Şah İsmayıl Səfəvi (Abū l-Muzaffer bin Haydar -Safavi )








dünya tarixinin yeni mərhələsinin başlanması ilə əlamətdardır. Bu feodal cəmiyyətinin daxilində kapitalist istehsal üsulunun yaranması, feodal münasibətlərinin dağılması və Avropanın bir sıra inkişaf etmiş ölkələrində kapitalist istehsalının meydana gəlməsi, milli və çoxmillətli dövlətlərin təşəkkül tapması dövrü idi. Bu dövrdə Qərbi Avropa ölkələrinin



əksəriyyətindəmilli ərazilərin siyasi cəhətdən birləşməsi və mərkəzləşdirilmiş dövlətlərin təşəkkülü prosesi artıq başa çatmışdı. Feodalizm şəraitində siyasi mərkəzləşdirmənin mükəmməl forması mütləq monarxiya idi. Lakin Asiya ölkələrində dövlətin bir qədər spesifik tipi formalaşdı. Bu dövlətlər müəyyən dərəcədə feodal pərakəndəliyini aradan qaldırsalar da, Avropanın feodal-mütləqiyyətçi dövlətlərindən əhəmiyyətli surətdə fərqlənirdilər. Sonunculardan fərqli olaraq Asiya ölkələrində siyasi birləşmə prosesi məhsuldar qüvvələrin nisbətən zəif inkişafı, feodal münasibətlərinin durğunluğu, natural təsərrüfatın hökmranlığı və vilayətlər arasında iqtisadi əlaqələrin zəifliyi şəraitində baş verirdi. Bir sıra səbəblər üzündən Asiyanın feodal dövlətləri (onlardan bəziləri hətta güclü hakimiyyətə malik olsalar da) optimal daxili sabitlikdən məhrum idilər, onların ərazi bütövlüyünü sarsıdan mərkəzdənqaçma proseslərini tamamilə zərərsizləşdirə bilmirdilər.Asiya ölkələrində siyasi qurumların səciyyəvi xüsusiyyətlərindən biri ondan ibarət idi ki, xarici istilalar nəticəsində onlar sürətlə bir ölkə çərçivəsindən kənara çıxır, geniş regionları öz sərhədləri hüdudunda birləşdirirdilər. Belə dövlətlərdən biri XVI əsrin əvvəllərində yaranmış, Osmanlı imperiyası və Böyük Moğollar dövləti ilə yanaşı, o dövrün ən iri Asiya dövlətlərindən olan Səfəvilər dövləti idi. Səfəvilər dövləti onun tərkibinə daxil olmuş Cənubi Qafqaz, İran və4 digər ölkələrin xalqlarının tarixi taleyində əhəmiyyətli rol oynamışdı. Bu dövlət sosial - iqtisadi inkişafın müxtəlif pillələrində olan, dil, mədəniyyət və din baxımından fərqlənən bir çox xalqları və tayfaları vahid dövlət hakimiyyətində birləşdirmiş, tabeliyindəki ölkələrdə feodallaşma prosesini daha da sürətləndirmişdi. Səfəvilər dövlətinin tarixi Azərbaycan xalqının tarixi, onun sonrakı etnik konsodilasiyası ilə qırılmaz surətdə bağlıdır. Azərbaycanın cənub və şimal vilayətlərinin Səfəvilər dövlətinin vahid, nisbətən mərkəzləşdirilmiş hüdudları daxilində birləşdirilməsi, bu vilayətlərin keçmişə nisbətən daha sıx siyasi, iqtisadi, mədəni və etnik inteqrasiyasına zəmin yaranmışdı. Onilliklər boyu davam etmiş feodal pərakəndəliyindən sonra Azərbaycan XVI əsrdə yenidən özünün dövlət bütövlüyünü əldə etmiş, iqtisadiyyat və mədəniyyət sahəsində müəyyən tərəqqiyə nail olmuşdu. Səfəvilər dövlətinin yaranması Azərbaycan ərazisində və həmhüdud ölkələrdə feodalizm cəmiyyətinin təkamülündə mühüm mərhələ oldu.



Səfəvilər dövləti ilk növbədə Azərbaycan tayfa əyanları - əmirlər tərəfindən onların sinfi mənafelərinə xidmət etmək üçün yaradılmışdı. Başlıca vəzifəsi öz həmtayfaları və tabe etdikləri vilayətlərin əhalisi üzərində hakimiyyəti möhkəmləndirmək və genişləndirməkdən ibarət olan yeni yaranmış dövlətdə qızılbaş əmirləri hakim qüvvə olmuşdular. XVI əsrdə Azərbaycan və onun ən böyük ticarətsənətkarlıq mərkəzi olan Təbriz yalnız siyasi baxımdan deyil, həm də iqtisadi cəhətdən Səfəvilər dövlətinin əsasını təşkil etmişdir. Göstərilən cəhətləri inkar edən Qərb şərqşünasları XVI əsr Səfəvi dövlətinə əsassız olaraq İran dövləti kimi baxmışlar və baxmaqda davam edirlər. Azərbaycan xalqının tarixi yaradıcılığının, milli ləyaqətinin və özünəməxsus mədəniyyətinin, müstəqil yaşamaq və inkişaf etmək hüququnun şovinist tarixşünaslığa xas olan şəkildə tamamilə inkar edilməsi ənənəsi bu münasibətdə özünün təzahürünü tapır. Başqa xalqlara həqarətli, təkəbbürlü münasibət bəslənməsi, onların tarixi rolunu, bəşəriyyət tarixinə və mədəniyyətinə töhfəsini nəzərə almamaq tarixi gerçəkliyə ziddir. Təsadüfi deyildir ki, məhz Azərbaycan tarixçiləri ən qədim dövrlərdən etibarən Azərbaycan ərazisində baş vermiş tarixi proseslərin axarını təhlil etmiş,5 Azərbaycan dövlət quruculuğunun və mədəniyyətinin müxtəlif inkişaf mərhələlərində xalqın rolunu səciyyələndirmiş, habelə XVI əsr Səfəvilər dövlətinin yaranmasında və inkişafında Azərbaycan xalqının rolunu aşkara çıxarmışlar. Bu kitab XVI əsr Səfəvilər dövlətinə dair Şərq və Avropa mənbələrinin hərtərəfli tədqiqi, sistemli şəkildə şərh olunması və ümumiləşdirilməsi, göstərilən dövrdə Azərbaycanın siyasi və sosial - iqtisadi həyatının işıqlandırılması istiqamətində ilk cəhddir. Onun mühüm məqsədlərindən biri Səfəvilər dövlətinin meydana gəlməsi və inkişafında Azərbaycan etnik ünsürünün rolunu elmi surətdə əsaslandırmaqdan ibarətdir. Kitab müxtəlif dillərdə olan irihəcmli mənbələrin, o cümlədən ilk dəfə elmi dövriyyəyə daxil edilən nadir əlyazma əsərlərinin tənqidi surətdə öyrənilməsi və təhlili əsasında yazılmışdır. Müəllif iş prosesində görkəmli tarixçi şərqşünaslardan V.V.Bartoldun, A.Y.Krımskinin, V.A.Qordlevskinin, İ.P.Petruşevskinin, Ə.Ə.Əlizadənin, B.N.Zaxoderin və başqalarının əsərlərindəki nəticələrə ümumiləşdirmələrə xeyli dərəcədə istinad etmişdir.



Bu kitaba müəllifin 1961-ci ildə Bakıda rus dilində nəşr olunmuş ”XVI əsrin əvvəlində Azərbaycan Səfəvilər dövlətinin yaranması” əsərində başlanğıcı qoyulmuş mətləblərin davamı və həlli faktı kimi yanaşılmalıdır. Buna görə də bu kitabda I Şah İsmayılın dövlətinin yaranmasına və onun hakimiyyəti dövrünə yalnız əvvəlki monoqrafiyanın materillarına əlavələr və dəqiqləşdirmələrlə əlaqədar zəruri ölçüdə toxunulmuşdur. Bu, keçmişdə bizim üçün əlçatmaz olan bəzi salnamələr və tədqiqatlar, xarici alimlərin keçən dövr ərzində meydana çıxmış əsərləri sayəsində mümkün olmuşdur. Müəllif imkan daxilində nəzərə alınmış qeyd və arzularına görə Azərbaycan Respublikası Elmlər Akademiyası Tarix İnstitunun Azərbaycanın orta əsrlər tarixi şöbəsinin əməkdaşlarına minnətdarlığını bildirir. Müəllif iş prosesində ortaya çıxan problemlərin aradan qaldırılmasına görə görkəmli tarixçi - şərqşünas, mərhum professor İlya Pavloviç Petruşevskini və əsərin hazırlanması dövründə öz yardımını əsirgəməmiş Respublika Elmlər Akademiyasının müxbir üzvü, mərhum professor Əlövsət Nəcəfqulu oğlu Quliyevi minnətdarlıqla yad edir.


ƏSAS MƏNBƏLƏRİN VƏ ƏDƏBİYYATIN XÜLASƏSİ Səfəvilər dövlətinin tarixinə dair əsas və ən çoxsaylı mənbələr qrupunu müxtəlif xalqların nümayəndələrinin, o cümlədən azərbaycanlıların yazdıqları farsdilli orta əsr salnamələri təşkil edir. Fars dilindəki narrativ mənbələrin xülasəsinə başlarkən, öncə bunların arasında mövzuları yalnız Azərbaycana və onun vilayətlərinə həsr edilmiş yerli xronikalara və əsərlərə təsadüf edilmədiyini göstərməliyik. Bizim başlıca məlumat mənbələrimiz olan ümumtarix tipli əsərlər (yaxud Səfəvilər (qızılbaşlar) dövlətinin tarixinə dair xüsusi kitablar) Azərbaycan tarixinin sistemli şərhini əks etdirmir. Həmin əsərlərin müəllifləri bu ölkəyə təsadüfən, adətən burada baş verən miqyaslı hadisələrlə əlaqədar olaraq müraciət edirlər. Bu əsərlərin əksəriyyəti nəşr olunmamışdır, dünyanın məxəzlər saxlanılan müxtəlif obyektlərinə, Yaxın Şərqə və Qərbi Avropaya səpələnmişdir 1 . Onlardan bəziləri Şərqdə litoqrafiya (daş basma) üsulu ilə çap olunmuşdur və elmi - tənqidi nəşrin tələblərinə cavab verə bilmirlər. Son illərdə İranda bu əsərlərin bəzilərinin mətbəə nəşrlərinə cəlb olunması litoqrafiya səhvlərini nəinki aradan qaldırmamış, əksinə, onları daha da artırmışdır. Tədqiqatçıların ixtiyarında tam dərc olunmuş mənbələrin sayı azdır; onlardan bir çoxu çıxarış, xülasə şəklində dərc olunmuşdur. Nadir istisnalarla ən mühüm mənbələrin mətnlərinin ümumi elmi - tənqidi nəşri hələ də yox dərəcəsindədir. Onların az qismi Avropa dillərinə tərcümə olunmuşdur. Bütün bunlar çox vaxt dövrün tarixinə dair nadir əlyazma mənbələri ilə işləməli olan tədqiqatçıların işini xeyli mürəkkəbləşdirir. Səfəvilər dövlətinin tarixinə dair mənbələr əvvəlki dövrlə müqayisədə daha çoxsaylı olsa da, onlar hələ az öyrənilmiş və işlənmişdir. Onlardan bir çoxu tarixşünaslıqda İran tarixinin mənbələri kimi məlumdur və demək olar ki, Azərbaycan tarixinin mənbələri kimi tam tədqiq edilməmişdir. ”Qeyd etmək7 lazımdır ki, XVI-XVIII əsrlərin narrativ farsdilli mənbələri, ümumiyyətlə, hələlik çox qeyri-kafi, hər halda X-XV əsrlərin farsdilli tarixi mənbələrinə nisbətən müqayisəedilməz dərəcədə az öyrənilmişdir” 2 . Azərbaycan tarixinə, xüsusilə də sosial-iqtisadi məsələlərə dair (kənd təsərrüfatı, şəhər həyatı, sənətkarlıq, ticarət, kəndlilərin vəziyyəti və s.) materiallar bu mənbələrdə çox cüzidir. Bu məsələlərə dair məlumatları tədqiqatçı əsl mənada zərrə-zərrə, uzun və əziyyətli axtarışlar yolu ilə toplamalı olur və tez-tez bu və ya digər məsələnin işıqlandırılmasında ciddi çətinliklərlə rastlaşır. Bu, onunla izah edilir ki, feodal sinfinə xidmət edən orta əsr salnaməçiləri öz əsərlərində xalqın vəziyyəti ilə maraqlanmır, əsas diqqəti şahların və hakim siniflərin digər nümayəndələrinin



Şah İsmayıl 1487-ci il 23 iyulda Ərdəbil şəhərində anadan olmuşdur. Şeyx Səfiəddin nəslindəndir, atası Şeyx Heydər, anası Ağqoyunlu hökmdarı Uzun Həsənin qızı Aləmşah Həlimə bəyimdir.
1488-ci ildə atası Şeyx Heydər döyüşdə öldürüldükdən sonra, İsmayıl anası və qardaşları — Sultanəli və İbrahim ilə birlikdə İstəxr qalasında (Şiraz) həbsdə saxlanılır. Onda İsmayılın hələ iki yaşı tamam olmamışdı. Bir müddətdən sonra Uzun Həsənin oğlu Rüstəm Mirzə hakimiyyət uğrunda mübarizədə qardaşlardan istifadə etmək məqsədilə onları həbsdən azad edir. Lakin döyüş zamanı İsmayılın böyük qardaşı Sultanəlinin və "qızılbaşlar"ın necə şücaət göstərdiyini görüb qorxuya düşür, özünü və sülaləsini gələcək təhlükələrdən qurtarmaq üçün Şeyx Cüneyd nəslinə son qoymaq qərarına gəlir. O, 1495-ci ildə Şeyx Sultanəlinin üzərinə qoşun göndərib Şəməsi döyüşüdə onu öldürtdürür. Ölümündən öncə Şeyx Sultanəli Ərdəbilə göndərdiyi İsmayılı özünün varisi elan etmişdir və Sultanəlinin ölümündən sonra tərəfdarlərı hər yerdə axtarılan İsmayılı görüb onu bir müddət Ərdəbildə daha sonra Rəştdə gizlədirlər.
Sonra onu Lahicana, Gilan hakimi Mirzə Əlinin sarayına gətirirlər. Gilana gələndə İsmayıl yeddi yaşında olur. Burada o, Həsən xanın himayəsi altında Lələ Hüseyn tərəfindən tərbiyə olunur. İsmayıl təqribən 6 il burada qalır, tanınmış əmir və alimlərdən dünyəvi, hərbi və dini biliklər öyrənir.


1499-cu ilin avqust ayında 13 yaşlı İsmayıl özünün yaxın tərbiyəçisi və məsləhətçisi olan bir neçə qızılbaş tayfa başçısı ilə birlikdə qoşun toplamaq üçün Ərdəbilə yollanır, ancaq şəhər hakimi tərəfindən təqib olunur. O, 1500-cü ilin yazında Şamlı və Rumlu tayfalarından, habelə Qaradağ və Talış əhalisindən ona qoşulmuş 2 minə yaxın qızılbaşla Qarabağ, Çuxursəd, Şuragil, Kağızman, Tercan yolu ilə Ərzincana gəlir.



The battle between the young Ismail and Shah Farrukh Yassar of Shirvan



Ərzincanda keçirilən müşavirəsində Səfəvilərin irsi düşməni Şirvanşah Fərrux Yasarla müharibəyə başlamaq qərara alındı və əmirlərinin Gürcüstana bir neçə basqınından sonra İsmayıl Anadoluda topladığı təqribən 7 min nəfərlik tərəfdarı ilə 1500-cü ilin axırlarında Şirvana hücum edir. Cabanı döyüşündə Fərrux Yasar məğlub edildi və şirvanşah öldürüldü. İsmayıl üç gün düşərgəsində qaldıqdan sonra Şamaxıya daxil oldu. Burada onu seyidlər, qazılar, rəislər və şəhər əyanları qarşıladı. Şamaxıya girən İsmayıl şəhərdə yalnız bircə gün qaldı. Burada öyrəndi ki, Şirvanşahın döyüş meydanından qaçıb canını qurtarmış oğlu II Şeyx İbrahim (Şeyxşah) Xəzər dənizinin sahilindəki Şəhrinou qalasındadır və atasının qoşunlarının salamat qalmış hissələrini ətrafına toplamışdır. İsmayıl sərkərdəsi Hülafə bəyə qoşun hissəsi ilə oraya göndərdi, duruş gətirə bilməyəcəyini görən Şeyxşah yaxın adamları ilə birlikdə qaçdı. Müqavimətə rast gəlməyən Hülafə bəy, Şəhrinouda düşərgə saldı. Ertəsi gün İsmayıl özü buraya gəldi. İsmayıl Şəhrinounu tutduqdan sonra Mahmudabada qışlağa getdi. Burada ona məlum oldu ki, Bakı şəhərinin əhalisi qalalarının möhkəmliyinə bel bağlayaraq xərac verməkdən imtina edir və müqavimət göstərirlər.[4] İsmayıl uzun çəkməyən mühasirədən sonra 1501-ci ilin baharında Bakını aldı.
Şirvanşah qoşunlarının vuruşmadan sonra salamat qalmış hissələri Gülüstan qalasına cəkilmişdi. İsmayıl Bakını aldıqdan sonra Gülüstan qalasını tutmağa getdi. Lakin tezliklə Gülüstanın mühasirəsini buraxaraq, əmirlərinə bunu yuxuda imamdan tapşırıq alması ilə izah etmişdir Ağqoyunlu Əlvəndlə mübarizəyə yollandı.

İsmayıl öz qoşunu ilə Naxçıvan istiqamətində hərəkət edir. 1501-ci ilin ortalarında Əlvənd Mirzə onları Şərur düzündə qarşılayır. Şərur döyüşündə Əlvənd Mirzənin 30 minlik ordusu İsmayıl 7 minlik qoşunu tərəfindən darmadağın edilir. Vahiməyə düşüb qaçan döyüşçülərini saxlamaq və rəqibin arxadan zərbələrini dəf etmək məqsədilə bir-birinə zəncirlənmiş dəvələrdən istifadə etmək cəhdi də Əlvənd Mirzəyə kömək etmir.
İsmayıl bu döyüşdə də öz yaşına görə qeyri-adi dərəcədə sərkərdəlik qabiliyyəti və şəxsi igidlik nümunəsi göstərir. O özü şəxsən Ağqoyunlu qoşununun sayılan əmirlərindən Karqiçay bəyi qılınc döyüşündə məğlub edir. Digər məşhur sərkərdələr də öldürülmüş və başları özgə düşmənlərə görk olmaq üçün qızılbaş döyüşçülərinin tutduğu yüksəkliklərdə qoyulmuşdur. Əlvənd özü isə döyüş meydanından güclə qaçaraq, canını qurtarmışdır. Beləliklə, İsmayıl xeyli qənimət qazanmışdır və ən əsası isə Təbrizə yol açıqdır.
1501-ci ilin payızında Təbrizə daxil olan İsmayıl özünü şah elan etdi. Bununla da paytaxtı Təbriz olan Azərbaycan Səfəvilər dövlətinin əsası qoyuldu.
I Şah İsmayılın tabe olmaq təklifini rədd edən Ağqoyunlu hökmdarı Sultan Muradla 1503-cü il iyunun 21-də Həmədan yaxınlığında döyüş Şah İsmayılın qələbəsi ilə nəticələndi və Ağqoyunlu dövləti süqut etdi.


Çox qısa müddətdə şah İsmayıl Şeybani xanın özbək dövlətindən tutmuş Osmanlı imperiyasının sərhədlərinə qədər uzanan möhtəşəm bir dövlət yarada bilir.




Özbək Şeybani xan İsmayıl üçün strateji əhəmiyyət daşıyan İsfahanı tutarkən ona göndərdiyi "Mən İran və Azərbaycan sərhədlərinə gələrək, oranı tutandan sonra İraqi-Ərəbə və Hicaza gedəcəyəm" məktubana cavab olaraq Şah İsmayıl öz qoşunlarını Xorasana yeridir. Şeybani xan Mərv qalasında gizlənir, lakin İsmayıl aldadıcı manevr edərək,onu qaladan bayıra çıxarır və 1510-cu il 2 dekabrda Mahmudi kəndi yaxınlığında şah İsmayılla Şeybani xanın qoşunları arasındakı Mərv döyüşü şah İsmayılın tam qələbəsi ilə başa çatır. Bütün gün ərzində davam edən bu ağır döyüşdə məğlub olan Şeybani xan qaçmaq istədikdə şah İsmayılın döyüşçüləri və öz mühafizəçiləri tərəfindən qətlə edilir. Şeybani xanın başını şaha gətirirlər. Əmrə əsasən, onun kəlləsini qızıl suyuna çəkib, qədəh düzəldirlər.Bu döyüşdən sonra o, Herat, Mərv və Bəlx şəhərlərini tutur. Bütün Şabran, Xorasan vilayəti şah İsmayılın hakimiyyəti altına keçir. Sonrakı illərdə Şah İsmayıl bütün İranı,İraqi-Ərəbi Səfəvilər dövlətinə qatdı. Onun dövründə Səfəvilər dövləti Yaxın Şərqin qüdrətli dövlətlərindən birinə çevrldi.Səfəvi dövləti öz yüksəlişinin zirvə nöqtəsinə çatır. Onun ərazisinin sahəsi 2 milyon 800 min kvadrat kilometrə çatırdı




Hiç yorum yok:

Yorum Gönder