirvana göndərildi. Sinan paşa qışı Ərzurumda qaldı. Şah da
qışlamaq üçün Naxçıvan yaylaqlarından (Eşkəmbər və Qəleybər)
Qarabağa doğru hərəkət etdi.
Bu məqamda Şirvan üçüncü dəfə Krım tatarlarının qarətçi
qoşunlarının basqınına məruz qaldı. Qazi Girey və Səfi Girey
böyük ordu ilə Dərbənddən keçərək Şirvana soxuldular. Bu hücum
q ı z ıl b aşl a r ü ç ü n əl v e r işl i o l m a y a n ş ər a i t də b aş v e r d i . Şi r v a n d a hə l ə
qızılbaş qoşunları yox idi. Çünki Salman xan əmirlərlə birlikdə hələ
Kürü keçməmişdi. Onlar yaylaqda idilər. İskəndər bəy Münşinin
bildirdiyi kimi, “Şirvan xainləri” Salman xanın düşərgəsinin olduğu
yeri tatarlara xəbər vermişdilər. Bədbəxtlikdən həftə ərzində ara
vermədən yağış yağmışdı, palçıq və gölməçələrin keçilməzliyi
üzündən hər cür hərəkət son dərəcə çətinləşmişdi. Buna görə də
qızılbaşlar tatarların yaxınlaşmasını sezməmişdilər. Eyni zamanda,
şirvanlılar düşməni Kürün elə yerindən keçirmişdilər ki, oradan
tamamilə hücum gözlənilmirdi. Qızılbaşlar hətta silahlanmağa və
bir yerə cəmləşməyə də imkan tapmadılar. Onların çoxusu
qaçmaqla canını qurtardı, müqavimət göstərən az hissəsi isə208
qəhrəmanlıqla həlak oldu. Tatarlar qızılbaş düşərgəsini qarət etdilər
və elə həmin gün də geri qayıtdılar. Osman paşa isə tatarların
köməyilə türklərin dəstəsini Bakıya daxil etdi və qalanı
möhkəmləndirdi
202
.
Tatarların Salman xanı darmadağın etməsi xəbəri Qarabağa
daxil olduqları vaxtda şaha gəlib çatdı. Saray adamlarının qışlamaq
üçün dayandığı Qızılağacdan Mirzə Salman, Əmir xan, Qulu bəy
qorçibaşı, Şahrux xan, Pirə Məhəmməd xan və başqa əmirlər
qoşunlarla Şirvana – tatarlara qarşı göndərildi. Bundan əvvəl
tatarların darmadağın edilməsindən bizə məlum olan Mollahəsən
adlı yerdə, qızılba. Qoşunları türk və tatarlarla qarşılaşdılar. Hər
dəfə döyüşə yeni qüvvələr daxil edən qızılbaşların daim güclənən
hücumuna tab gətirməyən türklər və tatarlar sürətlə geri çəkilməyə
başladılar. Türklər yenidən Dərbənddə qapanıb qaldılar. Tatarlar
isə Dağıstandan keçib Krıma qayıtdılar.
Salman xan əsas qızılbaş qüvvələrinin Şirvana gəlməsi
xəbərini aldı. Tez-tələsik Kürü keçdi və tatarlardan uğradığı
məğlubiyyətin və qaçmasının əvəzini çıxmaq məqsədilə Bakını ələ
keçirməyi qərara aldı. Düşməni Şabrana qədər təqib etmiş Əmir
xan Türkmangeri qayıtdı, Bakını mühasirəyə almış Salman xanla
birləşdi. Qızılbaşlar on səkkiz gün ərzində türk hərbi hissəsinin
müqavimətini qırmaq üçün uğursuz cəhdlər göstərdilər. Sonra onlar
mühasirədən əl çəkməyə məcbur oldular. Çünki türklər
Dərbənddən gələn gəmilərlə müntəzəm olaraq hərbi sursat və
ərzaqla təchiz olunduqları bir zamanda, qızılbaşlar dağıntı və
sakinlərin (rəiyyətin) yozsul vəziyyəti üzündən azuqə sarıdan
kəskin ehtiyac hiss edirdilər. İskəndər bəy Münşi qeyd edirdi:
“ Hət t a a r p a u n u b e lə y o x i d i . O n u n b i r b a t m a nı ö n cə a l tı m i s q a l
zərb olunmuş gümüş dəyərində olan altı yüz Təbriz dinarına
satılırdı”
203
. Səfəvi qoşunları Şirvanı tərk edib Qarabağdakı şah
qərargahına gəldilər. Həmin qışda heç bir qızılbaş əmiri Şirvanda
qalmadı. Bununla əlaqədar olaraq Osman paşanın qoşunları209
tədricən Şirvanın bir sıra rayonlarını ələ keçirdilər. İskəndər bəy
Münşi yazır: “Şirvan əhalisi istər-istəməz Osman paşaya itaət
göstərdi”.
Osmanlı nümayəndəsi Ömər ağanın Şirvanda tərəflərin
vəziyyətini təhqiq etmək üçüçn oraya gəlməsi ərəfəsində Səfəvi
sarayında elçini baş vermiş gerçəklik qarşısında qoymaq məqsədilə,
Şirvanı tutmaq üçün təcili tədbirlər görülməsi qərara alındı. Bu
məqsədlə, əmirlər və “dövlətin ali şəxsləri” təklif etdilər ki,
Qarabağdan qacar, otuziki və başqa tayfaların bir hissəsi Şirvana
yeridilsin Bu hərbi əməliyyatı həyata keçirmək məsuliyyəti
Qarabağ hakimi İmamqulu xan Qacarın üzərinə qoyuldu. Xan
adına layiq görülmüş Peykər bəy Ziyad oğlu Qacar Şirvanın yeni
hakimi təyin edildi.
Qızılbaş nümayəndəsi ilə Şirvanı gəzən Ömər ağa əmin oldu ki,
Dərbənddən və Bakıdan başqa bu ölkədə heç bir yer türklər
tərəfindən tutulmaməşdır. Bundan sonra Osmanlı nümayəndəsi onu
müşayiət edən Səfəvi müvəkkili Şahqulu Sultan Tebet oğlu
Zülqədərlə birlikdə, “həqiqi vəziyyət barədə” məlumat vermək və
sülh danışıqları aparmaq üçün Ərzuruma – Sinan paşanın yanına
gəldilər.
Lakin Sinan paşa Osman paşa ilə münasibətləri gərgin olduğu
üçün birbaşa sülh danışıqlarına başlamadı. O, Şahqulu Sultanı
dostluq məktubu ilə geri göndərdi və məktubunda səfəvilərə təklif
etdi ki, sülh müqaviləsi bağlamaq üçün “böyük əmirlərin”
ləyaqətlilərindən birini sultanın sarayına göndərsinlər. Ağıllı və
ehtiyatlı şəxs kimi tanınan Qum hakimi İbrahim xan (Heydər
sultan Çabuk Tərxan Türkmanın oğlu) bu məqsədlə Osmanlı
paytaxtına göndərildi. İstanbula layiqli hədiyyə və bəxşiş.lərlə
gələn İbrahim xan dərhal başa düşdü ki, buradakı şərait heç də sülh
danışıqlarının xeyrinə deyildir. Səfəvilərlə danışıqlar əleyhinə çıxış
edən əsas sima Dərbənddə məskiən salmış Osman paşa idi.ı Osman
paşa və onun tərəfdarları sultanı Sinan paşaya onun təmkinli,210
sülhsevər tədbirləri əleyhinə qaldırmışdı. Buna görə də İbrahim
xanın cəhdləri nəticə vermədi. O, yeddi il müddətində Osmanlı
paytaxtında qaldı və yalnız I Şah Abbas döründə vətənə qayıtdı
204
.
Şərəf xanın bildirdiyi kimi, Sinan paşanın İstanbula,
Məhəmməd Xudabəndənin isə Qəzvinə qayıtması barədə saziş əldə
edildi. Lakin sonrakı ildə Sinan paşa baş sərkərdə vəzifəsindən
kənar edildi və onun yerinə Fərhad paşa təyin olundu.
Hicri 989 (1581)-cu ildə Qazi Girey və Səfi Gireyin başçılığı
ilə Krım tatarları dördüncü dəfə Şirvana hücum etdilər. Bundan bir
qədər əvvəl İmamqulu xan Qacar qızılbaşların güclü dəstəsini
Peykər xanın köməyinə göndərmişdi. Şamaxıya hərəkət edən
tatarlar başda Şirvan bəylərbəyi Peykər xan olmaqla qacar, cairli,
qaramanlı və başqa tayfaların əmirləri ilə qarşılaşdılar. Döyüş
Şamaxı ilə Şabran arasında baş verdi. “Tatarların əvvəlki
uğurlarının təsiri altında özünə güvənən” Qazi Girey at belində
döyüşün ən qızğın yerinə yeridi və qacarlar tərəfindən əsir alındı.
Tatarlar və türklərin birləşmiş qoşunu yenidən ağır məğlubiyyətə
uğradı. Səadət Girey də əsir düşmək təhlükəsi ilə üzləşdi. Sağ qalan
tatarlar və türklər döyüş meydanından qaçdılar. Əbubəkr Mirzə də
aradan çıxdı.
1581-ci ilodə Peykər xan vəfat etdi və onun yerinə Xəlifə
Ən s a r Q a r a d ağ l ı Şi r v a n h a k i m i təy i n o l u n d u . L a k i n İs kən dər bəy
Münşi göstərir ki, Xəlifə Ənsar Qaradağlı da Şirvanda
müvəffəqiyyət qazanmadı. 1582-ci ildə Xəlifə Ənsar vəfat etdi. Şah
Qarabağdan Qəzinə qayıtdıqdan və Xorasana yürüş etdikdən sonra
“qızılbaş əmirlərindən heç biri Şirvanda qala bilmədi”
205
. Osman
paşa bunun sayəsində yenidən Dərbənddən Şamaxıya gəldi və
Şirvanda türklərin hakimiyyətini bərpa etdi
206
.
Yuxarıda göstərilən faktlardan biz əmin olduq ki, Krım
xanları Osman paşanın Dərbənddə qala bilməsinə xeyli yardım
göstərmişdilər. Bundan əlavə, Osmanlı sultanı Krım və Şimalı
Qafqazdan hərbi dəstələr, habelə hərbi sursat və pul göndərməklə211
Osman paşaya daim yardım göstərirdi.
Mənbə məlumatları göstərir ki, Dağıstanda və Şirvanda
türklərin güclənməsi ayrı-ayrı yerli hakimlərin narazılığına səbəb
olduğundan onlar hətta qızılbaşlarla ittifaqa girirdilər. Məsələn,
b e lə b i r məl u m a t v a r dır k i , Şa m x a l və Əb u bək r M i r zə O s m a n
paşaya qarşı birgə çıxış etmək təklifi ilə Gəncənin qızılbaş
hakiminə müraciət etmişdilər. 1583-cü ilin yazında yeni qüvvələr
alan İmamqulu xan Kürü keçərək Şirvana daxil oldu. Şamaxıda
olarkə, Niyazabad ərazisində Yaqub bəyin Osmanlı qoşunlarının
cəmləşməsi xəbərini alan İmamqulu xan Rüstəm xanı qızılbaş
dəstəsi ilə onlara qarşı göndərdi. Şiddətli vuruşmada Yaqub bəy və
digər türk hərbi başçıları öldürüldülər. Türklər tamamilə
darmadağın edildilər. Qızılbaşlar onları Dərbəndədək təqib etdilər.
Köməyə gələn Osman paşa Samur çayı sahilində, Baştəpə
yaxınlığında qızılbaşlarla döyüşə girdi. Türk mənbələrinin
göstərdikləri kimi, Əbubəkr Mirzə bu döyüşdə qızılbaşların
tərəfində çıxış edirdi. Peçevi onu “bu tərəfdən üz döndərmiş (yəni
sultana xəyanət etmiş – O.Ə.) İbn Bürhan”, “xain kafir” kimi yad
edir. İmamqulu xanın Osman paşa ilə döyüşü bir neçə gün davam
etdi. Atışma gecələr də məşəl işığında davam etdirildiyi üçün bu
döyüş “məşəllər savaşı” da adlanırdı. Yalnız döyüşün dördüncü
günü Osmanlılar üstünlük qazandılar və qızılbaşları döyüş
meydanından çəkilməyə məcbur etdilər
207
.
Qızılbaş feodallarının vəzir Mirzə Salmana divan
tutması
Səfəvilər dövlətinin hərbi uğursuzluqları xeyli dərəcədə
ölkənin ağır daxili vəziyyəti ilə izah olunurdu. 80-ci illərin
əvvəllərindən başlayaraq, Azərbaycan qızılbaş əyanlarının İran
feodal ünsürləri ilə mübarizəsi son dərəcə kəskinləşdi. Bunun da212
nümunəsini biz yuxarıda, Məhdi Ülyanın və onun qohumlarının
öldürülməsi hadisələrində görmüşdük. Həmçinin qeyd edilmişdi ki,
nəinki sağ qalan, həm də yüksək vəzir vəzifəsini saxlayan yeganə
“tacik” Mirzə Salman olmuşdu.
Mirzə Salman bir sıra illər ərzində Fars hakimi İbrahim xan
Zülqədərin vəziri olmuş isfahanlı Ağa Mirzə Əli Cabirinin oğlu idi.
Mirzə Salman I Şah Təhmasibin hakimiyyətinin son dövründə ilk
dəfə sarayda görünmüş və saray təsərüffatına başçı (“nazir-i
büyutat”) təyin edilmişdi. II Şah İsmayıl onu vəzir təyin etdi. O, II
Şah İsmayılın ölümündən sonra məharətlə Şah Məhəmməd
Xudabəndənin və onun hakimiyyətpərəst arvadının etibarını
qazanmış və fəxri “etimad əd-dövlə” (“dövlətin etimadı”) adı ilə
“ali divanın vəziri” vəzifəsinə təsdiq olunmuşdu
208
. O hətta öz
q ı z ı n ı t a x t - t a cın v a r i s i Həm zə M i r zə y ə ə r ə v e r mə y ə, b ö y ü k oğl u
Mirzə Abdullanı isə şahzadənin vəziri etməyə nail olmuşdu.
Beləliklə, şahın zəifliyindən və onun oğlunun cavanlığından
istifadə edən Mirzə Salman qeyri-məhdud hakimiyyətə can atırdı.
Biz artıq bilirik ki, onun qızılbaş əyanları arasında bir çox fitnə-
fəsadlarda, çəkişmələrdə və qəsdlərdə əli var idi. Mirzə Salman
əmirləri bir-birinin üstünə qaldırmaq, bununla da qızılbaş
tayfalarının zəifləməsinə nail olmaq, dövlət işlərində əmirlərin
rolunu məhdudlaşdırmaq üçün ən kiçik fürsəti belə əldən vermirdi.
İskəndər bəy Münşi, dövlət xadimi kimi Mirzə Salmanın ağlını və
qabiliyyətini ümumən yüksək qiymətləndirirdi. Lakin qeyd edirdi
ki, onun qızılbaş tayfalarına qarşı yönəldilən fitnələri hərbi
tədbirləri pozur və dövlətin mənafeyinə ziyan vururdu. 1582-1583-
cü illərdə şahın Xorasan qiyamçılarına qarşı yürüşü zamanı Mirzə
Salman şah qoşunları tərəfindən əsir alınmış bir sıra adlı-sanlı
ustaclı və şamlı əmirlərini, saray əmirlərinin və “dövlətin ali
şəxslərinin” arasındakı qohumlarının və həmyerlilərinin etirazlarına
baxmayaraq edam etdirmişdi
209
. Əliqulu xanın uğurla müdafiə
olunduğu Herat qalasını şah mühasirəyə aldığı zaman Mirzə213
Salman qızılbaş əmirlərini xəyanətdə və mühasirəyə alınmış
qiyamçılarla əlbir olmaqda günahlandırmışdı. İskəndər bəy Münşi
göstərir ki, Mirzə Salman həmişə Həmzə Mirzəni qızılbaş
əmirlərinə, xüsusilə də Qulu bəy Əfşara, Şahrux xan Zülqədərə və
Məhəmməd xan Türkmana qarşı qaldırmağa çalışırdı. O şahzadəni
inandırırdı ki, “bu üç xadim sağ olduqca, şahın canişininin
gülüstanı ətir saçmayacaq və çiçək açmayacaq”.
Qızılbaş əmirləri vəzirin onlara qarşı fitnələrindən xəbərdar
idilər və onu öldürmək qərarına gəlmişdilər. Bu hadisə 1583-cü ildə,
H e r a t d a b aş v e r d i . B i r g ü n M i r zə S a l m a n ö z məi y yət i i lə ş ə h ər
ətrafına gəzintiyə çıxmışdı. Aralarında Qulu bəy Əfşarın oğlu
Yusifxanın, Məhəmməd xan Türkmanın oğlu Vəlican xanın,
Şahrux xanın qardaşı oğlu Xəlil Sultanın və başqalarının olduğu
qızılbaş gənclər dəstəsi əmirlərin göstərişi ilə onların arxasınca
düşdü. Yolda təqib edənlər barədə məlumat alan Mirzə Salman
tələsik geri qayıtdı. O, sığınacaq tapmaq ümidilə dövlətxanaya –
şahın və Həmzə Mirzənin yanına gəldi. Belə olduqda qızılbaş
əmirləri şah sarayının yerləşdiyi Sultan Hüseyn Mirzə mədrəsəsinə
gələrək vəzirin onlara verilməsini tələb etdilər. Onlar açıq surətdə
bildirdilər ki, Mirzə Salman qızılbaşların düşmənidir, tayfalar
arasında ədavət və düşmənçiliyin səsəbkarıdır. Xorasan əmirləri
arasında itaətsizliyin və qiyamın günahkarıdır və o sağ olduqca
əmirlər arasında birlikdən söhbət gedə bilməz. Şahın və Həmzə
Mirzənin vəziri əmirlərə təslim etməkdən başqa çarəsi qalmadı.
Çünki əmirlər şahı əks təqdirdə Abbas Mirzə ilə birləşəcəkləri ilə
hədələyirdilər. Əmirlər əvvəlcə vəzirin bütün əmlakını qarət etdilər.
Bir neçə gündən sonra isə Mirzə Salmanı qətlə yetirdilər
210
.
Fərhad paşanın Azərbaycana yürüşü214
Biz artıq qeyd etmişik ki, Səfəvilərlə sülh məsələsində Sinan
paşa ilə Osman paşa arasında ciddi ixtilaf yaranmışdı.
1592-ci ilin əvvəlində Sinan paşa, qızılbaş elçisi İbrahim
x a n Tər x a n T ü r k m a n l a s u l t a nı Sə f əv i lər lə b a rı ş ıq b ağl a m ağa r a zı
salmaq üçün Ərzurumdan İstanbula yola düşüd. Lakin Dərbənddə
ilişib qalmış Osman paşa heç də sülhsevər əhval-ruhiyyədə deyildi.
O, qızılbaşlar gerdikdən sonra Şirvanı ikinci dəfə tutdu və
İstanbula məktub yazaraq sultan Murada Şirvanın tutulduğu
xəbərini verdi, onu qızılbaşlarla müharibəni davam etdirməyə
ç ağ ır dı. O s m a n p aşa s u l t a n a məl u m a t v e r d i k i , h a zır d a şa h
əmirlərlə Xorasandadır. Bu .əraitdə ona qoşunlarla kömək edilərsə,
çətinlik çəkmədən Azərbaycanı və İranın qərb vilayətlərini
imperiyaya birləşdirmək olar. Istilaları daha da genişləndirmək
ehtirası ilə alışan türk sultanı sülh danışıqlarını dayandırdı və Sinan
paşanı şərq yürüşünün hərbi başçısı vəzifəsindən kənar etdi.
Bununla yanaşı, sultan elçi İbrahim xana təhdid formasında bildirdi
ki, o, yalnız şah tərəfindən Şirvandakı Osmanlı istilalarının
tanınacağı təqdirdə sülhə razıdır. Əks halda Osmanlı qoşunları
hücumu davam etdirəcəklər. Ağıllı və uzaqgörən İbrahim xan
Türkman öz səfirliyinin üzvlərindən biri ilə Xorasana – şahın adına
göndərdiyi məktubda sultanın qəti tələbi barədə məlumat verdi və
Səfəvilər dövlətinin ağır daxili vəziyyətini nəzərə alaraq, ölkəni
daha böyük ərazi itkilərinə məruz qoymamaq üçün sərt sülh
şərtlərini qəbul etməyi məsləhət gördü. İskəndər bəy Münşi göstərir
k i , “ ö z lər i nə g ü və n ən qı z ıl b aş əm i r lər i ” a r a l a rın d a h ö k m s ü rən
parçalanmaya, düşmənçiliyə və çəkişməyə baxmayaraq cavab
məktubunda öz elçilərinə bildirdilər ki, onlar Şirvanı heç bir vəchlə
türklərə güzəştə getməyəcəklər və əgər sultan 1555-ci il sülh
şərtlərinə razı deyilsə, müharibəni davam etdirəcəklər
211
.
Hicri 991 (1583)-ci ilin yayında şərq yürüşünün yeni hərbi
rəhbəri Fərhad paşa 70-80 min nəfərlik qoşunla Ərzurumdan çıxdı
və Qarsı keçərək Çuxursəəd vilayətinə daxil oldu. Qazi Əhmədin215
məlumatına görə, Fərhad paşanın yürüşü ona görə mümkün
olmuşdu ki, şahın əsas qüvvələrlə uzun müddət Xorasanda olması,
“iki padşah təyin etmiş qızılbaşlar arasındakı”
212
didişmələr
haqqında Rumda xəbər tutmuşdular. Özqarşısında türklərin üstün
qüvvələrini görən Çuxursəəd bəylərbəyisi Məhəmməd xan Toxmaq
U s t a c lı Q a r a b ağ və A zər b a y c a nın cən u b h i s səs i h a k i m lər i nə -
İmamqulu xan Qacara və Əmir xan Türkmana kömək üçün
m ü r a c iət e t d i . L a k i n həm i n əm i r lər hə l ə X o r a s a n d a o l a n şa hın
köməyi olmadan türk ordusuna qarşı durmağı öz qüvvələri imkanı
xaricində saydıqları üçün, Məhəmmədi xanın çağırışını cavabsız
qoydular. Buna görə də Məhəmmədi xan İrəvanı tərk etdi və
Naxçıvana geri çəkildi. Fərhad paşa İrəvanı tutdu. Orada qala
tikdirdi və qalada bir illik ehtiyat qoyub geri qayıtdı. İskəndər bəy
Münşi göstərir ki, Əmir xan və türkman əmirləri Məhəmmədi xana
heç bir kömək göstərmədilər. Çünki “dar əs-səltənə Təbrizin
müdafiəsini və mühafizəsini daha vacib və birinci dərəcəli”
sayırdılar. Onlar “kürdlərin yaxında olması ucbatındanoradan
kənara bir addım da atmadılar”. Göstərilən nümunədə Azərbaycan
tarixçisi qızılbaş əmirləri arasında ümumdövlət, ümumxalq
mənafeyini deyil, öz tayfalarının mənafeyini, özlərinə məxsus
mülklərin müdafiəsini hər şeydən üstün tutan adamlara qarşı çıxış
edir. Bu qapalılıq da Çuxursəəd kimi “abad vilayətin” itirilməsinə
gətirib çıxardı
213
. Bundan sonra Əmir xan Türkman öz səfiri Qasım
bəyin vasitəsilə türklərin İrəvanı tutması xəbərini şah sarayına
yetirdi və şahdan qoşunlarla Azərbaycana gəlməyi xahiş etdi. Hicri
962 (1584)-ci il yayın əvvəlində şah öz qoşunu ilə Qəzvindən
Təbrizə hərəkət etdi
214
.
Türkman və təkəli tayfalarının qiyamının başlanması216
Göstərdiyimiz kimi həmin dövrdə bütün Şirvan və Çuxursəəd
vilayəti osmanlı qoşunlarının əlində idi. Şah hökuməti bütün
qüvvələri səfərbərliyə alıb, düşmən basqınının dəf olunmasını təşkil
etmək və düşmənin ölkənin içərilərinə sonrakı irəliləməsinin
qarşısını almaq əvəzinə, hicri 993 (1585)-cü ilin qışında və yazında
öz vaxtını Təbrizdə fitnə-fəsadlara və əyləncələrə sərf etdi. Təbriz
vilayətinin bəylərbəyisi Əmir xan Türkman 12 min nəfərlik
tayfasının tam heyəti ilə şəhərdən çıxdı. Şahı və Həmzə Mirzəni
qarşılamaq üçün Miyanəyə gəldi. Şah Məhəmməd və Həmzə Mirzə
üçün Təbrizdə təşkil etdiyi təntənəli qəbul şah və şahzadənin
yanında Əmir xanın nüfuzunu xeyli artırdı.
Qeyd etmək lazımdır ki, bu dövrdə Həmzə Mirzənin artıq
on səkkiz yaşı var idi. O, böyük oğul, taxt-tacın varisi kimi dövlət
işlərinə və hərbi işlərə rəhbərlikdə getdikcə daha çox iştirak edirdi.
İskəndər bəy Münşiyə görə, təkəbbürlü və tündxasiyyət olan
Həmzə Mirzə Şərab düşkünü idi. Qızılbaş əmirləri onun anası
Məhdi Ülyanı öldürəndə onun on üç yaşı var idi. O, həmin vaxtdan
anasını öldürənlərə qarşı qəlbində sönməz kin gəzdirir və intiqam
almaq üçün bəhanə axtarırdı. Anası qətlə yetiriləndə Əmir xan
Türkman Qəzvindən uzaqda idi və zahirən bu hadisə ilə əlaqəsi
olmamışdı. İndi Təbrizə gəlmiş şahzadə onu özünə yaxınlaşdırmaq
və Əmir xanın köməyilə anasının qatillərinə divan tutmaq qərarına
gəldi. Lakin Əmir xan Həmzə Mirzənin niyyətini bəyənmədi və
buna əasslandı ki, Osmanlı sultanı kimi güclü düşmənlə qarşı-
qarşıya dayanarkən nüfuzlu qızılbaş sərkərdələrini öldürmək və
bununla da onların arasına düşmənçilik salmaq ağıllı iş olmaz.
Türkman tayfasına düşmən olan saray adamlarından bir
çoxu, xüsusən də şamlı və ustaclı tayfalarının nümayəndələri Əmir
xanın şahzadə ilə yaxınlaşmasından narazı idilər. Onlar hər vasitə
ilə bu dostluğu pozmağa cəhd göstərirdilər. Şahzadənin yaşıdları və
həmpiyalələri olan Əliqulu bəy Fəth oğlu və İsmayılqulu xan Şamlı217
şahzadənin iştirak etdiyi qapalı dairədə Əmir xanın ünvanına
böhtanlar yağdırmağa başladılar. Əmir xan Təbrizdə, şah
iqamətgahının yanında qala tikdirdikdə isə bunu şah hakimiyyətinə
qarşı onun üsyan etmək niyyəti kimi qələmə verdilər. Onlar
h əm ç i n i n , h e ç də əs a s sız o l m a d a n g ö s tər d i lər k i , Əm i r x a n , o n u n
qohumları, yaxın adamlar Təbriz əhalisini amansız surətdə istismar
edir, soyub talayırlar və bunun sayəsində zinət və var-dövlət içində
üzürlər. Bu söhbətlər tədricən Həmzə Mirzəyə öz təsirini göstərirdi.
Şahzadə Əmir xanı Azərbaycanın cənub hissəsinin hakimi
vəzifəsindən kənar etmək qərarına gəldi. Onun ətrafında gəzən sözs ö h bət və f i t nə- fəs a d l a rı s e zən Əm i r x a n ö z ü n ü n mə ğr u r d a v r a nı ş ı
ilə vəziyyətini daha da ağırlaşdırdı. Həmzə Mirzə hiss etdi ki, Əmir
xan onunla ünsiyyətdən kənara qaçmağa başlayır. Məsələn, Əmir
xan şahzadənin təşkil etdiyi çövkən və qapaq əndazi oyunlarında
işrirak etmədi. Bunun ardınca o, şahın Təbrizin Həsən padşah
məscidində təşkil etdiyi aşura günü (məhərrəmin 10-u) dini
mərasiminə də gəlmədi. Beləliklə, Əmir xanla Həmzə Mirzə
arasında düşmənçilik münasibətləri yarandı. Əmir xan Həmzə
Mirzənin göstərişi ilə tutuldu və Qəhqəhə qalasına salındı. Onun
əmlakı isə müsadirə edildi. Fitnə-fəsadları ilə Əmir xanın vəzifədən
getməsinə və həbsə alınmasına səbəb olmuş Əliqulu bəy Fəth oğlu
Ustaclı Təbriz hakimi və Azərbaycanın cənub hissəsinin bəylərbəyi
təyin edildi
215
. Ustaclı və şamlı tayfalarının başçıları şahzadənin
köməyilə yenidən türkman və təkəli tayfalarının feodallarını
yüksək vəzifələrdən sıxışdırıb çıxararaq onların yerlərini tutdular.
Bu hadisələr haqqında xəbər, həmin tayfaların başqa
əyalətlərdəki feodallarını da ayağa qaldırdı. Kaşan hakimi
Məhəmməd xan Türkman Həmədan hakimi Vəli xan Təkəlilə Əmir
xanın düşmənlərinə divan tutmaq məqsədilə, Təbrizə hərəkət etmək
barədə razılığa gəldilər.
Bunun ardınca hicri 993-cü ilin cümada əl-əvvəl ayında
(1585-ci ilin mayında) Əmir xanın Qəhqəhə qalasında öldürülməsi218
türkman və təkəli tayfalarının ümumi qiyamına səbəb oldu
216
.
Qızılbaş tayfaları arasındakı təsvir edilən çəkişmələr və
müharibə Səfəvilərin qüvvəsini və müdafiə qabiliyyətini qəti olaraq
qırdı və türk qoşunlarının gələcək istilalarını asanlaşdırdı.
1585-ci ildə Təbriz şəhərinin
Osman paşa qoşunlarından müdafiəsi
Bütün Azərbaycanı ələ keçirmək arzusunda olan Türkiyə
sultanı, döyüşkən Özdəmir oğlu Osman paşanı Şirvandan geri
çağırdı. Böyük ordunu onun sərəncamına verdi və onu Şərq
yürüşünün başçısı təyin etdi
217
. Hicri 993 (1585)-cü ilin əvvəlində
Osman paşa Ərzurumda Azərbaycana basqın etməyə hazırlaşmaqla
məşğul oldu. 1585-ci ilin yayında şah və Həmzə Mirzə Qarabağ
yaylaqlarında idilər və günlərini eyş-işrətdə keçirirdilər. Türklərin
Çuxursəəddən sıxışdırıb çıxardığı Məhəmməd xan Toxmaq da öz
qoşunu ilə burada onlara qoşuldu. Onlar yaylaqda ikən Osman
paşanın basqın xəbərini aldılar və bu, şah sarayında çaşqınlığa
səbəb oldu. İndi düşmən yaxında idi və artıq gerçəkliyi inkar etmək
mümkün deyildi. Buna görə də Qarabağdan bütün vilayətlərin
hakimlərinə fərmanlar göndərildi və onlara qoşunlarla Təbrizə
gəlmək barədə göstəriş verildi.
Lakin qızılbaş əmirlərinin əksəriyyəti şah qərargahının
tələbinə tabe olmaqdan imtina etdi (Məhəmməd xan Təkəli, Vəli
xan Təkəli, Rey hakimi Müseyib xan Şərafəddin oğlu Təkəli və
başqaları). Onlar bu çağırışa nəinki cavab vermədilər, habelə
sonralar türklərlə vuruşan Həmzə Mirzənin qoşunlarına qarşı hərbi
əməliyyatlara başlamaqla türklərlə əlbir çıxış etmiş oldular.
İskəndər bəy Münşi göstərir ki, “həmin iki tayfadan (türkman və
təkəli – O.Ə.) heç bir adam, Fars, Kirman və İraq hakimlərinin
qoşunları da şahın hərbi düşərgəsinə gəlmədilər”
218
.219
Osman paşa 1585-ci ilin avqustun 12-də Ərzurumu tərk etdi
və Panisabad-Çaldıran-Xoy-Mərənd-Sufiyan-Təbriz istiqamətində
hərəkətə başladı
219
.
Şah öz saray adamları ilə Qarabağdan cənuba doğru hərəkət
etdi və Bazarçaydan keçərək Naxçıvana yola düşdü. Yolda ikən
məlumat alındı ki, Osman paşa Mərənddədir və tələsik Təbrizə
doğru hərəkət edir. Buna görə də Həmzə Mirzə 20 min nəfərlik
qoşunla ona qarşı göndərildi. O, Ordubaddan keçib Dızmar
Üzümdülə tərəf hərəkət etdi. Sufiyan ərazisində Məhəmmədi xan
Toxmağın başçılığı ilə qızılbaşların öndə gedən dəstəsi düşmən
hissələri ilə üz-üzə gəldi. Əvvəlcə qızılbaşlar türkləri böyük itkiyə
məruz qoydular. Lakin sonra onların böyük üstünlüyü qarşısında
geri çəkilməyə məcbur oldular
220
.
Qızılbaşların vəziyyəti pisləşdi.20 min nəfərlik silahlı qüvvə
ilə Osmanlıların on dəfə üstün olan, üstəlik də artilleriya ilə yaxşı
təchiz olunmuş qüvvələri ilə mübarizə aparmaq mənasız idi. Hərbi
şurada daha təcrübəli sərkərdələr mərhum I Şah Təhmasibin
nümunəsi əsasında hərəkət etməyi məsləhət görürdülər. Onlar təklis
etdilər ki, Təbriz əhalisi Qaradağ qalalarına köçürülsün, şəhər
taxılsız və ərzaqsız qalsın. Türk qoşunları Təbrizə daxil olduqdan
sonra isə bütün yolları bağlamaqlaşəhərə ərzaq gətirilməsinə yol
v e r i l məs i n . B e ləl i k lə, o n l a r b e lə h e s a b e d i r d i lər k i , a c lıq t ü r k
qoşunlarını Təbrizi tərk etməyə və geri çəkilməyə məcbur edər.
İskəndər bəy Münşinin göstərdiyi bu daha ağıllı təklif əmirlərin
əksəriyyəti tərəfindən bəyənilmədi. Bunun müqabilində şurada
“son nəfəsədək” müharibə etmək tərəfdarı olan gənc qızılbaşlar
üstünlük təşkil etdi. Onlar israr edirdilər ki, Təbrizdə özünü, öz
ailəsini qorumağa və şəhəri müdafiə etməyəqadir olan təqribən 50
min gənc, qoçaq adam vardır. Onların fikrincə, Təbrizin
küçələrində maneələr qurmaq və düşməni şəhərə buraxmamaq
lazımdır. Təbrizlilərə xüsusi fərmanla təklif edildi ki, öz yerlərində
qalsınlar və şəhəri düşmənlərdən müdafiə etməyə hazırlaşsınlar.220
Onlara vəd edilirdi ki, qızılbaş qoşunları düşmənə arxadan zərbələr
endirməklə bütün vasitələrlə şəhərlilərə kömək edəcəklər. Bundan
sonra, Təbriz hakimi vəzifəsində qardaşı Əliqulu xanı əvəz edən
Hüseynqulu xan Ustaclıya kömək etmək üçün Pirqeyb xan Ustaclı
və Mehdiqulu xan Şamlı min nəfərlik qızılbaş dəstəsi ilə Təbrizə
göndərildilər. Onlara küçələrdə maneələr qurmaq, əhalini maneələr
yaratmağa cəlb etmək, həmçinin də “kiminsə (təbrizlilərdən –
O.Ə.) öz ailəsini şəhərdən çıxarmasına yol verməmək, belə ev
sahibini edam, əmlakını isə qarət etmək” əmri verilmişdi
221
.
İskəndər bəy Münşi göstərir ki, “şəhərin məhəllələri
bölüşdürülmüşdü və hər bir sahənin (rəhnə) müdafiəsi həmin
məhəllədən olan pəhləvanlardan birinə tapşırılmışdı. Hər bir
maneəyə başçılıq etmək təcrübəli şəxslərə, qızılbaşlardan olan
etibarlı şəxsə tapşırılmışdı”. Yuxarıda deyildiyi kimi, Sufiyan
yaxınlığında qızılbaşların türklərlə ilk toqquşması hicri 993-cü il
ramazanın 23 (1585-ci il sentyabrın 18)-də baş vermişdi
222
. Sonrakı
gün Osman paşa dayandığı yerdən aralanıb Təbrizin şimalından
axan Abşur (türkcə - Acısu) çayının keçidinə yanaşdı. Osmanlı
ordusunu Maqsud bəy Zülqədər müşayiət edirdi
223
.
Əldə olan məlumatlara görə, Maqsud bəyin türklərin göstərişi
ilə Təbriz əyanlarına yazdığı məktubda, onları, öz həyatlarını hifz
etmək istədikləri təqdirdə türk sultanına itaət etməyə çağırmışdı
224
.
Qəti tələbinə cavab almayan Osman paşa sentyabrın 20 (ramazanın
25)-də Təbrizə qarşı hərbi əməliyyatlara başladı. Əsasən
müdafiəsiz qalmış Təbriz sultanın çoxsaylı nizami ordusuna qarşı
uğula müdafiə olunmaq iqtidarında ola bilməzdi. Şəhər ələ keçirildi.
Lakin düşmən, Təbrizi müdafiə edən sakinlərin türklərlə ilk
döyüşlədə göstərdikləri cəsarət və igidlik möcüzələri üzündən
dərhal tuta bilmədi. Diyarbəkir hakimi Ciğal oğlunun başçılığı
altında 7-8 min nəfərlik ilk dəstə Şotorbanan (“Dəvə çarvadarları”)
küçəsi ilə şəhərə daxil oldu
225
.221
Qazi Əhmədin xəbər verdiyi kimi, şəhər maneələrinə qarşı
türklərin ilk hücumu onlara müvəffəqiyyət gətirmədi. 170 nəfər
itirən türklər şəhərdən nənardakı çıxış mövqelərinə geri çəkildilər.
Ertəsi gün səhər, türk artilleriyasının atəşə tutduğu maneələr
axşama yaxın yerlə-yeksan edildi. Osmanlı qoşunları küçə
döyüşləri apararaq Təbrizə daxil oldular və Sahibabad meydanına
qədər irəlilədilər. Bundan sonra mmmüqavimət göstərməyin
mənasız olduğunu görən Pirqeyb xan və Hüseynqulu Sultan
özlərinin dəstəsi ilə şəhəri tərk edərək şah qərargahı ilə birləşdilər.
Səfəvi hakimləri tərəfindən taleyin ümidinə buraxılmış təbrizlilər
daha bir müddət inadla müqavimət göstərdilər. Bir çox sakinlər
özlərinin əşya və ləvazimatını əvvəlcədən torpağa basdırdılar. Xilas
olmaq ümidi ilə ailələrini də götürüb piyada Təbriz ətrafındakı
Sorxab dağında yerləşən qızılbaş düşərgəsinə getdilər. Şəhər
əyanları özlərini və əmlaklarını talandan qorumaq üçün qazi
Kamran bəy Əvhədinin, şeyxülislam Mövlana Məhəmməd Əlinin
və digər adlı-sanlı şəxslərin daxil olduğu nümayəndə heyətini
Osman paşanın yanına göndərdi
226
. Lakin bu, əhalini amansız
kütləvi qarət və talanlardan xilas edə bilmədi. Oruc bəy göstərir ki,
şəhərlilərin müqavimətindən qəzəblənmiş Osman paşa, Təbrizi
qarət etmək üçün öz əsgərlərinin sərəncamına verdi. Qazi Əhməd
yazır: “Yeniçərilər həyətləri, evləri gəzir və əllərinə keçənin
hamısını götürürdülər”
227
. Təbrizin bir çox gözəl binaları dağıdıldı,
gözəl məscidlər istilaçılar tərəfindən kül və daş qalağına çevrildi.
Dini, sünni-şiə düşmənçiliyi türklərin Təbrizdə digər əməlləri üçün
də səciyyəvi idi. Salnaməçi qeyd edir ki, şiə ilahiyyatçılarının,
mahir xəttatların əli ilə yazılmış çoxlu kitablar məhv edildi.
Həmçinin xəbər verilir ki, türklər ən böyük Təbriz bazarı olan
“Qeysəriyyənin” “saysız-hesabsız” mallarını qarət etdilər, bazarı
isə yandırdılar. Osman paşa Təbrizi tutduqdan sonra məşhur “Həşt
Behişt”sarayının terində qala tikdirmək qərarına gəldi. İskəndər bəy
Münşi göstərir ki, gecələr “qara camaat” və”pozğun ünsürlər”222
(“əcamire və ovbaş”), yəni sadə xalq türklərin çadırlarına hücum
edir, düşmənləri qarət edir və öldürür, özlərini türklərin tikdiyi
qalaya çatdırıb “onların gündüz düzəltdiklərini gecələr yerlə yeksan
edirdilər”
228
. İşğalçılar sakinlərin müqavimətini qırmaq üçün
Təbrizdə təqib və qətl üsuli-idarəsi qurdular. Əhali gündüzlər
küçələrə çıxmağa cəsarət etmir və etirazını yalnız gecələr ifadə edə
bilidi. Lakin təbrizlilər ağır şəraitə baxmayaraq istilaçılarla
mübarizəni dayandırmırdılar.
Hadisələrin şahidi olmuş bir nəfərin məlumatına görə, Təbriz
hamamlarından birində türk zabiti öldürülmüşdü. Bu barədə paşaya
m əl u m a t ç a t a n d a o , qə z əb i n dən c oşd u və q oşu n l a rın a əm r e t d i k i ,
şəhər əhalisini kütləvi surətdə qırsınlar. Osmanlı əsgərləri Təbrizin
küçələrini ələk-vələk edir, qarşılarına çıxanları qətlə yetirirdilər.
Onlar şəhərlilərin evlərinə soxulur, əhalinin əmlakını qarət edir,
k işi lər i ö l d ü r ü r , ç o x l u q a dın və uşa q l a rı i sə əs i r və q u l k i m i
aparırdılar. Müxtəlif mənbələrdən alınmış ziddiyyətli məlumatlara
görə, bir gün ərzində qırğın qurbanlarının sayı 15-20 min nəfərə
çatmışdı
229
. Təbriz Osmanlı istilası zamanı “İslam şəhərləri
arasında” tayı-bərabəri olmayan, əhalisi sıx və abad bir şəhərdən
əhalinin tərk etdiyi, yarımdağılmış, ölü şəhərə çevrildi. Belə bir
məlumat var ki, müdafiə olunduğu ilk üç gün ərzində Təbriz
əvvəlki 300 illik tarixindən daha çox zərər çəkmişdi
230
.
Osman paşa Təbrizdə bir aydan bir qədər çox qaldı. Türk
qoşunlarını tələsik surətdə şəhərdən çıxmağa vadar edən səbəblər
az deyildi. Böyük Osmanlı ordusunu yedirtmək üçün ərzaq yox idi.
Yaxınlaşmaqda olan qış (oktyabrın sonu idi) vəziyyətin
yaxşılaşacağını vəd etmir, əksinə, çətinliklərin daha da artacağına
şəhadət verirdi. Amansız cəza tədbirlərinə baxmayaraq təbrizlilərin
ara verməyən mübarizəsi, şəhər ətrafında yerləşdirilmiş düşmən
hissələrinə qızılbaş qoşunlarının dəfələrlə etdikləri hücumlar
istilaçılrın mənəvi ruhuna ciddi zərbə endirmişdi.
Təbrizin süqutundan sonra Üzümdüldəki şah qoşunları223
qərargahında qərara alındı ki, təbrizlilərin mübarizəsinə kömək
etmək məqsədilə, düşmənin şəhər ətrafında yerləşmiş canlı
qüvvəsinə bir sıra təsirli zərbələr endirilsin və ona dinclik
verilməsin. Türklər üzərinə öncə hücum edən qorçibaşı Qulu bəy
Əfşar oldu. O, qızılbaş dəstəsi ilə Fəxusfənc çayını keçərək Təbrizə
yaxınlaşdı. Osman paşa Cığal oğlunu ona qarşı göndərdi.
Qulu bəyin göndərdiyi ön dəstə qəsdən geriçəkilmə manevri
ilə Cığal oğlunun qoşunlarını öz arxasınca, Qulu bəyin pusquda
duran əsas qüvvələrinə tərəf gətirdi. Öz ordusunu artilleriyanın
köməyindən məhrum etmiş Cığal oğlu,qızılbaş süvarisinin sarsıdıcı
hücumuna məruz qaldı. Türklər hücumun qarşısını ala biməyib
qaçmağa başladılar. Qızılbaşlar 2000-ə yaxın türkü məhv etdilər
231
.
Cığal oğlunun özü isə canını birtəhər qurtara bildi.
Bir neçə gündən sonra Həmzə Mirzə türklərin üzərinə
hücum etdi. Qaraman hakimi Murad paşa və Diyarbəkir hakimi
Məhəmməd paşanın başçılığı ilə ona qarşı qoşun hissələri
göndərildi. Döyüş yenə də Fəxusfənc çayının sahilində baş verdi.
Şahrux xan Həmzə Mirzənin əmri ilə düşmən mərkəzinin arxasına
keçdikdən sonra, döyüş qızılbaşların qələbəsi ilə başa çatdı.
Düşmən dəstələri sayca üstün olmalarına baxmayaraq, pərən-pərən
salındı və türklər tələsik geri çəkilməyə başladılar. Hər iki Osmanlı
sərkərdəsi – Murad paşa və Məhəmməd paşa qızılbaşlara əsir
düşdü. Məhəmməd paşa tezliklə aldığı yaradan öldü. Bu döyüşdə
iştirak etmiş Oruc bəyin məlumatına görə, vuruşma zamanı
Trabzon paşası və bir sıra digər Osmanlı sərkərdələri həlak
olmuşdular
232
. Qızılbaş qoşunları düşməni türklərin əsas
qüvvələrinin Çərəndabdakı düşərgəsinə qədər təqib etdilər.
Özlərinin çox da böyük olmayan qüvvələrinə baxmayaraq,
qızılbaşlar düşmənin əziyyətini xeyli artırır, ona dinclik vermirdilər.
Bütün bu deyilənlər son nəticədə türk hərbi rəhbərliyini geri
qaytarmaq üçün tələsməyə vadar etdi. Osman paşanın ağır
xəstələnməsi və vəfatı ilə əlaqədar olaraq Cığal oğlu (Sinan paşa)224
türk qoşunlarının baş sərkərdəsi təyin edildi. Getməzdən əvvəl
türklərin Təbrizdə tikmiş olduqları qalada birillik döyüş sursatı və
ərzaqla Cəfər paşanın başçılığı altında yeddi min nəfərlik hərbi
hissə yerləşdirildi. Oktyabrın 29-da (zülqədənin 5-də) türk
qoşunları özlərinin Çərəndabdakı baş düşərgələrini tərk etdilər və
geriyə yola düşdülər
233
. Həmzə Mirzə geri çəkilən düşmənin
arxasınca hərəkət etdi və onun arxada qalan hissələrinə Şəmbi
Qazanda çatdı. Baş vermiş döyüşdə türklər böyük itkiyə məruz
qaldılar. Həmzə Mirzə Tasucaya qədər düşmənin ardınca gedərək
ona tez-tez gözlənilməz zərbələr endirdi
234
.
Həmzə Mirzənin Təbrizdəki
Osmanlı qalasını ələ keçirmək cəhdləri
Təbrizə qayıdan Həmzə Mirzə öz qarşısında xarabalıqlar
g ö r d ü . İs kən dər bəy M ü nşi Təb r i z i b e lə təs v i r e d i r : “ Zər və m a v i
rənglə bəzədilmiş bütün evlər, şəkillər çəkilmiş qapılar və
pəncərələr çıxarılmış, oduncaq əvəzinə işlədilmişdi”; “Öz gözəl
bağları ilə məşhur olan şəhərdə ağac qalmamışdı; hamısını kəsib
yandırmaq üçün qala hərbi hissəsinə göndərmişdilər”; “Çoxminli
yaraşıqlı binalrdan, orta təbəqədən olan adamın yaşaması üçün
yararlı olan bir ev belə salamat qalmmışdı”; “Dükanlar, kaşılarla
işlənmiş ikimərtəbəli evlər, hamamlar xarabalığa dönmüşdü...”.
Hər yerdə - küçələrdə, bazarlarda, evlərdə öldürülmüş
təbrizlilərin meyitləri qalmışdı. Gediş-gəlişli, “kefli və əyləncəli”
ş ə h ər o l a n Təb r i z , t a r i x ç i yə tər k e d i l m iş, ö l ü ş ə h ər k i m i
görünmüşdü. “Bütün bunlara bir dəfə baxmaqla dəhşətdən ürək
sıxılırdı”
235
.
Qızılbaşların şəhərə daxil olduğundan xəbər tutan əhali
şəhərə qayıtmağa və qoşunlarla birlikdə Təbrizi meyitlərdən
təmizləməyə, evləri təmir etməyə, yaşayışı qaydaya salmağa225
başladı. Hicri 993-994 (1585-86)-cü ilin qışını şahın saray əhli
Təbrizdə keçirdi. Səfəvi hərbi rəhbərliyi yaxşı başa düşürdü ki,
Təbrizdəki türk hərbi hissəsi ciddi təhlükə təşkil edir və ölkədə
gələcək türk hökmranlığının dayaq məntəqəsidir. Buna görə də,
Həmzə Mirzə ona sadiq olan əmirlərlə birlikdə qalanı almaq üçün
bir sıra inadlı, qızğın, lakin son nəticədə uğursuz cəhdlər etdi.
Qızılbaşların topları yox dərəcəsində idi. Bunlarsız isə qalaya
hücum etmək çətin idi. Onların əlində olan yeganə top Göyərçinlik
qalasından Təbrizə gətirilmişdi. Bu topun köməyilə bürclərdən
birinin xeyli hissəsi dağıdılmışdı
236
. Lakin türklər qəfil həmlə ilə
qızılbaşları topdan uzaqlaşdırdılar və topu çəkib qalaya apardılar.
Yeni topu hazırlamağa iki ay vaxt sərf olundu. Lakin keyfiyyətinin
pisliyi üzündə nə birinci, nə də ikinci top istifadəyə yaramadı. Qala
uğrunda döyşlərdə qızılbaşlar özlərinin ən qabiliyyətli
sərkərdələrindən birini – zülqədər tayfasının başçısı Şahrux xan
möhrdarı itirdilər. Qiyamçı türkman və təkəli əmirləri gəlib
çıxanadək qalanı ələ keçirməyə cəhd göstərən Şahrux xan
ehtiyatsızlıq etmiş, kiçik bir dəstə ilə qala divarlarına yaxınlaşmışdı.
Bu vaxt türk dəstəsi gözlənilmədən qaladan çıxdı və Şahrux xana
hücum etdi. Onun adamları (o cümlədən də oğlu) qızğın döyüşdə
qılıncdan keçirildilər. Şahrux xan isə yaralı halda əsir düşdü. Daha
bir səbəb qızılbaşların qalanı ələ keçirməsinə və düşmənin hərbi
hissəsinin məhv edilməsinə mane oldu. Məsələ bunda idi ki,
qızılbaşlar Təbrizə qayıtdıqları vaxtdan etibarən, şahzadənin gizli
əmri ilə Həsən padşah məscidində lağım atmaq, yeraltı yolla qala
bürclərindən birinin altından içəri daxil olmaq və qapını açmaq
istəyirdilər. Bir neçə ay keçdikdən sonra lağımatanlar qala
divarlarına çatdılar. İşləri tamamilə başa çatdırmağa cəmisi bir neçə
gün qalırdı. Lakin bədbəxtlikdən qorçibaşı Qulu bəy Əfşarın
xəyanəti və qalaya – türklərin yanına qaçması, qızılbaşların
planlarının həyata keçirilməsinə mane oldu. Qulu bəy Cəfər paşaya
yeraltı yol barədə danışdı. Mühasirədə qalanlar lağımın sonunu226
tapdılar, onu torpaqla doldurdular, bununla da, həmin tərəfdən olan
təhlükəni aradan qaldırdılar. Qalanı ələ keçirmək cəhdində
ümidsizliyə qapılan Həmzə Mirzə günün günortaçağı qala
divarlarına hücum etmək barədə öz qoşunlarına əmr verdi.
Qızılbaşlar qala divarlarına bərkidilən nərdivanlarla qalaya
s o x u l m a q ü ç ü n ə b əs cəh d lər g ö s tər i r d i lər . M i n lər lə a d a mın həy a tı
bahasına başa gələn bu inadlı və ümidsiz qızılbaş hücumu bir neçə
gün davam etdi
237
.
Bu vaxt qiyamçı türkman və təkəli əmirlərinin Təbrizə
yaxınlaşması xəbərinin alınması, Həmzə Mirzəni Osmanlı qalasının
hərbi hissəsi ilə mübarizəni dayandırmağa məcbur etdi. Bununla
əlaqədar olaraq türklərin tərəfinə keçmiş, öz xidmətləri ilə məşhur
olan, dövlət işlərində böyük nüfuz ilə seçilən sərkərdənin – Qulu
bəy Əfşarın xəyanətinin səbəbini aydınlaşdırmaq lazımdır. Məsələ
bunda idi ki, Qulu bəy Məhəmməd xan Türkman və başqaları ilə
birlikdə Həmzə mirzənin anasının ölümü ilə nəticələnən qəsddə
iştirak etmişdi. Şahzadə anasının qisasını almaq üçün xeyli vaxt idi
ki fürsət axtarırdı. Şahzadə tez-tez açıq-aşkar anasının qatillərini
hədələmişdi və şahzadənin ona olan qərəzli münasibəti Qulu bəy
üçün sirr deyildi. İndi isə qiyamçılar yaxınlaşdıqca Əliqulu xan
Fəth oğlu Ustaclı və onun tərəfdarları Həmzə Mirzəyə belə bir fikir
təlqin edirdilər ki, Məhəmməd xan Türkmanın keçmiş müttəfiqi
Qulu bəy qorçibaşı təhlükəlidir, onu məhv etmək lazımdır. Şahzadə
buna məmnuniyyətlə razı oldu. O, gizli olaraq qorçibaşı vəzifəsinə
Təhmasibqulu Sultan Ərəşli Əfşarı təyin etdi və Qulu bəyi
öldürməyi ona tapşırdı. Bu barədə qardaşı oğlu Cabbarqulu bəydən
məlumat alan şah qvardiyasının keçmiş rəisi, xilas olmaq üçün
düşmən tərəfinə keçməkdən başqa bir yol tapmadı
238
.
Türkman və təkəli əyanlarının qiyamı227
Hökumət əleyhinə çıxışda Məhəmməd xan Türkmana və Vəli
xan Təkəliyə Fars hakimi (əmir əl-üməra) Ümmət xan Zülqədər də
qoşuldu. Beləliklə, şah Məhəmmədin və onun oğlu Həmzə
Mirzənin qarşısında indi türkman, təkəli və zülqədər tayfalarının
birləşmiş qüvvələri dururdu. Həm də qiyamçı qoşunlar artıq
mərkəzi hökumətin nəzarəti altında olan qüvvələrdən üstün idilər.
Buna görə də şah və Həmzə Mirzə qiyamçı əmirlərlə toqquşmadan
çəkinməyə və barışıq əldə etməyə cəhd göstərdilər. Onlar öncə
ustaclı və şamlı əmirlərinin rəhbər vəzifələrdən qovulmasını şərt
kimi irəli sürdülər
239
. Həmzə Mirzənin qiyamçıların arasına təfriqə
salmaq cəhdi baş tutmadı. Qiyamçılar danışıqlar aparmaq üçün
onların yanına göndərilmiş Həbib bəy Zülqədəri öldürdülər, digər
bir neçə vasitəçini isə girov saxladılar. Qiyamçı əmirlər Təbrizin
dörd fərsəxliyində (24-28 km) yerləşən Səidabad adlı yerə
yaxınlaşanda şah qoşunlarında xidmət edən türkman və təkəli
tayfalarından olan döyüşçülər qiyamçıların düşərgəsinə getməyə,
öz tayfalarına qoşulmağa başladılar. Həmzə Mirzədən narazı
olanlar da onu tərk etdilər. Təhlükəli vəziyyət yarandı, şah və
Həmzə Mirzə Əmir xan Türkmanın tikdirdiyi möhkəmləndirilmiş
Təbriz qalasında gizləndilər
240
. Qiyamçı əmirlər şahzadənin adına
göndərdikləri məktubda Əmir xanın qatillərinin, ilk növbədə
Əliqulu xan Fəth oğlunun onlara təslim olunmasını tələb etdilər. Bu
qəti tələbdən qəzəblənmiş Həmzə Mirzə ustaclı və şamlı əmirlərinə
qiyamçılara qarşı döyüşə başlamağı əmr etdi. Özü isə şah
Məhəmmədlə onların ardınca getdi. Lakin döyüş olmadı.
Qiyamçılar öz həyatları üçün təhlükə olmadan şah qoşunları ilə
birləşmək, birlikdə Təbrizdəki Osmanlı qalasına hücum etmək
naminə, öz tələblərini Əmir xanın qatillərini saraydan çıxarmaq və
onları ucqar vilayətlərə göndərməklə məhdudlaşdırdılar. Lakin
Həmzə Mirzə qiyamçıların bu mülayim təklifini də rədd etdi
241
.
Ertəsi gün Təbrizdə, şah düşərgəsində gözlənilməz münaqişə baş
verdi. Əsasən “böyük qorçilər” sırasına daxil olan zülqədər, əfşar,228
qacartayfaları əyanlarından bir dəstəsi açıq-aşkar surətdə
şahzadənin qiyamçıların tələıblərinə güzəştə getməməsindən
narazılıqlarını bildirməyə başladılar. Onlar qeyd etdilər ki, Əliqulu
xan Fəth oğlu və Məhəmməd Sarızolaqdan ötrü qızılbaş tayfaları
arasına müharibə vəziyyətinə gəlib çatmış ədavət salmaq olmaz.
Qorçilər soruşurdular: axı niyə tam tərkibdə gəlmiş təkəli, türkman
və zülqədər tayfaları öz şahlarına xidmət etməyə imkan tapıb,
türklərin yurd saldığı Təbriz qalasını almağa kömək göstərə
bilmirlər?! Qorçilər döyüşçülər və şəhərlilər kütləsinin müşayiəti
ilə Əliqulu xanın evinə keçdilər və evi talan etdilər. Bu, şəhərin
başqa məhəllələrində ustaclı əyanlarının evlərinin qarət edilməsi
üçün işarə rolunu oynadı. Sonra qorçilər Həmzə Mirzənin
iqamətgahına gəldilər və onun pəncərələri qarşısında hədə dolu
sədalarla nifaq təqsirkarlarının təslim olunmasını tələb etdilər.
Qorçilərin “həyasızlığından” hiddətlənmiş Həmzə Mirzə əlində
siyirmə qılınc saraydan çıxdı və iğtişaşların əsas baislərinə ölümcül
zərbələr endirdi. Yerdə qalanlar dağılışdılar
242
.
Həmin vaxtda şah Məhəmmədi qəti olaraq sıxışdırmış,
ölkəni tək idarə edən Həmzə Mirzənin barışmazlığına əmin olmuş
türkman və təkəli əmirləri onu taxtdan salmaq üçün silahlı
mübarizə aparmağa başladılar. Bunun üçün onlar Təbrizdə, şah
sarayında olan şahzadələrdən birini oğurlayıb şah elan etmək
qərarına gəldilər.
Qiyamçılar şah ailəsinin yerləşdiyi Əmir xanın qalasında
keşik çəkən qoşunların arasındakı tərəfdarlarının vasitəsilə Həmzə
Mirzənin kiçik qardaşı şahzadə Təhmasibi oğurlaya bildilər. On
yaşlı şahzadəni kəndirlə yarıyuxulu halda qala bürcündən aşağıda
gözləyən atlılara çatdırdılar. Onlar isə Təhmasibi qiyamçıların
düşərgəsinə gətirdilər. Əmirlər yubanmadan gənc şahzadə ilə
dövlətin paytaxtı Qəzvinə yollandılar.
Səhər Təhmasib Mirzənin yoxa çıxması xəbəri yayılan kimi
bütün saraya çaxnaşma düşdü. Ustaclı və şamlı əmirləri tərəfindən229
şah Məhəmmədi, öz kiçik oğlunu qaçırmaqda təqsirləndirən
şayiələr meydana çıxdı. İskəndər bəy Münşinin göstərdiyi kimi,
Həmzə mirzə buna inandı. Yazıq şah bu barədə heç nə bilmirdi.
H əm zə M i r zə o n d a n i n c i d i . B u şü b hə l ər dən ö t r ü o f a k t əs a s
götürüldü ki, şahın anası türkman tayfasından idi.
Həmzə Mirzə qiyamçıların niyyətinə mane olmaq üçün
təcili tədbirlərə əl atmaq qərarına gəldi. O, Məhəmmədi xan
Toxmaq Ustaclı və İmamqulu xan Qacarı qoşunların bir hissəsi ilə
Təbrizdə qoydu. Onlara şah Məhəmməd və qardaşı Abutalıb Mirzə
barəsində qayğı göstərmələrini tapşırdı və Təbrizdəki Osmanlı
qalasının mühasirəsini davam etdirməyi onlara həvalə etdi.
İsmayılqulu xan qoşun dəstəsi ilə qiyamçıları qabaqlayıb paytaxtı
tutmaq və Həmzə Mirzənin qoşunları gəlib çıxanadək oranı əldə
saxlamaq üçün Tarom və Xalxaldan keçən yolla Qəzvinə
göndərildi
243
. Həmzə Mirzə özü isə sayı 3 min nəfərdən artıq
olmayan qüvvə ilə İsmayılqulu xanın ardınca, Qəzvin istiqamətində
yola düşdü. O, öz yolundan kənara çıxaraq Ərdəbilə gəldi ki,
özünün çox da böyük olmayan qüvvələrini şeyxavənd tayfasından
olan qədim Səfəvi müridlərinin hesabına artırsın. Lakin Həmzə
Mirzə uğursuzluğa düçar oldu. Tarom ərazisində Qızılüzən çayının
daşması nəticəsində qoşunun azuqəsi məhv oldu. Şahzadə öz
dəstəsini dağılmaqdan qorumaq üçün daş-qaşını “qazilər” arasında
bölüşdürməli oldu.
Xəbər alındı ki, əvvəlcə göndərilmiş İsmayılqulu xan
qiyamçılara müqavimət göstərmədən Qəzvini tərk etmiş və
Deyləmə çəkilmişdir. Qiyamçılar maneəsiz olaraq Qəzvinə daxil
oldular və Təhmasib Mirzəni atasının varisi elan edərək şah
sarayında yerləşdirdilər. Həmzə Mirzəyə xidmət etmiş bir çox
əmirlərin və başqa əyanların əmlakı qarət edildi.
Qazi Əhmədin xəbər verdiyi kimi, bu yolla təqribən 100 min
tümən məbləğində pul və əmlak mənimsənildi
244
. Təhmasibin
yanında vəzir, mustoufi və başqa vəzifəli şəxslər təyin edildi
245
.230
Vəkil vəzifəsi türkman və təkəli əyanları arasında nifaq obyektinə
çevrildi. Nəhayət, Müseyib xan Şərəfəddin oğlu Təkəli vəkil təyin
edildi. Məhəmməd xan Türkman Təhmasib Mirzənin lələsi və
əslində ölkənin tam hakimiyyətə malik hökmdarı oldu. Təhmasib
Mirzənin taxta çıxması xəbəri ilə İsfahana və İraqın digər yerlərinə
adamlar göndərildi
246
.
İsmayılqulu xan Taromda öz dəstəsi ilə Həmzə Mirzəyə
qoşuldu. Sultaniyyədə Rey və Kürdüstan əmirləri, habelə əfşar və
bayat tayfalarından olan döyüşçülər şahzadənin qoşununa daxil
oldular. Qoşunun sayı 7 min nəfərə çatdı. Qiyamçılar şahzadənin
yaxınlaşması xəbərini alanda 10 min nəfərdən çox qoşunla
Qəzvindən çıxdılar və onu qarşılamağa yollandılar. Sainqala
adlanan yerdə döyüş baş verdi. Sayca üstün olmalarına baxmayaraq
qiyamçılar darmadağın edildilər. Qiyamçıların başçıları -
Məhəmməd xan Türkman və Müseyib xan Təkəli əsir alındılar.
Vəli xan isə vuruşma zamanı həlak oldu. Qiyamçı əmirlərin əlində
oyuncağa çevrilmiş Təhmasib Mirzə Ələmut qalasına salındı
247
.
Hicri 994 (1586)-cü ilin yayında tayfaların həmin təhlükəli
qiyamını çətinliklə yatıran Həmzə Mirzə Qəzvindən geriyə -
Təbrizə tərəf hərəkət etdi. Şahzadə Təbrizdəki türk hərbi hissəsinə
qarşı mübarizə aparmaq üçün Səfəvilərə sadiq tayfaları öz bayrağı
altında toplamağa cəhd göstərdi. Lakin bu dəfə də onun çağırışına
cavab verən az oldu. Türkman və təkəli tayfalarının bir hissəsi
qılıncdan keçirilmiş, digər hissəsi isə ölkəyə səpələnmiş, yaxud
O s m a n lı T ü r k i yəs i nə q a ç mı ş d ı. İs f a h a n , Yəz d , K i r m a n və K u h
Giluyə vilayətlərində yaşayan əfşar tayfası türklərin tərəfinə qaçmış
başçıları Qulu bəyin xəyanəti ucbatından Həmzə Mirzədən ehtiyat
edir və bu bəhanə ilə Təbrizə gəlməkdən imtina edirdilər.
Xorasanın şamlı və ustaclı əmirləri əslində Həmzə Mirzənin
əleyhinə çıxdılar və onun qardaşı Abbas Mirzənin taxt-tac
hüququnu müdafiə etdilər. Buna görə də onların köməyə
gələcəyinə inanmağa dəyməzdi. Bütün bu səbəblərə görə,231
Sultaniyyədə qoşunların toplaşmasını gözləyən Həmzə Mirzə
ətrafındakı 10 min nəfərlik qüvvə ilə kifayətlənməli oldu və onlarla
birlikdə Təbrizə getməyə tələsdi.
Həmzə Mirzə Təbrizdə yenidən türklərin müqavimətini
qırmağa və Osmanlı ordusu yaxınlaşana qədər qalanı almağa cəhd
göstərdi. Qızılbaşlar topların atəşi ilə qalanın bir neçə bürcünü
yerlə-yeksan etdilər. Türklərin vəziyyəti həddən artıq pisləşdi.
Qızılbaşlar hətta lağıma su buraxmağa cəhd göstərdilər. Lakin
qalanın müdafiəçiləri su axınını qaladan uzaqlaşdıra bildilər. Elə
görünürdü ki, türklər qızılbaşların hücumuna davam gətirməyib
mübarizəni dayandıracaqlar. Lakin bu zaman Fərhad paşa başda
olmaqla Osmanlı ordusunun Təbrizə yaxınlaşdığı barədə xəbər
alındı
248
. Buna görə də Həmzə Mirzə mühasirədən əl çəkib
Üzümdül və Dizmar istiqamətində geri çəkildi. Fərhad paşa şəhərə
daxil oldu, qalanı döyüş sursatı və birillik azuqə ilə təchiz etdi,
hərbi hissənin tərkibini dəyişib geriyə döndü. Fərhad paşa hicri
994-cü ilin şəvvalı (1586-cı ilin sentyabr-oktyabrında), Təbrizdə
olduğu zaman Əliqulu xana və əmirlərin yanına öz səfirini
göndərərək barışıq təklif etdi.
Sultan türklərin tutmuş olduqları bütün Səfəvi mülklərinin
danışıqsız onların əlində qalması şərtilə sülh təklif edirdi. Həmə
Mirzə əmirlərin müqavimətinə baxmayaraq, sülh şərtlərini yalnız
Təbrizin Səfəvilərdə qalması şərtilə qəbul etdi. Həmzə Mirzə
özünün sərəncamında olan kiçik qüvvələrlə düşmənin tutmuş
olduğu Şirvanı, Şəkini, Ermənistanı və Azərbaycanın cənub
hissəsinin xeyli ərazisini geri alacağına ümid bağlaya bilməzdi.
İskəndər bəy Münşinin göstərdiyi kimi, sülh Səfəvilərə ona görə
lazım idi ki, onlar qalan mülklərini, xüsusən də hərbi əməliyyatlar
davam etdiriləcəyi halda labüd olaraq itirə biləcəyi Azərbaycanın
cənub hissəsinin şərq vilayətlərini və İraqı əldə saxlaya bilsinlər.
Fərhad paşa “xoşbəxt şahzadələrdən” birini sultanın
s a r a yın a g ö n dər məy i tək l i f e t d i və b i l d i r d i k i , s u l t a n o n a “ Təb r i z232
vilayətini verə bilər”. Belə bir tələbin alçaldıcı olduğuna
baxmayaraq, Həmzə Mirzə kiçik oğlu Heydər Mirzəni İstanbula
göndərməyi qərara aldı.
Şah və Həmzə Mirzə İmamqulu xan Qacarın hakimiyyəti
altında qalmış Qarabağa yollandılar. Gəncədə Həmzə Mirzə
Osmanlı elçisi Vəli bəy çaşnikirbaşını lütfkarlıqla qəbul etdi və vəd
verdi ki, yaxın vaxtda təcrübəli elçinin müşayiəti, məktublar və
hədiyyələrlə öz oğlunu İstanbula göndərəcəkdir.
Fərhad paşanınh yanına göndərilən eşikağası Əhməd bəy
Ustaclı şahın təklif edilmiş şərtlərlə sülh bağlamaq arzusunda
olduğunu təsdiq etdi
249
. Bundan sonra Həmzə Mirzə dinc
tənəffüsdən istifadə edərək daxildəki işləri qaydaya salmaq,
mərkəzi hakimiyyəti möhkəmləndirmək, mübarizəyə başlamaq və
türkləri ölkədən qovmaq üçün qüvvələri toplamaq işinə girişmək
istədi. Lakin ona bu niyyətini həyata keçirmək nəsib olmadı. O,
Gəncədən bir qədər aralıda özünün Xudaverdi adlı şəxsi dəlləyi
tərəfindən öldürüldü. Xoy ermənisi olan dəllək, Həmzə Mirzənin
siyasətindən narazı qalan qızılbaş əmirlərinin əlində yalnız bir alət
idi. Hakimiyyəti tamamilə öz əlində toplayıb dövlət işlərində
əmirlərin rolunu məhdudlaşdırmağa cəhd göstərən Həmzə Mirzənin
güclü şəxsiyyət olması onları qane etmirdi
250
.
Azərbaycan Səfəvilər dövlətinin dağılması və
Osmanlı imperiyasının Azərbaycanı istila etməsi
Həmzə Mirzənin ölümündən sonra Səfəvilər dövlətini
fəlakətə gətirib çıxarmış ara müharibələri və feodal özbaşınalığı
dövrü başlanır.
Şah Məhəmməd Xudabəndə dövlət işlərini öz əlinə almaq və ölkəni
yaxınlaşmaqda olan daxili parçalanmadan və genişlənən düşmən
işğalından xilas etmək üçün cəhdlər göstərdi. Lakin bu vəzifə233
özünün azyaşlı oğlanları ilə qızılbaş əyanlarının əlində oyuncağa
çevrilmiş, zəif iradəli şahın bacaracağı iş deyildi. Əyanların
özlərinin və bir-biri ilə düşmənçilik edən dəstələrinin arasında
çəkişmə başlandı. Həmzə Mirzənin ölümündən dərhal sonra əmirlər
onun iradəsinin əksinə olaraq Şah Məhəmmədi, oğlu Abutalıb
Mirzəni varis kimi tanımağa məcbur etdilər. Məlumdur ki, bu, on
üç yaşlı oğlanın adından dövləti özlərinin idarə etməsi məqsədi ilə
edilmişdi. Hakimiyyət əslində şahzadənin lələsi Əliqulu xan Fəth
oğlu Ustaclının və İsmayılqulu xan Şamlının əlinə keçdi ki, onlar
da yüksək vəzifələri öz qohumları arasında bölüşdürdülər
Həmzə Mirzənin ölməsi və saraydakı yeni təyinatlar xəbəri
əyalətlərdə həyəcanlara və qiyamlara səbəb oldu.Qızılbaş əmirləri
arasında Şah Məhəmmədin simasındamərkəzi hakimiyyətlə
hesablaşan adam çətin tapılardı. Qızılbaş əmirlərinin əsas kütləsi
Qəzvin sarayından üz döndərib Abbas Mirzəni şah kimi irəli sürən
Xorasan əmirlərinin tərəfinə keçdi.Keçmişdə Abbas Mirzənin
düşməni və şah sarayına münasibətdə müsbət mövqedə olmuş
Murtuzaqulu xan Pornak türkman tayfası ilə, Kaşan hakimi
M ə h əm məd x a n T ü r k m a nın oğl u Vəl i c a n x a n , ə f şa r t a y f a sın d a n
olan Kirman və Yəzd hakimləri, İsfahanda və Kuh Giluyədə
hakimiyyətdə olan ərəşli və əfşar tayfalarının əmirləri onların
arasında idi. Farsda zülqədər tayfasının başçıları özlərini Abbas
Mirzənin tərəfdarları elan edərək, onlara Şah Məhəmməd
tərəfindən təyin olunmuş hakimi, Şiraz şəhərinin girəcəyində
öldürdülər. İskəndər bəy Münşinin dediyinə görə, Azərbaycanın
cənub hissəsində özbaşınalıq o dərəcəyə çatdı ki, feodallar “özlərini
şahın fərmanı və hökmü ilə bağlı hesab etməyərək” vilayətlərdə
hakimiyyəti ələ keçirməyə başladılar.Burada, habelə Səfəvilər
dövlətinin digər vilayətlərində - İraq, Fars, Kirman, Kuh Giluyə və
Xuzistanda hərbçi adamların (“sipahiyan”) hökmranlığı üzündən
rəiyyətin vəziyyəti tamamilə pisləşdi
252
.234
Türk komandanlığı Həmzə Mirzənin ölümündən, kəskin
ziddiyyətlərinqızılbaş əmirlərinin çəkişmələrinin didib parçaladığı
Səfəvilər dövlətinin ağır daxili vəziyyətindən tezliklə istifadə etdi.
Təbrizdəki türk qalasının qalabəyisi Cəfər paşa Təbrizdən çıxaraq,
nəinki onun ətrafındakı yerləri, habelə Azərbaycanın cənub
haissəsindəki bir çox əraziləri də ələ keçirməyi mümkün saydı
253
.
Kürd əmirlərinin köməyi ilə Cəfər paşa Ərdəbildən Təbrizə hərəkət
edən qızılbaş dəstəsini darmadağın edib geri çəkilməyə məcbur etdi.
Düşmənin bu müvəffəqiyyəti Qaradağ hakimi Xəlifə Ənsarın oğlu
Şahverdi xanın xəyanət etməyinə gətirib çıxardı. O, sultana öz
itaətkarlığını bildirdi. Bunun nəticəsində Ordubad, Mərənd, Dizmar,
Gərgər və qonşuluqdakı ərazilər Cəfər paşanın əlinə keçdi
254
. Yenə
də hicri 996 (1588)-cı ildə Sinan paşa (Cığal oğlu) otuz minlik
qoşunla Bağdaddan Həmədana yeridi və qızılbaşların tərk etdiyi
Nəhavəndi döyüşsüz ələ keçirdi. Sinan paşa qalada iki min nəfərlik
hərbi hissə yerləşdirərək geri qayıtdı. Qızılbaşların qalanı geri
qaytarmaq cəhdi uğursuzluqla nəticələndi. Onlar məğlubiyyətə
uğradılar. Başçıları olan Həmədan bəylərbəyisi Qorxmaz xan Şamlı
isə əsir düşdü
255
.
Bu zaman sultan qoşunları o vaxta kimi Məhəmməd xan Ziyad
oğlu Qacarın əldə saxladığı Qarabağı tutdular. Gürcüstandan keçib
gələn Fərhad paşa Gəncə və Bərdəyə daxil oldu, burada da Osmanlı
hərbi hissəsini yerləşdirdi. Qarabağ Osmanlı qoşunları tərəfindən
talan edildi. Türklərin darmadağın etdiyi qacar və iyirmi dörd
tayfaları Arazın cənub sahilinə geri çəkildilər. Bunun ardınca
Naxçıvan tutuldu
256
.
Beləliklə, 1586-1589-cu illərdə demək olar ki, bütün
Azərbaycan tədricən Sultan III Muradın orduları tərəfindən tutuldu.
Özbək hakimlərinin Xorasana basqınları türklərin
müvəffəqiyyətlərinin əhəmiyyətli dərəcədə yüngülləşdirmişdi.
Qəzvində hakimiyyətə gələn Səfəvi şahı I Abbas dövlətin ağır
vəziyyətə düşdüyünü nəzərə alaraq, Osmanlı Türkiyəsi ilə hələ235
Həmzə Mirzənin başlamış olduğu sülh danışıqlarını davam
etdirməyə tələsdi. Səfəvilər özlərinin qalan mülklərini saxlamaq
üçün sultanın sərt sülh şərtlərini qəbul etməyə məcbur oldular.
1590-cı il İstanbul sülhünə görə Azərbaycandan
257
əlavə, Cənubi
Qafqazın digər əraziləri, hyabelə İranın qərb vilayətləri (Nəhavənd,
Luristan, Şəhrizur) Osmanlı Türkiyəsinə verildi
258
.
Beləliklə, XVII əsrin əvvəllərinə qədər davam etmiş Osmanlı
Türkiyəsi tərəfindən Azərbaycanın istilası zamanı Azərbaycan
nəhayətsiz müharibələrdə tamamilə talan edildi və müflisləşdi,
ölkənin iqtisadiyyatı sarsıldı. Türk feodallarının ölkədə 20ilə yaxın
ağalıq etməsi onun sərvətlərinin talan edilməsinə, iqtisadi həyatın
t a m ş ək i l də p o z u l m a sın a gət i r i b çıx a r dı. B u n a g ö rə də A zər b a y c a n
I Şah Abbas tərəfindən geri alındıqdan sonra da Səfəvilər dövləti
sistemində özünün əvvəlki aparıcı sosial-iqtisadi rolunu saxlaya
bilmədi. Bu rol İranın daxili vilayətlərinə keçmiş oldu.
Bundan başqa, Azərbaycan feodal əyanları və qızılbaş tayfaları
xarici və daxili müharibələr gedişində öz tərkiblərinin xeyli
hissəsini itirərək xeyli zəiflədilər. Azərbaycan feodalları XVII
əsrdə Səfəvilər dövlətində özlərinin əvvəlki, hökmran mövqelərini
saxlaya bilmədilər və İran feodalları tərəfindən sıxışdırıldılar. Buna
baxmayaraq onlar mərkəzi hökumətin daim hesablaşmağa məcbur
olduğu zəhmli qüvvə kimi qalmaqda davam etdilər.