Səfəvilər Ahiri


Mərkəzi bürokratik aparat
Səfəvilər dövləti tipik feodal monarxiyası idi. Dövlətin başında
duran Səfəvi şahları dünyəvi hökmdarlar kimi nəinki qeyri-məhdud
hakimiyyətdən istifadə edir, həm də (bunu qeyd etmək xüsusilə vacibdir)
öz simalarında Ərdəbil dərviş təriqətinin irsi başçıları kimi ali mənəvi
(ruhani) hakimiyyəti təmsil edirdilər
1



Səfəvi hökmdarları digər Şərq müstəbidləri kimi dövlət
məsələlərini təkbaşına həll edirdilər. Onların yanında məşvərətçi
hüququna malik olan ali məclis (məclisi-əla) olurdu. Alessandrinin xəbər
verdiyi kimi, I Şah Təhmasibin dövründə, məclis 2dövlət işlərində böyük
təcrübəsi olan adamlardan” – 12 nəfər üzvdən (sultanlardan) ibarət idi.
Sonra o, məclisin işini təsvir edir: “Kral yredən çox da hündür olmayan
taxtda oturur və oğulları saraydadırlarsa, onun arxasında əyləşirlər.
Xüsusən kralın müavini, Sultan Heydər Mirzə onun diqqət dairəsindən
kənarda qalmır. Vitse-krallar adlanan dörd müşavir onunla üzbəüz əyləşir.
Şah suallar qoyur, onların barəsində danışır. Sultanların fikrini soruşur və
onlardan hər biri öz fikrini söylərkən ayağa durur, şaha yaxınlaşaraq
həmkarlarının onu eşidə bilməsi üçün ucadan danışır. Əgər müzakirə
zamanı şah maraqlı bir fikir eşidərsə, bu (onun göstərişi ilə) yüksək
müşavirlər tərəfindən qeydə alınır. O, çox vaxt bunu şəxsən qeyd edir.
Beləliklə, hər kəs növbə üzrə, kralın xahişi ilə öz fikrini söyləyir.
Məsələnin mahiyyətinə kralın şübhəsi qalmırsa, həmin məsələ olk şurada
həll edilir. Əgər onun şübhəsi qalırsa, bütün şuranın fikrini dinləyir.
Sonra isə məsələni şəxsən nəzərdən keçirir və həll edir”
2
.
Yuxarıda deyldiyi kimi, Səfəvilər dövlətinin ərazisi iki hissəyə
bölünürdü: divan və xassə vilayətləri. Bu bölgüyə müvafiq olaraq onları
idarə etmək üçün iki əlahiddə idarə fəaliyyət göstərirdi: divan-i məmalik
və divan-i xassə
3
, yəni “dövlət vilayətləri divanı” və “şah vilayətləri
divanı”. Bu təşkilatlar Səfəvilər dövlətinin əsas maliyyə idarələri idi.
Divan-i xassəyə aid olan vilayətlər şəxsən şaha və Səfəvilər sülaləsinin
digər nümayəndələrinə məxsus idi. Bu vilayətlər şahın müvəkkilləri –
vəzirlər tərəfindən idarə olunurdu.
İlk Səfəvilər dövründə dövlət aparatı, inzibati sistem XVII əsrdə
müşahidə etdiyimizdən daha sadə idi. “Təzkirət əl-mülük”də verilmiş
təsvirə görə, bu sadəlik əsasən mərkəzi saray idarəsinin hesabına özünü
göstərirdi. Bu, onunla izah olunur ki, XVI əsrdə Səfəvi şahları daim
yürüşlərdə olur və paytaxtda az vaxt keçirirdilər. Yürüşlərdə onlarla296
birlikdə bütün saray əyanları və əmirlər də iştirak edirdilər. Buna görə də
Səfəvilər daha ucuz başa gələn idarə aparatı ilə keçinirdilər.
İlk Səfəvilər dövründə rəhbər vəzifələr bunlar idi: vəkil, əmir əl-
üməra, qorçibaşı, vəzir və sədr. İndi də onlara ayrı-ayrılıqda nəzər salaq.
Vəkil şahdan sonra ikinci şəxs sayılırdı və əslində, istər dünyəvi,
istərsə də dini işlərdə onun tam hüquqlu müavini idi. O, siyasi və dini
tədbirlərin həyata keçirilməsindəqayda yaradılması üçün şahın qarşısında
məsuliyyət daşıyırdı. Bu vəzifənin əhəmiyyəti ondan görünür ki, onu
t u t a n i l k ş əx məh z İs m a yı l ın tər b i yəç i s i ( lə l əs i ) – H ü s e y n bəy Şa m lı
olmuşdur. O, İsmayılın Gilanda olduğu 4-5 il ərzində “Səfəviyyə”
təriqətinin bütün işlərini idarə etmiş “yaxın şəxslərdən” (“əhl-i ixtisas”)
biri idi. Xondəmir xəbər verir ki, İsmayıl Təbrizi ələ keçirdikdən dərhal
sonra Hüseyn bəy Lələ “vəkalət-i nəfs-i nəfis-i hümayun”, yəni
“Əlahəzrətin şəxsi müavini” vəzifəsinə təyin olunmuşdu
4
. Hüseyn bəy
lələ vəkil vəzifəsindən azad edidikdən sonra (1508) onun yerini Rəşt
əyanlarından olan Nəcməddin məsud gilani tutmuşdu. Keçmişdə mahir
zərgər olmuş (onun “zərgər” təxəllüsü də buradandır) Əmir Nəcməddin
İsmayıla Gilanda yaxınlaşmışdı. Sonra o, Biye-pəs Gilanının hakimi
Əmirə İshaqın sərkərdəsi (sipahsaları) olan Kosa Abbasın əlindən qaçmış,
Şah İsmayılın qərargahına gəlmiş, qızılbaşların Fərrux Yasara qarşı
yürüşündə iştirak etmişdi. Salnaməçilər bu fikirdə yekdildirlər ki, Əmir
Nəcməddin vəkil vəzifəsində fövqəladə dərəcədə böyük hakimiyyətə nail
olmuşdu
6
. O, hicri 915 (1509-1510)-ci ildə vəfat etdi. Əmir Yarəhməd
Xuzani vəkil təyn olundu və ona “Nəcmi-Sani” (“ikinci ulduz”) adı
verildi
7
. Öz sələfi Nəcməddin Məsudun xahişnaməsi sayəsində
Yarəhməd əvvəlcə vəzir təyin olunmuşdu və “sahib-i divan” kimi işləri
idarə edirdi
8
. O, tezliklə şahın etibarını qazandı və onun himayəsi
sayəsində dövlət işlərində böyük hakimiyyət sahibi oldu
9
. Ehtimal etmək
olar ki, təşəxxüslü Nəcmi-Sani öz hakimiyyəti ilə sələflərini ötüb
keçmişdi. O, 1512-ci ildə özbəklərə qarşı qızılbaş qoşunlarının yürüşündə
özünün hərbi başçı vəzifəsinə təyin edilməsinə nail oldu. Lakin yürüş tam
uğursuzluqla başa çatdı. Salnaməçilərin məlumatlarından aydın olur ki,297
Şeybani xan 1510-cu ildə darmadağın edildikdən sonra Babur Kabildən
hərəkətə başladı. Məvaraünnəhrdə onun hakimiyyətini tanımaq təəhhüdü
ilə İsmayılla birlikdə özbəklərə qarşı ittifaq təklif etdi. I Şah İsmayıl
Baburun təklifini qəbul etdi. O, böyük bir qızılbaş dəstəsini Babura
köməyə göndərdi. Hər iki qoşun özbəklərin tərk etdiyi Səmərqəndə qədər
qalibiyyətlə irəlilədi. Qızılbaş əmirlərinə çoxlu hədiyyələr bağışlayan
Babur, İsmayıl üçün hədiyyələr gətirən əlavə dəstə yola saldı. Lakin vəkil
Nəcmi-Saninin xidmətçisi olan Məhəmmədcana “kifayət qədər diqqətlə”
yanaşmadı. Nəcmi-Sani Qumda olan Şah İsmayıla məlumat verdi ki,
guya Baburun düşmənçilik niyyətləri vardır. O zaman Şah İsmayıl
Nəcmi-sanini qızılbaş qoşunu ilə Məvaraünnəhrə göndərdi. Mənbələrdən
aydın olur ki, burada iki əməliyyat keçirilmişdir. Birincinin (Nəcminin
iştirakı olmadan) nəticəsində Səmərqənd və Buxara tutuldu. Nəcmin
başçılıq etdiyi ikinci əməliyyat isə sərkərdənin qəddarlığı, kütlüyü və
inadkarlığı nəticəsində (sayı 15 min nəfər olan Qərşi sakinləri Nəcminin
əmri ilə kütləvi şəkildə qılıncdan keçirildi; hətta seyidlərə də aman
verilmədi) Səfəvi qoşunlarının tamamilə darmadağın edilməsi ilə başa
çatdı. Nəcmin özü özbəklər tərəfindən əsir alındı və Übeydulla xanın
əmri ilə edam edildi
10
.
Sonrakı vəkil, o vaxta qədər sədr vəzifəsini tutmuşƏmir
Nizaməddin Əbdülbaqi Yəzdi oldu. Nəcmi-Sani qızılbaş qoşunlarını
Məvaraünnəhrə aparanda əmir Əbdülbaqi onun müavini təyin olunmuşdu.
Nəcmi-Sani həlak olduqdan sonra isə özü 1514-cü ildə Çaldıran
vuruşmasında ölənədək onun vəzifəsini tutdu
11
.
Vəkil vəzifəsində onun xələfi Mirzə Şah Hüseyn İsfahani oldu. O,
öz vəzifəsini sələflərinə nisbətən daha uzun müddət yerinə yetirdi və
1523-c ildə, onun hədsiz hakimiyyətindən narazı qalan qızılbaş
əyanlarının fitnə-fəsadları nəticəsində öldürüldü
12
. R.Seyvori qeyd edir ki,
bu dövrdə vəkilin şah müavini kimi dünyəvi və dini hakimiyyətdə
səlahiyyətləri azalır, mülki idarə və dövlət bürokratiyasının başçısı kimi
rolu artırdı
13
.298
Şah vəkil vəzifəsinə Xacə Cəmaləddin Məhəmməd Təbrizini irəli
sürdü. “Onun qabil qamətini fəxri xələt və qızıla tutulmuş tac
bağışlamaqla bəzədi və onun əzəmət bayrağını əlçatmaz ulduzlara qədər
ucaltdı”
14
. O, I Şah İsmayılın vəfatından sonra öz vəzifəsində qaldı, lakin
tezliklə Div Sultan Rumlu tərəfindən öldürüldü
15
.
I Şah İsmayılın vəfatından sonrakı ilk onillikdə, qızılbaş tayfaları
əmirlərinin hökmranlığı zamanı vəkil vəzifəsi yenidən özünün ilkin
əhəmiyyətini və qüvvəsini əldə etdi. Tayfa başçıları gənc şahın
köməksizliyindən istifadə edərək, yüksək və gəlirli vəkil vəzifəsi uğrunda
qanlı mübarizəni davam etdirirdilər. Vəkil vəzifəsində Div Sultan Rumlu,
Çuxa Sultan Təkəli və Hüseyn xan Şamlı bir-birini əvəz etdilər. Onlar
əslində azyaşlı I Şah Təhmasibin dövründə vəkil vəzifəsinə öz sələfini
öldürməklə keçən, tam hakimiyyətli və qüdrətli səltənət naibləri idilər.
Onlardan sonra vəkil vəzifəsi haqqında mənbələrdə məlumat verilmir.
Əmir əl-üməra, yəni “əmirlər əmiri”. İlk Səfəvilər dövründə
nizami ordu yox idi və qoşunlar müharibə baş verdiyi təqdirdə qızılbaş
tayfaları əmirlərinin qeyri-nizami hərbi qüvvələrindən təşkil edilirdi.
Əmir əl-üməra mahiyyətcə Səfəvi ordusunun baş komandanı idi. Hərbi iş
bütünlüklə Azərbaycan feodallarının əlində olduğuna görə, əmir əl-üməra
vəzifəsi təbii olaraq qızılbaş tayfa əyanlarının inhisarında olan imtiyaz
sayılırdı. Bu vəzifəni tutanlar arasında, eyni vaxtda həm də vəkil olmuş
Hüseyn bəy Şamlını, 1509-1523-cü illərdə əmir əl-üməra olmuş
M ə h əm məd bəy S ü f rəç i U s t a c lı n ı ( Ç a y a n S u l t a nı)
16
, onun oğlu Byazid
Sultanı
17
göstərmək olar. Div Sultan Rumlu, Çuxa sultan Təkəli və
Hüseyn xan Şamlı bir-birinin ardınca vəkil olmuş, eyni zamanda əmir əl-
üməra vəzifəsini ona uyğunlaşdırıb icra etmişdilər. Sonuncu halda vəkil
və əmir əl-üməra vəzifələri arasında hədd qoymaq çox çətindir. Çünki
mənbələr bu vəzifələri tez-tez eyni şəxslərə aid edirlər. Mənbələrdən
aydın olur ki, hicri 937 (1532-1531)-ci ildə I Şah Təhmasib əmir əl-
üməra vəzifəsini Hüseyn xan Şamlıya və Abdulla xan Ustaclıya etibar
etdi və onlar həmin vəzifəni birgə yerinə yetirdilər
18
. O n l a r hər i k i s i Şa h
İsmayılın bacısı oğlanları idilər. Həmdə Abdulla xan Ustaclı sonralar299
Şirvan hakimi olmuşdu. Daha sonra, hicri 975 (1567-1568)-ci ildə əir əl-
üməra və azərbaycan sərhədlərinin hakimi kimi qeyd olunan Şahqulu
Sultan Ustaclı məsul elçi kimi türk sultanı II Səlimin yanına göndəriləndə
bu vəzifənin adı çəkilir
19
.
Qorçibaşı “qorçilərin rəisi” – qızılbaş tayfalarının döyüşçülərindən
ibarət olan şah qvardiyasının başçısı anlamını verir. V.F.Minorski
göstərir ki, ilk Səfəvilər dövründə daimi qoşun yox idi və qorçibaşı
“hərbi nazir” idi, onun adi adı da elə əmir əl-üməra olmuşdur
20
.
Salnamələrdə qorçibaşı adını ilk dəfə çəkən Həsən bəy Rumlu hicri
911 (1505-1506)-ci ildə yazırdı ki, bu il Şah İsmayıl “Sultan Heydərlə
döyüşdə (onun düşmənlərinin) tərəfində iştirak edənlərin hamısını
öldürməyi əmr etmişdir. O, bunu təhqiq etməyi qorçibaşı Əbdül bəy
Dədəyə tapşırmışdır”
21
. I Şah İsmayılın anonim tarixində bəzi təfsilatlar
vardır. Buradan aydın olur ki, qorçibaşı qoşunla Şirvana yollanmış, çoxlu
“türkməni”, Tabasaran və Şirvan sakinlərini qırmışdır
22
. Əbdül bəy Dədə
T a lı ş s a k i n i i d i . O , Şe y x H e y dər i n ö l ü m ü n dən s o n r a , gən c İs m a yıl
Gilanda olduğu dövrdə, Ərdəbil təriqətinin işlərini aparmış məhdud
şəxslər dairəsinin – “əhl-i ixtisas”ın üzvü olmuşdu. Lakin sonralar
qorçibaşı vəzifəsini siyasi həyatda az nəzərə çarpan adamlar tuturlar:
hicri 915 (1509-1510)ci ildə qorçibaşı kimi Yegan bəy Təkəlinin adı
çəkilir
23
. 920 (1514-1515)-ci ildə bu vəzifədə Sarı Pirə Ustaclı olmuşdu
24
.
Səfəvilər dövləti banisinin dövründə qorçibaşı əmir əl-üməra ilə
müqayisədə xeyli kiçik sima idi. I Şah Təhmasibin dövründə qorçibaşı
vəzifəsində hicri 937 (1534)-ci ildə təkəli tayfasının qiyamı yatırılarkən
ö l d ü r ü l m üş D u rə bəy Tə k əl i n i n a dı çək i l i r
25
. Sonralar siyasi və hərbi
dairələrdə qorçibaşının rolu artır. Hicri 945 (1538-1539)-ci ildən, yəni
hicri 969 (1561-1562)-cu ilədək qorçibaşı vəzifəsini tutmuş Sevindik
bəy Əfşarın adına mənbələrdə təsadüf olunur
26
.
II Şah İsmayılın tədbirlərindən biri qorçibaşı vəzifəsinə Kirman
hakimi Allahqulu bəy Əfşarı təyin etmək olmuşdu
27
. Məhəmməd
Xudabəndənin dövründə bu vəzifəni sarayda böyük nüfuzu olan Qulu300
bəy Əfşar tutmuşdu. Maraqlıdır ki, qorçibaşıların əksəriyyəti qızılbaş
əfşar tayfasından çıxmışdı.
Vəzir mülki bürokratiyanın ənənəvi başçısı idi. İlk Səfəvi şahının
dövründə vəkil və əmir əl-üməra dövlət idarəçiliyi işlərində vəziri ikinci
plana sıxışdırıb hakim mövqeyə malik olduqlarından, onun rolu
əhəmiyyətsiz idi. Qüdrətli şiə ruhanilərinin işlərinə vəzirin qarışmasına
yol verməyən sədrin olması da vəzirin hüquq və vəzifələrini
məhdudlaşdırırdı.
Səfəvilərin ilk vəziri uzun müddət Ağqoyunlu hökmdarlarına
vəzirlik etmiş Şəmsəddin Zəkəriyyə Keçəçi Təbrizi olmuşdu
28
. O , h i c r i
906 (1500)-cı ildə, İsmayıl Şirvanşahlara qalib gəlib Mahmudabadda
29
qışladığı vaxt ona qoşulmuş və vəzarət-divani əla vəzifəsinə təyin
edilmişdi. İsmayıl onun mühüm rolunu qeyd edərək ona “Azərbaycanın
açarı” adını vermişdi
30
. İki il sonra – hicri 909 (1503-1504)cu ildə Əmir
Zəkəriyyə ilə birlikdə Əlvənd Ağqoyunlunun divanında qulluq etmiş
Qəvaməddin Mahmud xan (yaxud Mahmudcan) Deyləmi Qəzvini vəzir
təyin olunmuşdu
31
. Çaldıran vuruşmasına qədər əlimizdə vəzir vəzifəsinə
təyinatlar barədə məlumat yoxdur. Şah Hüseyn İsfahani vəkil olduğu
dövrdə bu vəzifəyə Xacə Cəmaləddin Məhəmməd Təbrizi ilə birgə Qazi
Cahan Qəzvini təyin olunmuşdu
32
.
Biz artıq I Şah İsmayılın sonuncu dəfə təyin etdiyi vəzirin onun
ölümündən dərhal sonra edam olunduğu barədə danışmışıq. “Yüksək
divan” üzərində nəzarət Qazi Cahan Qəzviniyə etibar edilmiş, sonra isə
hicri 931 (1524-1525)-ci ildə vəkil və əmir əl-üməra Div Sultan Rumlu
tərəfindən vəzifəsindən kənar edilmiş, qalaya salınmışdılar
33
. Onun
yerinə Mir Cəfər Savəci təyin olundu. Div Sultanın vəziri Ağa Molla
Qəzvini, Çuxa Sultanın vəziri Xacə Arux (ehtimal ki, Oruc) Savəci kimi
ona da hər gün irili-xırdalı bütün işlər barədə Div Sultana, Köpək Sultana
və Çuxa Sultana məlumat çatdırmaq əmr edilmişdi
34
. G ü m a n e t mək o l a r
ki, bu, Div Sultanın ustaclı əyanları ilə münasibətləri açıq şəkildə
pozulana qədər, 1525-ci ilin bir neçə ayı ərzində dövləti idarə etmiş
əmirlər üçlüyünə öz tövsiyələrini hazırlamaq məqsədilə təsis edilmiş üç301
vəzirin şurası idi. Ağa Mollanın sonrakı fəaliyyəti barədə bizim
məlumatımız yoxdur. Lakin əlimizdə məlumatlar vardır ki, Mir Cəfər
Savəci və Xacə Arux (yaxud Oruc) bərabər hüquqla birlikdə hicri 938
(1531-1532)-ci ilədək vəzir vəzifəsini tutumuşlar. Həmin ildə Hüseyn
xan Şamlı vəkil vəzifəsini zorla ələ keçirmiş, ilk növbədə hər iki vəziri
həbs etmiş, 2onların topladıqları çoxlu əmlak və pulları əllərindən
almışdı. Çünki 10 ilə yaxın İraqın, Azərbaycanın, Farsın və Xorasanın
bütün əmlak və pul işləri bu iki şəxsin əlindən gəlib keçmişdi”. Mir Cəfər
Savəci edam edildi, Xacə Arux isə işgəncələr nəticəsində öldü
35
. Hüseyn
xanın məmurlarından biri – Əhməd bəy Nur Kamal İsfahani divan-i əla
vəziri oldu
36
.
Hicri 940 (1533-1534)-cı ildə Hüseyn xan Şamlının edam edilməsi
ilə əlaqədar olaraq Əhməd bəy Nur Kamal vəzifəsindən kənar edildi.
Onun əmlakı müsadirə olundu, özünə isə vergi yığanlar (mühəssilan)
əzab verdilər. O, Əlincək (Əlincəqala) qalasına salındı, lakin sonra azad
edildi
37
. Onun yerində isə Xacə Sədəddin İnayətulla Xuzani əyləşdi
38
.
Xuzani bu vəzifəni bir müddət hicri 942 (1535-1536)-cı ildə yenidən
vəzifəsini yerinə yetirməyə başlamış Qazi Cahan Qəzvini ilə birgə tutdu.
Lakin Qazi Cahan isə Sədəddin ilə bir yerdə işləyə bilmədi. Sədəddin
daim Qazi Cahanı ləkələməyə və rüsvay etməyə cəhd göstərirdi.
Sədəddin hicri 942 91535)-ci ildə edam edildi
39
. B u n d a n s o n r a Q a z i
Cahan vəzifədə tək qaldı və hicri 957 (1550-1551)-ci ilədək öz vəzifəsini
icra etdi. O, ixtiyar yaşında, hicri 960 (1552-1553)-cı ildə Qəzvində vəfat
etdi
40
. Bizə elə gəlir ki, vəzir vəzifəsində Qazi Cahanın xələfi Məsum bəy
Səfəvi olmuşdur. Onun barəsində ilk dəfə “Əhsən ət-təvarix”də hicri 953
(1546-1547)-cü ildə Ərdəbil mütəvəllisi kimi məlumat verilir. O, həmin
ildə adlı-sanlı əmirlər sırasında şahın qiyamçı qardaşı Əlqas Mirzə ilə
danışıqlar aparmaq üçün Şirvana göndərilmişdi
41
. Məsum bəy hicri 958
(1551-1552)-ci ildə qızılbaş dəstəsinin Ərcişə yürüşünə komandanlıq
etmişdi
42
. Şahın əyanı, “vəkalət-i şah-i din-pənah”vəzifəsini tutan Məsum
bəyin adı ilk dəfə hicri 967 (1559-1560)
43
-ci ildə, yəni Qazi Cahan vəzir
vəzifəsindən kənar olunduqdan 10 il sonra çəkilir. Bu müddətdə digər302
şəxslərin vəzir (yaxud vəkil) vəzifəsini tutmuş olduğunu bilmirik. Məsum
bəy lələ kimi şahın sevimli oğlu Heydər Mirzəyə təhkim olunmuşdu
44
.
İskəndər bəy Münşi göstərir ki, Məsum bəy Səfəvi “divan əmiri olub ali
vəzarət vəzifəsinə yüksəldilmişdi” və şahdan daim rəğbət görürdü
45
.
“Tarix-i aləm aray-i Abbasi”də əvvəlcə qorçibaşı Sevindik bəy Əfşarın
vəziri, “bir müddət keçdikdən sonra isə divan vəziri olmuş” bir şəxsin –
Mirzə bəy Əbhərinin adı çəkilir
46
. E h t i m a l e t mək o l a r k i , e lə M i r zə bəy
də Qazi Cahanın bilavasitə xələfi olmuş, vəzir vəzifəsini davam etmişdi.
Şərəf xan Bidlisi göstərir ki, Məsum bəy Səfəvi hicri 976 (1568-
1569)-cı ildə vəzir vəzifəsindən imtina etmiş və bu vəzifə Əmir Seyid
Şərif Saniyə verilmişdi
47
. Iskəndər bəy Münşi xəbər verir ki, Məsum bəy
Səfəvinin istefasından sonra “bir neçə il ərzində vəzarət müstəqil
vəzirdən məhrum olmuşdu”.
Hicri 981 (1573-1574)-ci ildə şah 2vəzarət-i divan-i əla” vəzifəsini
Xacə Cəmaləddin Əli Təbrizi ilə birgə Seyid Həsən Fərəhaniyə vermişdi.
Onlardan hər birinə 500 Təbriz tüməni məbləğində məvacib (mərsum)
müəyyən edilmişdi
49
. Budaq Qəzvini əlavə olaraq bildirir ki, “Xorasan,
G i l an , İr aq , F a r s və K i rm an S ey id Hə s ən in , “A zərb ay c an Şi rv an və Ş ək i
Cəmaləddin səlahiyyətinə Əlinin tabeliyinə verilmişdi. Lakin bir ildən
sonra şah onları işdən kənar etdi”
50
.
“Vəzarət-i divan-i əla”ya sonrakı ildə təyinat II Şah İsmayılın
dövründə hicri 984 (1576)-cü ildə mustoufilik edən Mirzə Şükrulla
İsfahaninin simasında olmuşdur
51
. Lakin şah ondan narazı idi və tezliklə
onu işdən kənar edib, Mirzə Salman Cabiri İsfahanini vəzir təyin etdi.
Şah “onun ləyaqət və mənsəb dərəcəsini zirvəyə qədər ucaltdı və tapşırdı
ki, o, yüksək əmirlərdən heç birisinin qarşısında baş əyməsin”
52
. Yeni
şahın – Məhəmməd Xudabəndənin dövründə Mirzə Salman “Yüksək
divanın” vəziri vəzifəsini tutmaqda davam etdi. Ona hətta “Etimad əddövlə” (“Dövlətin etimadı”) fəxri adı verildi
53
. Yuxarıda deyildiyi kimi, o,
hicri 991 (1583)-ci ildə qızılbaş əyanlarının sui-qəsdi nəticəsində
öldürüldü
54
.303
I Şa h A b b a s a qə d ər vəz i r vəz i fəs i sır f m ü l k i vəz i fə o l m uşd u r . O ,
divanın gəlirinə, habelə bütün əyalətlərdən xəzinəyə daxil olan
məbləğlərə və digər “büyutat”a nəzarət edirdi.
Sədr dini idarəyə rəhbərlik edir və antifeodal bidətçi hərəkatların
qarşısının alınmasıkökünün kəsilməsi, habelə hər yerdə şiəliyin
mövqelərinin yayılması, möhkəmlənməsi üçün məsuliyyət daşıyırdı.
İskəndər bəy Münşi ilk Səfəvilər dövründə sədrin aşağıdakı vəzifələrini
göstərirdi: “Onlar seyidlərə və əmmaməlilərə himayə göstərməli və
onların işlərində nümayəndələr kimi fəaliyyət göstərməlidirlər (yəni
onların mənafeyini müdafiə etməlidirlər – O.Ə.); vəqfləri (övqaf) idarə
etməli və şəriət məqsədləri (məarif) üçün pul verməlidirlər”
55
.
Sədr vəzifəsi və onun vəzifələri ilk dəfə Səfəvilərdə meydana
gəlməmişdir. Teymurilər dövründə, Qaraqoyunlu və Ağqoyunlu
sülalələrinin hakimiyyəti zamanı da biz sədrlərə təsadüf edirik
56
.
Səfəvilər dövründə ilk sədr Mövlana Şəmsəddin Lahici (Gilani)
olmuşdur. İsmayıl Lahicanda, Kərkiya Mirzə Əlinin sarayında olanda
Mövlana Şəmsəddin İsmayılın tərbiyəçisi olmuşdur. İsmayıl Quranı onun
yanında öyrənmiş, habelə fars və ərəb dillərini mənimsəmişdi
57
. O , h ic r i
906 (1501)-cı ildə sədr təyin olunmuş, “vilayətlərin vəqf idarələrini
(mövqufat-i məmalik) əlinə alaraq, inam sığınacağının qapılarını
açmışdır”
58
.
Hicri 909 (1503-1504)-cu ildə Qazi Məhəmməd Kaşani
59
“sədarət”liyə irəli çəkildi. Lakin o, hicri 915 (1509-1510)-ci ildə
günahsız adamların öldürülməsində və digər qəbahət işlərdə
təqsirləndirilərək edam edildi
60
. Xondəmirin hekayəsindən göründüyü
kimi, Qazi Məhəmməd Kaşaninin edam edilməsinə sədrin həddən çox
nüfuzuna paxıllıq edən və onun dövlətin bütün işlərinə qarışmasından
narazı qalan vəkil Nəcməddin Məsudun fitnə-fəsadları səbəb olmuşdu.
Sədr vəzifəsi əmir Seyid Şərifəddin Əli Şiraziyə verildi. Lakin çox
keçməmiş, hicri 917 (1511-1512)-ci ildə vəkil Nəcmi Saninin
düşməncəsinə münasibəti üzündən, o, istefaya çıxmağa məcbur oldu və
şiələrin müqəddəs yerləri olan Kərbəlanı, Nəcəfi ziyarət etmək bəhanəsi304
ilə sarayı tərk etdi. Boş qalmış vəzifəyə Nemətulla Kirmaninin nəslindən
olan Əmir Nizaməddin Əbdülbaqi Yəzdi təyin olundu
62
. Xondəmir
yazırdı: “Əmir Nəcmin (ona) böyük iltifatı sayəsində onun mənsəb və
ləyaqət ulduzu xoşbəxtlik və səadətin yüksək zirvəsinə çatdı”. Mavəraünnəhrə yürüşə yola düşərkən Nəcmi-Sani onu özünə vəkil vəzifəsində
müavin təyin etmişdi. Nəcmin ölüm xəbərini alan kimi, Şah İsmayıl əmir
Nizaməddini rəsmi olaraq vəkil kimi tanıdı.
Bu zaman sədr vəzifəsinə bərpa edilmiş Əmir Şərifəddin Əli Şirazi
yenidən sarayda peyda oldu
63
Hər i k i s i ( vək i l və səd r ) Ç a l dır a n
vuruşmasında hicri 920 (1514)-ci il
64
həlak olana qədər öz vəzifələrində
qaldılar.
Çaldıran döyüşündən sonra vəkil və sədr vəzifələri boş qaldı.
Əvvəlcə sədr təyin edilən, Azərbaycanın tanınmış seyidlərindən
olan Şəhabəddin Abdulla Lalə öz vəzifəsinin öhdəsindən gələ bilmədi və
tezliklə işdən kənar edildi. Əmir Cəmaləddinh Məhəmməd Astrabadi bu
vəzifəyə təsdiq olundu
65
O, “böyük hakimiyyət və qüvvə” sahibinə
çevrildi və 11 il ərzində - hicri 931 (1524-1525)-ci ildə vəfat edənədək
sədr vəzifəsini yerinə yetirdi. Vəkil Mirzə Şah Hüseyn ona həsəd aparır
və ondan qorxurdu. Buna görə də, Əmir Qiyasəddin Mənsuru saraya
çağırdı ki, o, sədr vəzifəsini Cəmaləddin Astrabadi ilə bölüşdürsün.
Lakin bu kələkdən nəticə hasil olmadı
66
.
Həsən bəy Rumlunun məlumatına görə, hicri 935 (1528-1529)-ci
ildə “I Şah Təhmasib Əmir Nemətulla Hillini Əmir Qəvaməddin
Hüseynlə birgə sədarət vəzifəsinə qoydu”
67
. Lakin elə həmin tarixçi yazır
ki, çox keçmədən, sonrakı hicri 936 (1529-1530)-cı ildə Əmir Nemətulla
Hilli ilə birgə Əmir Qiyasəddin Mənsur da sədr təyin olundu
68
O dövrdə
tanınmış astronom olan əmir Qiyasəddin Mənsur hicri 938 (1531-1532)-
ci ildə vəzifədən azad edildi. Onun yerinə əmir Müizzəddin Məhəmməd
İsfahani təyin olundu
69
. Sonuncu hicri 943 (1536-1537)-cü ildə vəzifədən
kənar olundu, Əmir Şəmsəddin Əsədulla Məraşi Şüştəri) ilə əvəz edildi
70
.
O vəfat edəndən, yəni hicri 963 (1555-1556)-cü ilədək öz vəzifəsini
yerinə yetirdi
71
. Onun yerini Mir Zeynəddin Seyid Əli tutdu
72
. Qəffarinin305
məlumatına görə, hicri 964 (1556-1557)-cü ildə keçmiş sədr Müizzəddin
Məhəmmədin oğlu Mir Təqiəddin sədr təyin olundu
73
.
Əmir Təqiəddin sədr vəzifəsini hicri 970 (1562-1563)-ci ildə tərk
etdi. Həsən bəy Rumlunun məlumatlarına görə, sədarət Əmir Məhəmməd
Yusif və Əmir Zeynəddin Əli Şüştəri arasında bölüşdürüldü (ərazi üzrə).
Salnaməçi xəbər verirdi: “Zülqədədə (iyun, iyul 1563-cü il) İraq, Fars və
Xuzistanın sədarəti Astrabadın üləma seyidlərindən olan Əmir
Məhəmməd Yusifə həvalə olundu. Zülhiccənin (iyul-avqust 1563-cü il)
ortalarında isə Xorasan, Azərbaycan və Şirvanın sədarəti Əmir
Şəmsəddin Əsədulla Məraşinin oğlu Əmir Zeynəddin Əliyə verildi”
74
.
Sədr vəzifəsinə sonrakı təyinat II Şah İsmayılın dövründə rəbbi əl-
əvvəlin 26-da (1577-ci il iyunun 13-də) Mövlana Şah İnayətulla
İsfahaninin simasında oldu
75
. Sonrakı ildə Məhəmməd Xudabəndə Mir
Şəmsəddin Məhəmməd Xəbisi Kirmanini sədr təyin etdi
76
.
Mənbələrdən götürdüyümüz yuxarıdakı misallar onu təsdiq edir ki,
İsmayıl və Təhmasibin şahlığı zamanı vəzir və sədr vəzifələri tez-tez iki
əyan tərəfindən, eyni vaxtda yerinə yetirilirdi. Biz artıq əmin olduq ki,
vəzifənin ərazi əlaməti üzrə iki şəxs arasında bölünməsi yalnız sıdarıtı
deyil, həm də vəzarətə aid idi
77
. Göstərilən iki vəzifənin maraqlı
xüsusiyyətlərini qeyd edərək R.Seyvori belə hesab edirdi ki, onların ərazi
üzrə bölgüsü təsadüfi, müvəqqəti idi. Həm də bu iki şəxsdən hər biri
bərabər hüququlara malik olub oxşar vəzifələri yerinə yetirirdi. İngilis
tədqiqatçısının fikrincə, bu, onların hakimiyyətini məhdudlaşdıprmaq
məqsədilə edilirdi. Bu faktlara izah tapmağa cəhd göstərən R.Seyvori,
fikrimizcə, yeganə mümkün olan fərziyyədən imtina edir. O da bundan
ibarətdir ki, sədr və vəkilin ikili olması məmalik və xassə vilayətlərinin
mövcudluğu (bu barədə mənbələrdə bilavasitə müvafiq göstərişə rast
gəlməsək də) ilə bağlı idi. V.F.Minorski Şardenə əsaslanaraq göstərirdi ki,
xassə idarəsi ilk dəfə Şah I Səfinin (1629-1642) dövründə tətbiq
edilmişdi
78
. Fikrimizcə, bu barədə aşağıdakıları yazan A.Lembton
həqiqətə daha yaxındır: “Şarden dövlət və səltənət torpaqları arasında
fərqin I Şah Səfinin hökmranlığına qədər məlum olmadığını qeyd edir.306
Bizə elə gəlir ki, həqiqətən, onun bölgüsü I Şah Səfinin dövründə
dəqiqləşmişdir. Lakin divani (dövlət) və xassə (səltənət) torpaqları
arasında bir qədər geniş, daha ümumi fərq mövcud idi”
79
.
Bununla belə, R.Seyvori XVI əsrdə ilk Səfəvilər dövründə
dövlətin ərazisinin məmalik və xassələrə bölünməsinin mümkünlüyünü
yolverilməz hesab edir. Bizə elə gəlir ki, bu mənada “Təzkirət əlmülükün” mətnində olan göstəriş çox mühümdür. Öz əsərini təqribən
1726-cı ildə bitirmiş naməlum müəllifin fikrincə, sədarət vəzifəsinin
xassə və əmmaya (məmalikə) görə bölgüsü adi təcrübədən irəli gəlirdi. O
yazırdı: “Bəzi hökmdarların vaxtında sədr-i xassə və əmma (vəzifələri)
təkcə bir şəxsə tapşırılırdı”
80
.
Keçmişdə bu iki vəzifənin (sədr-i xassə, sədr-i əmma) bəzən bir
şəxsin simasında birləşdirilməsinə dair sitat gətiddiyimiz göstəriş,
nəzərdən keçirilən və Səfəvilər dövlətinin bütün tədqiqatçılarının
sərfnəzər etdikləri məsələni aydınlaşdırmağa da kömək edir. Əks təqdirdə,
əgər onların arasında vəzifə bölgüsü yox idisə, bu vəzifəyə iki şəxsin
təyin olunmasını nə ilə izah etmək olardı. R.Seyvorinin iddia etdiyi kimi,
iki sədrin, iki vəzirin Səfəvilər dövlətinin bütün ərazisində bərabər
hüquqlarla, eyni vəzifələri yerinə yetirdiyini söyləmək məntiqi cəhətdən
ağlasığmazdır. Deməli, vəzifə bölgüsü olmalı idi və bu bölgünün dövlət,
şah vilayətləri əlamətləri üzrə olmadığını söyləmək üçün əlimizdə əsaslar
yoxdur.
Mustoufi əl-məmalik – “vilayətlərin xəzinədarı”. O, maliyyə
idarəsinin rəhbəri idi. Ehtimal etmək olar ki, mülki idarə aparatının
başçısı olan vəzirin nəzarəti altında işləyirdi. “Allahın mühafizə etdiyi
vilayətlərin” (məmalik-i məhrusə) ərazisində “divan-i məmalik”
idarələrinin bütün maliyyə əməliyyatları, onların əyalət nümayəndələrinə
(ümmal) göndərdikləri yazılı təlimatlara müvafiq olaraq həyata
keçirilirdi
81
. İdarə vergi aparatının işinə, dövlət büdcəsinin tərtib
edilməsinə rəhbərliyi həyata keçirir, vergi siyahılarını təsdiq edirdi.
Bəylərbəyilərin tiyul və digər mükafatları, vəzirlərin, mustoufilərin və307
kələntərlərin maaşları (rüsumat), mülki və hərbi şəxslərin məvacibləri
onun təsdiqləməsi və möhürü olmadan verilmirdi
82
İskəndər bəy Münşinin məlumatına görə, I Təhmasibin dövründə
“divan-i əlanın böyük mustoufilərindən” məlum olan on nəfərin yeddisi
mustoufi əl-məmalik, ikisi də “mustoufiy-i bəqayə” “vergi borcları üzrə
xəzinədar” idi
83
.
Aşağıdakılar mustoufi əl-məmalik olmuşlar: 1) Mir Məsud
Curbadqani; 2) Xacə Hüseyn; 3) Qiyas Kohre Şirazi adı ilə tanınan Xacə
Qiyasəddin Əli; 4) Xacə Qasım Nətənzi; 5) Xacə Məlik İsfahani; 6) Mir
Qiyasəddin Mahmud Şəhristani İsfahani; 7) Mirzə Şükrulla İsfahani.
Onların içərisindən daha məşhur olanı yerli əyanların nümayəndəsi,
“riyaziyyat qanunlarında və hesab kitablarının aparılmasında mahir”
(qanun-i hesabdani və elm-i siyaq) olan, şahın hüsn-rəğbətini qazanmış
Xacə Qasım Nətənzi idi. Mir Qiyasəddin Mahmud bu vəzifədə az işlədi
və tezliklə işdən azad edildi. Müəyyən dövrdə xəzinədar vəzifəsi
“əlahəzrət dəftərxanasının mirzələri (avaracanəvisan-i dəftərxane-yi
hümayun)” arasında bölüşdürüldü. “Onlardan hər biri öz idarəsinin
mustoufisi idi”. Sonra Mir Qiyasəddin Mahmud yenidən vəzifəyə təyin
edildi və bu dəfə uzun müddət ərzində öz vəzifəsini yerinə yetirdi. O, Şah
Təhmasibin vəfatına üç il qalmış azad edildi və onun yerinə Mirzə
Şükrulla irəli sürüldü. Mustoufi əl-məmalikin rolunu bundan görmək olar
ki, hicri 981 (1573-1574)-ci ildə Mirzə Şükrulla bu vəzifəyə təyin
olunarkən ona 500 Təbriz tüməni məbləğində məvacib müəyyən
e d i l m işd i . Vəz i r lər – S e y i d Hə s ən Fə r əh a n i və X a cə Cəm a ləd d i n Əl i
Təbrizi üçün müəyyən edilən məvaciblər də həmin miqdarda idi
84
.
Yuxarıda qeyd edildiyi kimi, II İsmayılın dövründə Mirzə Şükrulla vəzir
vəzifəsinə keçirilmiş, onun yerini isə Mirşah Qazi İsfahani tutmuşdu. O,
yeni şah – Məhəmməd Xudabəndənin dövründə də mustoufi əl-məmalik
vəzifəsində qalmış və “işdə tam sərbəstlik göstərmişdi”. Lakin o, tezliklə
ona düşməncəsinə yanaşan vəzir Mirzə Salmanın təhriki ilə vəzifədən
kənar edilmiş və mustoufilik vəzifəsi Xacə Məhəmməd Bəkir Hərəviyə
verilmişdi
85
. Mustoufiyan-i bəqayə sırasında İskəndər bəy Münşi Mir308
Hidayətulla Məmurinin, onun qardaşı Mir Məhəmməd Məmurinin,
habelə əvvəlcə mustoufi əl-məmalik vəzifəsinə irəli çəkilmiş Mirşah
Qazi İsfahaninin adlarını çəkir
86
.
Nazir-i büyutat. “Təzkirət əl-mülükə” görə, büyutat (ərəbcə beyt –
ev, bina, təsərrüfat sözünün cəm halı) hər birinin başında sahib-i cəm
olan 33 karxanadan (emalatxana) ibarətdi. Büyutatlardan bir çoxu:
mətbəx, qab-qacaq yuyulması üçün bina, müxtəlif anbarlar, kitabxana,
tövlə vəs. sadəcə olaraq ev təsərrüfatı və məişət ləvazimatı idi. Bununla
yanaşı əsl dövlət manufakturası tipli büyutatlar (məsələn, toxuma
emalatxanası (şərbafxana), dərzi sexləri (qayçaçıxana), sikkəxana
(zərrabxana), cəbbəxana
87
, habelə zərgər, dəmirçi, rəssamlıq
emalatxanaları və s.) var idi.
Büyutat şah və onun ailəsinin, həmçinin çoxsaylı saray əyanlarının
yeməyə, paltara, bəzək əşyalarına və s. olan tələbatının ödənilməsinə
xidmət edirdi.
İskəndər bəy Münşi I Şah Təhmasibin dövründə nazir-i büyutat
vəzifəsini tutmuş şəxslər haqqında bəzi məlumatlar verir. Bunlar
aşağıdakılar idi: Qazi İmad, dövlət pulunu mənimsəməkdə
təqsirləndirilərək vəzifədən azad edilmişdi. Ağa Cəmaləddin Kirmani,
sonralar “bəzi nalayiq işlər” ucbatından Ələmut qalasına salınmışdı;
Mirzə Salman həmin sahədə bir neçə il yanında işlədiyi Azərbaycanın
cənub hissəsi vəzirinin köməyi ilə “büyutatların əksəriyyətinin” naziri
olmuş, sonra şahın yanına nazir kimi qulluğa girmiş və şah vəfat
edənədək orada işləmişdir (II Şah İsmayıl və Məhəmmədin dövründə isə
“etimad əd-dövlə”adı ilə vəzir olmuşdur); Xacə Əbülqasim, Fərəhan
vilayəti əyanlarından idi, əvvəlcə yüksək divan möhürünün mühafizəçi
vəziri (vəzir-i möhrdar-i divan-i əla)olmuş, sonra isə şahın bəzi
büyuttlarının naziri (nəzarət-i bəzi əz büyutat-i sərkar-i xassey-i şərifə)
vəzifəsinə irəli çəkilmişdi. II İsmayılın dövründə də həmin vəzifədə idi
88
.
Mir Əbülfətuh İsfahani, I Şah İsmayılın mustoufi əl-məmaliki olmuş Mir
Seyid Şərif Şəhristaninin nəslindən idi, “naziri imarət-i sərkar-i xassey-i
şərifə” (“şahın evlərinin işləri müdiri”) olmuşdu.309
Eşikağasıbaşı sarayın baş təşrifat məmuru. Onun vəzifəsi öz
t a b e l i y i n də o l a n b ö y ü k x i d mət ç i lər şt a tı – s ö h bət y a s a v u l l a rı,
eşikağasıları, hərəmağaları, qapıçılar, yasavullar, carçılar
89
olmaqla saray
yığıncaqlarında və təntənələrində baş təşrifat məmuru kimi fəaliyyət
göstərməkdən ibarətdi.
Möhrdar, yaxud möhrdar-i möhr-i hümayun – “əlahəzrət
möhürünün mühafizəçisi”. “Təzkirət əl-mülük”də göstərildiyi kimi, ilk
dövrlərdə möhrdar böyük hörmət sahibi sayılırdı. O, vəzirlərin,
mustoufilərin, kələntərlərin təyinatları (rəqəm) haqqında fərmanlara,
həmçinin də əmirlərə, hakimlərə və b. bağışlanan soyurqallara, tiyullara
aid olan sənədlərə “əlahəzrətin möhürünü” basırdı
90
. İskəndər bəy Münşi
belə bir xəbər verir ki, II Şah İsmayıl taxta çıxdıqdan sonra şahzadə
İbrahim Mirzəyə müraciə edərək deyir: “Sən cənnətməkan şah (yəni I
Şah Təhmasib – O.Ə.) üçün oğul kimi idin, bütünlüklə onun xidmətində
olmusan və indi mənə qardaş kimisən. Eşikağasıbaşı (vəzifəsi) sənə
yaraşmır”. Buna görə də şah onu möhrdar təyin edir ki, “həmişə onun
qarşısında oturub söhbəti və danışığı ilə onu şərəfyab etsin”
91
.
Mirşikarbaşı şahın ov tədbirlərinin başçısı idi. Ona mirşikarlar,
ovçubəyilər, şahin saxlayanlar (quşçuyan) və b. tabe idilər.
Ov mühüm tədbir idi. O, heç də yalnız əyləncə səciyyəsi daşımırdı.
Şahdan və onun məiyyətindən əlavə on minlərlə döyüşçünün, heyvanları
qovan kəndlilərin iştirak etdiyi, geniş əraziləri əhatə edən böyük ovları
əslində hərbi manevrləri xatırladırdı
92
. Ehtimal etmək olar ki, “ovçubaşı”
istilahı, mirşikarbaşının eyni idi
93
.
Xəlifət əl-xüləfa (“xəlifələr xəlifəsi”) Səfəvi-Ərdəbil təriqətinin
geniş yayılmış nümayəndələr şəbəkəsinin başçısı idi (xüləfa - ərəbcə
“xəlifə” sözünün cəm halıdır). Əslində o, Səfəvi təriqətinin bütün
fəaliyyətini istiqamətləndirir və ona nəzarət edirdi. Öz nümayəndələrinin
yaxşı təşkil edilmiş xidməti sayəsində Səfəvilər Azərbaycanı, indiki
Ermənistan ərazisini, Kiçik Asiya və İranın şimal vilayətlərini əhatə edən
geniş ərazilərə səpələnmiş qızılbaş tayfalarını öz tərəflərinə çəkib şiəlik
bayrağı altına toplaya bildilər. Beləliklə, xəlifət əl-xüləfa idarəsi Şeyx310
Səfiəddin tərəfindən əsası qoyulmuş “Səfəviyyə” təriqətinin teokratik
təşkilatının qalığı idi.
V.F.Minorskinin göstərdiyi kimi, hakimiyyətə gələn Səfəvilər ikili
idarəçiliklə qarşılaşdılar, onlara başçılıq etdilər. Onlar “krallar kimi öz
sələflərinin (əsasən, Ağqoyunluların) idarəetmə sistemini irsən qəbul
etdilər. Onlar ilkin təriqətin ali başçıları kimi öz sufilərindən kor-koranə
itaət tələb etdilər”
94
. Böhranlar dövründə onlar öz tərəfdarlarının
“şahsevənlik” hisslərinə müraciət edirdilər, çox zaman tayfalararası
didişmələri təriqət ardıcılları arasında hökm sürən, müridləri öz “mürşidi kamilinə” (yəni şaha) danışıqsız itaətə çağıran ən sərt intizam sayəsində
yoluna qoyurdular
95
.
“Xəlifələrlə” yanaşı “ithaf olunanlar”ın “pirə” (“böyüklər,
ağsaqqallar”) adlanan daha bir kateqoriyası da var idi. V.F.Minorskinin
fikrincə, “xüləfa” “xəlifət əl-xüləfanın” qısaldılmış formasıdır. Təriqətin
işlərini idarə edən və onun tələblərində bacarıqlı sərkərdə kimi xidməti
olan İsmayılın ən yaxın silahdaşlarından biri mənbəklərdən göründüyü
kimi Xədim bəy Xüləfa, yaxud adı tez-tez qısaca çəkilən Xüləfa bəy
olmuşdur.
“Xəlifət əl-xüləfa” qızılbaş tayfalarının imtiyazlı zümrəsi
içərisindən təyin edilir və bir qayda olaraq, türk (azərbaycanlı) olurdu.
Səfəvi sülaləsinin şahları onların köməyi ilə yalnız özlərinin
arxalandıqları, onları hakimiyyət başına gətirmiş qüvvələrə deyil, həm də
öz ardıcıllarının geniş şəbəkəsinə nəzarət edirdilər. Xəlifət əl-xüləfalar
böyük hakimiyyətə malik olub “mürşid-i kamilin” (yəni şahın) təriqət
işləri üzrə müavinləri sayılırdılar. Məsələn, I Şah Təhmasib dövründə
xəlifət əl-xüləfa vəzifəsini tutan Hüseynqulu Xüləfa Rumlunun adı
çəkilir. O, “təbil və bayraq sahibi” olmasa da, böyük nüfuz və təsir sahibi
idi. Diyarbəkirdən və Kiçik Asiyanın digər vilayətlərindən “şah
astanasına” gələn çoxsaylı sufilər tamamilə ona tabe idilər
96
. İskəndər
bəy Münşi I Təhmasibin müasirləri olan əmirlərin siyahısında adi
“xəlifə”lərin siyahısında 3 şamlı, 1 türkman, 4 zülqədər, 3 qacar, 1 kürd,
1 cağatay tayfa əmirlərinin adlarını çəkir
97
.311
Sufi təşkilatı o dərəcədə yaşamağa qabil idi ki, hətta I Abbasın
ölümündən sonra da şahın öz ardıcıllarının “mürşid-i kamili” olması
i d e y a sı o n u n n a z i r lər i tə r əf i n dən t a nın mı ş d ı. L a k i n s o n r a l a r xəl i fət əl -
xüləfa vəzifəsi siyasi hakimiyyətdən uzaqlaşdırıldı və sadəcə olaraq
“sufilərin işlərinə dair katibliyə” çevrildi
98
. Məsələn, “Təzkirət əlmülük”də göstərilir ki, şahın adından fəaliyyət göstərən xəlifət əl-xüləfa
bütün vilayətlərə (məmalik) öz nümayəndələrini (xəlifə) təyin edir.
M ü nşi əl - məm a l i k – “dövlət katibi”.V.F.Minorski qeyd edir ki,
şah şurasının üzvü və sərəncamında xeyli mirzə ştatı olduğuna görə,
münşi əl-məmalik nüfuzlu əyan idi
100
. O vaqiyə-nəvislə (məclis-nəvis)
yanaşı şahın yazışmasının bir hissəsini idarə edirdi. Bu iki vəzifə arasında
funksional fərq görmək çətindir. Vaqiyənəvis dövlət şurası (məclisi-i
əla) iclaslarını sənədləşdirir, arxivi nizama salırdı. O, sarayın tarixşünası,
şahın şəxsi katibi idi,şahın yerli hakimlər və xarici dövlətlərlə
yazışmasını təşkil edirdi
101
. Münşi əl-məmalik və onun mirzələri şahın
bütün məktublarında (pərva nəcət), fərmanlarda və digər rəsmi
sənədlərdə müəyyən olunmuş tuğraları yerinə yetirirdilər
102
.
İskəndər bəy Münşi I Şah Təhmasib dövrünün tanınmış münşi əlməmaliklərindən aşğıdakıların adlarını çəkir: vəzir İsmayıl Şəmsəddin
Zəkəriyyənin qohumu Məhəmmədi bəy Təbrizi Keçəçi; Mirzə
M ə h əm məd ( X a cə Əl i bəy S o r x K i r m a n i n i n oğl u ) , I I Şa h İs m a yı l ın
dövründə vəzifəyə gəlmiş, Xudabəndənin dövründə isə, Mirzə Salman
öldürüldükdən sonra mustoufi əl-məmalik olmuşdu; Qazi Abdulla
Cüveyni və Xacə Əlaəddin Mənsur
103
. Onların hamısı şaha yaxın olan
saray adamları sırasından çıxmışdı. “Təzkirət” göstərir ki, münşi əlməmalik ilk Səfəvilər dövründə böyük nüfuza malik olmuşdur.
Müəyyər əl-məmalik – “dövlətin əyar vuranı” dövlət miqyasında
pul işinə rəhbərlik edirdi. Zərbxana müdiri – “zərrab-başı” ona tabe idi.
Bu vəzifənin əhəmiyyəti belə bir faktla müəyyən olunurdu ki, zərbxana
sikkə kəsmək hüququ üçün şaha müəyyən məbləğdə pul verirdi. Sikkə
kəsmək hüququ üçün vergi “vacibi” adlanırdı. V.Minorskinin göstərdiyi
kimi, onun miqdarı pul dövriyyəsinin nisbətlərindən asılı olurdu və onun312
müəyyənləşdirilməsi olduqca incə məsələ idi. Çünki bir tərəfdən
mümkün qədər daha çox gəlir götürülməsi arzu olunurdu, digər tərəfdən
isə pulun dəyərinin azalması ticarətin pozulmasına və hətta iğtişaşlara da
səbəb ola bilərdi
105
. Onun ölkənin hər yerindən olan nümayəndələri metal
hasilatına nəzarət edirdilər.
İlk Səfəvilər dövründə şahın xeyrinə alınan “vacibi” vergisinin
miqdarı 1 misqal qızıl üçün 30 dinar, 1 misqal gümüş üçün isə 2 dinar idi.
Sonrakı Səfəvilərdə vergi xeyli artırılmışdı
106
.
Mühtəsib əl-məmalik – “dövlət mühtəsibi” - şəhər bazarlarına
nəzarət qoyan, əmtəələrə qiyməti təsdiq edən mərkəzi aparat məmuru.
Onun başlıca vəzifəsi ticarətin düzgün aparılmasına, ölçü və çəkilərə
əməl olunmasına, fırıldağa yol verilməməsinə nəzarət etmək idi. O,
başqalarına ibrət olmaq üçün belə pozuntuların təqsirkarlarını rüsvayçı
“taxta-kulah” mərasimini icra etməyə məhkum edirdi (yəni qayda
pozanın başına “taxta papaq” keçirirdilər). Mühtəsib əl-məmalikin bütün
vilayətlərdə (məmalik) öz nümayəndələri var idi
107
.
Mənbələr bu vəzifədən nadir hallarda bəhs edirlər. İskəndər bəy
Münşi mühtəsib əl-məmalik vəzifəsini tutmuş iri feodal – Mirzə
Əbdülhüseyn Cahanşahi haqqında məlumat verir
108
.
Qeyd olunan mülki, hərbi, dini və saray əyanlarının hər birinin öz
dəftərxanası və məmurlar ştatı var idi. Onlardan nəzərdən keçirilən
dövrün mənbələrində adı çəkilənlərin, bəzilərinə nəzər salaq.
Yasavul mənşəcə monqol “yasa” – “qanun-qayda” sözündəndir.
Yasavullar şahın olduğu yerdə qayda yaradırdılar. Yasavullar “yalnız
möhtərəm əmirlərin oğlanlarından ola bilərdi və köhnə vaxtlarda onların
sayı 8, yaxud 9-dan çox deyildi. Şah Yığıncaqlarında (məclis-i xass)
onlar eşikağasıbaşının yerinə xidmət edirdilər. Açıq yığıncaqlarda isə
şahın qarşısında dayanırdılar. Halbuki məclisə eşikağasıbaşı xidmət
edirdi. Yasavullar onların məvacibini və qulluq yerini təsdiq edən
yüksək divanın eşikağasıbaşısının tabeliyində idilər”
109
.
Şərəf xan Bidlisi həmin şah yavərlərinin hazırlanmasının təşkili
işini aydınlaşdırır. Yüksək vəzifəli valideynlərin oğlanları hələ gənc ikən313
şah hərəmxanasındakı şahzadə qızlara xidmət etmək üçün verilirdilər.
Onlar sınanılmış mənəviyyat və möminlik hamilərinin daimi nəzarəti
altında olurdular. Böyüdükcə onlara çövkən də daxil olmaqla hərbi
oyunların bütün növlərini öyrədirdilər. Onlara rəsm çəkmək də
öyrədilirdi. Çünki şah Təhmasib deyirdi ki, bu, “insanın zövqünü
yaxşılaşdırır”
110
.
Ləşkərnəvis – “qoşun kargüzarı”. I Şah Təhmasibin
hakimiyyətinin əvvəllərində əmirlər və qoşun arasında böyük nüfuza və
hörmətə malik idi. Belə ki, onun “vəzir vəzifəsinin astanasında”
durduğunu güman edirdilər. Xacə bəy Şirazi ləşkərnəvis idi. Onun
vəfatından sonra bu “yüksək və xeyirxah vəzifəyə” (mənsəb-i vala
ərcüməndi) Əhmədi bəyin qardaşı, o vaxta qədər Azərbaycanın
avaracanəvisi olmuş Məhəmmədi bəy irəli çəkildi. Qardaşından sonra
vəzifəyə Əhmədi bəy gəldi və Şah Təhmasibin vəfatına qədər və II Şah
İsmayılın taxta çıxmasının ilk vaxtlarında bu vəzifəni ifa etdi. O, I Şah
Abbasın hakimiyyətinin əvvəlində vəfat etmişdir. İskəndər bəy Münşi
göstərir ki, onlar hamısı Şirazdan idilər və orada Xakiyə soyadı ilə
tanınırdılar, lakin oranı çoxdan tərk etmişdilər və onların bəziləri İraqda,
Azərbaycanda, həmçinin də sarayda xidmət edirdilər
111
.
Mustoufiy-i mal (“zabitənəvis”, “müfradanəvis”lə eynidir).
Mustoufi əl-məmalikin başçılığı altında xidmət edirdi. İskəndər bəy
Münşi dəftərxana işçilərinin sayını bir-bir göstərərkən yazır ki,
“mustoufiyi-mal” – bu, indi (yəni XVII əsrin birinci yarısında) həmçinin,
zabitanəvis və müfradənəvis adlandırılanlardandır. Mustoufiyi-mal
vəzifəsində Mir Əbuturab Nətənzinin adı çəkilir
112
. V.F.Minorski göstərir
ki, zabitanəvisin texniki anlamı “vergiləri yığan” deməkdir. “Avaraca”
idarəsindən fərqli olaraq mustoufiyi-malın ştatında olan mirzələr divana
daxil olan pul məbləğlərini (vücuhat) qeydə alırdılar. “Təzkirət əlmülük”ə əsasən, zabitənəvis idarəsinə yığılmalı olan məbləğlər – yol
vergiləri (vücuh-i rahdari), tütün ticarəti üçün vergilər, çobanbəyi (malqara üçün vergi) və s. idi
113
.314
Avaracanəvis. V.F.Minorski bəzi mənbələr əsasında belə nəticəyə
gəlir ki, “avaraca” – kitab, yaxud sənəd idi. Ona müvafiq olaraq, fərdi
qaydada vergi verənlərdən ödəmələr alınır və növbəti ödəmələr onlarda
elə qaydada yazılırdı ki, oraya əlavələr etmək mümkün olsun”
114
.
Avaracanəvis, mustoufi əl-məmalikin nəzarəti altında fəaliyyət göstərir
və maliyyə idarəsinə aid edilirdi. V.Minorskinin ehtimalına görə,
zabitanəvis bir qayda olaraq, şah mülkiyyəti ilə (və bütün məmalik
vilayətlərindən gələn təsadüfi gəlirlərlə) iş görürdü. Halbuki, avaraca
kitablarına baxanlar dövlət torpaqlarından (məmalik) daxil olan pulları
qeydə alırdılar.
V.Minorski “Təzkirət əl-mülük”ə əsaslanaraq, avaracanəvisin
aşağıdakı vəzifələrini müəyyənləşdirir. Onların birinci vəzifəsi vergi
verənlərin adlarını kitabda qeyd etmək idi. İkincisi, onlar divan
qulluqçularından daxil olan sənədlərin üzərində müxtəlif qeydlər
edirdilər. Üçüncüsü, onlar tiyula, həme saleyə və s. aid olan sənədləri
(pərvanəcat) qəbul edir və yola salırdılar. Dördüncüsü, vergi
toplanmasını idarə edən vilayət hakimiyyət orqanlarına göndərilən rəqəm
və sənədlərin qeydə alınması, yoxlanması da onların vəzifəsinə daxil idi
15
.
Bu vəzifənin əhəmiyyətini İskəndər bəy Münşinin mülahizələrindən
görmək olar. Onun mülahizəsinə görə, “bəzən
116
istifanın (mustoufi əlməmalikin – O.Ə.) vəzifələri şah dəftərxanasının avaracanəvisləri
arasında bölüşdürülürdü və onlardan hər biri öz idarəsinin mustoufisi
olurdu”
117
.
Avaracanəvis vəzifəsini icra etmiş məmurlardan İskəndər bəy
Münşi bunların adlarını çəkir: Azərbaycanın və Şirvanın avaracanəvisi
olmuş Xacə Məhəmməd Əmin; İraqın avaracanəvisi Xacə Rəşid bəy
Şirazi; Xorasan və Kirman avaracanəvisi Ağa Əsəd; Farsın avaracanəvisi
Mir Nemətulla.
Sahib-i tövcih (tövcih “yollamaq, ünvana göndərmək” deməkdir).
V.Minorski Şarden və Kempferin məlumatları əsasında belə bir fikir
söyləyir ki, “tövcih” ödəniş vasitəsi idi və “tədiyyələrin əksəriyyəti
alıcılara torpaq üçün verilən pullar və digər gəlir mənbələri təxsisatlarla315
ödənildiyindən, sahib-i tövcidə “təxsisatlar sahibi” kimi baxmaq olar.
“Tarix-i aləm aray-i Abbasi”də “sahib-i tövcih-i divan-i əla” vəzifəsində
işləmiş Hidayət bəy Şirazinin adı çəkilir. O, daha əvvəl “sahib-i tövcih”
vəzifəsində qulluq etmiş Xacə Həbibullanın qohumlarından idi
118
.
Sahib-i tövcihin mirzələr ştatı var idi. O, “şahın sərəncamları” ilə
müxtəlif, təsadüfi vergilərin miqdarını müəyyən etmək və vergilərin
özbaşına artırılmasına yol verməmək vəzifəsini yerinə yetirən mustoufi
əl-məmalikə tabe idi
119
.
Mustoufi-yi ərbab-i təhavil (“ərbab-i təhavil” “təhvildaran”la eyni
mənadadır) – büyutat mustoufilərinə həvalə olunmuş sikkə zərb edilməsi,
əmtəə və xammal işlərinə nəzarət edən məmur. O, şah sarayının müxtəlif
büyutatları arasında bölüşdürülmüş mülkiyyətin məsul nəzarətçisi idi
120
Mənbələrdə “I Təhmasib şahın cəmiyyətinə yaxın olan” bir şəxsin – Ağa
Seyfəlmülük Tehrani adlı mustoufiy-i ərbab-i təhavilin adı çəkilir
121
.
İskəndər bəy Münşi I Şah Təhmasibin müşrifan-i büyutatı arasında
aşağıdakıları xatırladırlar: Mirzə Babai Şirazi, şah xəzinəsinin müşrifi
(müşrif-i xəzinəy-i amirə); Mirzə Qasım Şirazi, tövlə müşrifi (müşrif-i
tövlə); Mirzə Həsən İsfahani, şahın paltarlarının saxlandığı yerin və
dərzixananın müşrifi (müşrif-i rikabxana və qayçaçıxana; Mir Seyid
Seyfi, dəvələrin saxlandığı binanın müşrifi (müşrif-i şotorxan)
122
.
Vəzir-i qorçiyan-i əzəm, mustoufi-yi qorçiyan-i əzəm (“Böyük
qorçilərin vəziri”, “böyük qorçilərin mustoufisi”). Ehtimal etmək olar ki,
bu halda şah qvardiyaçılarının, qorçilərin hərbi dəstələrinin vəziri və
mustoufisi nəzərdə tutulur. Onlar qvardiyaçılar dəstəsinin rəisi olan
qorçibaşının yanında xidmət edir, qorçibaşı üçün dəftərxana və
mühasibat işlərini yerinə yetirirdilər. “Təzkirət əl-mülük”dən göründüyü
kimi, bu halda vəzir katib və maliyyə nəzarətçisi kimi fəaliyyət göstərir
(təyinatlar üzrə sənədlər hazırlayır, əmrlərə, vəsiqələrə hesabatlara və s.
möhür basır, tapşırıq qeydləri aparırdı)
123
. Görünür ki, mustoufi-yi
qorçiyan-i əzəm mustoufi əl-məmalikin idarəsinə hesabat verirdi.
Mümkündür ki, vəzir-i qorçiyan-i əzəmə divani -əla vəziri nəzarət edirdi
(lakin bunu qəti təsdiq etmək üçün tutarlı əsasımız yoxdur).316
İskəndər bəy Münşi I Şah Təhmasib dövründə böyük qorçilərin
vəziri olmuş, Ərəbgirli nəslindən çıxmış Əliqulu bəyin adını çəkir. Həm
də bu zaman bildirilir ki, bu vəzifə Səfəvilər hakimiyyətinin əzəlindən
onun atası Hüseyn bəyə və nəslinə məxsus olmuşdur. Əvvəlcə
mustoufiy-i qorçi, sonra isə mustoufi əl-məmalik olmuş Hacı Məlikin
qohumu Mirzə Fəthullah İsfahani “böyük qorçilərin mustoufisi” kimi
xidmət etmişdir
124
.
Mərkəzi aparatın yuxarıda göstərilən vəzifələrindən başqa, saray
nəzdində bir sıra digər əyanlar da var idi: miraxurbaşı - mehtərlərin rəisi,
mehmandarbaşı – xarici səfirlərin və hörmətli qonaqların qəbul işlərinə
baxan müdir, süfrəçibaşı – süfrəyə qulluq edənlərin rəisi, halvaçıbaşı –
saray şirniyyat ustalarının rəisi, şərabçıbaşı – saqilərin rəisi,
münəccimbaşı – saray münəccimlərinin başçısı və b.
Əyalət idarəsi
Səhih surətdə məlumdur ki, XVII əsrdə Səfəvilər dövləti inzibati
cəhətdən vilayətlərə (əyalət, cəm halda əyalat) bölünmüşdü. Bu
əyalətlərin başında “bəylərbəyi”lər (daha dəqiqi, “bəylərbəyi –
azərbaycanca – “bəylərin bəyi” deməkdir) dururdu
125
. “Təzkirət əlmülük”ə əsasən, bəylərbəyilərin idarə etdikləri vilayətlərin sayı on üç idi:
1) Şirvan, 2) Qarabağ və Gəncə, 3) Azərbaycan (indiki Cənubi
A zər b a y c a n ) , 4 ) Ç u x u r sə əd , 5 ) Qəz v i n , 6 ) Qə l əm r o v - i Əl i Ş ə k ər
(Həmədan), 7) Kuhi Giluyə (Fars), 8) Kirman, 9) Astrabad, 10) Məşhəd-i
müqəddəs-i müəlla, 11) Herat, 12) Mərv-i Şahicahan, 13) Qəndəhar
126
.
V.Minorski güman edir ki, bəylərbəi istilahı I Şah Abbasın
dövründə meydana gəlmişdir. Onun fikrincə, həmin vaxta qədər Səfəvilər
dövlətini hakimlər idarə etmişlər
127
. Həm də b u z a m a n o , “ T a r i x - i a ləm
aray-i Abbasi”yə əsaslanmışdır. Çünki burada əyalət başçılarının adları
sadəcə olaraq hakimlər kimi çəkilir. Alessandri isə göstərir ki, I Şah317
Təhmasibin dövründə dövlət sultanların idarəsi altında olan 50 hissəyə
bölünmüşdü
128
.
Bununla belə, İ.P.Petruşevski qeyd edir ki, bəylərbəyilər I Şah
Abbasdan xeyli əvvəl mövcud olmuşlar. K.Rohrborn da bu fikirdədir
129
.
Bəylərbəyilər inzibati və hərbi hakimiyyəti öz əllərində birləşdirmiş, yerli
feodal yığma qoşununa (çərik, qoşun) başçılıq etmişlər
130
. Əyalətlər
dövlət vilayətləri idi və daha çox sərhəd ərazilərini əhatə edirdi. Buna
görə də, bu vilayətlərdə inzibati hakimiyyət hərbi səciyyə daşıyırdı;
bəylərbəyi istilahı “əmir əl-üməra” istilahına müvafiqdir. Nəzərdən
keçirdiyimiz dövrün mənbələrində vilayət hakimi kimi bəylərbəyi istilahı
əvəzinə tez-tez onun sinonimi olan əmir əl-üməra istilahı işlədilir. Bu isə
bizi yanlış fikrə gətirib çıxarmamalıdır. İlk Səfəvilər dövründə əmir əl-
üməraların, yaxud bəylərbəyilərin təyin olunması Azərbaycan tayfa
əyanlarının müstəsna imtiyazı idi. Bəylərbəyilər qızılbaş feodal
əyanlarının, yaxud şahzadələrin sırasından təyin olunurdu. Onların hər
birinin əslində şah sarayına bənzəyən imarəti olmuşdur. Vilayət inzibati
idarə sistemi bir çox cəhətdən mərkəzlə oxşar səciyyədə idi. Mərkəzi
aparatdakı sədr, vəzir, qorçibaşı kimi vəzifələrin əyalət aparatında da
oxşarları vardı.
Q ü d rət l i qı z ıl b aş əy a n l a rı bəy lər bəy i , əm i r əl - ü mər a və h a k i m
sifətilə vilayətləri irsi olaraq idarə edirdilər. Məsələn, Qarabağ və
Astrabadı qacar tayfasından olan iki nəslin əmirləri idarə edirdi; Şirvan –
ustaclı tayfası, Azərbaycan (cənub hissəsi) – təkəli və türkman tayfaları;
Çuxursəəd – ustaclı tayfası;Fars – zülqədər tayfası; Kirman - əfşar
tayfası; Herat – şamlı tayfası və b.
131
tərəfindən idarə olunurdu.
Bəylərbəyilər (yaxud əmir əl-üməra) daxili işlərində əməli olaraq
mərkəzi hakimiyyətdən müstəqil idilər. Onlar tabeliyində olan əhalidən
məmurları vasitəsilə toplamış olduqları müəyyən miqdarda vergini şaha
verir, öz həmtayfalarından ibarət olan silahlı qüvvə saxlayır və şahın əmri
ilə hərbi yürüşlərdə, yaxud, xalqın üsyanlarının yatırılmasında iştirak
edirdilər. Vilayət hakimlərindən bəziləri o qədər qüdrətli idilər ki, hətta
öz saraylarının zənginliyi və calalına görə şahla rəqabət aparırdılar.318
Nümunə üçün ustaclı tayfa başçısı olan Abdulla xanı yada salaq. O,
hicri 956 (1549-1550)-cı ildə Şirvan bəylərbəyisi vəzifəsinə təyin
olunmuş və 974 (1566-1567)cü ildə vəfat edənədək, 17 il ərzində həmin
vəzifəni tutmuşdu. O, Şirvan əyanlarının separatçı çıxışlarını (Qurban
Əlinin, Mehrabın, Qasım Mirzənin) yatırmağa nail oldu və burada
Səfəvilərin hakimiyyətini möhkəmləndirdi. Bundan sonra Abdulla xanın
nüfuzu daha da artdı. I Şah Təhmasib həm də bibisi oğlu olan Abdulla
xanla çox vaxt hesablaşırdı
132
. Cenkinsonun öz qeydlərində Şirvan
canişini Abdulla xanın sarayının şahanə təmtəraqının təsvirinə böyük yer
verməsi, onu mədh edərək “Şirvan kralı” adlandırması təsadüfi deyildi
133
İndi də bəylərbəyiyə tabe olan vilayət miqyaslı bürokratik aparatın
bəzi vəzifələrini nəzərdən keçirək. Bu zaman qeyd etmək lazımdır ki,
mənbələrdə təbii olaraq mərkəzlə müqayisədə əyalət inzibati idarələrinə
az diqqət yetirilmişdir.
Artıq qeyd etmişik ki, Səfəvilər bir çox cəhətdən öz sələflərinin
inzibati quruluşunu əxz etmişdilər. Bu, vilayət vəziri vəzifəsinə də aid
idi. Biz bəylərbəyiliklərdə belə vəzirlərin olmasına dair çoxlu dəlillər
göstərə bilərik. Məsələn, hicri 916 (1510)-cı ildə Mərv yaxınlığında
özbəklər üzərində qələbədən və Xorasanı tutduqdan sonra I Şah İsmayıl
yenicə istila olunmuş vilayətdə idarəçilik aparatının təşkilinə böyük
ə h əm i y yət v e r m işd i . O v a x t a qə d ər Şe y b a n i x a nın d i v a n m üşr i f i o l m uş
Xacə Kəmaləddin Mahmud Saqərçi Səfəvilərə xidmət etməyə keçdi. O,
vəzir və divan sahibi vəzifəsinə təyin olundu
134
. Hicri 937 (1530-1531- ci
ildə Herat bəylərbəyisi Hüseyn xan Şamlı tərkibinə öz vəziri Əhməd bəy
Nur Kamal İsfahaninin, vəkili Hüseyn bəyin, Əhməd Sultanın
135
(görünür ki, Kirman bəylərbəyisi Əhməd Sultan Sufi oğlu Ustaclı)
vəzirləri olan Xacə Səidinin və Ağa Kamal Kirmaninin, daxil olduğu
nümayəndə heyətini saraya göndərdi. Hicri 940 (1533-1534)-cı ildə
Azərbaycan hakimi (əmir əl-ümərası) Musa Sultan işləri qaydaya salmağı
öz vəziri Xacə Şahquluya həvalə etdi
136
. Şeyx Məcid Kirmani hicri 941
(1534-1535)-ci ildə Osmanlı basqını qarşısında şəhəri tərk etmiş Bağdad
hakimi Məhəmməd xan Təkəlinin
137
vəziri idi. İskəndər bəy Münşi qeyd319
edir ki, vilayətlərin (məmalik-i məhrusə) daha görkəmli vəzirləri
sırasında bütün Azərbaycan və Şirvanın vəziri (və müməyyizi) olmuş
Mirzə Ətaullah İsfahani və bütün Xorasanın vəziri (və müməyyizi) Ağa
Kəmaləddin Zeynal – İbad Kirmani var idi
138
. Budaq Qəzvini göstərir ki,
hicri 967 (1559-1560)-cı ildə yuxarıda adı çəkilən Mirzə Ətaulla bütün
Azərbaycanın, Şirvanın, Şəkinin və Gürcüstanın vəziri idi
139
. Buradaca
göstərilmişdir ki, Qəzvin vəziri Ağa Molla, Sultan Süleymanın oğlu
Bəyazidin yanına elçi göndərilmişdir
140
. Sonra İskəndər bəy Münşi qeyd
edir ki, keçmişdə Həsən bəy yüzbaşı Ustaclının vəziri olmuş Xacə Qasım
Əli Azərbaycan vəziri vəzifəsinə layiq görülmüşdür. Onun qardaşı Xacə
İnayət Türkə onun yerinə Həsən bəyin vəziri olmuşdu. Onların hər ikisi
Təbrizdən idi və I Şah Təhmasibin sarayında hörmətli adamlar
sayılırdılar. Xacə Məhəmməd Şərif tehrani Yəzd vəzirliyindən azad
edilərək İsfahanın vəziri olmuşdu. Ağa Talay Dəvətdar Qəzvininin oğlu
Mirzə Bədi əz-zaman Kaşanın vəziri idi. Onun qardaşlarından biri –
Əhməd bəy Xorasanın bir sıra mahallarının vəziri olmuşdu. Mirzə
Əbdülbaqi Mir Fəzlullah Şəhristani oğlu Qəzvin vəziri olmuş, Mir Seyid
Əli Rezavi Quminin vəfatından sonra onun vəzifəsini tutmuşdu
141
. Bizə
vilayət vəzirlərinin mərkəzi inzibati idarəyə vəzir vəzifəsinə irəli
çəkilməsinə dair bir çox dəlillər məlumdur. Məsələn, Çaldıran
vuruşmasından sonra divan vəziri vəzifəsinə gəlmiş Mirzə Şah Hüseyn
İsfahani o vaxtadək İsfahan hakimi olan Durmuş xan Şamlının vəziri idi.
I Şah Təhmasibin vəziri Mir Cəfər Savəci keçmişdə Bağdadda
Zeynəddin Sultan Şamlının vəziri olmuşdu
142
. Yuxarıda adı çəkilən
Əhməd bəy Nur Kamal İsfahani də həmçinin “yüksək divan vəziri” təyin
edilmişdi
143
. Buna bənzər nümunələrin sayını artırmaq da olar.
Mənbələrdə vilayət qorçibaşılarının adları çəkilməsə də,
vilayətlərdə qorçilərin mövcudluğu şübhə doğurmur. Məsələn, hicri 984
(1576-1577)-cü ildə əvvəlki əzəömətli Hüseynqulu Xüləfa Rumlu II Şah
İsmayılın qəzəbinə düçar olaraq, rumlu tayfasının başçısı vəzifəsindən
kənar olunmuş və Məşhəd qorçilərinin qorçibaşısı təyin edilmişdi
144
.320
Hicri 974 (1566-1567)-cü ildə Səfəvilər xeyli çətinliklərdən sonra
nəhayət, Gilanı ələ keçirdilər. Gilan hakimi Xan Əhməd son nəticədə
İmamqulu Mirzənin qorçibaşısı olmuş Əmir Hüseyn bəy Qaramanlı
(Bayram bəyin oğlu) tərəfindən izlənilərək tutuldu
145
. Mənbədə 1538-ci
ildə Şirvandan I Şah Təhmasibin sarayına gəlmiş və Şirvanın istilası
zamanı qızılbaş qoşununu müşayiət etmiş
146
qorçibaşı Padarın adı çəkilir.
Lakin onun həqiqətən kim olduğunu müəyyən etmək çətindir.
Sədr – Səfəvilərin Qaraqoyunlu və Ağqoyunlu dövlətlərindən irsən
mənimsədikləri əyalət bürokratiyası vəzifələrindən biridir. Qiyasəddin
Məhəmməd bin Əmir Yusifi vilayət sədrinə nümunə olaraq göstərmək
olar. I Şah İsmayıl hicri 916 (1510)-cı ildə Xorasanı tutduqdan sonra
Əmir Qiyasəddini “şəriətin bütün işlərində vahid və müstəqil
hakimiyyətlə”
147
Xorasana qazi təyin etdi. Hicri 922 (1516)-ci ildə
Təhmasib Mirzə Xorasan hakimi təyin edilərək oraya göndəriləndə, onun
lələsi olan Əmir sultan (Əmir xan Türkman) əməli hakim oldu. Əmir
Qiyasəddin isə şahzadəyə sədr təyin edildi
148
.
Yuxarıda qeyd etdiklərimiz dövlət, divan vilayətlərinə də aiddir.
Bununla belə, torpaqların böyük sahəsi Səfəvi şahlarının xassəsinə
daxil idi və mülki inzibati hakimiyyətə malik idi. Xassə torpaqları şahın
təyin etdiyi, həmçinin xidmətçilər ştatına malik olan məmurlar, vəzirlər
tərəfindən idarə olunurdu
149
. Ərdəbil mahalı Səfəvilər sülaləsinin xassəsi
idi. İskəndər bəy Münşi məlumat verir ki, İsfahan vilayətində torpaq
yerlərinin və mülklərinin əksəriyyəti I Şah Təhmasibə məxsus idi və taxttacın varisi Həmzə Mirzənin xassəsi sayılırdı. Həmzə Mirzə öz xassəsini
idarə etməyi (daruğəgi) Şah Məhəmməd Xudabəndənin arvadı Məhdi
Ülyanın qardaşı oğlu Mir Hüseyn xan Mazandaraniyə tapşırmışdı
150
.
Mirzə Nurulla Kufrani İsfahaninin oğlu Mirzə Əhməd I Şah Təhmasibin
Farsda olan şəxsi mülklərinin vəziri (vəzir-i sərkar-i xassey-i şərifey-i
Fars) idi. Mir Seyid Hüseyn Xətib Qaini Heratda xassey-i şərifənin bəzi
mahallarının vəziri idi, “həmin ölkədə böyük hakimiyyət və hörmət
qazanmışdı”
151
. Q o r ç i b aş ı Əh məd bəy Ə f şa rın vəz i r i o l m uş M i r zə
Məhəmməd Kirmani Ərdəbil vəziri təyin edilmişdi
152
.321
Dövlət aparatının maddi təminatı haqqında
Səfəvilər dövründə inzibati-bürokratik aparatın saxlanılması və
mükafatlandırılması sistemi çox mürəkkəb idi və bir sıra tərkib hissələri
əsasında yaranırdı. Əksər hallarda xidmət adamlarının məvacibinin
ödənilməsi müəyyən yerdən vergilərin hamısını, yax7ud bir hissəsini
almaq üçün verilmiş xüssusi sənədlər (bərat, həvalə) vasitəsilə həyata
keçirilirdi. Bu mükafatlandırma forması Səfəvilər dövlətində geniş tətbiq
edilirdi və tiyul adlanırdı. XVI əsrin ikinci yarısından etibarən tiyulun iki
növünü ayırmağa başladılar: “Tiyul”un özü və “həme sale” (yəni “hər il”,
“bütün ili”), İ.P.Petruşevskiyə görə, “həme sale” dövlət qulluqçusuna
“bütün illər üçün”, yəni onu əldə edən şəxs qulluqdan getmirsə, əməli
olaraq ömürlük verilən “məvacib” idi
153
. “Həme sale” “yek saledən”,
yəni “birillik məvacibdən” fərqlənirdi.
Tiyuldan başqa soyurqal məvacibi də - istisnasız olarq həmin
yerdən bütün vergiləri, o cümlədən dövlət vergilərini toplamaq hüququ
da mükafatlandırma forması idi. Lakin bu forma əvvəlki dövrlərin qalığı
idi və Səfəvi şahlarının yeritdiyi mərkəzləşdirmə siyasətinə zidd olduğu
üçün XVI-XVII əsrlərdə geniş yayılmadı.
Bir sıra dövlət əyanları onların vəzifələrinə əlavə olunmuş daimi
yığım hüququ ilə təmin edilmişdilər. Məsələn, böyük vəzir (XVII əsrdə)
“vəzir-i divan-i əla” “haqq əl-vizarə”, yəni “vəzirin xeyrinə vergi”; şah
(saray) emalatxanaları müdiri – “nazir-i büyutat” – “haqq əl-nizarə”, sədr
və qorçibaşı vəzifələri – “haqq əl-təuliyə” və s. yığılması hüququ ilə
təmin edilmişdi
154
.
Mükafatlandırmanın bir hissəsi natura ilə, əmtəə ilə (taxıl, ərzaq,
paltar və s.) həyata keçirilirdi
155
. Şahlar, ocümlədən I Təhmasib
tərəfindən ödəmənin bu növündən şəxsi qvardiyaçılarına – qorçilərə
münasibətdə geniş istifadə edilirdi. Məsələn, Alessandri yazırdı:
“Xəzinənin xərcləri cüzi idi. Çünki o (Şah Təhmasib – O.Ə.), yalnız322
krallığın ən yaxşı və ən gözəl kişiləri arasından seçilən və onun şəxsi
mühafizəçiləri kimi fəaliyyət göstərən qorçilər adlanan beş min nəfər
əsgərin haqqını verir. Hətta bunların da haqqını pulla ödəmir.Geyim və
at verir. Onun nəzərincə, onların məvacibinin əvəzində əlverişli olan nə
isə qiymətli bir şeyi də oraya əlavə edir”
156
.
Göstərilənlərlə yanaşı, vəzifəli şəxslərin mükafatlandırılmasının
geniş yayılmış forması ənənəvi “bəxşiş” (rüsum) yığımları idi. Rüsum
yığımları vassallardan və vilayətlərdən icbari qaydada, istər natura ilə,
istərsə də pulla, çoxlu hədiyyələrdən (peşkəş) tutulan faizlər şəklində
mövcud idi
157
. Sarayda hətta xüsusi olaraq fəaliyyət göstərən məmurpeşkəş-nəvis bu hədiyyələri ayrıca kitabda qeydə alır, onların qiymətini
müəyyən edirdi. Qəti qərarlaşmış qaydaya görə, şaha hər hansı hədiyyə
(peşkəş) göstərən şəxs şaha (yaxud xəzinəyə) əlavə olaraq öz
hədiyyəsinin dəyərinin müəyyən faizini də pulla ödəməli idi. Əgər peşkəş
verən tərəf şah olardısa, hədiyyəni qəbul edən şəxs şaha müəyyən
məbləğdə pul verməli olurdu
158
. Sonra bu yolla toplanmış pullar mərkəzi
aparatın müxtəlif məmurları arasında bölüşdürülürdü.
V.F.Minorski göstərir ki, “Təzkirət”ə əsasən məvacibdən əlavə
Səfəvilər dövründə dövlət aparatının müxtəlif həlqələrinin xeyrinə təsis
edilmiş mükafatlandırmaların, “bəxşişlərin” (rüsum, düşüllük) mürəkkəb
sistemi də mövcud idi. Onlar ya şaha və xəzinəyə ödənişlərdən tutulan
məbləğin, ya da şaha bəxşiş verilmiş hədiyyələrin dəyərinə edilən
əlavənin müəyyən faizini təşkil edirdilər
159
.
V.F.Minorskiyə görə, “düşüllük” istilahı türkcə “düşül” (“düş –
“yıxılmaq, enmək” sözündəndir) ismindən və “lük” şəkilçisindən ibarət
olub “mənzildə yerləşdirmə”, “yerləşmə” anlamını verir. Mümkün ola
bilən digər oxunma variantı “döşə” felindən olan “döşəl” sözü ilə
əlaqələndirilir (“xalını, döşəyi sərmək, döşəmək”)
160
. Fikrimizcə, bunun
daha dəqiq anlamını V.V.Radlovun lüğətində tapırıq. Burada “düş”
felinin anlamlarından biri “almaq (pul)” kimi verilmişdir
161
. Beləliklə,
“düşüllük” istilahının teniki anlamı “pul almaq”, “bəxşiş” deməkdir.
Yaqub Ağqoyunlunun 1488-ci il tarixli fərmanında adı çəkilən bu323
istilahın iki müxtəlif növü qeyd olunur: “hökmi”, yəni xüsusi fərmanla
müəyyən edilən və “istisvabi”, yəni “vəzifəyə əlavə edilmiş”
162
. İstilaha
digər feodal vergi və vəzifələri sırasında da I Şah Təhmasibin 1525-ci il
tarixli fərmanında “düşüllük-i ərkan-i dövlət”, yəni “dövlətin ali
şəxslərinin xeyrinə düşüllük” formasında təsadüf edilir
163
.
Narrativ mənbələrdə də bu özünəməxsus feodal mükəlləfiyyətinin
adı çəkilir və bu XVI əsrdə onun xarakterini açmağa kömək edir
164
. Qazi
Əhmədin məlumatına görə, 1578-ci ilin sonunda Şirvandan qayıdan şah
qvardiyaçıları – qorçilər xəzinə təxsisatları üzrə vergiləri toplaya
bilməmişdilər. Onlar maliyyə idarəsinə gəlmiş və ödəmə qabiliyyəti olan
digər vilayətlərə təxsisatlar verilməsini tələb etmişdilər. Eyni zamanda
tələb edilmişdi ki, xəzinə tərəfindən tutulmuş pul (düşüllük) onlara
qaytarılmalıdır. Çünki onlar təxsisatları alarkən hər 100 tümən gəlir üçün
vəzifəli şəxslərin xeyrinə 10 tümən (düşüllük) vermişlər
165
. Bu
məlumatdan görünür ki, həmin halda “düşüllük” gəlirdən tutulan
verginin 10%-ni təşkil etmişdir.
Az bəlli olan bu vergini səciyyələndirmək üçün “Təzkirət”də də
məlumatlar vardır. Burada göstərilir ki, kiçik möhür mühafizəçisinin
(“möhrdar-i möhr-i şərəf nifaz) bir tüməndən, yəni 110 min dinardan
düşüllük formasında aldığı gəlir (rüsum) 833 dinar təşkil edir. Valilərin,
hakimlərin, digər vəzifəli şəxslərin təyinatından hər tüməni üçün 303
qazıbəyi (1 qazıbəyi 5 dinara bərabər idi) tutulurdu. Soyurqal və
müaflardan hər tümənə 520 dinar alınırdı. Həm də göstərilirdi ki,
düşüllük yalnız birinci il ərzində tutulurdu
166
. Bu halda düşüllük
“vəzifəyə birinci təyinat” münasibəti ilə məvacibdən (gəlirdən) tutulan
vergini bildirirdi
167
. Bu istilah hədiyyələrdən və peşkəşlərdən pulla
tutulan “rüsumun” ekvivalenti kimi də işlədilirdi
168
.
Səfəvi ordusu324
Səfəvilər dövlətində mərkəzləşdirilmiş nizami ordu yox idi. Ordu
müharibə zamanı əyalət hakimlərinin, bəylərbəyilərin ayrı-ayrı , qeyrinizami feodal dəstələrindən (qoşun) təşkil edilirdi. Bu, demək olar ki,
qoşunları özləri gətirən və döyüşə aparan Azərbaycan tayfaları
əmirlərinin süvari dəstələrindən ibrət olurdu. Həmin yığma qoşunların
döyüşçüləri (mülaziman,nukəran) tayfa başçıları tərəfindən saxlanır və
təchiz olunurdular. Hər tayfanın döyüşçüləri sədaqətli qohumluq
əlaqələri əsasında birləşdiklərinə görə, rəhbər şəxs kimi özlərinin əmirinə
tabe olurdular. Buna görə də hətta döyüşlər zamanı da əmirlər xeyli
dərəcədə müstəqil hərəkət edir, öz fəaliyyətlərini hər hansı bir ümumi
taktiki planla uyğunlaşdırmırdılar. Şah ordunun komandanı hesab
olunurdu. Şah yürüşdə iştirak etmədiyi hallarda, orduya Azərbaycan
tayfalarının adlı-sanlı əmirlərindən biri başçılıq edirdi.
I Şah İsmayılın hərbi qüvvələri Ağqoyunlu qoşunlarında mövcud
olmuş tayfa prinsipləri üzrə qurulmuşdu. Bu təşkilat formasının
nöqsanları və geri qalması 1514-cü ildə, Çaldıran vuruşmasında aşkara
çıxdı. Həmin döyüşdə Azərbaycan ordusu, Avropa nizamını qəbul etmiş
və yaxşı silahlanmış Osmanlı Türkiyəsinin qarşısını ala bilmədi.
Müharibə zamanı Səfəvilərin düşmənə qarşı çıxardığı ordusunun
sayı haqqında dəqiq məlumat əldə edilməmişdir. Ehtimal etmək olar ki,
feodal hakimlərin müharibədə iştirakı dərəcəsindən asılı olaraq daim
dəyişmişdir. Bunu hətta sayca az olan mənbələr də təsdiq edir. Alessandri
belə hesab edir ki, müharibə zamanı qoşunların sayı 60 min nəfərə
çatırdı
169
. 1586-cı ildə Səfəvilər sarayına gəlmiş C.Vekyetti də güman
edir ki, “ən diqqətli hesablamalara görə, altmış min nəfərdən artıq adamı
silahlandırmaq olmaz...”
170
. Bu barədə ən qiymətli məlumatları Minadoi
verir. O, müxtəlif vilayətlərin döyüşə çıxardığı feodal yığma
qoşunlarının sayını göstərir. Məsələn, İsfahan və onun əyaləti 8 min nəfər,
Kaşan – 4 min, Savə - 1 min, sultaniyyə - 1 min, Qəzvin – 12 min,
Ərdəbil – 1 min, Şiraz – 8 min, Təbriz – 4 min, Qum - 2 min, Gəncə və
Gürcüstanın bir hissəsi 4 min nəfər atlı verirdi
171
. B u s i y a hı h e ç də t a m
deyildir. Çünki Səfəvilər dövlətinin Xorasan, Şirvan, Çuxursəəd,325
Məşhəd.ı Kirman və s. kimi bir sıra mühüm əyalətlərini əhatə etmir.
Minadoi “Səfəvilər döyüşə 60 minə qədər süvari çıxara bilirdilər” fikrini
göstərərkən ehtimal etmişdir ki, əgər bütün əyalətlərin hakimləri birlikdə
çıxış etsəydilər, o zaman Səfəvilər döyüşə sayı 130-140 min nəfərə çatan
qoşun çıxara bilərdilər
172
.
Ümumiyyətlə, həmin məlumatlar, Səfəvi mənbələrinin o dövrə
aid sənədləri ilə səsləşir. Bu mənada, Xorasana düşmənin növbəti
basqınını dəf etmək üçün I Şah Təhmasibin çağırışı ilə əlaqədar olaraq
hicri 936 (1530)-cı ildə orduya baxışda iştirak etmiş Qazi Əhmədin
qoşun hissələrinin tərkibi, növləri və sayı haqqında müfəssəl məlumatı
mühüm əhəmiyyətə malikdir. Salnaməçinin məlumatına görə, həmin
rəsmi keçiddə iştirak etmiş qoşunların sayı 120 min nəfər olmuşdu
173
.
Qazi Əhmədin məlumatına görə, Təhmasib ölənə yaxın onun şah
təminatında (məvacibində) “qızılbaş tayfalarından və nəsillərindən 200
min adam var idi
174
”. Əgər mərkəzi hakimiyyətə heç vaxt dövlətin bütün
vilayətlərindən yığma qoşunlar toplamağın müyəssər olmadığını nəzərə
alsaq, bu rəqəmin şişirtmə olmadığını zənn edə bilərik.
Beləliklə, ehtimal etmək olar ki, hərbi əməliyyatlar dövründə
Azərbaycan qoşun hissələrinin sayı həqiqətən 120-150 min nəfər
arasında olmuşdur
175
.
Feodal yığma qoşunlarından (çərik, qoşun) əlavə, sayı 4500
nəfərə çatan qorçilərin qvardiya dəstəsi şahın yanında əlahiddə xiidmətdə
olurdu
176
. Minodoiyə görə isə, pretoriya qvardiyasının (yəni qorçilərin)
sayı 6 min nəfər idi. O bildirir ki, onlardan başqa, şahın yanında
həmçinin, yasavulbaşının başçılıq etdiyi, eyni vəzifələri yerinə yetirən
700 nəfərlik yasavul dəstəsi də xidmət edirdi
177
.
Minadoinin şah qvardiyasının məvaciblərinə dair məlumatları maraqlıdır.
6 min nəfər qorçidən 4 mini malikanələrdən (torpaq mülklərindən) gələn
gəlirlərin hesabına yaşayır, qalan 2 mini isə şah xəzinəsindən 160-dan
200-dək tsexin miqdarında mükafat (məvacib) alırdı
178
.
Yay, nizə, qılınc, xəncər, döyüş baltaları və qalxanla silahlanmış
qorçilər tayfa süvari qoşununu təşkil edirdilər. Şeyx Heydərin tətbiq326
etdiyi qızılbaş tacı həmin cəsur döyüşçülərin özünəməxsus baş geyimini
təşkil edirdi. Yürüşlər zamanı onlar yanaqları boyunca zirehdən
qoruyucuları olan dəbilqələr taxırdılar. Uzun bığ saxlamaları qorçiləri
fərqləndirən xüsusiyyət idi. İskəndər bəy Münşi yazırdı: “ Qorçilərin
cəsurluğu və qorxmazlığı haqqında belə danışırlar ki, istənilən döyüşdə
onların yüz nəfəri (Şah Təhmasibin – O.Ə.) məiyyətinin başqa üzvlərinin
mininə bərabər idilər”.
Qoş7unların lazım olan vaxtda və təyin edilimiş yerdə
cəmləşdirilməsiasan iş deyildi. Çox zaman əmirlər təkəbbür və ara
çəkişmələri üzündən şah qərargahın gecikdiklərinə, yaxud, ümumiyyətlə,
gəlmədiklərinə görə,döyüşlər Səfəvilrəin məğlubiyyəti ilə başa çatırdı.
Zəif intizam və döyüşün ən həlledici anında tayfa düşmənçiliyinin
coşması qızılbaş ordusunun dəfələrlə darmadağın edilməsinə gətirib
çıxarmışdı. Yalnız yığma qoşunlar deyil, habelə qorçilərin qvardiya
dəstəsi də yenə həmin qızılbaş tayfa əyanlarının gənclərindən ibarət
olurdu. Qeyd etdiyimiz kimi, ordu əsasən süvari hissələrindən ibarət
olduğundan, piyadanın rolu əhəmiyyətsiz idi. Qoşun özünün böyük
mütəhərrikliyi, manevr qabiliyyəti ilə fərqlənirdi.
Ordunun silahlanmasına gəldikdə isə Alessandri xəbər verirdi
ki, onlarda qalxan, qılınc, odlu silahlar (muşketlər) var idi. Odlu
silahların lülələrinin uzunluğu 6 qarış (qarış 9 düymədir) idi və onlar
çəkisi 3 unsidən (unsi – 28 qramdır) bir qədər az olan qumbaralar atırlar.
Venetsiyalı yazır: “Onları elə asanlıqla idarə edirlər ki, bu, nə yay
tutmağa, nə də əgər şərait tələb edərsə, yəhərlərinə bərkitdikləri qılıncdan
yapışmağa mane olmur. Odlu silahı arxada gizlədirlər, belə ki, bir silah o
birisindən istifadə edilməsinə mane olmur”
179
. O, Səfəvilərdə hazırlanan
silahların yaxşı keyfiyyətdə olduğunu göstərir və qeyd edir ki, onlarda
silah “hər hansı başqa xalqda olduğundan üstündür və yaxşı
düzəldilmişdir”
180
.
Belə bir fikir vardır ki, Şah İsmayıl dövründə Səfəvilərin odlu
silahı olmamışdır.V.Minorski təsdiq edirdi ki, “İranda odlu silah Şah
Abbasdan xeli əvvəl məlum idi”. Lakin o, qızılbaşların top və tüfənfdən327
(tup-o-tüfəng) istifadə etməsinə dair mənbələrin ən ilkin məlumatının
Səfəvilərin 1552-ci ildə Ərciş qalasını mühasirəyə almasına aid
olduğunu göstərirdi
181
. I Şah İsmayılın müasirləri olmuş naməlum tarixçi
və İbrahim Əmini 1500-cü ildə Bakını mühasirəyə almış qızılbaşların
yalnız tüfəngdən deyil, həm də top atəşindən (atəş- tup-o-tüfəng) istifadə
etdiklərini göstərirlər
182
. Bu da məlumdur ki, I Şah Təhmasibin 1538-ci il
Şirvana yürüşü zamanı qızılbaş qoşunu Buğurd qalasına qarşı toplardan
istifadə etmişdir
183
. Bütün faktlar onu göstərir ki, Səfəvilərin əzəldən
odlu silahı olmuşdur. Lakin çox güman etmək olar ki, belə silah onlarda
sayca az idi, avropalılar vasitəsilə təsadüfən onların əlinə gəlib düşürdü.
Səfəvilər özləri hələ odlu silah istehsal etmirdilər.
NƏTİCƏ
Qüdrətli Azərbaycan Səfəvilər dövlətinin yaranması orta əsrlər
tariximizdə böyük əhəmiyyətə malik olan hadisələrdən biri olmuşdur.
Şah İsmayılın çox gənc yaşlarında hakimiyyət uğrunda döyüşlərə
atılması, geniş və qüdrətli bir dövlət yaratması onun ulu babalarını
çoxəsrlik mübarizəsinin uğurlu nəticəsi və yekunu idi. Bu dövrdə
Azərbaycan dövlətinin sərhədləri Qaraqoyunlular və Ağqoyunlular
dövründəki sərhədləri aşıb keçsə də, çoxmillətli bir imperatorluğa
çevrilsə də, qaynaqlarda yazıldığı və araşdırmalarda etiraf olunduğu kimi,
“Qızılbaş məmləkəti” kimi tanınırdı. Qonşu dövlətlər də Səfəvi-Qızılbaş
dövlətini Azərbaycan Qaraqoyunlu və Ağqoyunlu dövlətlərinin qanuni
varisləri hesab edirdilər.
Bu dövlətin “Səfəvilər” adlandırılması isə Şah İsmayılın ulu babalarından
olan və çox sadə şəkildə Şeyx Səfi adlandırılan Şeyx Səfiəddin
Ərdəbilinin (1252-1335) adından götürülmüşdür. XIIIXIV əsrlərin ərhədində yaşayanŞeyx səfiəddin İshaq Ərdəbilinin
dövründən fəaliyyətə başlayan Ərdəbil “Darül-İrşadı”, nəinki təkcə
Azərbaycan miqyasında, bəlkə bütün Şərq aləmində gedən elmi, fəlsəfi328
döyüşlərin ən güclü mərkəzlərindən biri kimi tanınmışdır. Həm
xürrəmilik və məzdəkilik, həm də sufizmlə bağlı olan, bir çox hallarda
“qızılbaşlıq” adı ilə tanınan səfəviyyə fikri cərəyanı burada formalaşmış,
buradan Şərqin bir çox ölkələrinə yayılmışdır. “Darül-İrşad” adi bir
təriqət xanəgahı olmaqdan çox, zamanın tələblərindən irəli gəlın bir fikir
və ideologiya ocağı idi. Bu ocağa inamla gələn fədakar sufilər, müridlər
vaxtilə Şah İsmayılın babası Şeyx Cüneydə, atası Şeyx Heydərə dayaq
olmuş, onlara yeni bir dövlətin bünövrəsini qoymaqda yaxından kömək
etmişklər. Şeyx səfiəddin nəslinin nümayəndələri bütün Azərbaycanın
birləşməsi arzusunda idilər.
Uzun sürən mübarizədən sonra nəhayət, bu arzunu
gerçəkləşdirmək İsmayıla nəsib oldu. 1499-cu ildə feodal
münasibətlərinin kəskinləşməsi nəticəsində Ağqoyunlu dövlətinin
dağıldığı, xalqın ümumi narazılığının artdığı bir dövrdə İsmayıl
hakimiyyət uğrunda mübarizəyə atıldı. Xalq İsmayılı ictimai əsasları
yeniləşdirəcək, xalqın rifahı və mnafeyi uğrunda çarpışacaq bir sərkərdə
timsalında görür və ona böyük ümid bəsləyərək ardınca gedirdi.
İsmayılın bayraqları altında Şamlı, Ustaclı, Rumlu, Təkəli, Zülqədər,
Əfşar, Qacar, Varsaq adlı türk (azərbaycan) tayfaları, Qaradağ və Talış
sufiləri birləşdilər. Onlar İsmayılın ordusunun ən fədakar döyüşçüləri
kimi geniş şöhrət qazanmışdılar.
1501-ci ildə İsmayıl Təbrizə daxil olur və Azərbaycanın şahı
elan edilir. Və elə ilk vaxtlardan xalqın inam və etibarını doğruldur.
I Şah İsmayıl dövründə Heratdan Bağdadadək uzanan nəhəng
ərazidə əhali əsasən Azərbaycan dilində danışırdı. Onun yürütdüyü daxili
və xarici siyasət ölkənin, xalqın mənafeyinə xidmət edirdi. Şah İsmayıl
yeni dövlətin əsaslarını möhkəmləndirmək üçün ölkə daxilində islahatlar
aparırdı. O, elmin, mədəniyyətin, incəsənətin, sənətkarlığın inkişafına
geniş yer ayırır, tarixi abidələrə, ziyarətgahlara diqqət və qayğı ilə
yanaşırdı.
Aərbaycan dövlətinin sürətli inkişafı, qısa müddət ərzində
Şərqin ən qüdrətli imperiyalardan birinə çevrilməsi, düşmən dövlətlərinin,329
xüsusilə də Osmanlı imperiyasının Şah İsmayıla və Azərbaycana qarşı
qorxu, ehtiyat, qibtə və düşmən münasibəti bəsləməsinə səbəb olurdu. Bu
inkişafı gözü götürməyən düşmən dövlətlər, iki böyük qüdrətli müsəlman
dövlətinin – Azərbaycanın və Osmanlı Türkiyəsinin qarşıdurmasını
çoxdan gözləyirdilər. Bu dövlətləri zəiflətmək məqsədilə rəqib dövlətlər,
xüsusilə də Avropa hökmdarları Osmanlılardan istifadə edərək, onlara
silah-sursat və 300 top verirl\ər. Beləliklə, 1514-cü ildə Osmanlı Sulatnı I
Səlim Azərbaycan sərhədində 100 mindən çox nəhəng qoşun toplayır və
Çaldıran düzündə döyüş olur.
Bu vuruşmada Şah İsmayıl yalnız qeyri-bərabər qüvvə
baxımından deyil, silahlanma cəhətdən də Sultan Səlimdən geri qalırdı.
S ə f əv i lər də a r t i l l e r i y a d e mək o l a r k i , t a m a m i lə y o x i d i . Sə f əv i lər i n əs a s
qüvvəsi olan qızılbaş tayfa süvari qoşunu topların və yeniçəri
nişançılarının atəşi qarşısında aciz idi. Lakin qüvvələrin qeyri-bərabər
olmasına baxmayaraq, Şah İsmayıl və qızılbaş döyüşçüləri bu vuruşmada
misli görünməyən qəhrəmanlıq və rəşadət göstərdilər.
Qızılbaş ordusunun Çaldıran vuruşmasında məğlubiyyətini
müasirlər I Şah İsmayılın özünə arxayınlığı və öz sərkərdələrinin
məsləhətləri ilə hesablaşmaması ilə əlaqələndirirlər. Lakin yuxarıda qeyd
olunan faktlardan göründüyü kimi, Şah İsmayılın məğlubiyyətini şəxsi
səbəblərlə deyil, sultanın ordusunun o dövr üçün qabaqcıl olan
silahlanması və odlu silahı, artilleriyanı geniş tətbiq etməsi ilə
əlaqələndirmək lazımdır.
Azərbaycanın Çaldıran vuruşmasındakı məğlubiyyəti tezliklə öz
acı və ağır nəticələrini göstərdi. Osmanlı sultanı Xoy, Mərənd və Təbrizi
ələ keçirdi, lakin qızılbaş döyüşçülərinin müqaviməti ilə üzləşib Təbrizdə
çox dayanmağa müvəffəq olmadı. Talan etdiyi Azərbaycan sərvətilə
bərabər, bir çox sənətkarları da əsir apardı ki, bu da sonradan Osmanlı
Türkiyəsində sənətkarlığın inkişafında önəmli rol oynadı.
Çaldıran vuruşmasından sonra yaşadığı 10 il ərzində, I Şah
İsmayıl fəaliyyətini yalnız dövlətin möhkəmlənməsi və hərtərəfli inkişafı
istiqamətinə yönəltdi. 1524-cü ildə vəfat etdi.330
Azərbaycan Səfəvilər dövlətinin banisinin qısa ömrü ərzində
apardığı müharibələr, onun vahid Azərbaycan dövləti yaratmaq arzu və
istəyindən irəli gəlirdi. Şah İsmayıl Azərbaycan dilini saray və dövlət
dilinə çevirmiş, siyasi, ictimai, iqtisadi və mədəi inkişafı üçün böyük işlər
görmüşdür.
Şah İsmayıl vəfat etdikdən sonra qızılbaş tayfalarının əmirləri
arasında güclənən çəkişmələrin nəticəsində mərkəzi hakimiyyət zəiflədi.
Hakimiyyət başında bir-birini ardıcıl olaraq əvəöz etmiş rumlu, təkəli və
şamlı tayfaları feodallarının dövrü 1534-cü ilə qədər uzandı. Kiçik
fasilələrlə 20 ilə qədər davam etmiş Səfəvi-Osmanlı müharibələrinin yeni
dövrünün başlanması da elə bu zaman təsadüf edir. I Sultan Süleymanın
dövründə öz qüdrətinin zirvəsinə çatmış Osmanlı imperiyası bu
müharibədə təcavüzkar tərəf idi. Osmanlı Türkiyəsinin Azərbaycanı ələ
keçirməyə səy göstərməsi, bu ölkənin iri xammal istehsalçısı olmasından,
təbii ehtiyatlarınəön zənginliyindən, Asiya ilə Avropa arasında gəlirli
tranzit yolunun Azərbaycan ərazisindən keçməsindən irəli gəlirdi.
Osmanlı Türkiyəsinin hücumu, öz təsirini Cənubi Qafqazın
qərbinə - Gürcüstana yaymağa cəhd göstərən Səfəvilər dövlətinin inadlı
müqavimətinə rast gəldi. Üstünlük, hər halda istila etdiyi ölkələrin saysız
– hesabsız insan qüvvəsini və maddi ehtiyatını mənimsəmiş Osmanlı
imperiyasının tərəfində idi. 1555-ci il sülhünə görə, Səfəvilər Qərbi
Gürcüstanı Osmanlı Türkiyəsinin nüfuz dairəsi kimi tanımağa məcbur
oldular. Müharibənin gedişində Osmanlı basqınlarının yolu üzərində
yerləşən Cənubi Azərbaycan vilayələrinə böyük ziyan vuruldu. Düşmən
qoşunlarının ölkənin içərilərinə irəliləməsini çətinləşdirmək üçün, bəzi
sərhəd əyalətləri Səfəvilərin özləri tərəfindən qəsdən viran qoyuldu.
Eyni vaxtda Xorasana basqınlar edən özbək xanlarına qarşı mübarizə
aparması da Səfəvilərin vəiyyətini mürəkkəbləşdirmişdi.
I Şah Təhmasibin vəfatından sonra Səfəvilər dövləti qızılbaş
əyanlarının çəkişmələri nəticəsində zəiflədi. Qanlı mübarizə nəticəsində
hakimiyyətə gəlmiş II Şah İsmayıl kütləvi edamlarla öz hakimiyyətini
möhkəmləndirməyə cəöhd göstərdi. Lakin o, feodalların sui-qəsdinin331
qurbanı oldu. XVI əsrin 70-ci illərinin sonu üçün dövlət əslində qızılbaş
əmirləri araında bölündü. Zəif iradəli Şah Məhəmməd Xudabəndənin
timsalında mərkəzi hakimiyyət iflic vəziyyətinə düşmüş və əməli olaraq
fəaliyyətdən qalmışdı.
Osmanlı Türkiyəsi Səfəvilər dövlətindəki daxili çəkişmələrdən
yenə də istifadə etdi və öz qoşunlarını Cənubi Qafqaza göndərdi. 1590-cı
ilə qədər davam etmiş müharibələrin yeni dövrü başlandı. Bu dövrdə
Osmanlı Türkiyəsi heç bir itki qarşısında geri çəkilməyərəkinadlı və
ardıcıl surətdə Cənubi Qafqazı işğal etməyə nail olurdu. Bu ölkələr ağır
dağıntılara məruz qaldı. Qanlı döyüşlər meydanı olmuş Azərbaycan
xüsusilə böyük ziyan çəkdi. Türklərdən başqa, dəfələrlə Krım xanının
soyğunçu dəstələrinin soxulduğu Şirvan torpağı viran edildi. Səfəvilər
dövlətini daxili mübarizə əhatə etmişdi və ziddiyyətlər onu zəiflədirdi. O,
türk ordusunun hücumunun qarşısın dayandırmaq iqtidarında deyildi və
sülh müqaviləsi bağlamaq məcburiyyətində qaldı. Həmin sülhə görə,
Səfəvilər Osmanlılar tərəfindən Gürcüstanın və Azərbycanın işğalı
faktını etiraf etdilər. Üzücü müharibələr yalnız Osmanklı feodallarının
hökmranlığı altına düşmüş Cənubi Qafqaz xalqlarının tarixi taleyinə
mənfi təsir göstərməsi ilə başa çatmadı. Bu hərbi-siyasi gərginlik Osanlı
imperiyasının qüdrətini də sarsıtdı və onun tənəzzülünü sürətləndirdi.
Bununla birlikdə Səfəvilər dövlətinin Osmanlı imperiyası ilə mübarizəsi
Cənub-Şərqi Avropa xalqlarının Osmanlı işğalına və əsarətinə qarşı
uğurla müqavimət göstərməsinə obyektiv yardım idi.
Azərbaycanın Osmanlı Türkiyəsi tərəfindən XVII əsrin əvvəlinə
qədər davam etmiş işğalıI şah İsmayıl tərəfindən əsası qoyulmuş
Azərbaycan Səfəvilər dövlətinin varlığına son qoydu. Ölkədə Osmanlı
feodallarının 20 ilə qədər davam etmiş hökmranlığı onun sərvətlərinin
talan edilməsinə, Aərbaycan iqtisadiyyatının tənəzzülünə gətirib çıxardı.
Buna görə də Azərbaycan XVII əsrdə Səfəvilər dövləti sistemində aparıcı
mövqeyini və rolunu itirdi və onu İranın daxili əyalətlərinə güzəştə
getməli oldu. Bundan başqa, Azərbaycan əynları və qızılbaş tayfaları
xarici və daxili müharibələrin gedişində olduqca zəifləyərəközünün332
əvvəlki tərkibinin xeyli hissəsini itirdi. Bunun nəticəsində Azərbaycan
əyanları özlərinin hər yerdəki hökmran mövqelərini XVII əsrdə
dəsaxlamaq iqtidarında olmadılar. Onlar həmişə hesablaşmağın lazım
gəldiyi qüvvə kimi qalmalarına baxmayaraq tədricən İran feodalları
tərəfindən sıxışdırıldılar.
Ölkənin şimal və cənub vilayətlərinin Azərbaycan Səfəvilər
dövləti daxilində siyasi baxımdan birləşməsi feodal Azərbaycanının
tarixində yeni mühüm mərhələ hesab edilməlidir. Dövlət, xüsusilə də
şəxsi feodal torpaq mülkiyyətinin inkişafı, bununla birbaşa əlaqəsi olan
mərkəzləşdirmənin güclənməsi də yeni cəhətlər idi. Mərkəzləşdirilmiş
siyasət yeritmək məqsədilə şərti torpaq sahiblərinin yeni forması – tiyul
meydana çıxmışdı.
Əsrin birinci rübündə əhalinin vəziyyəti bir qədər yüngülləşdi.
Lakin 70-ci illərin sonu və 80-ci illərdə vəziyyət yenidən ağırlaşdı.
Çıxılmaz vəziyyətə salınmış zəhmətkeş kütlələr istismarçılara qarşı
silahlı mübarizə yoluna qdəm qoydular. Bunun da parlaq nümunəsi 1571-
1573-cü illərin Təbriz üsyanı oldu.
Azərbaycan Səfəvilər dövlətinin yaranması ilə Azərbaycanın
məhsuldar qüvvələrinin inkişafı üçün əlverişli şərait yarand. Kənd
təsərrüfatı canlandı, sənətkarlıq və ticarət yüksək inkişaf səviyyəsinə
çatdı. Ümumdünya şöhrəti qazanmış yerli ipək sayəsində Azərbaycanın
Moskva dövləti ilə və Avropa ölkələri ilə iqtisadi əlaqələri inkişaf edir və
möhkəmlənirdi. Ərəş, Təbriz, Şamaxı və Culfa şəhərləri xamna və ipək
məmulatlarının beynəlxalq ticarət mərkəzlərinə çevrildilər. Ərdəbil,
Naxçıvan, Gəncə, Bakı və bir sıra digər şəhərlər də iri sənətkarlıq
istehsalı mərkəzləri idilər.
Azərbaycan mədəniyyətinin inkişafında yeni bir mərhələ də
Səfəvi hakimiyyəti dövrü ilə bağlıdır. Bu Azərbaycan (türk) dilinin geniş
yayıldığı dövr idi. Ümumdünya şöhrəti qazanmış görkəmli ədəbi əsərlər
bu dildə yaradılmışdır. Böyük Füzuli, Xətayi, Həbibi və b. Azərbaycan
(türk) dilində yazıb yaratmışdılar. Geniş şöhrət qazanmış T:əbriz
rəssamlıq məktəbi əsərləri dünya incəsənəti inciləri sırasına daxil olmuş,333
Sultan Məhəmməd və Kəmaləddin Behzad kimi görkəmli rəssamlar
yetişdirmişdi.
Xalqımızın tarixində Azərbaycan Səfəvilər dövlətinin müstəsna
yeri var. Bu dövlətin tarixi müasirlərimiz üçün bir çox cəhətdən
ibrətamizdir. Səfəvilər dövlətinin zəifləyib süqut etməsinin bir sıra
obyektiv səbəbləri olmuşdur. Qızılbaş tayfaları və əmirlərinin arasında
birliyin olmaması, onların bir-biri ilə münaqişə və düşmənçilik etməsi,
var-dövlət, gəlirli torpaq, mənsəblər və hakimiyyət uğrunda qanlı
toqquşmaları, tayfa mənafelərinin, fərdi mənafeyin ümumi dövlət
ehtiyacları və tələblərindən üstün tutulması – bütün bunlar Azərbaycan
Səfəvilər dövlətinin zəifləməsi və tənəzzülü ilə nəticələndi.
Osmanlı-Səfəvi müharibəlrinin iki qardaş türk xalqlarının
(osmanlı və azəri türklərinin) düşmənçiliyi kimi deyil, Osmanlı və Səfəvi
dövlətlərinin hakim dairələrinin iqtisadi və siyasi mənafelərinin
toqquşması faktı kimi dəyərləndirmək tarixi gerçəkliyə daha yaxındır.
XVI əsrdə siyasi məqsədlərlə şiddətləndirilən sünni-şiə ədavəti də hər iki
türk dövlətinin münasibətlərini son dərəcə kəskinləşdirmişdir.
Həmin dövrdə Avropa dövlətləri iki müsəlman, türk dövlətlərini
müxtəlif vasitə və bəhanələrlə bir-birinə qarşı müharibəyə təhrik edir və
beləliklə onların hər birini zəiflətməyə, osmanlıların Cənub-Şərqi
Avropadakı işğallarının qarşısını almağa çalışırdılar.