24 Ekim 2011 Pazartesi

sefeviler





dünya tarixinin yeni mərhələsinin başlanması ilə
əlamətdardır. Bu feodal cəmiyyətinin daxilində kapitalist istehsal üsulunun
yaranması, feodal münasibətlərinin dağılması  və  Avropanın  bir  sıra
inkişaf etmiş ölkələrində kapitalist istehsalının meydana gəlməsi, milli və
çoxmillətli  dövlətlərin təşəkkül  tapması dövrü idi. Bu  dövrdə Qərbi
Avropa  ölkələrinin əksəriyyətindəmilli ərazilərin siyasi cəhətdən birləşməsi
və mərkəzləşdirilmiş dövlətlərin təşəkkülü prosesi artıq başa çatmışdı.
Feodalizm şəraitində siyasi mərkəzləşdirmənin mükəmməl forması mütləq
monarxiya idi.
 Lakin Asiya ölkələrində dövlətin bir qədər spesifik tipi formalaşdı.
Bu dövlətlər müəyyən dərəcədə feodal pərakəndəliyini aradan qaldırsalar da,
Avropanın feodal-mütləqiyyətçi dövlətlərindən  əhəmiyyətli surətdə
fərqlənirdilər. Sonunculardan fərqli olaraq Asiya ölkələrində siyasi birləşmə
prosesi məhsuldar qüvvələrin  nisbətən  zəif  inkişafı, feodal münasibətlərinin
durğunluğu, natural təsərrüfatın hökmranlığı və vilayətlər arasında iqtisadi
əlaqələrin zəifliyi şəraitində  baş verirdi. Bir sıra səbəblər üzündən Asiyanın
feodal dövlətləri (onlardan  bəziləri  hətta  güclü  hakimiyyətə malik olsalar
da) optimal  daxili  sabitlikdən  məhrum idilər,  onların  ərazi  bütövlüyünü
sarsıdan mərkəzdənqaçma  proseslərini  tamamilə  zərərsizləşdirə
bilmirdilər.Asiya ölkələrində siyasi qurumların  səciyyəvi xüsusiyyətlərindən
biri   ondan  ibarət  idi  ki, xarici  istilalar   nəticəsində  onlar sürətlə bir ölkə
çərçivəsindən  kənara çıxır, geniş regionları öz sərhədləri hüdudunda
birləşdirirdilər.
 Belə dövlətlərdən biri XVI  əsrin  əvvəllərində yaranmış, Osmanlı
imperiyası və Böyük Moğollar dövləti ilə yanaşı, o dövrün  ən iri Asiya
dövlətlərindən olan Səfəvilər dövləti idi.
Səfəvilər dövləti onun tərkibinə daxil olmuş Cənubi Qafqaz, İran və4
digər ölkələrin xalqlarının tarixi taleyində əhəmiyyətli rol oynamışdı. Bu
dövlət sosial - iqtisadi inkişafın müxtəlif  pillələrində olan, dil, mədəniyyət və
din baxımından fərqlənən bir çox xalqları və  tayfaları vahid dövlət
hakimiyyətində birləşdirmiş, tabeliyindəki ölkələrdə feodallaşma prosesini
daha da sürətləndirmişdi.
Səfəvilər dövlətinin tarixi Azərbaycan xalqının tarixi, onun sonrakı
etnik konsodilasiyası  ilə qırılmaz surətdə bağlıdır.  Azərbaycanın cənub və
şimal vilayətlərinin Səfəvilər dövlətinin vahid, nisbətən mərkəzləşdirilmiş
hüdudları daxilində birləşdirilməsi, bu vilayətlərin keçmişə nisbətən daha sıx
siyasi, iqtisadi, mədəni və etnik inteqrasiyasına zəmin yaranmışdı. Onilliklər
boyu davam etmiş feodal pərakəndəliyindən sonra Azərbaycan XVI  əsrdə
yenidən özünün dövlət bütövlüyünü əldə etmiş, iqtisadiyyat və mədəniyyət
sahəsində müəyyən tərəqqiyə nail olmuşdu. Səfəvilər dövlətinin yaranması
Azərbaycan  ərazisində və həmhüdud ölkələrdə feodalizm cəmiyyətinin
təkamülündə mühüm mərhələ oldu. Səfəvilər dövləti ilk növbədə
Azərbaycan tayfa  əyanları -  əmirlər tərəfindən onların sinfi mənafelərinə
xidmət etmək üçün yaradılmışdı. Başlıca vəzifəsi öz həmtayfaları və tabe
etdikləri vilayətlərin  əhalisi üzərində hakimiyyəti möhkəmləndirmək və
genişləndirməkdən ibarət olan yeni yaranmış dövlətdə qızılbaş əmirləri
hakim qüvvə olmuşdular. XVI əsrdə Azərbaycan və onun ən böyük ticarətsənətkarlıq mərkəzi olan Təbriz yalnız siyasi baxımdan deyil,  həm də
iqtisadi cəhətdən  Səfəvilər  dövlətinin  əsasını  təşkil  etmişdir.
Göstərilən cəhətləri inkar edən Qərb  şərqşünasları XVI  əsr Səfəvi
dövlətinə əsassız olaraq  İran dövləti kimi baxmışlar və baxmaqda davam
edirlər. Azərbaycan xalqının tarixi yaradıcılığının, milli ləyaqətinin və
özünəməxsus mədəniyyətinin, müstəqil yaşamaq və inkişaf etmək
hüququnun şovinist tarixşünaslığa xas olan şəkildə tamamilə inkar edilməsi
ənənəsi bu münasibətdə özünün təzahürünü tapır. Başqa xalqlara həqarətli,
təkəbbürlü münasibət bəslənməsi, onların tarixi rolunu,  bəşəriyyət tarixinə
və mədəniyyətinə töhfəsini nəzərə almamaq tarixi gerçəkliyə ziddir. Təsadüfi
deyildir ki, məhz Azərbaycan tarixçiləri  ən qədim dövrlərdən etibarən
Azərbaycan  ərazisində baş vermiş tarixi proseslərin axarını təhlil etmiş,5
Azərbaycan dövlət quruculuğunun və mədəniyyətinin müxtəlif inkişaf
mərhələlərində xalqın rolunu səciyyələndirmiş, habelə XVI  əsr Səfəvilər
dövlətinin yaranmasında və inkişafında Azərbaycan xalqının rolunu aşkara
çıxarmışlar. Bu kitab XVI  əsr Səfəvilər dövlətinə dair  Şərq və Avropa
mənbələrinin hərtərəfli tədqiqi, sistemli  şəkildə şərh olunması və
ümumiləşdirilməsi,  göstərilən dövrdə Azərbaycanın siyasi və sosial - iqtisadi
həyatının işıqlandırılması istiqamətində ilk cəhddir. Onun mühüm
məqsədlərindən biri Səfəvilər  dövlətinin  meydana  gəlməsi və  inkişafında
Azərbaycan etnik  ünsürünün rolunu elmi surətdə əsaslandırmaqdan
ibarətdir. Kitab  müxtəlif  dillərdə  olan irihəcmli  mənbələrin,  o cümlədən
ilk dəfə elmi dövriyyəyə daxil edilən  nadir  əlyazma  əsərlərinin tənqidi
surətdə öyrənilməsi və təhlili  əsasında yazılmışdır. Müəllif iş prosesində
görkəmli tarixçi  şərqşünaslardan V.V.Bartoldun, A.Y.Krımskinin,
V.A.Qordlevskinin,  İ.P.Petruşevskinin,  Ə.Ə.Əlizadənin, B.N.Zaxoderin və
başqalarının  əsərlərindəki nəticələrə ümumiləşdirmələrə xeyli dərəcədə
istinad etmişdir. Bu kitaba müəllifin 1961-ci ildə Bakıda rus dilində nəşr
olunmuş ”XVI əsrin əvvəlində Azərbaycan Səfəvilər dövlətinin yaranması”
əsərində başlanğıcı qoyulmuş mətləblərin davamı və həlli faktı kimi
yanaşılmalıdır. Buna görə də bu kitabda I  Şah  İsmayılın dövlətinin
yaranmasına və onun hakimiyyəti dövrünə yalnız  əvvəlki monoqrafiyanın
materillarına  əlavələr və dəqiqləşdirmələrlə əlaqədar zəruri ölçüdə
toxunulmuşdur. Bu, keçmişdə bizim üçün əlçatmaz olan bəzi salnamələr və
tədqiqatlar, xarici alimlərin keçən dövr  ərzində meydana çıxmış əsərləri
sayəsində mümkün olmuşdur. Müəllif imkan daxilində nəzərə alınmış qeyd
və arzularına görə Azərbaycan Respublikası Elmlər Akademiyası Tarix
İnstitunun Azərbaycanın orta  əsrlər tarixi  şöbəsinin  əməkdaşlarına
minnətdarlığını bildirir. Müəllif iş prosesində ortaya çıxan problemlərin
aradan qaldırılmasına görə görkəmli tarixçi -  şərqşünas, mərhum professor
İlya Pavloviç Petruşevskini və əsərin hazırlanması dövründə öz yardımını
əsirgəməmiş Respublika Elmlər Akademiyasının müxbir üzvü, mərhum
professor Əlövsət Nəcəfqulu oğlu Quliyevi minnətdarlıqla yad edir.6
I fəsil
ƏSAS MƏNBƏLƏRİN VƏ
ƏDƏBİYYATIN XÜLASƏSİ
   Səfəvilər dövlətinin tarixinə dair  əsas və ən çoxsaylı mənbələr
qrupunu müxtəlif xalqların nümayəndələrinin, o cümlədən azərbaycanlıların
yazdıqları farsdilli orta əsr salnamələri təşkil edir.
Fars dilindəki narrativ mənbələrin xülasəsinə başlarkən, öncə
bunların arasında mövzuları yalnız Azərbaycana və onun vilayətlərinə həsr
edilmiş yerli xronikalara və əsərlərə təsadüf edilmədiyini göstərməliyik.
Bizim başlıca məlumat mənbələrimiz olan ümumtarix tipli  əsərlər (yaxud
Səfəvilər (qızılbaşlar) dövlətinin tarixinə dair xüsusi kitablar) Azərbaycan
tarixinin sistemli şərhini əks etdirmir. Həmin əsərlərin müəllifləri bu ölkəyə
təsadüfən, adətən burada baş verən miqyaslı hadisələrlə əlaqədar olaraq
müraciət edirlər. Bu  əsərlərin  əksəriyyəti nəşr olunmamışdır, dünyanın
məxəzlər saxlanılan müxtəlif obyektlərinə, Yaxın Şərqə və Qərbi Avropaya
səpələnmişdir
1
. Onlardan bəziləri Şərqdə litoqrafiya (daş basma) üsulu ilə
çap olunmuşdur və elmi - tənqidi nəşrin tələblərinə cavab verə bilmirlər. Son
illərdə İranda bu  əsərlərin bəzilərinin mətbəə nəşrlərinə cəlb olunması
litoqrafiya səhvlərini nəinki aradan qaldırmamış,  əksinə, onları daha da
artırmışdır. Tədqiqatçıların ixtiyarında tam dərc olunmuş mənbələrin sayı
azdır; onlardan bir çoxu çıxarış, xülasə şəklində dərc olunmuşdur. Nadir
istisnalarla  ən mühüm mənbələrin mətnlərinin ümumi elmi - tənqidi nəşri
hələ də yox dərəcəsindədir. Onların az qismi Avropa dillərinə tərcümə
olunmuşdur. Bütün bunlar çox vaxt dövrün tarixinə dair nadir  əlyazma
mənbələri ilə işləməli olan tədqiqatçıların işini xeyli mürəkkəbləşdirir.
Səfəvilər dövlətinin tarixinə dair mənbələr əvvəlki dövrlə müqayisədə daha
çoxsaylı olsa da, onlar hələ az öyrənilmiş və işlənmişdir. Onlardan bir çoxu
tarixşünaslıqda  İran tarixinin mənbələri kimi məlumdur və demək olar ki,
Azərbaycan tarixinin mənbələri kimi tam tədqiq edilməmişdir. ”Qeyd etmək7
lazımdır ki, XVI-XVIII  əsrlərin narrativ farsdilli mənbələri, ümumiyyətlə,
hələlik çox qeyri-kafi, hər halda X-XV  əsrlərin farsdilli tarixi mənbələrinə
nisbətən  müqayisəedilməz  dərəcədə  az  öyrənilmişdir”
2
.
Azərbaycan tarixinə,  xüsusilə də sosial-iqtisadi məsələlərə dair (kənd
təsərrüfatı,  şəhər həyatı, sənətkarlıq, ticarət, kəndlilərin vəziyyəti və s.)
materiallar bu mənbələrdə çox cüzidir. Bu məsələlərə dair məlumatları
tədqiqatçı  əsl  mənada  zərrə-zərrə, uzun və əziyyətli axtarışlar yolu ilə
toplamalı  olur  və  tez-tez  bu  və  ya  digər  məsələnin  işıqlandırılmasında
ciddi çətinliklərlə rastlaşır. Bu,  onunla  izah edilir ki, feodal sinfinə xidmət
edən orta  əsr  salnaməçiləri  öz   əsərlərində  xalqın  vəziyyəti ilə
maraqlanmır,     əsas   diqqəti   şahların  və  hakim  siniflərin  digər
nümayəndələrinin

3 yorum:

  1. tarix fenninden en sevdiim fendir. belke Sefeviler dovleti daglmasaydi bu gun Azerbaycanin erazi butovluyu, musteqillii ve bir cox sei bele olmazdi.

    YanıtlaSil